Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2018-Cİ İLİN NOYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Ay ərzində əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır.

02 noyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin tələbələrinin Bəhruz Kəngərli Muzeyinə ekskursiyası təşkil edilmişdir.

Həmin tarixdə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin tamaşa zalında Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyindəki Xalq Teatrının Tofiq Seyidovun “Yarımgünlük rəis müavini” satirik komediyası əsasında hazırladığı eyniadlı tamaşanın, noyabrın 6-da isə Şərur Rayon Mədəniyyət Sarayında Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının Əli Əmirlinin “Varlı qadın” əsəri əsasında hazırladığı tamaşanın premyerası baş tutmuşdur.

Bundan əlavə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunmuşdur.

Noyabrın 7-də rayon sakinləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən 80-dən çox eksponatın Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində təqdimetmə mərasimi keçirilmişdir.

12 noyabr tarixdə Nazirliyin Gənclər Təşkilatının təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin tələbələri üçün 12 noyabr “Konstitusiya Günü”dür və 27 noyabr tarixdə “Naxçıvan şəhəri Azərbaycanın gənclər paytaxtıdır” mövzularında tədbirlər keçirilmişdir.

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” qeyd edilmişdir. Həmin gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə muxtar respublika bəstəkarlarının ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

20 noyabr tarixdə Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2018-ci il üçün iş planına əsasən nazirliyin tabeliyində olan müəssisələrin gəncləri arasında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.

Noyabrın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” devizi altında Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xor kollektivinin ilk konserti baş tutmuşdur.

Nazirliyin təşkilatçılığı ilə keçirilən dram kollektivlərinin ifaçılıq müsabiqəsinin noyabrın 28-də Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində əsas turu keçirilmişdir. Müsabiqədə Naxçıvan şəhərindən iki (Sabit və Nur), Babək rayonundan iki (“Səbinə” və “Gənclik”), Ordubad rayonundan bir (“Gilançay”) və Culfa rayonundan bir (“Haçadağ”) kollektivi olmaqla ümumilikdə 6 dram kollektivi iştirak etmişdir. Müsabiqənin yekununda Culfa rayonundan “Haçadağ” kollektivi 59 balla 1-ci, Babək rayonundan “Səbinə” kollektivi 50 balla 2-ci və “Gənclik” kollektivi isə 43 balla 3-cü yerin qalibi olmuşdur.

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Beynəlxalq Əlillər Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarına əvvəlcə “Gənclik” Mərkəzinin foyesində təşkil olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi, sonra uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin ifasında konsert təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır. 12-13 noyabrda Norveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Olav-Nils Thuen, 25-26 noyabrda Türk Şurası Gənc Liderləinin Naxçıvan formunun iştirakçıları, 26 noyabrda “Azərbaycan Belarus gənclər günləri” çərçivəsində Belarus Respublikasının gənclərinin, 29-30 noyabr tarixlərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müvəqqəti işlər üzrə vəkili Uilyam Qill, 30 noyabr-2 dekabr tarixdə Azərbaycan Respublikası Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənlər Fondunun birgə təşkilatçılığı ilə 100 nəfər gənc Naxçıvan Muxtar Respublikasına səfəri zamanı muzeyləri ziyarət etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən 15 noyabrda Dövlət Bayrağı Muzeyində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq 08 noyabr tarixdə Dövlət Bayrağı Muzeyində interaktiv dərs, 21 noyabrda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə Şərur rayon Kosacan kənd məktəbi, 30 noyabrda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə Culfa Rayon Qazançı kənd məktəbi arasında distant dərs keçirilmiş, dərsi 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə 07 noyabrda C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmişdir.

Nazirliyin 2018-ci il üçün iş planına uyğun olaraq təsdiq olunmuş qrafikə əsasən 20 noyabrda C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Muzeylərdə mədəni-kütləvi tədbirlərin təşkili” mövzusunda dəyirmi masa keçirilmişdir.

08 noyabr tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsinin II mərhələsi Sədərək rayon orta məktəb şagirdləri arasında, III mərhələsi isə 29 noyabrda Şərur rayon orta məktəb şagirdləri arasında keçirilmişdir.

Dövlət Bayrağı günü” ilə əlaqədar Dövlət Bayrağı Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi və tarix-diyarşünaslıq muzeylərində açıq dərslər keçirilmiş, sərgi qurulmuşdur. 14 noyabrda Heydər Əliyev Muzeyində “Dövlət Bayrağı Günü” ilə əlaqədar olaraq “Naxçıvanda ucaldılan dövlət bayrağı” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Ay ərzində muzeylərdə ümumilikdə 1 tədbir, 53 açıq dərs keçirilmiş, 8 sərgi qurulmuşdur. Noyabr ayı ərzində muzeylərə 146 ədəd yeni eksponat daxil olmuş, muzeyləri ümumilikdə 55 884 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 14 608  nəfəri əcnəbi vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.

Belə ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla “Azərbaycan Dövlət Bayrağı Günü”, “Konstitusiya Günü”, “Milli Dirçəliş Günü” münasibətilə ümumilikdə 30 tədbir keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubiley tədbirləri də diqqət mərkəzində saxlanılmış, ümumilikdə 18 yubiley tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilir ki, bu ay ərzində də 20 kitab müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və  rayon (şəhər) MKS-lər tərəfindən 35 nəfər məhdud imkanlı və fiziki qüsurlu şəxsə 35 səyyar kitabxana xidməti göstərilmişdir. 2018-ci ilin noyabr ayı ərzində rayon (şəhər) MKS-lərinə “9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “Oxunması zəruri olan kitablardan - “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, “Müstəqilliyimiz milli sərvətimizdir” mövzularında 3 adda 24 metodiki məktub göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Ali və orta-ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təsdiq etdiyi qrafik əsasında 06 noyabr 2018-ci il tarixdə kitabxanada Naxçıvan Musiqi Kollecinin kitabxana-informasiya ixtisası üzrə təhsil alan I kurs tələbələrinə “Çap məhsullarının kitabxana texnikası ilə işlənməsi qaydaları” mövzusunda açıq dərs keçirilmişdir.

Ay ərzində Nazirliyə 4 adda 80 nüsxə çap məhsulu daxil olmuş, müəssisə və təşkilatlar paylanmışdır. Kitabxanalara ümumilikdə 465 adda 557 nüsxə çap məhsulu daxil olmuşdur. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 327, oxucu gəlişi 13080 nəfər, kitab verilişi 39867 nüsxə təşkil etmişdir. Ay ərzində elektron kataloqa 313 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 9881-ə çatdırılmış, şəbəkəyə isə 278 kitab (PDF) işlənmiş və ümumi sayı 278-ə çatdırılmışdır. Noyabr ayında elektron kitabxanadan istifadə edən oxucu sayı qlobal şəbəkə üzrə 97 nəfər olmuşdur.

“Mütaliyə günü” ilə bağlı 10, “Nağıl günü” ilə əlaqədar 27, “Kitabxanaçı günü” ilə bağlı 10 və “Kitabxana günü” ilə bağlı 10 tədbir keçirilmişdir.

Ay ərzində klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. “9 noyabr - Dövlət Bayrağı Günü” və “17 noyabr - Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar rayon (şəhər) mədəniyyət evi və klublarda tədbirlər keçirilmişdir. Ümumilikdə hesabat dövrü ərzində rayon (şəhər) mədəniyyət evləri və klublarda əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlərin sayı 312 olmuşdur.

8 noyabr tarixdə “Dövlət Bayrağı Günü” ilə əlaqədar Şahbuz Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşlarının iştirakı ilə mədəniyyət evi və klub müəssisələrinin bədii qiraət dərnəklərinin üzvləri arasında “Qürurum üçrənglidir” adlı şeir müsabiqəsi keçirilmişdir.

Noyabr ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz tərəfindən 2 adda 16 (9 Noyabr – Dövlət Bayrağı və 17 Noyabr – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı günləri ilə əlaqədar “Bayrağımız qürurumuzdur” və “Dövlət bayrağının qəbulu müstəqillik tarixində mühüm səhifədir”), Heydər Əliyev Sarayı tərəfindən isə 2 adda 16 (“Mənəvi varlığımız-nağıllarımız”, “9 Noyabr – Dövlət Bayrağı Günü”) olmaqla ümumilikdə 4 adda 32 metodik vəsait hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

24 noyabr tarixdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə 2 №-li Təqaüdçülər Klubunda “Dama müsabiqəsi” keçirilmişdir.

Culfa rayonunda gənclərin yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması, onların fəaliyyətinin düzgün qurulması, dərnəklərin fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə 27 noyabr tarixdə dərnək üzvlərinin iştirakı ilə “Gənc rəssamlar” adlı rəsm sərgisi keçirilmişdir. Ümumilikdə hesabat dövrü ərzində 60 sərgi keçirilmişdir.

2018-ci ilin noyabr ayından etibarən klub müəssisələrinin əməkdaşları üçün “Klub müəssisələrinin fəaliyyətinin artırılması və mədəni-kütləvi tədbirlərin keçirilməsi formatı” ilə əlaqədar seminar-müşavirələr təşkil olunmuşdur. Belə seminar-müşavirələr 7 noyabr tarixdə Sədərək, 20 noyabr tarixdə Şahbuz, 27 noyabr tarixdə Babək və son olaraq 30 noyabr tarixdə Şərur rayonunda keçirilmişdir.

27 noyabr tarixdə Babək Rayon Mədəniyyət Sarayında keçirilən seminar-müşavirədə mədəniyyət evi və klub işçiləri ilə söhbət aparılmış, yeni dərnəklərin yaradılması və dərnəklərə gənclərin cəlb olunması mövzusunda köməklik göstərilmişdir. Belə seminar-müşavirələrdən biri də 30 noyabr tarixdə Şərur Mədəniyyət Sarayında Şərur və Kəngərli rayonunun mədəniyyət evi və klubların işçiləri üçün keçirilmişdir. Ümumilikdə hesabat dövrü ərzində 4 seminar müşavirə keçirilmişdir.

Qeyd olunanlarla yanaşı hesabat dövrü ərzində mədəniyyət evləri və klublarda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən tədbirlərin sayı 104, birbaşa həsr olunan tədbirlərin sayı isə 9 olmuşdur.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən noyabr ayı ərzində 879 manatlıq 55 adda 96 ədəd əl işi satılmışdır.

Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı 07 noyabrda “Əli və Nino” tamaşasını nümayiş etdirilmiş, 08 noyabr tarixdə plandan kənar hazırlanan “Qaynana əməliyyatı” tamaşasına ictimai baxış keçirilmişdir.

Payız qastrolu çərçivəsində teatr noyabrın 15-də Babək rayonunda, 16-da Ordubad rayonunda, 19-da Culfa rayonunda, 21-də Sədərək rayonunda, 22-də Şərur rayonunda, 23-də isə Kəngərli rayonunda “Qaynana əməliyyatı” tamaşasını nümayiş etdirmişdir. Ay ərzində “Xəyyam” tamaşasının məşqləri davam etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri məşqlərini qrafikə uyğun olaraq davam etdirmiş, 08 noyabrda Estrada Orkestrinin Sədərək rayonunda konsert proqramı təşkil edilmişdir.

10-11 noyabr tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” Festivalının bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri çıxış etmişdir.

26 noyabrda “Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumu”nun bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və rəqs qrupu çıxış etmişdir.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ay ərzində “Cırtdanın sərgüzəştləri” və “Tıq-tıq xanım” tamaşalarının məşqləri davam etdirmiş, 02 noyabrda “Göyçək Fatma” tamaşası hərbi hissədə xeyriyyə məqsədi ilə, 08 noyabrda “Qırmızı, yaşıl, mavi” tamaşası Şərur rayonunda, 15 noyabrda isə Sədərək rayonunda bilet satışı ilə nümayiş etdirilmişdir.

Həftənin şənbə günləri “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər” tamaşaları göstərilmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında 23 noyabrda “Çay dəstgahı” tamaşasına ictimai baxış keçirilmiş və tamaşa qəbul edilərək repertuara daxil edilmişdir. 24 noyabrda isə Culfa rayonunda “Nadan xoruz” tamaşası göstərilmişdir.

Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində noyabrın 02-də Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, 18 noyabrda Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz” televiziya filmini, noyabrın 23-də isə Ordubad şəhərində “Dərvişin qeydləri” filmini, 09 noyabrda Fondun zalında 12 və 15 nömrəli məktəblərin şagirdləri üçün “Xoşbəxt ay-ulduz” sənədli filmini göstərmişdir.

Noyabrın 20-də Şərur rayon məktəbliləri arasında Gənclər Mərkəzində kinoviktorinanın seçim turu keçirilmişdir.

Hesabat dövründə Ordubad Rayon Xalq Teatrı S.Rəhmanın “Yalan”, Babək Rayon Xalq Teatrı isə M.S.Ordubadi və Səid Rüstəmovun “Beş manatlıq gəlin” əsərləri üzərində yaradıcılıq işi aparmışdır. Bundan əlavə xalq teatrlarının qastrol tamaşaları davam etdirilmiş, 08 noyabr tarixdə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Əli Əmirlinin “Varlı qadın” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə Naxçıvan şəhərində, 14 noyabr tarixdə Naxçıvan Şəhər Xalq Teatrı Tofiq Seyidovun “Yarımgünlük rəis müavini” satirik komediyası əsasında hazırladığı tamaşa ilə Ordubad rayonunda və Babək Rayon Xalq Teatrı İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsəri əsasında hazırlanmış tamaşa ilə Sədərək rayonunda qastrol səfərində olmuşdur.

Nazirliyin tabeliyində olan təhsil müəssisələrində hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Belə ki, 07 noyabr tarixdə Naxçıvan Musiqi Kollecində Naxçıvan Dövlət Filarmoniyasının ixtisaslı kadrları tərəfindən aktyor sənəti, 16 noyabr 2018-ci tarixdə xanəndəlik, 23 noyabr tarixdə isə vokal ixtisası üzrə müəllim və tələbələr üçün ustad dərslər keçirilmişdir.

14 noyabr tarixdə Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərində tar, kamança, fortepiano, qarmon və skripka ixtisasları üzrə müəllim və şagirdlər üçün ustad dərs keçirilmişdir. Ümumilikdə hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı 2 açıq dərs, 1 kitab müzakirəsi, 3 ustad dərs, 1 mühazirə keçirilmişdir.

22 noyabr 2018-ci il tarixdə Kəngərli Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri xor, musiqi ədəbiyyatı və solfecio fənləri üzrə metodiki kurs keçirilmiş və metodiki istiqamətdə müəllimlərə tövsiyələr verilmişdir.

14 noyabr tarixdə Ordubad Rayon Kotam kənd mərkəzində Naxçıvan Musiqi Kollecinin “Muğam üçlüyü” və “Sazçalanlar” ansamblının konserti olmuşdur. 20 noyabr tarixdə Naxçıvan Musiqi Kollecində, 22 noyabr tarixdə Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində Bəstəkarlar Təşkilatının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Ay ərzində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”-ə həsr olunmuş müxtəlif səpkili tədbirlər keçirilmiş, mədəniyyət ilinə həsr olunmuş tədbirlərin sayı 12, bu deviz altında keçirilən tədbirlərin sayı isə 139 olmuşdur.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Noyabr ayı ərzində Nazirliyə 34-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 95 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 8-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 103 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daim nəzarətdə saxlanılmış, 2 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Nazirliyin müəssisə və təşkilatlarına noyabr ayı ərzində 30 nəfər işə qəbul edilmişdir.

2018-ci il noyabr ayı ərzində 1 kollegiya iclası keçirilmiş, kollegiyada 1 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Nazirliyin Maliyyə və təsərrüfat sektoru tərəfindən sentyabr ayına dair statistik hesabatların, aylıq üzləşmə aktının hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi, Nazirliyin Aparatının və tabeliyində olan təşkilatların saxlanılması, Nazirliyin tabeliyində olan müəssisələrə lazımi mal-material alınması təmin edilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Noyabr ayı ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 7 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 1 material efirə verilmişdir. Həmçinin keçirilmiş tədbirlərlə bağlı 14 xəbər süjeti NTV kanalında efirə getmişdir. Nazirliyin saytına 1 məqalə və 29 xəbər olmaqla 30 material işlənmişdir.