Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN MART AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

07 mart tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə aid təşkilatlarla birgə tədbir keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistləri konsert proqramı ilə çıxış etmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “10 mart – Milli Teatr Günü”nə həsr olunmuş tədbir keçirilmiş, tədbirdə Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

Martın 11-də Şahbuz Rayon Mədəniyyət Sarayında Şahbuz Rayon Xalq Teatrının hazırladığı “Sadığın toyu” tamaşasına baxış keçirilmişdir. Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə əlavə edilməsi üçün muzeylərə daxil olmuş 10 ədəd xalça pasportlaşdırılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılmış, müəyyən işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən mart ayının 10-dək muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

10 martda Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar insənət xadimi Sabir Qədimovun yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması və muzey işçilərinin bütün muzeyləri tanıması məqsədilə martın 13-də Naxçıvan Dövlət Rəsm Qalereyasında seminar-treninq təşkil edilmişdir.

Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey eksponatlarının tədqiqi sahəsində elmi müəssisələrlə muzeylərin birgə işinin aktual məsələləri” mövzusunda dəyirmi masa, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Muzey işinin müvafiq təlimatın tələblərinə uyğun qurulmasını təmin etmək məqsədilə mart ayının birinci yarısında Dövlət Bayrağı Muzeyi və Qarabağlar Türbə Kompleksinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində təcrübədə olmuşdur. Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 2 olmaqla 4 tədbir keçirilmiş, 2 sərgi qurulmuşdur. Ümumtəhsil məktəblərinin şagirdləri üçün  ümumilikdə 7 açıq dərs keçirilmişdir.

Hesabat dövründə muzeylərə 108 ədəd yeni eksponat daxil olmuşdur. Muzeyləri ümumilikdə 10 min 888 nəfər tamaşaçı ziyarət etmişdir ki, onlardan 3 min 328 nəfəri əcnəbi, 7 min 560 nəfəri yerli vətəndaşlardır.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində  tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar bəzi tədbirlər keçirilmişdir.

Belə ki,  ay ərzində “8 Mart – Beynəlzalq Qadınlar Günü” münasibətilə “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir”, dövlət xadimi Həmid Şahtaxtinskinin anadan olmasının 140 illiyi, şair Davud Ordubadlının anadan olmasının 90 illiyi münasibətilə tədbirlər, xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 120 illiyi münasibətilə əsərlərinin biblioqrafik icmalı, dramaturq Sabit Rəhmanın anadan olmasının 110 illiyi münasibətilə ədəbi-bədii gecə keçirilmiş, “Əbdürrəhim bəy Haqverdiyev – 150”, “Nəriman Nərimanov – 150”, “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı sərgilər təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların müzakirələri də diqqətdə saxlanılmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri”nin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Elçinin “Baş” romanının  müzakirəsi keçirilmişdir. Hesabat dövründə “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan kitabların Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar tərəfindən 8-i klub müəssisələrinin işçiləri ilə, 8-i kitabxana işçiləri ilə və 2-si digər olmaqla ümumilikdə 18 kitab müzakirəsi olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzində məhdud fiziki imkanlı 4 şəxsə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən evlərdə sağlamlıq imkanları məhdud 3 uşağa, rayon şəhər MKS-lər tərəfindən isə 8 şəxsə olmaqla, ümumilikdə 15 şəxsə səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövrü ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16 metodik məktub və “1 adda 24 tövsiyə ədəbiyyat göstəricisi, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 adda 16 metodiki məktub olmaqla, ümumilikdə 4 adda 32 metodiki vəsait və 1 adda 24 tövsiyyə ədəbiyyat siyahısı hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.

Mart ayında Nazirliyə Naxçıvan Muxtar Respublika Ali Məclisi tərəfindən 1 adda 21 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla 97 adda 179 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 185 nəfər, oxucu gəlişi 3 min 944 nəfər, kitab verilişi isə 35 min 5 nüsxə olmuşdur.

Dövr ərzində elektron kataloqa 580 adda kitab işlənmiş və ümumilikdə elektron kataloqda kitabların sayı 16656-ya çatdırılmış, şəbəkəyə isə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 2 min 880-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 363 oxucu istifadə etmişdir ki, bunlardan 120-si lokal, 243-ü isə qlobal şəbəkə istifadəçiləri olmuşdur.

Hesabat dövründə kitabxanalarda 7-si yubiley, 5-i əlamətdar və tarixi günlər, 10-u kitab müzakirəsi, 11-i “Nağıl Günü” ilə bağlı olmaqla, ümumilikdə 30 tədbir keçirilmiş və 19 sərgi təşkil olunmuşdur.

Mart ayında klub müəssisələrində də müəyyən işlər görmüşdür. Belə ki, klub və mədəniyyət evləri ay ərzində “8 Mart - Beynəlxalq Qadınlar Günü”, “10 Mart-Milli Teatr Günü”  və digər tədbirlər keçirmişdir.

Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” İnstrumental Ansamblı tərəfindən Naxçıvan Şəhər Təqaüdçülər Klubunda konsert proqramı təqdim olunmuş, rayon (şəhər) mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil olan 8 kitab müzakirəsi keçirilmişdir.

Mart ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki 6 klub müəssisəsində olmuş, dərnək fəaliyyəti və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməkdaşlara əməli və metodik köməkliklər göstərmişlər.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 1 adda 8, Mədəniyyət  üzrə Elmi-Metodiki Mərkəz tərəfindən isə 1 adda 8 olmaqla, ümumilikdə 2 adda 16 metodiki vəsait hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Hesabat ayında klub müəssisələrində 67-i əlamətdar və tarixi günlərə həsr olunmaqla 98 mədəni-kütləvi tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2020-ci ilin mart ayı ərzində 531 manatlıq 24 adda 64 ədəd iş satılmışdır.

Ay ərzində Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir. Eyni zamanda, “Heydər Əliyev Muzeyi”nin fondunda olan filmlərin nüsxələrinin köçürülməsi işi də aparılmışdır.

Hesabat dövründə Nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə müəyyən işlər görülmüşdür. Belə ki, martın 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəbi Xəzrinin “Burla Xatun” tamaşasına ictimai baxış keçirilmiş və tamaşanın nümayiş etdirilməsi tövsiyə olunmuşdur.

Mart ayının 10-a kimi Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında  H.Əsgərovun “Tənbəl Əhməd”, Naxçıvan Dövlət Uşaq Teatrında isə “Mavi işıq” tamaşasının və Novruz kompozisiyalarının məşqləri aparılmışdır.

Muxtar respublikada fəaliyyət göstərən xalq teatrları da yeni hazırladıqları tamaşaların məşqlərini davam etdirmişdir. R.Təhmasib adına Şərur Rayon Xalq Teatrında Əziz Nesinin “Öldürsənə can-ciyər”, Naxçıvan Şəhər Xalq Teatrında Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrında Cabbar Məcnunbəyovun “İldırım”, Ordubad Rayon Xalq Teatrında isə  Firuz Mustafanın “Sevməsən ölləm” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır.

Naxçıvan şəhərindəki “Saat meydanı” turistik istirahət mərkəzində keçirilən “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman festivalı”nda Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivi və solistləri konsert proqramı ilə çıxış etmişdir. Bundan əlavə filarmoniya tərəfindən Novruz bayramı münasibəti ilə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində martın 20, 21 və 22-də fonoqram musiqilər səsləndirilmişdir.

Mart ayı ərzində təhsil müəssisələrində də müəyyən işlər görülmüşdür. 03 mart tarixdə Naxçıvan Dövlət Film Fondunda “Azərbaycan musiqi tarixindən” silsilə tədbirlər çərçivəsində “Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli siması Fikrət Əmirovun həyat və yaradıcılıq irsi” mövzusunda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin və Naxçıvan Musiqi Kollecinin müəllimlərinin iştirakı ilə mühazirə oxunmuş və bəstəkarın həyat və yaradıcılıq yoluna həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

6 mart tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Musiqi Kollecinin komandaları arasında “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilmişdir. Oyunda 3 komanda iştirak etmiş, nəticələrə əsasən “Harmoniya” komandası oyunun final mərhələsində iştirak etmək hüququ qazanmışdir.

Ay ərzində gənclərlə iş sahəsində müəyyən işlər görülmüş, Naxçıvan şəhər, Şərur və Sədərək rayon mədəniyyət şöbələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənclərlə görüşlər keçirilmiş, onlara Gənclər Təşkilatının fəaliyyətinin məqsədi, iş prinsipi və istiqamətləri barədə geniş məlumat verilmişdir. Görüşlərin sonunda rayon gənclər birlikləri yenidən formalaşdırılmışdır.

Ay ərzində Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 1 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 1 nəfər isə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif edilmişdir.

Ötən dövrdə Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmişdir. 2020-ci ilin mart ayı  ərzində Nazirliyə 7-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 27 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 14-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 21 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 19 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, dövlət qulluğu üzrə müvafiq müsabiqədən keçmiş 1 nəfər işə qəbul edilmişdir.

Nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda əmək və iş intizamı ilə bağlı yoxlamalar aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 3 məqalə dərc olunmuş, Naxçıvan Dövlət Televiziyasına Nazirliyin 4 əməkdaşı müsahibə vermişdir. Nazirliyin keçirdiyi tədbirlərlə bağlı Naxçıvan Dövlət Televiziyasında 11 süjet efirə getmişdir. Hesabat dövrü ərzində Nazirliyin saytının fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 6 xəbər və 5 məqalə olmaqla, 14 material işlənmişdir.

Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin “Naxçıvan aşıq sənəti tarixindən” adlı məqaləsi “Şərq qapısı” qəzetinin 13 mart tarixli sayında və “Nuhçıxan” İnformasiya Agentliyinin saytında    22 mart tarixdə,  Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanovanın “Ömrümüzdən parlaq xətt kimi keçən Məmməd Araz imzası” adlı məqaləsi “525-ci qəzet”in 28 mart tarixli sayında dərc edilmişdir.