Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2018-Cİ İL ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi 2018-ci il ərzində öz fəaliyyətini Nazirliyin illik iş planına uyğun qurmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibətilə yanvarın 1-də şəhərin mərkəzi meydanınında keçirilən yolka şənliyində M.T.Sidqi adına Naxşıvan Dövlət Kukla Teatrı tərəfindən kompozisiya nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası tərəfindən fonoqram musiqilər səsləndirilmiş, hədiyyələrin paylanması təşkil edilmişdir. Naxçıvan Dövlət Film Fondu tərəfindən rayonlarda Azərbaycan filmləri nümayiş etdirilmiş, bayram tətili günlərində məktəblilər üçün Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 15, Naxçıvan Dövlət Uşaq Teatrında isə 6 tamaşa oynanılmışdır. “Dünya Azərbaycanlıların Həmrəylik Günü” və “Yeni il” bayramı ilə əlaqədar rayon (şəhər) mədəniyyət şöbələrində ümumilikdə 3 film, 18 tamaşa nümayişi olmuş və müxtəlif başlıqlı 7 tədbir keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Respublika əhəmiyyətli kitabxanalarda və MKS-lərdə bu mövzuda 10 tədbir keçirilmişdir. Tarixi günlə bağlı Naxçıvan Dövlət Film Fondunda, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsində, Naxçıvan Musiqi Kollecində tədbirlər keçirilımiş, Babək və Kəngərli rayonlarında Naxçıvan Dövlət Film Fondu tərəfindən “20 yanvar - 1990” sənədli filmi nümayiş etdirilmişdir. “20 yanvar - Ümumxalq Hüzn Günü” ilə əlaqədar şəhər və rayonlarda ümumilikdə 25 tədbir keçirilmişdir.

26 yanvarda Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyinə və İsa Həbibbəyli və Vidadi Muradovun “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

“2 fevral Gənclər Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmiş, tədbirin bədii hissəsində konsert proqramı təqdim edilmişdir. Bundan əlavə “Gənclər Günü” ilə bağlı Mədəniyyət üzrə Elmi Metodik Mərkəz Naxçıvan Dövlət Film Fondu ilə birgə “Gənclik və müasir cəmiyyətimiz” mövzusunda tədbir, muzeylərdə 2 açıq dərs, şəhər (rayon) mədəniyyət şöbələrində müxtəlif başlıqlı 14 tədbir keçirilmişdir. Naxçıvan Musiqi Kollecində “02 fevral Gənclər Günü” ilə əlaqədar tələbələr arasında şahmat yarışı, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Heydər Əliyev və gənclər siyasəti” adlı konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Gəncliyə qayğı gələcəyə qayğıdır” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. “Gənclər Günü” ilə bağlı rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları da daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

“Beynəlxalq Ana Dili Günü” ilə bağlı fevralın 21-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucu konfransı keçirilmişdir. Bundan əlavə “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə bağlı Sədərək, Şərur, Kəngərli və Culfa rayonunda fəaliyyət göstərən klub müəssisələrində ümumilikdə 4 tədbir keçirilmişdir.

Xocalı faciəsi ilə əlaqədar muxtar respublika əhəmiyyətli kitabxanalarda müxtəlif başlıqlı anım tədbirləri təşkil edilmiş, kitab və foto sərgilər hazırlanaraq nümayiş etdirilmişdir. 26 fevral tarixdə Xatirə Muzeyində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar distant dərs keçirilmişdir. Bu münasibətlə Naxçıvan Dövlət Film Fondu Naxçıvan Tibb Kolleci ilə birlikdə tədbir keçirmiş, Naxçıvan Musiqi Kollecində “Qan yaddaşımız Xocalı” adlı kompozisiya, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində isə bununla bağlı olaraq müxtəlif tədbirlər təşkil edilmişdir. Xocalı faciəsi ilə bağlı şəhər və rayonlarda fəaliyyət göstərən klub müəssisələri tərəfindən ümumilikdə 21 tədbir keçirilmişdir.

“Beynəlxalq Qadınlar Günü” münasibətilə martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər. Bununla əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon (şəhər) mədəniyyət şöbələri və Nazirliyə tabe müəssisələr tərəfindən ümumilikdə 36 tədbir keçirilmiş, 21 sərgi təşkil olunmuşdur.

“Milli Teatr Günü” münasibətilə martın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, tədbirin bədii hissəsində Azərbaycan peşəkar teatrının yaranma tarixini əks etdirən kompozisiya nümayiş etdirilmişdir. Bundan əlavə “Milli Teatr Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında konfrans, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında oxucularla Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynovun və Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanovun görüşü təşkil edilmişdir.

Martın 17-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Poeziya Günü”nə həsr olunmuş tədbir keçirilmiş, aktyorların ifasında Azərbaycan və dünya ədəbiyyatından tərcümələr bədii qiraət olunmuşdur. Tədbirin sonunda yeni nəşr olunan kitab sərgisinə baxış keçirilmişdir.

Novruz bayramı münasibətilə 19 mart tarixdə “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində bayram şənliyi keçirilmiş, tədbirdə Nazirliyin tabeliyində olan musiqi və folklor kollektivlərinin çıxışları olmuşdur. Mart ayının 20-24 tarixləri arasında Novruz bayramı münasibəti ilə musiqi kollektivləri konsert proqramlarını təqdim etmişlər. Bundan başqa M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında tədbirlər təşkil olunmuşdur. 19-21 mart tarixlərdə rayon mədəniyyət şöbələri tərəfindən də Novruz bayramı ilə əlaqədar olaraq ümumilikdə 7 tədbir keçirilmişdir.

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Beynəlxalq Teatr Günü” münasibətilə tədbir keçirilmiş, tədbirin bədii hissəsində belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Meterlinqin “Göy quş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

“Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə 02 aprel tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tədbir və bilik yarışı keçirilmiş, sonra isə balaca oxuculara kukla teatrının hazırladığı “Ələddinin sehrli çırağı” tamaşası göstərilmişdir. Bununla bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında oxucu konfransı, rayon (şəhər) MKS-lərdə isə müxtəlif formatlı tədbirlər keçirilmişdir.

25 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Duz Muzeyi, dekabrın 20-də isə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir.

Mayın 11-də Naxçıvan Teatrının yaradılmasının 135 illiyi münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, Əli Əmirlinin “Əli və Nino” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

Mayın 15-də “Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının ifasında musiqi nömrələri təqdim olunmuşdur.

18 may tarixdə “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Hesabat dövründə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, 02 aprel tarixdən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri arasında keçirilən ifaçılıq, rəsm və inşa yazı müsabiqələrinə start verilmişdir. Rəsm ixtisası üzrə müsabiqədə 21 şagird iştirak etmişdir. İnşa yazı müsabiqəsində isə 58 nəfər iştirak etmişdir. İfaçılıq müsabiqəsində müxtəlif ixtisaslar üzrə 427 ifaçı, 40 kollektiv iştirak etmişdir.  Müsabiqədə münsiflər heyətinin qərarı ilə 37 - I dərəcəli, 52 - II dərəcəli, 53 - III dərəcəli, 52 diplom və 51 fəxri fərman olmaqla iştirakçıların ümumilikdə 245 göstəricisi olmuşdur. Mayın 7-də Naxçıvan şəhərindəki “Gənclik Mərkəzi”ndə müsabiqələrinin yekun tədbiri olmuş, tədbirdə qalib gələn və fərqlənən ifaçılar və kollektivlər mükafatlandırılmış, yekun konsert proqramı təqdim edilmişdir.

01 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Naxçıvan - 2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 03 may tarixdə Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Naxçıvan Muxtar Respublikasına qastrol səfəri çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı keçirilmişdir.

04 may və 15 may tarixlərində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən boks, karate və cüdo üzrə beynəlxalq turnirlərin açılış mərasimlərinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblının ifasında musiqi nömrələri təqdim edilmişdir.

04 may tarixdə Naxçıvan Dövlət Film Fondunda “Milli mədəniyyətimizin hamisi” mövzusunda tədbir keçirilmiş, sonda film nümayiş olunmuşdur.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən may ayının 4 və 5-də Naxçıvan şəhərində fəaliyyət göstərən 2 və 17 №-li tam orta məktəblərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin mədəniyyətimizin inkişafında rolu” mövzusunda mühazirələr təşkil olunmuş, 7 may tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə “Yaşa Heydər Baba” adlı şeir müsabiqəsi keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə 10 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında təqdimat konserti keçirilmişdir. Həmçinin may ayının 14, 24 və 29-da Naxçıvan şəhər “Gənclik Mərkəzi”ndə Naxçıvan Musiqi Kollecinin tələbələrinin solo konserti, Kamera ansamblının konserti və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdlərinin solo konserti keçirilmişdir.

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsi keçirilmiş, qaliblər müəyyən olunaraq mükafatlandırılmışdır.

Mayın 23-də Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, rəqs qrupunun və “Şərur” Xalq Yallı Ansamblının çıxışları olmuşdur.

Hesabat dövrü ərzində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 may tarixli Sərəncamına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilmişdir. Bundan başqa Naxçıvanda fəaliyyət göstərən muzeylərdə və kitabxanalarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgilər təşkil olunmuşdur ki, həmin sərgilər də il ərzində nümayiş etdiriləcəkdir. Uşaq kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  münasibətilə “Batum konfransı və Paris sülh müqaviləsinin tarixi əhəmiyyəti” başlıqlı biblioqrafik vəsait tərtib edilərək oxucuların istifadəsinə verilmiş və “Böyük bağ” mədəniyyət və istirahət parkında kitab bayramı təşkil edilmiş, tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabının müzakirəsi keçirilmişdir. 25 aprel tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti illərində” mövzusunda elmi konfrans keçirilmişdir. 24 may tarixdə Babək Rayon Mədəniyyət Evində rayon gəncləri üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü münasibətilə “Şərqdə ilk demokratik cümhuriyyət” adlı mühazirə oxunmuş, “Əbədi ezamiyyət” sənədli filmi nümayiş edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının 4 nəfərlik rəqs qrupu Malayziya Respublikasının paytaxtı Kuala-Lumpur şəhərində və Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov Pakistan Respublikasının İslamabad və Lahor şəhərlərində keçirilən konsertlərdə muxtar respublikanı təmsil etmişlər.

“Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə iyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının çıxışları olmuşdur. Bundan əlavə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində səhərcik təşkil olunmuşdur.

İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olmuşdur.

“15 iyun - Milli Qurtuluş Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında “Xalqın xilaskarı Heydər Əliyev” və “Xilaskarlıq missiyası” adlı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı konfranslar keçirilmiş, sərgi təşkil edilmişdir. Bununla əlaqədar rayon (şəhər) MKS-lər də daxil olmaqla ümumilikdə 10 tədbir keçirilmişdir.

01 avqust 2018-ci il tarixdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ana dilinə həsr olunmuş şeirlər səsləndirilmiş və sərgiyə baxılmışdır. Bundan başqa A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində səyyar kitab sərgisi təşkil edilmişdir. Rayon (şəhər) MKS-lərin Mərkəzi kitabxanaları da daxil olmaqla əlamətdar günlə bağlı 8 tədbir keçirilmişdir.

2 avqust tarixdə “Azərbaycan Kinosu Günü” münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Kino Gününə həsr edilmiş sərgi ilə tanış olmuş, sonra “O olmasın, bu olsun” filmi nümayiş etdirilmişdir.

Sentyabr ayının 8-dən başlayaraq “Milli Musiqi Günü” ilə bağlı tədbirlərə start verilmiş, Nazirliyin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən musiqi kollektivləri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri Naxçıvan şəhərində və rayon mərkəzlərində konsert proqramları təqdim etmişlər.

“Milli Musiqi Günü”nə həsr edilmiş tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyası tərəfindən sentyabrın 8-də Qarabağlar Türbə Kompleksində Estrada Orkestrinin, 10 sentyabrda Naxçıvan şəhərindəki Saat meydanında Mahnı və Rəqs Ansamblının, 11 sentyabrda isə “Gənclik” Mərkəzində Kamera Orkestrinin konserti təşkil edilmişdir. Bundan əlavə 14 sentyabrda Filarmoniyada “Muğam axşamı” təşkil edilmişdir.

“Milli Musiqi Günü” ilə əlaqədar sentyabr ayının 12-də Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblı Şərur rayonunda, Sentyabrın 14-də Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı isə Ordubad rayonunda konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə Naxçıvan Dövlət Film Fondu tərəfindən “Gənclik” Mərkəzində əlamətdar günlə bağlı “Azərbaycan musiqi tarixindən” adlı mühazirə oxunmuş, “Üzeyir ömrü” bədii filmi nümayiş etdirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə 18 sentyabr tarixində  “Milli Musiqi Günü” münasibətilə ədəbi-musiqili gecə keçirilmişdir. Sentyabr ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən “Milli Musiqi Günü” münasibətilə “Üzeyir bəy Hacıbəylinin həyatından” adlı metodik vəsait hazırlanaraq şəhər və rayon mədəniyyət şöbələrinə göndərilmişdir. Nazirlik və onun tabeliyindəki qurumlar tərəfindən “Milli Musiqi Günü”nə həsr edilmiş tədbirlər çərçivəsində 46 konsert olmaqla, ümumilikdə 58 tədbir keçirilmişdir.

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” qeyd edilmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Bəstəkarlar təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində muxtar respublika bəstəkarlarının əsərləri səsləndirilmişdir.

Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar hesabat dövründə bir sıra işlər görülmüşdür. 13 yanvar tarixdə Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə Azərbaycan və ingilis dillərində, 8 əsas və 27 alt bölmədən ibarət “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in rəsmi internet səhifəsi istifadəyə verilmişdir.

20 iyunda Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış mərasimi keçirilmiş, təntənəli mərasimdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və rəqs qrupu çıxış etmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” ili çərçivəsində iyun ayının 21 və 22-də İSESKO-nun “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə Yaşıl şəhərlər Strategiyasının həyata keçirilməsi üzrə ekspertlərin görüşü” keçirilmiş, görüşdə İSESKO-nun rəsmisi, Türkiyə, Özbəkistan, Misir, Tacikistan və Azərbaycandan, o cümlədən muxtar respublikadan olan 25 nəfər ekspert iştirak etmişdir. Görüş iştirakçılarına sertifikatlar təqdim edilmişdir. Onların arasında Nazirliyin 2 nəfər əməkdaşı da vardır.

Mayın ayında Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbində və iyul ayında Naxçıvan şəhərində Nazirliyin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı - 2018” devizi altında “Zərif əllər” adlı əl işlərinin sərgisi təşkil olunmuş, tədbirlərinin bədii hissəsində müxtəlif musiqi nömrələri təqdim olunmuşdur.

İyul ayının əvvəlində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli adına Sərgi Salonunda ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçugilin əsərlərindən ibarət “Allahın gözəl adları” adlı sərgi təşkil olunmuşdur. İyulun 12-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Kolanı Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” tədbirləri çərçivəsində “Zabul” muğam kompozisiyası təqdim olunmuşdur. 22 sentyabr tarixdə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılmış “Dədə Qorqud” Kamera Orkestrinin konserti təşkil olunmuşdur.

24-29 sentyabda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” tədbirləri çərçivəsində “Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” keçriilmişdir. Həftə boyu davam edən tədbirdə “Oskar” mükafatına təqdim olunmuş ekran əsəri kimi kino tariximizə düşmüş “Nabat”, müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat almış iranlı məşhur rejissor və ssenarist Məcid Məcidinin “Yağış”, məşhur alim və filosof Əbu Əli ibn Sinanın uşaqlıq və gənclik illərindən bəhs edən Özbəkistan və Tacikistan istehsalı olan “Dahinin gəncliyi”, “Niyyət”, Türkiyə istehsalı olan, Cəlaləddin Ruminin həyatı və fəlsəfəsini özündə əks etdirən “Eşqin rəqsi” və “Ulak” filmləri nümayiş olunmuşdur.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in bağlanış tədbiri keçirilmişdir. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xalq mahnılarımızı və muğamlarımızı ifa etmişlər. “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları alqışlarla qarşılanmışdır. Dekabrın 15-də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq Konfransı keçirilmişdir.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və rayon (şəhər) mədəniyyət şöbələrinin yaradıcı kollektivləri Naxçıvan şəhərində və rayon mərkəzlərində, hərbi hissələrdə konsert proqramları təqdim etmişlər. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon və Naxçıvan şəhər mədəniyyət şöbələrinin tabeliyində olan mədəniyyət evləri və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında və mədəniyyət ilinə həsr olunmuş müxtəlif mövzularda yığıncaq, dəyirmi masa və diskussiyalar keçirilmişdir.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş müxtəlif xarakterli tədbirlər davamlı olaraq keçirilmişdir. Belə ki, 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlar tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” mədəniyyət ilinə həsr olunmuş 263, bu deviz altında 2509 olmaqla, ümumilikdə 2772 tədbir keçirilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Ağbulaq İstirahət Mərkəzi”ndə istirahət edən dövlət qulluqçuları, idmançılar, aztəminatlı ailələrin uşaqları, həmçinin Naxçıvanda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün Naxçıvan Dövlət Kukla və Uşaq teatrları 3 tamaşa, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin  musiqi kollektivləri isə 26 konsert proqramı ilə çıxış etmişdir.

Ötən dövr ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünyaşöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi qeyd olunmuş və bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən 24 oktyabrda Hüseyn Cavidin  anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şairin yaradıcılığından nümunələr bədii qiraət edilmiş, sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Hesabat dövründə Xalq artistləri Yasəmən Ramazanova, Həsən Ağasoy və Kamran Quliyevin 60 illik, Tofiq Mövləvinin 80 illik, Əməkdar rəssam Səyyad Bayramovun 60 illik yubileyləri münasibətilə tədbirlər keçirilmişdir.

Dekabrın 2-də Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsinin qarşısında Naxçıvan Muxtar Respublikası Mədəniyyat Nazirliyinin və “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı tədbir keçirilmişdir.

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Gənclik” Mərkəzində görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Hacı Xanməmmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Nazirliyin müvafiq Tədbirlər Planının icrası istiqamətində iş aparılmışdır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Kitabxanaçılıq və informasiya”, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Musiqi Kollecinin “Kitabxana-informasiya təminatı”,  ixtisasları üzrə təhsil alan tələbələr üçün 13 açıq dərs və 1 dəyirmi masa, 1 konfrans, Naxçıvan Musiqi Kollecinin xanəndəlik, xoreoqrafiya və vokal, bədii yaradıcılıq ixtisaslarında və Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələr üçün 21 ustad dərs, ali və orta ixtisas təhsili müəssisələrində 6 kitab müzakirəsi keçirilmiş, Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı 4 mühazirə oxunmuşdur. Həmçinin hamiliyə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrin Nazirliyə tabe müəssisə və təşkilatlarda təcrübə keçməsi təmin edilmişdir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları” festivallarında Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Milli geyimlər” festivalında xalqımızın müxtəlif dövrlərə aid milli geyimlərinin milli geyim aksessuarlarının sərgiləri təşkil edilmişdir. “Milli geyimlər Naxçıvan teatrının səhnəsində” adlı sərgidə müxtəlif teatr tamaşalarında istifadə edilmiş milli geyimlərimiz, “Milli geyimlər rəssamların gözü ilə” adlı sərgidə isə muzeylərdə olan milli geyimlərin təsvir olunduğu rəsm əsərləri, fotoşəkillər və müasir Naxçıvan rəssamlarının milli geyimlərlə bağlı rəsm əsərləri sərgilənmişdir. Həmçinin “Milli geyimlərimiz uşaqların gözü ilə” adlı sərgidə muxtar respublikanın uşaq incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin milli geyimlərlə bağlı rəsm əsərləri və etüd çəkilişi nümayiş etdirilmişdir. Festivalda həmçinin Naxçıvan Dövlət Film Fondunun “Milli geyimlər filmlərdə”, Naxçıvan Dövlət Rəsm Qalereyasının milli geyim eskizləri, muzeylərdə olan milli geyimlər və zərgərlik məmulatları nümunələrinə aid muzey eksponatlarının sərgisi təşkil edilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyalarının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının, “Şərur qönçələri” uşaq yallı ansamblının ifasında maraqlı musiqi nömrələri nümayiş etdirilmişdir.

23 sentyabrda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Avropa İttifaqının təşkilatçılığı ilə “Avropa şəhərciyi” təşkil edilmiş, tədbirdə təqdim olunan Naxçıvan pavilyonunda qədim Naxçıvan evinin interyeri qurulmuş, milli şirniyyatlardan ibarət sərgi təşkil edilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyü pavilyonun qarşısında konsert proqramı ilə çıxış etmişdir.

İl ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə 3 maarifləndirici tədbir keçirilmiş, onların tarix-mədəniyyət abidələrinə ekskursiyaları təşkil edilmişdir.

2018-ci ildə konsert-tamaşa müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Məmməd Səid Ordubadinin eyniadlı romanı əsasında hazırlanmış “Qılınc və qələm”, Əli Əmirlinin “Əli və Nino”, , Hüseyn Cavidin “Xəyyam” və plandankənar Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” tamaşaları hazırlanmışdır. Teatrda hazırlanmış tamaşalar stasionarda və qastrollarda nümayiş etdirmişdir.

İl ərzində teatr ümumilikdə bilet satışı ilə 31, xeyriyyə məqsədilə 7 tamaşa oynamışdır.

Hesabat dövrü ərzində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı repertuar planına əsasən 5 yeni tamaşa - “Ələddinin sehrli çırağı”, “Qırmızı, yaşıl, mavi”, “Qoğalın sərgüzəştləri”, “Tülkü həccə gedir” və “Cırtdanın yeni sərgüzəştləri” tamaşalarını hazırlayıb istismara buraxmışdır. Bundan əlavə Novruz Bayramı və Yeni il şənlikləri üçün kompozisiyalar hazırlanmış, stasionarda və muxtar respublikanın rayonlarında balaca teatrsevərlərə 94 tamaşa nümayiş etdirmişdir.

Həmçinin xeyriyyə məqsədi ilə Sədərək, Ordubad, Babək rayonlarında,  Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Məhdud Fiziki imkanlılar üçün Regional İnformasiya Mərkəzində və teatrda 15 tamaşa göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrı il ərzində bir repertuar planında olan C.Məmmədquluzadənin “Çay dəsgahı” tamaşasını, repertuardankənar hazırlanan “Bizə dovşan və meşəbəyi lazımdır”, “Kosanın kələyi”, “Bahar qız küsüb” və “Qar qızı axtarırıq”,  ümumilikdə 5 yeni tamaşa hazırlayıb istismara buraxmışdır. Teatr tərəfindən bilet satışı ilə 25, xeyriyyə məqsədilə 6 tamaşa oynanmışdır.

Ötən dövrdə xalq teatrları “Tiflis səfəri”, “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yarım günlük rəis müavini”, “Müsyo Jordan və Dərviş Məstəli şah”, “Subaylardan görəsiniz” və başqa tamaşalar olmaqla 9 tamaşa hazırlamışlar. Culfa Rayon Əbrəqunus Kənd Mədəniyyət Evinin dram dərnəyi ilk tamaşasını - böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını Culfa və Naxçıvan şəhərlərində oynamışdır. 2018-ci ildə xalq teatrları 18 tamaşa nümayiş etdirmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında hesabat dövründə kollektivlərin məşqləri qrafikə uyğun olaraq davam etdirilmiş, Filarmoniyanın yaradıcı kollektivlərinin rayonlarda və hərbi hissələrdə konsert proqramları təqdim edilmişdir. Ümumilikdə musiqi kollektivlərinin 67 konserti olub ki, bunlardan da 14-ü bilet satışı ilə, 26-sı dövlət tədbirlərində, 27-si xeyriyyə məqsədi ilə olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə və folklor ansambllarına geyim dəstlərinin, musiqi alətlərinin, musiqi texnikasının təqdimat mərasimlərinin keçirilməsi ənənəyə çevrilmişdir ki, bunun davamı olaraq martın 9-da Naxçıvan Dövlət Filarmoniyasına yeni alınmış səs avadanlıqlarının təqdimatı keçirilmişdir.

Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə açıq havada keçirilən ənənəvi yay şənbə konsertlərinə 29 iyunda start verilmiş, iyun-sentyabr aylarında Naxçıvan şəhərinin park və meydanlarında olmaqla 9 konsert proqramı təqdim edilmişdir.

Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə 17-18 mart tarixlərdə Heydər Əliyev Sarayında Azərbaycan Respublikanın Əməkdar artistləri R.İsgəndərov və C.Rəhimovun iştirakı ilə “Gəlin”, 05 may tarixdə Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun “Kaman” adlı konsert proqramları təşkil edilmişdir.

Mart ayının 17-dən 27-dək “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasına səfər etmiş, Kastamonu şəhərində keçirilən “Kastamonu 2018 Türk Dünyası Mədəniyyət Paytaxtı” açılış mərasimində, həmçinin Ankaranın Çubuk bölgəsində, “Yıldırım Beyazit Universitesi”ndə, Kastamonu şəhərində, İstanbulun Bayrampaşa bölgəsində təşkil edilmiş Novruz bayramı şənliklərinin bədii hissələrində müxtəlif yallı nömrələri ilə çıxış etmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən Azərbaycan cizgi filmlərinin, uşaq filmlərinin, sənədli və bədii filmlərin nümayişi diqqət mərkəzində saxlanılmışdır. “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində rayon mərkəzlərində və kəndlərdə,  həmçinin müxtəlif tədbirlərdə 36, aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlar və məktəblilər üçün 14 film nümayişi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Ordubad, Şahbuz, Babək və Şərur rayonlarında təhsil şöbələri ilə birgə “Mən kinonu sevirəm” kinoviktorinası keçirilmiş, kinoviktorinaya muxtar respublika turu ilə yekun vurulmuşdur.

2018-ci ilin oktyabr-dekabr aylarında rayon təhsil şöbələri ilə birgə “Milli filmlərimiz” adlı kinoviktorinanın 3 mərhələsi keçirilmişdir.

Naxçıvan Dövlət Film Fondunun arxivinə 2018-ci il ərzində 129 adda yeni film daxil olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, bu mədəniyyət ocaqlarına lazımi əməli və metodiki köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə nazirliyin sistemində fəaliyyət göstərən muzeylərlə təhsil müəssisələri arasında interaktiv dərslər keçirilmiş, dərsləri 200-dən çox təhsil müəssisəsi izləmişdir. İl ərzində ümumilikdə 12 distant dərs keçirilmişdir.

26 yanvarda Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyinə və “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

02 fevral tarixdə Bəhruz Kəngərli Muzeyində görkəmli rəssamın muzeyə hədiyyə olunmuş 3 orijinal rəsm əsərinin, 22 fevral tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə olunmuş 75 ədəd maddi-mədəniyyət nümunəsinin, aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitabların AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna, 27 avqustda Kəngərlilər nəslinin nümayəndəsi Əkbər Xan Kəngərlinin nəvəsi Fərman, həmçinin onun oğlu Fərhad və qızı Yasna Nağdəliyevlər tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, 17 oktyabr tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzeyə hədiyyə olunmuş 26, 10 noyabr tarixdə isə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzeyə hədiyyə olunmuş 86 ədəd maddi mədəniyyət nümunəsinin təqdimatı olmaqla, ümumilikdə 8 eksponat təqdimatı keçirilmişdir. Ötən il muzeylərə 1564 ədəd eksponat daxil olmuşdur.

May ayında Bəhruz Kəngərli Muzeyinin saytının təqdimatı olmuşdur. Dekabrın birinci ongünlüyündə isə Duz Muzeyi, Qarabağlar Türbə Kompleksi və Mədəniyyət Nazirliyinin saytları fəaliyyətə başlamışdır.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə muxtar respublika muzeylərində 19 seminar-treninq keçirilmiş, muzey işi ilə bağlı 4 dəyirmi masa təşkil edilmişdir.

Muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən il ərzində muzeylərdə ümumilikdə 371 açıq dərs keçirilmişdir.

2018-ci il ərzində muzeylərdə ümumilikdə tarixi və əlamətdar günlərlə bağlı 104 sərgi qurulmuş, 30 tədbir keçirilmişdir.

Cari il ərzində muzeyləri ümumilikdə 592 min 683 tamaşaçı ziyarət etmişdir ki, onlardan 178 min 469 nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Hesabat dövründə kitabxanalarda görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tədbirləri də diqqət mərkəzində saxlanılmışdır. Rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun 135, ədəbiyyatşünas Firudin bəy Köçərlinin 155, maarifçi Həmidə xanım Cavanşir-Məmmədquluzadənin 145, bəstəkar Elza İbrahimovanın 80, qaboy ifaçısı Kamil Cəlilovun 80, bəstəkar Qara Qarayevin 100, xalq artisti, xanəndə Arif Babayevin 80, xalq artisti, müğənni Rübabə Muradovanın 85,  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 , yazıçı İsa Hüseynovun 90, italyan bəstəkarı Cüzeppe Qaribaldinin 205, əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 85, xalq artisti Gülxar Həsənovanın 100 illiyi, rus yazıçısı İ.S.Turgenevin anadan olmasının 200 illiyi, yazıçı Çingiz Aytmatovun anadan olmasının  90  illiyi, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi, akademik Ziya Bünyadovun 95 illiyi münasibətilə ümumilikdə 62 görkəmli şəxsiyyətlə bağlı 139 yubiley tədbiri keçirilmişdir.

Aprel ayının 18-də Naxçıvan Müəllimlər İnstitutu ilə birgə kitabxana işçiləri üçün “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda 22 fevral - 07 mart tarixlərdə 10 günlük kurs təşkil edilmişdir. Kursda muxtar respublikanın kitabxana sistemlərində çalışan 28 nəfər əməkdaşı iştirak etmişdir. İmtahandan müvəffəqiyyətlə keçmiş kitabxana işçilərinə sertifikatlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının 94-cü ildönümü ilə bağlı kitabxanalarda ümumilikdə 10 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir.A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 15 və 16 №-li tam orta məktəblərin tarix müəllimləri və məktəbli oxucuların iştirakı ilə “Naxçıvan dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “2 mart - Ümumdünya Oxu Günü” ilə əlaqədar 12 №-li uşaq bağçasında “Biz kitab oxuyuruq” başlıqlı səhərcik təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 nömrəli Təqaüdçülər Klubuna gündəlik olaraq, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və rayon (şəhər) MKS-lərin mərkəzi kitabxanaları tərəfindən məhdud fiziki imkanlı şəxslərə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə sağlamlıq imkanları məhdud uşağa 259 səyyar kitabxana xidməti göstərilmişdir. Bundan başqa hesabat dövrü ərzində məktəbli oxucularla uşaq kitabxanasının əlaqələrini möhkəmləndirmək məqsədilə məktəblilərin Naxçıvan şəhərindəki tarixi abidələrə ekskursiyası təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının oxu zalında ənənəvi olaraq hər il məktəblilərin yay tətili mövsümündə kitabxanada təşkil olunan “Yay oxu zalı”nın da fəaliyyəti iyun-avqust aylarında davam etdirilmişdir.

Əhaliyə göstərilən kitabxana-informasiya xidmətlərini müasir səviyyəyə çatdırmaq məqsədilə Nazirlik tərəfindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşlarının regionlara ezamiyyələrinin təşkilinə dair qrafikə uyğun olaraq fevral-sentyabr aylarında rayon MKS-lərdə olmuş, onlara lazımi metodiki köməklik göstərilmişdir. Hər iki kitabxananın işçiləri kitabxananın bütün şöbə və bölmələrinin iş prinsipləri ilə təcrübəçiləri yaxından tanış etmişlər.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 32 adda 256, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 17 adda 136 metodiki məktub tərtib edilərək rayon (şəhər) MKS-lərinə göndərilmişdir.

Ümumilikdə hesabat dövründə kitabxanalarda keçirilən mədəni kütləvi tədbirlərin sayı 957 tədbir keçirilmiş, 424 sərgi təşkil edilmişdir.

Kitabxanalara  il  ərzində  Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 46 adda 3717 nüsxə, digər mənbələrdən olmaqla, ümumilikdə 15631 nüsxə çap məhsulu daxil olmuş və kitabxana, muzey və digər müəssisələrə paylanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 2018-ci il ərzində 205 kitab müzakirəsi keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ötən ildə muxtar respublika əhəmiyyətli kitabxanalarda, eləcə də rayon (şəhər) MKS-lərdə 120 “Kitabxanaçı günü”, 120 “Kitabxana günü”, 456 “Nağıl günü” və 325 “Mütaliə günü” keçirilmişdir.

Muxtar respublika əhəmiyyətli kitabxanalarda yeni oxucu sayı 2751 nəfər, oxucu gəlişi 141 min 84 nəfər, kitab verilişi 643 min 208 nüsxə təşkil etmişdir.

Respublika kitabxanasının elektron kitabxanasından uzaq məsafədən (qlobal) 3729, lokal şəbəkədən isə 1275 oxucu olmaqla, cəmi 5004 oxucu istifadə etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasının zənginləşdirilməsi sahəsində işlər davam etdirilmiş, informasiya-resurs şöbəsi tərəfindən elektron kataloqa 340 adda kitab işlənmiş və ümumilikdə sayı 9908 çatdırılmışdır. Şəbəkəyə isə 630 kitab işlənmişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində hesabat dövrü ərzində 13 maarifləndirici tədbir, 1 kurs və 1 əməli məşğələ keçirilmişdir.

İl ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən mədəniyyət evi və klublarda çalışan əməkdaşlara yerlərdə əməli köməklik göstərilmiş, əlamətdar və tarixi günlərlə, eləcə də klub işinin təşkili işi ilə bağlı metodik tövsiyə və vəsaitlər hazırlanmışdır.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı 8 xalq yaradıcılığı günü keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən 2018-ci il ərzində 10269 manatlıq 1494 ədəd əl işi satılmışdır.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, tədrisin keyfiyyətinin yüksəldilməsi və musiqinin inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.

İl ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlər üçün 16 ustad dərs, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün 8 metodiki kurs təşkil edilmişdir. O cümlədən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində rəsm ixtisası üzrə təhsil alan şagirdlərə “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında - Naxçıvan” mövzusunda ustad dərslər keçirilmişdir.

Nazirliyin iş planına əsasən hesabat dövründə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında 3 “Lira” musiqili intellektual oyunu keçirilmiş və burada 17 məktəbin komandası iştirak etmişdir.

2018-ci ildə Naxçıvan Musiqi Kollecinin muğam üçlüyü və sazçalanlar ansamblı muxtar respublikanın rayon və kəndlərində konsert proqramı ilə çıxış etmişdir. 14 mart 2018-ci il tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların konserti olmuşdur. Noyabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Beynəlxalq Əlillər Günü” ilə bağlı əl işlərindən ibarət sərgi və konsert təqdim edilmişdir.

İyun ayı ərzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rayon mədəniyyət evlərində ümumilikdə 19 hesabat konserti keçirilmişdir.

27-29 dekabr tarixlərdə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 13 konsert keçirilmişdir.

1-14 iyun tarixləri arasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində yekun akademik imtahanlar keçirilmişdir. Buraxılış imtahanlarının nəticələrinə əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 585 ümumi, 17 fərqlənmə olmaqla, ümumilikdə 602 şagird bitirmişdir. 2018-2019-cu tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 990 şagird qəbul olunmuşdur.

İl ərzində Naxçıvan Musiqi Kollecinin tələbələri tədris planına əsasən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında pedaqoji təcrübədə olmuşlar. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri Naxçıvan şəhər 4 nömrəli və 5 nömrəli uşaq musiqi məktəblərində pedaqoji təcrübə keçmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri ansamblının 14 aprel tarixdə Şərur Rayon Mədəniyyət Sarayında,  “15 may - Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçirilən tədbirin bədii hissəsində, 27 noyabr tarixdə isə yeni yaradılmış “Xor” kollektivinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018 devizi altında ilk konserti keçirilmişdir.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası ilə bağlı Culfa, Ordubad, Şahbuz, Sədərək rayonlarında və Naxçıvan şəhərində 8 “Xalq Yaradıcılığı Günü” keçirilmişdir.

İl ərzində istedadlı gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin Naxçıvan şəhərində yerləşən muzeylərə, tarixi abidələrə və muzeylərə olmaqla 5 ekskursiyası, 6 maarifləndirici tədbir təşkil olunmuşdur. Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İslam dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilmişdir. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə Naxçıvan şəhər “Gənclər Mərkəzi”ndə 9 komandanın iştirakilə “Mədəni irs” intellektual oyunu keçirilmişdir. İyul ayı ərzində istedadlı gənclərin elektron məlumat bankı yenilənərək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş muxtar respublika müsabiqəsində I, II və III yerləri tutan 82 nəfər istedadlı gəncin adı məlumat bankına əlavə olunmuşdur. Hal-hazırda məlumat bankında 225 istedadlı gəncin adı qeydiyyatdadır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Mədəniyyət sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 23 aprel 2018-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılmışdır. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əllə toxunmuş xalçaların reyestri Sistemi” yaradılmış və ötən dövr ərzində 482 ədəd xalça haqqında məlumatlar reyesrtə daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə”, 31 yanvar 2018-ci il tarixli 215-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair”, 11 yanvar 2016-cı il tarixli 14-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə” Dövlət Proqramlarının həyata keçirilməsi üzrə tədbirlər planının aid bəndləri üzrə işlər görülmüş və bu barədə müvafiq orqanlara məlumatlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonunda yerləşən orta əsr Aza şəhər yerində və Bal dərəsində, Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonu Meydantəpə qədim yaşayış yerində, Baxşəliyev Vəli Baxşəli oğluna Naxçıvan təpə, Naxçıvan, Babək rayonu ərazisində Duzdağ, I Kültəpə, Uçan ağıl yaşayış yerlərində arxeoloji tədqiqat aparmaq üçün verilən müvafiq vəkalətnamələr Nazirlik tərəfindən qeydiyyata alınmış, aparılan arxeoloji qazıntılarla bağlı hesabatlar qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 08 oktyabr tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”ndan irəli gələn vəzifələrin icrası istiqamətində iş aparılmış, 4 nəfər Azərbaycan vətəndaşının yazılı müraciətinə baxılmışdır. Müraciətlər əsasında rəsm işləri, məişət əşyaları və dekorativ tətbiqi sənət nümunələrinin Naxçıvan Muxtar Respublikasında olan muzey fondlarına aid olması və Azərbaycan Respublikasının mədəni sərvətlərinin mühafizə siyahısına daxil olub-olmadığının müəyyənləşdirilməsi üçün ekspertiza aparılmış və 4 icazə şəhadətnaməsi verilmişdir.

Hesabat dövründə reklam-informasiya materiallarının hazırlanması istiqamətində iş davam etdirilmişdir. Belə ki, 2018-ci ildə azərbaycan və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının muzeyləri” kataloqu, “Möminə xatın türbəsi”, “Nuh peyğəmbərin məzarüstü türbəsi”, azərbaycan, rus və ingilis dillərində “Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri” bukletləri hazırlanaraq çap olunmuşdur.

2018-ci ildə Duz Muzeyi yaradılmış və Şərur rayonunda Tarix- Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir. Bu dövrdə Naxçıvan və Nehrəm imamzadələri, Qarabağlar Türbə Kompleksi, Yengicə kəndində Şərq hamamı, Qazançı kəndindəki tarixi körpü bərpa və konservasiya edilmişdir. Muxtar respublikada Dizə və Qazançı, Aşağı və Yuxarı Buzqov, Ərəbyengicə, İbadulla, Kosacan kənd mərkəzləri inşa olunmuşdur. Bu kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yer ayrılmışdır.

Hesabat dövründə mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə 2018-ci il ərzində mədəniyyət işçilərinin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilmiş, 8 nəfər Azərbaycan Respublikasının Prezident mükafatına, 4 nəfər “Tərəqqi” medalına, 2 nəfər Azərbaycan Respublikasının, 4 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşlər.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, bir il ərzində ərzində 251-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 629 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 132-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 806 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 65 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

2018-ci il ərzində Nazirliyin 8 kollegiya iclası keçirilmiş, kollegiyada 13 məsələ müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 284 nəfər işə qəbul edilmişdir.

Cari il ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

2018-ci il ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-lər ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 101 məqalə, yerli qəzetlərdə 28 yazı dərc olunmuş, Nazirliyin vebsaytına 126 məqalə və 7 hesabat yerləşdirilmişdir.