Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2019-cu il ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.
Ötən dövrdə əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən yanvarın 1-də Naxçıvan şəhərinin mərkəzi meydanında və 02-03 yanvar tarixlərdə stasionarda 1-i xeyriyyə olmaqla, ümumilikdə 10 tamaşa nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Uşaq Teatrında “Yeni il bayramı” münasibəti ilə 01-05 yanvar tarixləri ərzində ümumilikdə 7 tamaşa nümayiş olunmuşdur. Bundan əlavə 01 yanvar tarixdə rayon (şəhər) mədəniyyət şöbələrinin təşkilatçılığı ilə bayram şənlikləri təşkil edilmiş və bir sıra tədbirlər keçirilmişdir. Bayram günlərində Nazirliyin sisteminə daxil olan muzeylər ziyarətçilərinə muzey xidməti göstərmişdir.
Fevralın 1-də Nazirliyin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında “Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti olmuşdur. Fevralın 2-də isə muxtar respublikanın rayonlarında aid təşkilatlarla birgə keçirilən “2 fevral - Gənclər Günü”nə həsr edilmiş tədbirlərdə rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə iş aparılmış, müvafiq tədbirlər planı təsdiq edilmiş, Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda “Naxçıvan Muxtar Respublikası – 95” mövzusunda guşələr yaradılmışdır. Fevralın 5-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, sonda qədim diyarımıza həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Fevralın 8-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur. Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin konserti olmuşdur. Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmiş, tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı nümayiş olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş 2 distant dərs, 5 rəsm müsabiqəsi, 5 viktorina, konsertlər və s. olmaqla 100-ə yaxın tədbir keçirilmişdir.
21 fevralda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.
Fevralın 25-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi ilə əlaqədar və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən analoji tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında martın 9-da “Milli Teatr Günü”, martın 27-də isə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmişdir. Martın 18-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.
Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin, Naxçıvan Musiqi Kollecinin musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng nömrələr tamaşaçılara təqdim olunmuşdur. Muxtar respublikanın rayon mərkəzlərində keçirilən analoji tədbirlərdə mədəniyyət şöbələrinin yaradıcı kollektivləri konsert proqramları ilə çıxış etmişlər. Bayram konsertləri 20-24 mart tarixlərində də davam etdirilmiş, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramları təqdim etmişdir. Bayram günlərində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tamaşalar nümayiş etdirmişdir. Bayram günlərində həmçinin Nazirliyin sisteminə daxil olan muzey və muzeytipli müəssisələr tərəfindən muxtar respublika sakinlərinə və şəhərimizə gələn qonaqlara muzey xidməti göstərilmişdir. Muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən bayram tədbirləri təşkil olunmuşdur.
15-18 və 23-26 mart tarixlərdə Azərbaycanın müxtəlif bölgələrindən muxtar respublikaya səfər etmiş “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasında gəzinti zamanı 5 nəfər bələdçi ilə təmin edilmişdir. “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları üçün 16 və 23 martda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, 17 və 24 martda Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı “Duzdağ” oteldə, 26 mart tarixdə isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsertlər vermişdir.
Aprelin 2-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə uşaq kitablarından ibarət sərgi qurulmuş, uşaqlar arasında bilik yarışı keçirilmiş və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası nümayiş olunmuşdur.
Aprelin 15-də Naxçıvan Dövlət Uşaq Teatrında “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Şərur Rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı, Babək Rayon Nehrəm Kənd Mədəniyyət Evinin nağara, Babək Rayon Mədəniyyət Sarayının rəqs, Babək Rayon Vayxır Kənd Mədəniyyət Evinin balaban, Culfa Şəhər Klubunun dram dərnəkləri maraqlı proqramla çıxış etmişlər.
Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Nazirliyin təşkilatçılığı ilə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” qeyd edilmişdir. Tədbirdə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd-dərs keçirilmiş, fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrlə bağlı nəşr olunmuş çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın və “Şərur” Xalq Yallı Ansamblının ifasında konsert olmuşdur.
Aprelin 23-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında və Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində də əlamətdar günlə bağlı analoji tədbirlər keçirilmişdir.
Aprelin 25-də C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Hesabat dövründə böyük mütəfəkkirin yubileyi münasibətilə Nazirliyin sstemində fəaliyyət göstərən müəssisələrdə müxtəlif xarakterli tədbirlər təşkil edilmişdir.
Aprelin 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Yaradıcı gənclər festivalı”nda Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Festivalda Naxçıvan Musiqi Kollecinin musiqi qrupu, rəqs qrupu və sazçalanlar ansamblı, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri və istedadlı yeniyetmə və gənclər, klub müəssisələrinin folklor qrupları, dərnəkləri iştirak etmişdir. Naxçıvan Musiqi Kollecinin rəqs qrupu birinci yerə, musiqi qrupu ikinci yerə, Culfa şəhər Klubunun “Haçadağ” dram kollektivi I yerə, Şərur rayon Mədəniyyət Sarayının “Şərur qönçələri” uşaq yallı ansamblı II yerə layiq görülmüşdür.
Nazirliyin təşkilatçılığı ilə mayın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Teatrının yaradılmasından 136-cı ildönümü münasibətlilə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilmişdir.
Mayın 17-də Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Muzeylər Günü” qeyd edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının və Ordubad rayon Mədəniyyət Sarayının yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilmişdir.
Mayın 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilmiş, kitabxanalarda ədibin əsərlərindən ibarət sərgilər hazırlanmış, tədbirlər keçirilmişdir.
25 mayda “Şərur” Xalq Yallı Ansamblı Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan Diplomatiyasının 100 illiyi, “28 may - Respublika Günü” və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edərək Naxçıvan yallılarını nümayiş etdirmiş, tədbirdə Naxçıvanla bağlı çap məhsulları və Naxçıvan nemətləri sərgilənmişdir. Bundan əlavə 18 iyun tarixdə Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəli mərasim keçirilib. Tədbirdə “Şərur” Xalq Yallı Ansamblının ifasında müxtəlif yallı nömrələri təqdim edilmişdir.
30 may tarixdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə birgə tədbirlər təşkil etmişdir. Aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlara Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qızıl xoruz” tamaşası təqdim edilmişdir. Bu kateqoriyalardan olan uşaqların muzeylərə ekskursiyası təşkil edilmiş, 31 mayda Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş etdirmişdir.
Əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış etmişlər. Yekun konserti Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş tutmuş, konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri iştirak etmişlər.
Hesabat dövründə aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar üçün aidiyyatı təşkilatlarla birgə sağlamlıq imkanı məhdud uşaq və yeniyetmə arasında rəsm müsabiqəsi, muzeylərə ekskursiya, film və tamaşa nümayişi və s. olmaqla 14 müxtəlif tədbir keçirilmiş, 158 nəfər sağlamlıq imkanları məhdud uşağa evində səyyar kitabxana xidməti göstərilmişdir.
16-17 apreldə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə”, iyunun 3 və 4-də keçirilən IV “Göycə”, 28-29 sentyabr tarixlərdə keçirilən ənənəvi “Bal” və noyabrın 2-3-də “Ailə təsərrüfatı məhsulları – 2019” festivallarının bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər. Festivallarda Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirakı ilə “Flaşmob” nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq 22 may-19 iyun tarixlərdə “Xalq teatrlarının muxtar respublika festivalı-2019” keçirilmişdir. Festival çərçivəsində Naxçıvan şəhər, Rza Təhmasib adına Şərur, Ordubad, Şahbuz və Babək rayon xalq teatrları tamaşalarını teatrsevərlərə təqdim etmişdir. Festivalın sonunda xalq teatrları Nazirliyin diplomları ilə təltif edilmişdir. Ötən dövrdə ümumilikdə xalq teatrları 11 yeni tamaşa hazırlamış və 13 tamaşa nümayiş etdirmişdir.
Şərur Rayon Xalq Teatrı 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan III Respublika Xalq Teatrları Festivalının final mərhələsində “Motsart və Solyeri” tamaşası ilə çıxış etmişdir. Festivalda iştirak edən kollektivlər arasında Şərur Rayon Xalq Teatrının tamaşası II yerə layiq görülmüşdür. Baş rolların ifaçıları Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə mükafatlandırılmışlar.
İyunun 14-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “Milli Qurtuluş Günü”nə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələrində, mədəni-maarif ocaqlarında isti yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər, açıq havada konsertlər təşkil edilmişdir.
Hesabat dövründə müəssisələrin və görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 21 yanvar 2019-cu il tarixli 323-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” nın icrası ilə bağlı iş aparılmışdır. Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadənin Nehrəm Kəndindəki Xatirə Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində və Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyində görkəmli dramaturqun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin əsərləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası hazırlanmış, mayın 25-də Türkiyə Respublikasının Qars şəhərində nümayiş etdirilmişdir. Həmçinin Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalarda ədibin yubileyi ilə bağlı sərgilər hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə müxtəlif tədbirlər keçirilmişdir. Hesabat dövründə Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı, ümumilikdə oxucu konfransı, kitab müzakirəsi, dəyirmi masa, mühazirə və s. olmaqla 50-dən çox tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik, Azərbaycan Respublikasının xalq artistləri Şirzad Abutalıbovun və Çingiz Axundovun, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin 75 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir. Fevralın 18-də Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyinə həsr olunmuş, Babək Rayon Xalq Teatrının 10 və Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 30, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının yaradılmasının 60, Ordubad Rayon Xalq Teatrının 55 illik, Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyləri münasibətilə tədbirlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 18 aprel 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, Nazirliyin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, sərgilər, göstərici ədəbiyyat siyahısı, gənclərin Hüseyn Cavidin Ev Muzeyinə ekskursiyaları, dəyirmi masa, konsertlər və s. müxtəlif səpkili tədbirlər keçirilmişdir. Oktyabrın 22-də görkəmli musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə yekun tədbir keçirilmiş, tədbir iştirakçıları əvvəlcə dahi şair Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsini ziyarət etmiş sonra tədbir Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilmişdir. Teatrın foyesində Ərtoğrol Cavidin həyatına və yaradıcılığına həsr olunmuş sərgiyə baxışdan sonra Naxçıvan televiziyasının hazırladığı Ərtoğrol Cavidin həyat və yaradıcılığına həsr olunmuş “Yarımçıq ömrün akkordları” filmi və istedadlı bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı”nın icrası ilə bağlı iş aparılmış, Şərur yallılarının reyestrə alınması ilə bağlı tədbirlər davam etdirilmişdir. “Şərur” Xalq Yallı Ansamblının ifasında 21 yallının çəkilişi aparılaraq NTV tərəfindən “Yallı - keçmişdən gələcəyə” filmi hazırlanmış, 94 yallı təhlil edilərək nota köçürülmüş və reyestrə alınmışdır. Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “Müasir gənclik və mədəniyyətimiz” devizi ilə “Adət-ənənələrimizin simvolikası – yallı” mövzusunda dəyirmi masa, həmçinin Şərur, Şahbuz, Babək və Sədərək rayonlarında olmaqla 5 dəyirmi masa, “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsi, 4 seminar, sentyabrın 14-də isə “Yallı” festivalı keçirilmişdir.
“Novruz bayramı”, “26 iyun - Silahlı Qüvvələr Günü” və “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə muxtar respublikada dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə Nazirliyin tabeliyində olan müəssisə və təşkilatların yaradıcı kollektivləri tərəfindən konsertlər verilmişdir. İl ərzində əlamətdar və tarixi günlərdə 47 olmaqla, il ərzində isə ümumilikdə 62 konsert verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlikdə iş aparılmış, ekspert qrupu yaradılmışdır. Aprelin 19-da Nazirliyin Aparatı, Nazirliyə tabe olan müəssisələrin rəhbərləri və ekspert qrupunun üzvlərinin iştirakı ilə Nazirlikdə görüş keçirilmiş, Sərəncamın və müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilmişdir. Aprelin 24-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə müəllim və tələbələri ilə görüş keçirilmişdir. Tədbirdə Sərəncamın icrası ilə bağlı təkliflər müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən hesabat dövründə 3 görüş, muzey işi üzrə 7 və kitabxana işi üzrə 6 olmaqla 13 açıq dərs, 6 kitab müzakirəsi, 1 dəyirmi masa, Naxçıvan Musiqi Kollecində vokal, xoreoqrafiya, bədii yaradıcılıq işi, xanəndəlik ixtisasları üzrə təhsil alan tələbələrə yüksək ixtisaslı kadrlar tərəfindən 12 ustad dərs keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə isə 6 ustad dərs keçirilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı tələbələrə 4 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir. 13 mart tarixdə Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinə ustad dərsi Yuğ Teatrının ədəbi-dram hissə müdiri, yazıçı-dramaturq Xaqani Əliyev və İrəvan Teatrının baş rejissoru, Xalq artisti Sərvər Əliyev aparmışdır.
May ayında norveçli məşhur xor dirijoru Hildre Per Oddvar və Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin xor kollektivlərinə keçirilən ustad dərsdə Nazirliyin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələr də iştirak etmişlər.
Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qazançı körpüsünə, Heydər Əliyev, Kəngərli Rayon Tarix-Diyarşünaslıq, Şahtaxtinskilər, Dövlət Bayrağı və Cəmşid Naxçıvanski muzeylərinə, Qarabağlar Türbə Kompleksinə, olmaqla 7 ekskursiyası təşkil edilmişdir.
Həmçinin ali və orta ixtisas təhsili müəssisələri ilə razılaşdırılmaqla qrafik hazırlanmış, may ayında tələbələrin həftədə iki dəfə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin yaradıcı kollektivlərinin, teatrların məşqlərində, kitabxana və muzeylərdə iş prosesində birbaşa iştirakına şərait yaradılmış, əyani şəkildə dərslərinin keçirilməsi təmin edilmişdir. İstedadlı tələbələr konsert proqramları və teatr tamaşalarına dəvət edilmişdir. Digər tərəfdən hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin tədris planına uyğun olaraq Nazirliyin tabeliyində olan müəssisələrdə təcrübə keçməsi təmin olunmuşdur. Təcrübə dövründə tələbələr tərəfindən açıq dərslərin keçirilməsi, kitabxana və muzey işinin incəliklərini öyrənməsi, teatr işinin spesifikasını mənimsəməsi diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının və 15 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilmiş tapşırıqların 2019-2020-ci tədris ilində icrası ilə bağlı Nazirliyin müvafiq ali və orta ixtisas təhsili müəssisələri ilə birgə Tədbirlər Planı təsdiq edilmişdir. 14 noyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Musiqi Kollecinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə hamiliyə verilmiş ixtisasları üzrə təhsil alan tələbələrilə görüş keçirilmiş, tədbirdə startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran “startup.nakhchivan.az” internet portalının istifədəyə verildiyi diqqətə çatdırılmış və portal haqqında məlumat verilmişdir. Görüşdə muxtar respublikanın peşəkar musiqiçilərindən təşkil olunmuş Naxçıvan Dövlət Filarmoniyasının “Muğam Studiyası”nın məşq prosesi tələbələrə nümayiş etdirilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Avqust ayında Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” və Naxçıvan Dövlət Film Fondunda “Milli Kino Günü” münasibətilə tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunmuşdur.
Sentyabrın 11-dən başlayaraq Nazirliyin təşkilatçılığı ilə “Milli Musiqi Günü”nə həsr olunmuş müxtəlif formatlı tədbirlər keçirilmişdir. Silsilə tədbirlərə “Görüş yeri” kafesinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin konserti ilə start verilmiş, tədbirlər çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının və digər yaradıcı kollektivlərin çıxışı, həmçinin “Yallı festivalı” keçirilmişdir. Əlamətdar günlə əlaqədar keçirilən tədbirlər çərçivəsində Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Filarmoniyanın, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin ifasında xor əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bundan əlavə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yuxarı sinif şagirdləri və Naxçıvan Musiqi Kollecinin tələbələri üçün “Azərbaycan musiqi tarixindən” mövzusunda mühazirə oxunmuş, film nümayişi olmuşdur. Tədbirlərə sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti ilə yekun vurulmuşdur. Bundan əlavə muxtar respublikanın rayon mərkəzlərində və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində Milli Musiqi Günü ilə əlaqədar analoji tədbirlər keçirilmişdir.
Sentyabrın 20-də yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 137-ci teatr mövsümünün açılış mərasimi keçirilmişdir.
Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm, doğma Naxçıvan” devizi ilə peşəkar və həvəskar bəstəkarlar arasında mahnı müsabiqəsi keçirilmiş, qaliblər diplom və pul mükafatları ilə təltif edilmişlər.
24 oktyabrda Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində görkəmli şair-dramaturqun anadan olmasının 137 illiyinə həsr olunmuş “Hüseyn Cavid Poeziya Günü” keçirilmişdir. Tədbir iştirakçıları Hüseyn Cavid məqbərəsini ziyarət etdikdən sonra tədbir muzeydə davam etmişdir. Böyük ədibin həyatı və yaradıcılığı ilə bağlı çıxışlardan sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında şairin yaradıcılığından nümunələr bədii qiraət edilmiş, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin sazçalanlar ansamblının ifasında Ərtoğrol Cavidin “Dağlar” mahnısı səsləndirilmişdir. Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olmuşlar.
06 noyabrda rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin və ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri arasında “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu keçirilmiş, 5 nominasiya üzrə 1 duet ifaçısı və 7 kollektiv qalib olmuşdur. Müsabiqənin 27 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında keçirilən yekun tədbirində qaliblər Nazirliyin diplomları və fərqlənən iştirakçılar isə fəxri-fərmanla təltif edilmişdir. Tədbir qaliblərin ifasında konsert proqramı ilə başa çatmışdır.
07 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə muxtar respublikada yaşayan məhdud fiziki imkanlı şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında solo oxuma (xanəndəlik və vokal), instrumental ifaçılıq və bədii qiraət növləri üzrə bədii yaradıcılıq müsabiqəsi keçirilmişdir. Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilmişdir. Tədbirin sonunda qalib və fərqlənən iştirakçılar təltif olunmuş, onların ifalarında konsert proqramı səsləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “20 noyabr - Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları Haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları Haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə ki, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrları tərəfindən Sədərək, Ordubad, Culfa və Şahbuz rayonlarında tamaşalar, Naxçıvan Dövlət Film Fondu tərəfindən Şərur və Kəngərli rayonlarında filmlər nümayiş etdirilmişdir. Silsilə tədbirlərə 20 noyabr tarixdə Naxçıvan Dövlət Uşaq Teatrında yekun vurulmuşdur. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor, rəqs və xanəndələrindən ibarət kollektivlərinin, həmçinin xalq çalğı alətləri, qanunçalanlar və skripkaçalanlar ansambllarının rəngarəng proqramları təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 02 avqust 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, muzeyin internet portalı hazırlanmışdır.
Noyabrın 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubiley tədbiri keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik etmişdir. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə muzeyin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 5 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı 10 dekabr tarixdə Heydər Əliyev Muzeyində interaktiv dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Ulu öndərin anım günü ilə bağlı muzeylərdə 19 açıq dərs keçirilmişdir.
Dekabrın 19-da Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə 29 noyabr tarixdə keçirilmiş ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqənin yekun tədbiri baş tutmuşdur. Tədbirdə festival-müsabiqənin qalibləri mükafatlandırılmış, müsabiqədə 1-ci dərəcəli diploma layiq görülmüş Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyasının Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyeva tərəfindən hazırlanmış tamaşaya baxılmışdır.
Dekabrın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” Kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları festivalı”nın Naxçıvan turu çərçivəsində konsert təşkil olunmuş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə muxtar respublikanın peşəkar və gənc vokal ifaçılarının çıxışı alqışlarla qarşılanmışdır.
Görkəmli Naxçıvan torpağının yetirmələri olan rəssamların yaradıcılığı ilə bağlı noyabr ayından tədbirlərin keçirilməsinə başlanmışdır. Belə ki, noyabrın 29-da Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qədirulla Bağırova həsr olunmuş “Palitraya sığmayan ömür”adlı tədbir keçirilmiş, rəssamın əsərlərindən ibarət sərgiyə baxış olmuşdur. 20 dekabrda isə Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılovun yaradıcılığına həsr olunmuş tədbir və rəssamın əsərlərinin sərgisi keçirilmişdir.
Dekabrın 17-də Babək Rayon Xalq Teatrı rayon Mədəniyyət Sarayında görkəmli dramaturq, nasir, maarif xadimi S.S.Axundovun ilk yaradıcılıq əsəri olan “Tamahkar” komediyası əsasında hazırladığı tamaşanı, dekabrın 27-də isə R.Təhmasib adına Şərur Rayon Xalq Teatrı M.F.Axundovun əsəri əsasında hazırlanan “Lənkəran xanının vəziri” tamaşasını rayon sakinlərinə təqdim etmişdir.
29 dekabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında rejissor Həcərxanım Məmmədovanın hazırladığı eyniadlı tamaşaya baxış olmuş, tamaşadan sonra Ali Məclisin Sədri kollektivi uğurlu tamaşa münasibətilə təbrik etmiş və onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
İl ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində iş davam etdirilmişdir. Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün M.T.Sidiqi adına Naxçıvan Dövlət Kukla Teatrı 9 tamaşa, Naxçıvan Dövlət Film Fondu isə 3 film nümayiş etdirmişdir. Həmçinin bu kateqoriyadan olan uşaqlar arasında aid təşkilatlarla birgə 2 müsabiqə, onların muzeylərə 2 ekskursiyası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Məhdud Fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 4 tədbir keçirilmişdir. Bu müəssisədə kitabxananın daimi kitab sərgisi fəaliyyət göstərir ki, burada olan kitablar vaxtaşırı yenilənir. Bu kateqoriyadan olan uşaqlara səyyar kitabxana xidməti göstərilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı iş aparılmış, 5 vəkalətnamə qeydiyyata alınmış, dövr ərzində qazıntılara nəzarət edilmiş, 5 yaşayış yerində aparılmış arxeoloji qazıntının hesabatı qəbul edilmişdir.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodik köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, ali və orta ixtisas təhsil müəssisələrinin, idman federasiyalarının, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, taksi sürücülərinin muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərdə muzey əməkdaşlarının iştirakı ilə 12 seminar-treninq, müxtəlif mövzularda 4 dəyirmi masa keçirilmişdir.
İl ərzində Muğanlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən Şərur rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Naxçıvan Muxtar Respublikasının Təhsil və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirlikləri tərəfindən Nazirliyin tabeliyində olan muzeylərə maddi-mədəniyyət nümunələri təqdim edilmişdir. Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən, Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov və Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli tərəfindən muzeylərə rəsm əsərlərinin hədiyyə olunması ilə bağlı keçirilən 3 eksponat təqdimatında 51 rəsm əsəri muzeylərə hədiyyə edilmişdir. Həmçinin Naxçıvan Dövlət Tarix, “Əlincəqala” Tarix-Mədəniyyət, Ordubad rayon Tarix-Diyarşünaslıq, Şahbuz rayon Tarix-Diyarşünaslıq, Naxçıvan Dövlət Xalça muzeylərində, Qarabağlar Türbə Kompleksində vətəndaşlar tərəfindən verilən eksponatların təqdimat mərasimləri keçirilmişdir. Nazirlik tərəfindən AMEA Naxçıvan Bölməsinə qədim əlyazma və kitabların verilməsi ilə bağlı 3 təqdimat keçirilmiş, 57 ədəd qədim əlyazma və kitab hədiyyə edilmişdir. 2019-cu il ərzində ümumilikdə 15 eksponat təqdimatı keçirilmiş və 1102 maddi-mədəniyyət nümunəsi təqdim edilmişdir. 2019-cu ildə ümumilikdə muzeylərə 2 min 348 eksponat daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə hesabat dövründə 5-i Heydər Əliyev Muzeyində, 3-ü Xatirə Muzeyində, 3-ü Dövlət Bayrağı Muzeyində, 2-si Naxçıvan Dövlət Tarix Muzeyində, 2-si Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat, Naxçıvan Dövlət Xalça, Bəhruz Kəngərli, Cəmşid Naxçıvanski muzeylərində, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində və “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmaqla ümumtəhsil məktəblərinin şagirdləri və Naxçıvan Dövlət Universitetinin tələbələri üçün, ümumilikdə 21 distant dərs keçirilmişdir.
Nazirliyin təsdiq etdiyi qrafikə əsasən fevral ayından etibarən muzeylərin əməkdaşlarının Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təcrübə məşğələləri, 15 iyun-1 iyul və 01-15 dekabr tarixlərdə fond mühafizlərinin peşə biliklərinin möhkəmləndirilməsi məqsədilə 2 seminar təşkil olunmuşdur.
Muzey bələdçilərinin peşə biliklərinin artırılması məqsədilə Nazirliyin təşkilatçılığı ilə 11 bələdçi ingilis dili üzrə kurs keçmiş, 8 bələdçi sertifikasiya imtahanından keçərək müvafiq sertifikat almışdır.
Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsi, “Mən bu yurdun övladıyam” rəsm müsabiqəsinin Ordubad, Sədərək, Şərur və Şahbuz rayon turları keçirilmişdir.
2019-cu il ərzində Nazirlik tərəfindən muzeylərdə tarixi və əlamətdar günlərlə bağlı 14 tədbir keçirilmişdir. Muzeylərdə tarixi və əlamətdar günlərlə, yubileylərlə bağlı 47 tədbir keçirilmiş, 49 sərgi qurulmuş, muzeylərlə təhsil müəssisələri arasında birgə hazırlanmış qrafiklərə əsasən 321 açıq dərs keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təsdiq olunmuş qrafikinə əsasən il ərzində muzeylərdə 5 açıq dərs keçirilmişdir. Muzeyləri ümumilikdə 642 min 220 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 176 min 901 nəfəri əcnəbi, 465 min 319 nəfəri yerli vətəndaşlardır.
Hesabat dövrü ərzində əllə toxunmuş 585 ədəd xalça haqqında məlumatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.6-cı yarımbəndinə əsasən yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Milli adət-ənənələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilmiş, onların Xan Sarayı Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilmişdir.
Hesabat dövründə kitabxanaların da fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır.
Belə ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri də daxil olmaqla tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmış, il ərzində ümumilikdə 524 tədbir keçirilmişdir. Həmçinin kitabxanalarda dəyirmi masalar, oxucu konfransları, görüşlər, sərgilər və s. tədbirlər keçirilmişdir. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzi kitabxana sistemləri tərəfindən tətil günlərində Naxçıvan şəhərinin park və meydanlarında, məhəllələrdə, kənd mərkəzlərində səyyar sərgilər və kitab müzakirələri keçirilmişdir. Hesabat dövründə kitabxanalarda keçirilən kütləvi tədbirlərin sayı 1131, sərgilərin sayı 581 olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı “Oxunması zəruri olan kitablar”ın müzakirələri hər ay mütəmadi olaraq keçirilmiş, ötən dövrdə ümumilikdə 325 kitab müzakirəsi olmuşdur.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) MKS-lər tərəfindən ahıl və sağlamlıq imkanları məhdud 318 nəfərə səyyari kitabxana xidməti göstərilmişdir. 2019-cu ildə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən müxtəlif mövzularda 50 adda 398 metodiki məktub, 6 adda 28 metodik tövsiyyə hazırlanaraq rayon (şəhər) MKS-lərinə göndərilmişdir.
16-20 dekabr tarixlərdə Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən Babək rayon MKS-nin mərkəzi və kənd filialları kitabxanaçıları üçün 5 günlük təlim kursu keçirilmişdir.
İl ərzində respublika kitabxanaları tərəfindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları rayon, şəhər MKS-lərində ezamiyyələrdə olmuş və onlara əməli və metodiki köməklik göstərilmişdir. Həmçinin rayon, şəhər MKS-lərin əməkdaşları M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsində olmuşlar.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Nazirliyə 599 adda 14 min 079 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar aidiyyatı üzrə paylanmışdır. Ümumilikdə il ərzində kitabxanalara 1887 adda 16 min 211 nüsxə çap məhsulu daxil olmuşdur.
Hesabat dövründə kitabxanalarda yeni oxucu sayı 3 min 870, oxucu gəlişi 110 min 213 nəfər, kitab verilişi 548 min 830 nüsxə təşkil etmişdir. Elektron kataloqa 5 min 058 adda kitab işlənmiş və elektron kataloqda olan kitabların ümumi sayı 14 min 966-ya çatdırılmış, şəbəkəyə isə 2 min 086 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 715 olmuşdur. Elektron kitabxanadan qlobal şəbəkədən 2 min 012, lokal şəbəkədən isə 1648 oxucu istifadə etmişdir. Ümumilikdə elektron kitabxanadan hesabat dövründə 3 min 660 oxucu istifadə etmişdir.
Hesabat dövründə “Mütaliə Günü” ilə bağlı 121, “Nağıl Günü” ilə əlaqədar 285, “Kitabxanaçı Günü” və “Kitabxana Günü” ilə əlaqədar olaraq, ümumilikdə 240 tədbir keçirilmişdir.
Ötən dövrdə klub müəssisələrinin də fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlar və klub müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəklərinin yenyetmə və gənc üzvləri arasında bir sıra müsabiqələr və yarışmalar keçirilmişdir. Belə ki, hesabat dövrü ərzində yeniyetmə və gənclər arasında “Maddi mənəvi irsim Naxçıvan” adlı rəsm müsabiqəsi, “Keçmişdən bu günə Naxçıvan yallıları” adlı yallı müsabiqəsi, “Ritmi hiss et, sən də qatıl” adlı rəqs müsabiqəsi, gənclər arasında “Yaşa və öyrən” intellektual bilik yarışı keçirilmiş, həmçinin klub müəssisələrində fəaliyyət göstərən musiqi, dram, rəqs və yallı dərnəklərinin birgə iştirakı ilə “15 Aprel Beynəlxalq Mədəniyyət Günü” adlı tədbir təşkil olunmuşdur.
Qeyd olunanlarla yanaşı mədəni-kütləvi tədbirlərin keçirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövrü ərzində “Yeni il”, “02 Fevral - Gənclər Günü”, “9 fevral - Naxçıvan Muxtar Respublikası – 95”, “26 fevral - Xocalı faciəsi”, “08 mart - Beynəlxalq Qadınlar Günü”, “21 mart - Novruz Bayramı”, “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”, “15 aprel - Beynəlxalq Mədəniyyət Günü”, “02 aprel - Kəlbəcər rayonunun işğalı”, “Beynəlxalq Rəqs Günü “9 may - Faşizm üzərində Qələbə Günü”, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü”, “28 may - Respublika Günü”, ”, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 iyun - Milli Qurtuluş Günü”, “26 iyun - Silahlı Qüvvələr Günü”, “Azərbaycan dili və Azərbaycan Əlifbası Günü”, “Milli Kino Günü”, “Milli Musiqi Günü”, “Dövlət Müstəqilliyi Günü”, “Milli Dirçəliş Günü”, “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və s. münasibətilə tədbirlər, seminarlar, dəyirmi masalar, konfranslar keçirilmişdir. Ümumilikdə ötən dövrdə klub müəssisələrində 1503 mədəni kütləvi tədbir keçirilmiş, 197 sərgi qurulmuşdur.
Dövr ərzində mütəmadi olaraq rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrində yoxlama işləri aparılmış və həmin müəssisələrə əməli-metodiki köməklik göstərilmişdir. Belə ki, 2019-cu ildə Şərur rayonunun 41, Babək rayonunun 24, Ordubad rayonunun 8, Culfa rayonunun 26, Şahbuz rayonun 27 və Sədərək rayonunun 4 kəndində yoxlama işləri aparılmışdır. Qeyd olunanlarla yanaşı hesabat dövrü ərzində Şərur, Şahbuz, Ordubad, Culfa və Babək rayonlarında olmaqla “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşməsi” mövzusunda 5 seminar müşavirə keçirilmişdir.
Dövr ərzində rayon (şəhər) klub müəssisələrində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivlərinin işində də canlanma müşahidə olunmuşdur. Belə ki, Culfa rayon Mədəniyyət evlərinin dərnək üzvləri tərəfindən “O olmasın bu olsun” və Kəngərli rayon mədəniyyət evləri dərnək üzvləri tərəfindən “Şahsənəm və Gülpəri” tamaşaları hazırlanaraq nümayiş etdirilmişdir. Şərur rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə Ü.Hacıbəyovun musiqili komediyaları və felyetonları, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” və Cəlil Məmmədquluzadənin əsərlərindən hazırlanmış səhnəciklərdən ibarət 3 tədbir keçirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli sərəncamın icrası ilə əlaqədar da işlər davam etdirilmişdir. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon (şəhər) mədəniyyət şöbələri birgə muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində olmaqla 8 “Xalq yaradıcılığı günü” keçirilmişdir.
İl ərzində Naxçıvan şəhər Təqaüdçülər Klubunda Naxçıvan şəhər Mədəniyyət Şöbəsinin musiqi kollektivlərinin 12 konserti keçirilmişdir.
İl ərzində Heydər Əliyev Sarayı tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, Sarayda 14 iyunda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “Milli Qurtuluş Günü”nə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş, 28-29 dekabrda Azərbaycan Respublikasının Əməkdar artistləri Rafael İskəndərov və Coşqun Rəhimovun iştirakı ilə “Bu şəhərdə”nin “Hamı 19 ilə” adlı konsertlər keçirilmişdir. Sarayın əməkdaşları tərəfindən rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına əməli-metodiki köməklik göstərilmişdir.
Hesabat dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəz və Heydər Əliyev Sarayı tərəfindən 34 adda 266 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir. Həmçinin Elmi-Metodiki Mərkəz tərəfindən 2019-cu ilin yanvar-dekabr ayları ərzində rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən 91 klub müəssisəsinin əməkdaşlarına əməli-metodiki köməklik göstərilmiş, 2 ssenari mətni, “Ürəyinizi qoruyun” adlı 1 pyes mətni, dram, tar və toxuculuq dərnəklərinin fəaliyyəti ilə əlaqədar tədris proqramları və Naxçıvan yallıları ilə bağlı metodik vəsait hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.
Ağbulaq İstirahət Mərkəzində “Şərur” Xalq Yallı Ansamblının 1 və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin yaradıcı kollektivlərinin 21 konserti, Naxçıvan Dövlət Kukla Teatrının 1 tamaşası təşkil edilmişdir. Eyni zamanda, Naxçıvan Musiqi Kollecinin 35 nəfər tələbəsi və 2 nəfər müəllimi, həmçinin “Yaşa və öyrən” intellektual bilik yarışmasının 3 nəfər qalibi 3-6 avqust tarixlərdə “Yay məktəbi”ndə iştirak etmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması ilə bağlı bağlanmış müqavilələrə əsasən hesabat dövrü ərzində 20917,4 manatlıq 634 adda 3506 ədəd əl işi satılmışdır.
İl ərzində Naxçıvan Dövlət Film Fondunun və kinoteatrların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmışdır. Tarixi və əlamətdar günlər və görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmış, film nümayişləri olmuşdur.
İl ərzində müvafiq olaraq “20 Yanvar” faciəsilə əlaqədar “20 Yanvar - 1990” sənədli filmi, Xocalı soyqırımı ilə bağlı “Xocalıda son gecə”, “31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar “Həqiqətin özü” sənədli filmi, “28 May - Respublika Günü” ilə əlaqədar “Son İclas” bədii filmi, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Yarımçıq Xatirələr”, “Milli Musiqi Günü” ilə bağlı “Üzeyir ömrü” və s. filmlər nümayiş olunmuşdur.
Naxçıvan Dövlət Film Fondunda bəstəkar Ramiz Mirişlinin, kinoaktyor Rza Təhmasibin, Əməkdar mədəniyyət işçisi Əbülfəz Məmmədovun xatirə gecələri keçirilmişdir.
Yanvar ayında Naxçıvan Dövlət Film Fondunun muzeyinə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Ənvər Rəhimov tərəfindən verilən 25 ədəd müxtəlif kino avadanlığının təqdimat mərasimi olmuşdur.
“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2018-2019-cu tədris ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 7, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə 1, sağlamlıq imkanları məhdud, aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün 3 film nümayişi olmuşdur.
Fevral-may aylarında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr edilmiş “Milli filmlərimiz” adlı kinoviktorinanın seçim turları, yarımfinal və final turu keçirilmişdir. Qalib komandalar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
İl ərzində ixtisasların hamiliyə verilməsi ilə bağlı “Naxçıvan” Universitetində və “Gənclik” mərkəzində olmaqla 2 mühazirə keçilmiş və mövzu ilə bağlı sənədli filmlər nümayiş olunmuşdur.
İl ərzində “Azərbaycan Kinosu Günü” ilə bağlı 35, əlamətdar tarixi günlərlə bağlı 12, “Azərbaycan kinofilmlərinin nümayişi”ni təşkil etmək məqsədilə ümumtəhsil məktəblərində 7 film, digər tədbirlərlə əlaqədar 9 film olmaqla, ümumilikdə 63 film nümayiş etdirilmişdir.
Hesabat dövrü ərzində Naxçıvan Dövlət Film Fondunda olmayan 37 adda bədii və sənədli film Fondun arxivinə daxil edilmişdir. Filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.
Hesabat dövrü ərzində nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqamətinə uyğun olaraq iş davam etdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2019-cu ilin repertuar planında olan Xaqani Əliyevin “Ehsan xan Kəngərli” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq “Ölülər və dəlilər”, Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” tamaşaları hazırlanmış və istehsalata buraxılmışdır.
Dövr ərzində teatrda 7-si xeyriyyə, 39-u bilet satışı ilə olmaqla 46 tamaşa oynanılmışdır. Tamaşalardan 14-ü muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir. Bilet satışı ilə olan tamaşalarda 5438, xeyriyyə tamaşalarında isə 3000 tamaşaçı iştirak etmişdir.
Hesabat dövründə Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən hazırlanan “Qoğalın sərgüzəşti”, “Qızıl xoruz”, “Buratino” və “Qaraca qız”, H.X.Andersenin nağılları əsasında “Qar kraliça”əsərləri əsasında hazırlanmış tamaşalar istehsalata buraxılmışdır.
Dövr ərzində Kukla Teatrı 18-i xeyriyyə, 111-i bilet satışı ilə olmaqla 129 tamaşa göstərmişdir. Tamaşalardan 17-i muxtar respublikanın rayonlarında nümayiş etdirilmişdir. Bilet satışı ilə olan tamaşalarda 10008, xeyriyyə tamaşalarında isə 2200 tamaşaçı iştirak etmişdir.
Naxçıvan Dövlət Uşaq Teatrında Arzu Soltanın “Adam badam iysi gəlir”, Tofiq Seyidovun ssenarisi əsasında “Məlik Məmməd” və “Siçanlar və pişiklər”, “Yeni il gəlir” tamaşaları hazırlanmışdır. Teatr ötən dövrdə 4-ü xeyriyyə olmaqla 38 tamaşa oynamışdır. Uşaq teatrının bilet satışı ilə olan tamaşalarda 3750, xeyriyyə tamaşalarında isə 800 tamaşaçı iştirak etmişdir.
Hesabat dövrü ərzində konsert müəssisələri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, bir sıra işlər görülmüşdür.
Naxçıvan Dövlət Filarmoniyasının kollektivləri il ərzində müxtəlif tədbirlərin bədii hissəsində konsert proqramı ilə çıxış etmişdir. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri 49-u xeyriyyə, 14-ü bilet satışı ilə olmaqla 63 konsert vermişdir. Filarmoniyanın bilet satışı ilə olan konsertlərinə 3460, xeyriyyə konsertlərinə isə 10000 nəfərdən çox tamaşaçı baxmışdır.
Mahnı və Rəqs Ansamblının rəqqasları Rauf İsmayılov və Fatimə Kazımova iyul ayında Türkiyədə keçirilən “21-ci Sevgi, Sülh, Dostluq Beynəlxalq Sənət Festivalı”nda iştirak etmişlər.
Şahbuz Rayon Mədəniyyət Sarayında Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Fərzəliyevanın Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə solo konserti, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının müşayiəti ilə istedadlı müğənni Vəli Səfərovun, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadənin Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş solo konsertləri təşkil olunmuşdur. Həmçinin Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri rayon mədəniyyət saraylarında konsertlər vermişdir.
Hesabat dövründə Naxçıvan Dövlət Uşaq Filarmoniyasına 21 nəfər istedadlı uşaq qəbul olunmuşdur. Naxçıvan Dövlət Uşaq Filarmoniyası hesabat dövründə Şahbuz, Culfa, Ordubad və Kəngərli rayon mədəniyyət saraylarında, “8 mart - Beynəlxalq Qadınlar Günü”nə, “15 may - Beynəlxalq Ailə Günü”nə, “1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş dövlət tədbirlərində, Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konsertdə, Novruz Bayramı münasibətilə keçirilən Xalq Yaradıcılığı Günündə , “Yallı” festivalında konsert proqramları ilə çıxış etmişdir.
“20 noyabr - Ümumdünya Uşaq Günü”, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar həsr olunmuş tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivi, rəqs qrupu, xalq çalğı alətləri ansamblı, xanəndələr qrupu, qanunçalanlar və skripkaçalanlar ansambllı rəngarəng proqramla çıxışlar etmişdir.
Hesabat ili ərzində Nazirliyin tabeliyində olan konsert-tamaşa müəssisələrinin müəyyən olunmuş qrafiklərə uyğun olaraq muxtar respublikanın rayonlarına qastrol səfərləri təşkil olunmuşdur. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 14, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 17, Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən isə 12 qastrol tamaşası göstərilmiş, Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının musiqi kollektivləri tərəfindən 18 konsert proqramı təşkil edilmişdir. İl ərzində konsert-tamaşa müəssisələri tərəfindən ümumilikdə 61 qastrol tamaşa və konsert keçirilmişdir.
Nazirliyin tabeliyində olan təhsil müəssisələrində də hesabat dövrü ərzində bir sıra işlər görülmüşdür. Nazirliyin və rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Hesabat dövrü ərzində tarixi və əlamətdar günlərlə əlaqədar bir sıra tədbirlər keçirilmişdir.
Ərtoğrol Cavidin 100 illik yubileyi ilə bağlı iş aparılmış, Naxçıvan Musiqi Kollecində bəstəkarın yaradıcılıq irsinə həsr olunmuş 2 dəyirmi masa və 3 açıq dərs, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 26 açıq dərs keçirilmişdir. Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində bəstəkarın əsərlərindən ibarət konsert təşkil olunmuşdur.
“Milli Musiqi Günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Naxçıvan Musiqi Kolleci tərəfindən hazırlanmış fləşmob təqdim olunmuş, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivlərinin ifasında konsert keçirilmişdir. Bundan əlavə Musiqi Kolleci və muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində “Milli Musiqi Günü”nə həsr olunmuş tədbirlər təşkil olunmuşdur.
Nazirliyin iş planına əsasən il ərzində rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə 37, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə 2 ustad dərs, solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə 24 metodiki kurs, Naxçıvan Musiqi Kollecinin müəllimlərinin iştirakı ilə 6 açıq metodiki dərs keçirilmişdir “Azərbaycan musiqi tarixindən” mövzusuda təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinə 2 mühazirə oxunmuş və film nümayişi olunmuşdur.
16-28 dekabr tarixlərdə Naxçıvan Musiqi Kollecinin musiqi nəzəri fənlərinin tədris edən müəllimləri üçün harmoniya fənni üzrə 5 günlük kurs təşkil olunmuşdur.
Nazirliyin təşkilatçılığı ilə may ayında norveçli məşhur xor dirijor Hildre Per Oddvar, Azərbaycanın incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Heydər Əliyev Sarayında nazirliyin sisteminə daxil olan təhsil müəssisələrinin xor kollektivlərinə, aprel və oktyabr aylarında xalq artisti, professor, görkəmli bəstəkar Tofiq Bakıxanov, iyun ayında tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı Teymur Şəmsiyev, noyabr ayında isə Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli dirijor, skripka ixtisası üzrə pedaqoq Teymur Göyçayevin iştirakı ilə Naxçıvan Musiqi Kolleci, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllim, tələbə və şagirdləri üçün ustad dərslər keçirilmışdir.
Nazirliyin tabeliyində olan Naxçıvan Musiqi Kollecinin 1 müəllim və 9 tələbəsi mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak etmişdir. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Hacılı Nəcəf Nadir oğlu müsabiqənin Qran-pri mükafatına layiq görülmüşdür. Onlardan 2 nəfəri I yeri, 4 nəfəri II yeri, 1 nəfər III yeri tutmuş, 2 nəfər diplomla təltif edilmişdir. Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı mayın 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən I Beynəlxalq İncəsənət Festival-müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüş, Stokholmda keçirilən möhtəşəm Qala konsertində uğurla çıxış etmişdir. “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin Xalq Çalğı Alətləri Orkestrinin, skripka ixtisası üzrə IV kurs tələbəsi, “Testene Art Baku” III Beynəlxalq festival-müsabiqəsinin laureatı Rauf Bünyadzadənin “Renessans” kamera orkestrinin müşayiəti ilə solo konserti, Kollecdə Cəlil Məmmədquluzadənin 150, Ərtoğrol Cavidin 100 illik yubileylərinə həsr olunmuş tədbirlər, müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrin sinif konsertləri keçirilmişdir.
Nazirliyin sistemində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin təşkili, müxtəlif tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Musiqi Kollecində Culfa Şəhər Uşaq Musiqi Məktəbinin fortepiano sinfinin şagirdlərinin konserti, Babək və Culfa rayon mədəniyyət saraylarında Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlərinin, Culfa Rayon Mədəniyyət Sarayında Culfa Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin konserti, “Gənclik” Mərkəzində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin rəsm sərgisi və hesabat konserti, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin qanun ixtisası üzrə müəllimi Sevinc Babayevanın və onun şagirdlərinin sinif konserti, Naxçıvan Şəhər Məmməd Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə müəllimi Yaqut Əliyevanın solo konserti, Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin skripkaçalanlar ansamblının Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi, xor kollektivləri və nağaraçalanlar ansamblları arasında muxtar respublika müsabiqələri keçirilmişdir. Müsabiqələrin qalibləri Nazirliyin diplomları, fəal iştirak edənlər isə fəxri fərmanla təltif edilmişdir.
Dekabr ayında Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin keçirdiyi “Balaca istedadlar” adlı sərgi-müsabiqədə uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan 30 şagird, 60-dan çox əl işi ilə iştirak etmişdir.
Təhsil müəssisələrində musiqi ədəbiyyatı və nəzəri fənlərin tədrisinə nəzarətin gücləndirilməsi məqsədilə il ərzində Naxçıvan Musiqi Kollecinin tələbələri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Lira” musiqili intellektual oyun keçirilmişdir. Oyunda Naxçıvan Musiqi Kollecinin 9 komandası, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi iştirak etmişdir.
Tədris ili ərzində təhsil müəssisələrinin tədris prosesi, müəllim, tələbə və şagirdlərin davamiyyəti mütəmadi olaraq nəzarətdə saxlanılmışdir. Naxçıvan Musiqi Kollecini müxtəlif ixtisaslar üzrə 129 tələbə bitirmiş və 128 tələbə qəbulu, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 686 şagird bitirmiş və 935 şagird qəbulu aparılmışdir. Tədris ili ərzində tədris planına əsasən Musiqi Kollecinin müxtəlif ixtisaslar üzrə üçüncü və dördüncü kurs tələbələri M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində pedaqoji təcrübələr keçmişlər.
Ötən dövrdə yaradıcı gənclərlə iş sahəsində bir sıra işlər görülmüşdür. Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan aktiv gənclərin və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin “Naxçıvanı tanıyaq və tanıdaq” başlığı altında şəhər və rayonlarımızda yerləşən muzeylərə və tarixi abidələrə ümumilikdə 9 ekskursiyası təşkil olunmuşdur.
Babək, Culfa, Şahbuz, Kəngərli və Ordubadda rayon gənclərinə Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği ilə bağlı 7 maarifləndirici tədbir, “Müasir gənclik və mədəniyyətimiz” devizi altında “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu”, “Muxtar respublikanın təbliğində sosial şəbəkələrin rolu”, “Adət-ənənələrimizin simvolikası yallı” və “Gənclik: ənənə və müasirlik” mövzularında 4 dəyirmi masa keçirilmişdir.
Naxçıvan Şəhər Gənclər Mərkəzində rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən müəssisələrin gənc əməkdaşları arasında may və noyabr aylarında “Mədəni irs” intellektual oyunu keçirilmişdir.
Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan, həmçinin Nazirliyin birbaşa tabeliyində olan müəssisələrdə çalışan gənclərin məlumat bankı mütəmadi yenilənmişdir.
Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. 2019-cu ildə Nazirliyə 262-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 860 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 176-sı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 629 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətlərinə baxılması daim diqqətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 99 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.
Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlara 192 nəfər işə qəbul edilmişdir.
Hesabat dövründə Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Dövr ərzində Nazirliyin kollegiyasının 9 iclası keçirilmiş 14 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
İl ərzində çap məhsullarının hazırlanması işi də diqqətdə saxlanılmış, Tofiq Bakıxanovun “Xoş ovqatlı mahnılar” və “100 təbəssüm”, tərtibçisi Tofiq Bakıxanov olan “Ərtoğrol Cavid 100. Natamam ömrün 100 illik təntənəsi” kitabları hazırlanaraq çap olunmuşdur.
Naxçıvan Dövlət Tarix Muzeyinin və Dövlət Bayrağı Muzeyinin saytları hazırlanmışdır.
Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. 30 yanvar tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayının yeni binasının açılış mərasimi olmuş, 23 sentyabr tarixdə Cəmşid Naxçıvanski Muzeyi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Tarix-mədəniyyət abidələrinin bərpası və konservasyası diqqətdə saxlanılmış, Culfa rayonundakı Ərəfsə körpüsü bərpa edilmişdir. Həmçinin on bir ay ərzində Ordubad rayon Dəstə, Şahbuz rayon Türkeş, Şərur rayon Kərimbəyli və Qışlaqabbas, Muğanlı, Alışar, Yeni Havuş və Xətai, Xələc, Babək rayon Kültəpə və Gülşənabad kənd kitabxana filiallarının, Dəstə, Kərimbəyli, Alışar, Kültəpə kənd mədəniyyət evlərinin, Qışlaqabbas, Türkeş, Gülşənabad, Yeni Havuş, Xətai və Xələc kənd klublarının fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzlərində müasir iş şəraiti yaradılmış, Sədərək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Heydərabad Qəsəbə Kitabxana Filialı və Heydərabad Qəsəbə Klubuna yeni istifadəyə verilən yaşayış binasında yer ayrılmışdır.
2019-cu ilin yanvar-dekabr ayları ərzində Mədəniyyət nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 3 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, 10 nəfər Prezident mükafatına layiq görülmüş, 1 nəfər “Tərəqqi” medalı ilə, 5 nəfər isə “Rəşadətli əməyə görə” nişan ilə təltif edilmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Culfa Şəhər Klubunun pantomim dərnəyinin üzvü Duyğu Əliyeva incəsənət sahəsi üzrə xüsusu təqaüdə layiq görülmüş və adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birgə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələrinin rəhbərləri üçün “Mülki müdafiə və fövqəladə hallara hazırlıq kursu”, Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və Culfa Rayon Mədəniyyət Şöbəsində maarifləndirici tədbirlər, Naxçıvan Musiqi Kollecində “Fövqəladə hallarda fəaliyyət göstərməyi hər kəs bacarmalıdır” mövzusunda konfrans olmaqla, ümumilikdə 7 tədbir keçirilmişdir.
Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 76, yerli qəzetlərdə 47 məqalə dərc olunmuşdur. Naxçıvan Dövlət Teleradiosunda 22 material efirə verilmişdir. NTV kanalında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 392 xəbər süjeti efirə getmişdir.
Ötən dövrdə Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 143 məqalə, 457 xəbər materialı işlənmişdir.