Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2018-Cİ İLİN İYUL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi iyul ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ayın əvvəlindəNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilinəsərlərindən ibarət “Allahın gözəl adları” adlı sərgi təşkil olunmuşdur.

İyulun 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində “Zabul” muğam kompozisiyası təqdim olunub.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

4 iyul tarixdə nazirlik tərəfindən Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.Tədbirdə görkəmli ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında rolu ilə bağlı, həmçininmuzeyin fəaliyyəti haqqında çıxışlar olmuş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ədibin felyetonları əsasında hazırladıqları kompozisiya təqdim etmişlər.

05 iyul tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi bərpa edilərək istifadəyə verilmişdir.

11 iyul tarixdə Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinəhədiyyə olunmuş 140 ədəd maddi-mədəniyyət nümunəsinin, 18 iyul tarixdə isə Naxçıvan Dövlət Xalça Muzeyinə Günnüt xalçalarının təqdimatları münasibətilə tədbir təşkil edilmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə ötən ayDövlət Bayrağı Muzeyində, Xatirə Muzeyindəmuzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən iyulayında da muzey əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində təcrübə məşğələləri davam etdirilmişdir.

“Milli Mətbuat Günü” ilə bağlı C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində sərgi yaradılmışdır.

İyul ayı ərzində muzeyləri ümumilikdə 47 min 972nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan15min 790nəfəri əcnəbi vətəndaşdır.İyul ayı ərzində həm də muzeylərə243ədəd eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.M.S.Ordubadi adına Naxçıvan Muxtar  Respublika  Kitabxanasında “Milli Mətbuat Günü”münasibətilə“Azərbaycanda milli mətbuatın əsasını “Əkinçi” qəzeti qoydu” adlı konfrans keçirilmiş,məruzə və çıxışlar olmuşdur. ”Milli Mətbuat Günü” adlı sərgi təşkil edilmiş, ümumilikdə rayon (şəhər) MKS-lərdə daxil olmaqla, “Milli Mətbuat Günü” münasibətlə 9 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir.

3 iyul 2018-ci tarixdəA.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının oxu zalında ənənəvi olaraq hər il yay tətilində təşkil olunan “Yay oxu zalı”nın ilk məşğələsi təşkil edilmişdir. Məşğələdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin və tam orta məktəblərin təqdim etdiyi siyahı əsasında “Yay oxu zalı”nın ilk məşğələsi olmuşdur.

12 iyul tarixindəA.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə Naxçıvan şəhəri Heydər Əliyev prospekti 32-də “Kitabı sevin, kitabbilik mənbəyidir” başlıqlı sərgi təşkil olunmuşdur. Sərgidə 250 nüsxə yeni ədəbiyyat nümayiş etdirilmişdir.

Ötən ay A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının oxu zalında “Narkomaniya ağ ölümdür” başlıqlı sərgi təşkil edilmiş, oxuculara bu mövzuda mühazirə oxunmuşdur.

18 iyul tarixindəA.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucu konfransı keçirilmişdir. Konfransda oxuculara “İslam dünyasının qədim şəhəri Naxçıvan” mövzusunda məruzə edilmiş, “Naxçıvan-İslam mədəniyyətinin incisidir”, “Türk-islam mədəniyyətinin daşıyıcısı Naxçıvan”  başlıqlı çıxışlar dinlənilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki Qoçüstüməhəlləsi və Atatürk 9/11 nömrəli binaların həyətində “Kitabı sevin kitab bilik mənbəyidir” başlıqlı sərgilər təşkil edilmiş, 200-dən artıq ədəbiyyat nümayiş etdirilmiş, 30-dan çox məktəbli və valideynlər yeni ədəbiyyatlarla tanış olmuşlar.

23 iyul tarixindəA.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucularla birlikdə Ağdam və Ağdərə rayonlarının işğalı ilə əlaqədar “Vətən mənə oğul desə” mövzusunda anım tədbiri keçirilmiş və sərgi yaradılmışdır.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə nazirlik tərəfindən “M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarının regionlara ezamiyyələrinin təşkilinə dair qrafik”ə uyğun olaraq A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Sədərək rayon MKS-nin uşaq şöbəsində ezamiyyədə olmuşdur. Şahbuz rayon MKS-nin əməkdaşları isəM.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında ezamiyyədəolmuş vəonlara lazımi metodik köməklik göstərilmişdir. Hər iki kitabxananın işçiləri kitabxananın bütün şöbə və bölmələrinin iş prinsipləri ilə təcrübəçiləri yaxından tanış etmiş və onları maraqlandıran suallar yerindəcə cavablandırılmışdır.

2018-ci ilin iyul ayı ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin əməkdaşları tərəfindən rayon (şəhər) MKS-lərinə 3 adda 24 metodiki məktub “22 iyul-Milli mətbuatımızın yaranma günü”, “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “Hüseyn Cavidin “Azər” poemasının təhlili”, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub, “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı - 2018” mövzusunda ümumilikdə 4 adda 32 metodiki məktub göndərilmişdir.

Ay ərzində muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə “Kitabxanaçı günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında “Kitabxanaçı Günü” münasibətilə 20 iyul 2018-ci il tarixlərində “Ədəbiyyatın internet saytına yerləşdirilməsi” mövzusunda məruzəkeçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə  “Kitabxanalarda səyyar işinin təşkilinin müasir tələblər səviyyəsində qurulması. Ərazidə yaşayan məhdud fiziki imkanlılarla əlaqəli işin formaları” mövzusunda kitabxana əməkdaşlarına geniş məlumat vermişdir.

Ümumilikdə “Kitabxanaçı günü” ilə əlaqədar 10 maarifləndirici tədbir keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika  Kitabxanasında “Kitabxana Günü” münasibətilə 27 iyul 2018-ci il tarixdə Ağdam rayonunun işğalı ilə əlaqədar yığıncaq keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 27 iyul tarixində 10№li uşaq bağçasında M.Ə.Sabirin uşaqlar üçün yazdığı şeirlərin yuxarı qrup uşaqları ilə qiraəti təşkil edilmişdir.

Rayon (şəhər) MKS-lər də daxil olmaqla oxucuların kitabxanaya cəlb olunması məqsədilə keçirilən “Kitabxana Günü”ndə müxtəlif başlıqlı 10 tədbir olmuşdur.

Nazirliyin 2018-ci il üçün iş planında kitabxana fəaliyyətinin yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş “Nağıl günləri” və “Mütaliə günləri” layihələrinin icrası ilə bağlı işlər davam etdirilmişdir. Belə ki, 10 iyul tarixdə Naxçıvan şəhərində fəaliyyət göstərən 12 nömrəli uşaq bağçasında “Dana, keçi və qoyun” nağılı söylənilmiş və cizgi filmi nümayiş etdirilmiş, 17 iyul tarixdə 11 nömrəliuşaq bağçasında “Yaxşılığa yaxşılıq” nağılı danışılmış, cizgi filmi göstərilmiş, “Uşaqların nağıl dünyası” başlıqlı sərgiyə baxmışlar.

“Mütaliə həftəsi”nin keçirilməsi ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında “Mütaliəyə uşaq yaşlarından başlamalı” adlı konfrans keçirilmişdir. Tədbirdə “Kitabxanalarda uşaq mütaliəsinə rəhbərlik”, “Mütaliəyə uşaq yaşlarından başlamalı”  adlı çıxışlar olmuşdur.

Rayon (şəhər) MKS-lər də daxil olmaqla ay ərzində “Mütaliə günü” ilə əlaqədar ümumilikdə 31 tədbir keçirilmişdir.

Ümumilikdə hesabat dövründə kitabxanalarda keçirilən mədəni kütləvi tədbirlərin sayı 62, sərgilərin sayı 35 olmuşdur. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 82 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində Nazirliyin sisteminə daxil olan kitabxanalara 35, muzeylərə 14, Heydər Əliyev Sarayına 3, nazirliyin kitabxanasına isə 30 nüsxə çap məhsulu paylanılmışdır.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda və  rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla yeni oxucu sayı 195 nəfər, oxucu gəlişi 103 min 40 nəfər, kitab verilişi 57 min 238 nüsxə təşkil etmişdir.

Respublika kitabxanasının elektron kitabxanasından  uzaq məsafədən (virtual xidmət) 282, lokal şəbəkədən isə 185 oxucu olmaqla cəmi 467 oxucu istifadə etmişdir.

Ay ərzində elektron kataloqa 115 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqa  kitabların sayı 11 min 42-yə çatdırılmış, şəbəkəyə isə 30 kitab (PDF) işlənmiş və ümumi sayı 2358-ə çatdırılmışdır.

İyulun3-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 135-ci teatr mövsümünün başa çatması ilə bağlı tədbir olmuşdur. Tədbirin rəsmi hissəsindən sonra M.S.Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanmış tamaşa teatrseverlərə təqdim olunmuşdur.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı isə 5 və 11 iyul tarixlərində Şahbuz rayonundakı “Ağbulaq” İstirahət Mərkəzində olmuş, “Qoğalın sərgüzəşti” və “Qırmızı papaq” tamaşalarını burada istirahət edən məktəblilərə nümayiş etdirmişdir.

İyulun 26-da isə Ordubad Rayon Mədəniyyət Evində K.Ziya adına Xalq Teatrının Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasının premyerası olmuşdur.

Ay ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyev Sarayı tərəfindən 18 iyul 2018-ci il tarixdə “Azərbaycan dili və əlifbasının yaranma tarixi”, “AzərbaycanKinosuGünü”, ”Klub müəssisələrində asudə vaxtın səmərəli təşkilinin əhəmiyyəti” adlı metodik vəsaitlər hazırlanaraq köməklik məqsədi ilə rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

20 iyul 2018-ci il tarixdə Şərur rayonunun bir neçə mədəniyyət evi və klub müəssisələrində çalışan mədəniyyət işçilərinə əməli köməklik göstərilmişdir.

3-4 iyul 2018-ci il tarixdə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Xalq şairi Məmməd Arazın anadan olmasının 85-ci ildönümü ilə əlaqədar “Məmməd Araz poeziyasında Azərbaycançılıq” adlı metodik vəsait hazırlanaraq köməklik məqsədilə rayon (şəhər) mədəniyyət müəssisələrinə göndərilmişdir.

12 iyul 2018-ci il tarixdə Kəngərli rayonundakı mədəniyyət evi və klub əməkdaşlarının iştirakı ilə Kəngərli rayon Çalxanqala Kənd  Uşaq Musiqi Məktəbində mərkəzin şöbə müdirləri tərəfindən “Adət-ənənələrimiz və müasir gənclik” adlı dəyirmi masa keçirilmişdir.

20 iyul 2018-ci il tarixdə mərkəztərəfindən Şərur rayonunda fəaliyyət göstərən bir neçə mədəniyyət evi və klublarda çalışan əməkdaşlara yerində əməli köməklik göstərilmişdir.

İyul ayı ərzində “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar “Ən ali milli dəyərimiz” adlı metodik vəsait hazırlanıb rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

26 iyul 2018-ci il tarixdə mərkəzin əməkdaşı Kəngərli rayonunda keçirilən ənənəvi “Xalq yaradıcılığı günü” tədbirində iştirak etmişdir.

13 iyul 2018-ci il tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi vəİncəsənət Məktəbindəmədəniyyət evi və klub müəssisələrininnəzdindəfəaliyyət göstərən dərnəklərin ortaq iştirakı ilə “Zərif əllər” adlı əl işlərindənibarət sərgi təşkil edilmişdir. Sərgidə Naxçıvan şəhər, Culfa, Ordubad, Şahbuz və Babək rayonunun mədəniyyət evi və klubları iştirak etmişlər. 207 əl işinin nümayiş olunduğu bu sərgidə Şərur, Kəngərli və Sədərək rayonunun dərnək üzvləri də tamaşaçı qismində iştirak etmişdirlər. Sərgidə Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrindən ümumilikdə 80 nəfər iştirak etmişdir. Sərgi ilə bağlı Naxçıvan Dövlət Televiziyasında və “Şərq qapısı” qəzetində xəbər verilmişdir.

Ay ərzində“Milli Mətbuat Günü” ilə əlaqədar Sədərək, Şərur, Kəngərli, Naxçıvan, Culfa, Ordubad, Babək rayonlarında ümumilikdə 14 tədbir keçirilmişdir.

“Ağdam  rayonunun işğalı” ilə bağlı Sədərək, Şərur, Kəngərli, Naxçıvan, Culfa, Ordubad, Babək rayonlarında ümumilikdə 7 yığıncaq keçirilmişdir.

Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 7 iyul tarixdə Ağdərə, 23 iyul tarixdə isə Ağdam rayonunun işğalı ilə bağlı maarifləndirici tədbir, 12 iyul tarixdə “Hər kim yüz il yaşamasa” adlı tədbir, 19 iyul tarixdə “Milli Mətbuat Günü” ilə bağlı “Əkinçi qəzeti – dövrünün güzgüsü” adlı tədbir, 24 iyul tarixdə Rayon Mədəniyyət Evində məktəblilərin yay tətilində asudə vaxtının səmərəli keçirilməsi məqsədilə konsert, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”lə bağlı olaraq 31 iyul tarixdə “Culfa rayonunun türk-islam abidələri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

14 iyul 2018-ci il tarixdə Heydər Əliyevin ilk dəfə hakimiyyətəgəlməsinin 49-cu ildönümü münasibəti iləBabək Rayon MədəniyyətEvindəolmuşdur.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq 3 iyul 2018-ci il tarixdə nazirliyin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Parçı imamzadəsi və Arpaçay vadisinə ekskursiyası təşkil olunmuşdur.

Ay ərzində istedadlı gənclərin elektron məlumat bankı yenilənərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş muxtar respublika müsabiqəsində I, II və III yerləri tutan 82 nəfər istedadlı gəncin adı məlumat bankına daxil edilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, ay ərzində Nazirliyə 10-uİdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 82 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 16-sıİdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 72 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 2 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 4nəfər işə qəbul edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Bundan əlavə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, mütəmadi olaraq müsahibələr verilmiş, məqalə və məlumatlar göndərilmiş, müxtəlif mövzulu televiziya verilişlərinin hazırlanmasına köməklik göstərilmişdir.