Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN NOYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Bu dövrdə Nazirlik tərəfindən pandemiya ilə əlaqəli xüsusi qaydalara ciddi riayət edilməklə tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır.

17 noyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya ictimai baxış keçirilmişdir.

Dövr ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 38 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2020-2021-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq tədbirlər keçirilmişdir.

Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün Dövlət Bayrağı Muzeyində “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs, “Milli-mənəvi dəyərlərin qorunmasında muzeylərin rolu” mövzusunda seminar keçirilmişdir. Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin kitabxanaçılıq  və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Çap məhsullarının fərdi və ümumi qaydada qeydə alınması” mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri üçün A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Kitabxanalarda komplektləşdirmə işinin təşkili” mövzusunda açıq dərslər, Naxçıvan Musiqi Kollecinin kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan tələbələri ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən M.S.Ordubadinin “Qılınc və Qələm” romanının müzakirəsi keçirilmişdir. Həmçinin Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Universitetinin tələbələrinə “Yarımçıq xatirələr” filminin nümayişi təşkil olunmuş, Naxçıvan Musiqi Kollecinin tələbələrinə “Azərbaycan rəssamları” mövzusunda mühazirə keçirilmiş, mövzu ilə bağlı film nümayişi olmuşdur.

11 noyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov tərəfindən Naxçıvan Musiqi Kollecinin xanəndəlik, 26 noyabrda isə Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov tərəfindən  Naxçıvan Musiqi Kollecinin vokal sənəti ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərslər keçirilmişdir.

Ay ərzində Nazirlik tərəfindən hamiliklə bağlı 3 açıq dərs, 1 seminar, 1 kitab müzakirəsi, 1 film nümayişi, 1 mühazirə, 4 ustad dərs olmaqla, ümumilikdə 11 tədbir keçirilmişdir.

Eləcə də noyabr ayının 16-dan Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, rəngkarlıq və kitabxanaçılıq və informasiya ixtisasları üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində olan muzeylərdə və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçməsi təmin edilmişdir.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, noyabr ayında layihə ilə bağlı 5 müraciət daxil olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən 19 sentyabrdan başlayaraq muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 11 noyabr tarixdə Dövlət Bayrağı Muzeyi ilə Şərur rayonunun Qarabürc kənd tam orta məktəbinin şagirdləri arasında elektron dərs keçirilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Noyabr ayının 13-də Nazirlik tərəfindən Dövlət Bayrağı Muzeyində muzey əməkdaşları üçün “Muzey ekspozisiyasının yenilənməsi. Bələdçi mətninin hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilmişdir.

Ay ərzində muzeylər tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, muzey işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə ay ərzində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində təcrübədə olmuşdur.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin internet saytının hazırlanması işi davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq olunmuş qrafikinə əsasən Cəlil Məmmədquluzadənin Ev Muzeyində və Dövlət Bayrağı Muzeyində ümumtəhsil məktəblərinin şagirdləri üçün 2 açıq dərs təşkil edilmişdir. Noyabr ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə 35 açıq dərs keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 4 tədbir keçirilmiş, muzeylər tərəfindən 2 sərgi qurulmuşdur.

Noyabr ayı ərzində muzeylərdə onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində, ümumilikdə, Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 155 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 20-si onlayn ekskursiya olmuşdur.

Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 22 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir. Səhifənin ümumi izləyici sayı 712 nəfər olmuşdur.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 329, Facebook hesablarında 368 paylaşım edilmişdir ki, onlardan, 20-si onlayn ekskursiya, 135-i məlumat xarakterli paylaşım olmuş, həmçinin Nazirlik və digər muzeylərin hazırladığı məlumatlar paylaşılmışdır. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 20 min 419, Facebook hesablarında isə 31 min 964 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 16 min 146 nəfər yerli, 183 nəfər əcnəbi olmaqla, ümumilikdə 16 min 329 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 74 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Hüseyn Cavidin “Azər” poemasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Elçinin “Baş” romanının müzakirəsi keçirilmişdir. Noyabr ayında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı 2 ənənəvi, 2 onlayn olmaqla, ümumilikdə, 4 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən Azərbaycan Respublikasının “Dövlət Bayrağı Günü” münasibətilə “Bayrağımız azərbaycançılıq məfkurəsinin təcəssümüdür”, “Bayrağım qürur mənbəyimdir”, “Milli Dirçəliş Günü” münasibətilə “Milli qürur, milli qeyrət səninləyəm” adlı tədbirlər, “Dövlət atributlarımız” adlı rəsm müsabiqəsi keçirilmişdir. Qeyd olunanlarla yanaşı, şair, nasir, publisist Gəray Fəzlinin anadan olmasının 95 illiyi, xalq şairi, tərcüməçi Vahid Əzizin anadan olmasının 75 illiyi, görkəmli siyasi xadim Fətəli Xan Xoyskinin anadan olmasının 145 illiyi və s. münasibətilə yubiley tədbirləri keçirilmiş, “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü” və “17 noyabr - Milli Dirçəliş Günü” adlı sərgilər təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Ordubad Rayon MKS və MKS-nin Uşaq Kitabxanasının əməkdaşları üçün ənənəvi təcrübə məşğələsi keçirilmişdir. Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları Kəngərli Rayon MKS və MKS-nin Uşaq şöbəsində ezamiyyədə olmuşlar.

“Mütaliə Günü” ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən məktəblilər üçün Hans Kristian Andersenin nağıllarından nümunələr oxunmuş, “Kitabxana Günü” ilə bağlı kitab müzakirəsi keçirilmişdir. Həmçinin, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən 11 № li tam orta məktəbində, 5 və 7 nömrəli uşaq bağçalarında “Nağıl Günü” ilə bağlı 3 tədbir təşkil edilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə 4 adda 32 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə, həmçinin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 21 material hazırlanmış və 42 paylaşım edilmişdir.

Həmçinin muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən 50 şeir, hekayə və poemalardan parçalardan bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 64 material hazırlamış, sosial şəbəkə hesablarında 150 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 8 min 087, Facebook səhifələrində 7 min 158 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində noyabr ayında A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən ümumilikdə 11 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 36 paylaşım edilmişdir.

Noyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2 adda 6 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 60 adda 105 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 134, oxucu gəlişi 4 min 786 nəfər, kitab verilişi isə 35 min 326 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 203 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 20 min 015-dən 20 min 218-ə çatdırılmışdır.

Şəbəkəyə 42 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 120-dən 3 min 162-yə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 230 lokal, 875 qlobal olmaqla 1 min 105 oxucu istifadə etmişdir.

Noyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da olmaqla ümumilikdə, 42 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 199 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 81 paylaşım edilmiş, 10 min 73 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 118 paylaşımın 8 min 958 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Tulum”, “Dəmirçilik”, “Misgərlik”, “Sazbəndlik” olmaqla 4 material hazırlanaraq Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən noyabr ayında 24 material hazırlanmış, 35 paylaşım edilmişdir. Metodik Mərkəzin İnstagram izləyicilərinin sayı 536, Facebook izləyicilərinin sayı isə 487 olmuşdur.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Təhsil və mədəniyyət müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na əsasən ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, azərbaycan kinofilmlərinin nümayişi təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 1, 10 və 17 nömrəli tam orta məktəblərin  şagirdlərinə “Xoşbəxt ay-ulduz” filminin, eləcə də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə 12 noyabr tarixində “Biz qayıdacağıq” və 13 noyabr tarixində isə “Dolu” bədii filmlərinin nümayişi təşkil olunmuşdur.

Ay ərzində Film Fond tərəfindən biri sənədli film olmaqla, ümumilikdə 5 film nümayiş olunmuş, 54 material hazırlanmış, sosial şəbəkə hesablarında 108 paylaşım edilmiş, 1 min 344 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fond tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Noyabr ayında gənclərlə iş sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, noyabrın 19-da Nazirliyin Gənclər Birliyinin üzvləri arasında “Vətən müharibəsinin informasiya cəbhəsində gənclərin fəaliyyəti” və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Xalqımızın Böyük Vətən Müharibəsi və qələbəyə aparan yol”, 21 noyabrda isə Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Ucalıq zirvəsi, tarixiləşən istiqlal türbəsidir şəhidlər” adlı onlayn tədbirlər keçirilmişdir.

Naxçıvan Musiqi Kollecinin tələbələrinin “9 Noyabr - Dövlət Bayrağı Günü” münasibəti ilə Dövlət Bayrağı Muzeyinə, Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinin Naxçıvan Dövlət Rəsm Qalereyasına, Bəhruz Kəngərli Muzeyinə, Naxçıvan Dövlət Tarix Muzeyinə və Yusif Küseyiroğlu türbəsinə ekskursiyası təşkil edilmişdir.

Hesabat dövründə təhsil müəssisələri ilə iş sahəsində də bir sıra işlər görülmüş,16 noyabr tarixdə Naxçıvan Musiqi Kollecində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı, 18 noyabrda isə Babək Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin solfecio fənni üzrə metodik kurs keçirilmişdir. Bundan əlavə, 24 noyabrda Naxçıvan Musiqi Kollecində Ordubad və Culfa rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin skripka, 26 noyabrda isə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimlərinə tar ixtisası üzrə ustad dərslər keçirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları da öz fəaliyyətlərini ay ərzində davam etdirmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən “Nizaminin Sirlər xəzinəsi” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Z.Vedilinin “Üç qismətli varis” pyesinin, Naxçıvan Dövlət Uşaq Teatrı isə N.Nəzərovanın “Mavi işıq” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 21 xəbər işlənmişdir.

Nazirliyin Youtube kanalına noyabr ayında 7 (cəmi 562) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 200 abunəçi, 86 min 537 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir.

Noyabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 610-a çatmış, 40 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 5 min 221 olmuş, ay ərzində səhifədə 40 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 22 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 712 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. “Şərq qapısı” qəzetində 4 məqalə işıq üzü görmüşdür.

Ay ərzində Nazirliyin tabeliyindəki müəssisələrin əməkdaşlarından 2 nəfəri Naxçıvan Dövlət Teleradiosunun efirində yayımlanan verilişlər üçün müsahibə vermişdir.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 8 xəbər süjeti efirə getmişdir.

Noyabr ayının 11-də istifadəyə verilmiş Şərur rayonunun Qarabürc Kənd Mərkəzində kənd klubu və kitabxana filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. Noyabr ayı ərzində Nazirliyə 17-si İdarələrarası Elektron Sənəd dövriyyəsi ilə olmaqla 47 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 8-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 50 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 58 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 13 nəfər işə qəbul edilmiş, bunlardan 2 nəfər işçi müvafiq rəhbər vəzifəsinə təyin edilmişdir.