Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2020-Cİ İLİN İYUL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, dövr ərzində xüsusi qaydalara ciddi riayət etməklə onlayn tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. İyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılmış, Nazirliyin iş planına uyğun onlayn mədəni xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

İyulun 11-də Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının Mirmehdi Seyidzadənin “Qızıl xoruz” pyesi əsasında hazırladığı tamaşa, iyulun 29-da Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin onlayn hesabat konserti, iyulun 08-də Cəlil Məmmədquluzadənin Ev Muzeyindən, iyulun 23-də isə Hüseyn Cavidin Ev Muzeyindən keçirilən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Nazirliyin təşkilatçılığı ilə iyulun 30-da “Ana dili” abidəsinin qarşısında “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı tədbir keçirilmişdir.

İyul ayının 2-də Şərur şəhərində Təqaüdçülər Klubunun binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ay ərzində “Məmməd Məmmədov – 100” adlı kitab və CD-nin hazırlıq işləri başa çatmış, nüsxələri aidiyyəti üzrə paylanılmışdır. Həmçinin, yallı sənətinin yaşadılması istiqamətində hazırlanan “Yallılar dünəndən bu günə” kitabı və CD-si üzərində iş aparılmışdır.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalça haqqında məlumat hazırlanmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 80 ədəd xalça haqqında məlumatlar Nazirliyin sosial şəbəkə hesablarında, “naxcivan_muzeyleri” İnstaqram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin Facebook və İnstaqram səhifələrində paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli 317-05/S nömrəli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş aparılmış, yallıların çəkilişi və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir.

Görülən işlərlə yanaşı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsi 12 iyul tarixdə yekunlaşmışdır. İki yaş kateqoriyası və iki nominasiya üzrə keçirilən müsabiqənin qalibləri Nazirliyin diplomları və fərqlənən ifaçılar fəxri fərmanları ilə təltif olunmuşdur.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin icrası ilə bağlı iş aparılmış, ay ərzində layihə ilə bağlı 8 müraciət olmuşdur.

11 iyul tarixdə Nazirlik tərəfindən muzey əməkdaşları üçün “Muzeylərdə onlayn tədbirlərin keçirilməsinin təşkili” mövzusunda onlayn seminar, Təhsil Nazirliyi ilə birgə 22 iyul tarixdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində məktəblilərin asudə vaxtının səmərəli təşkil məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə, 29 iyulda isə Yusif Məmmədəliyevin Ev Muzeyində Ordubad rayon məktəblilərinə onlayn ekskursiyalar keçirilmişdir. 28 iyul tarixdən Naxçıvan Şəhər Peşə Liseyinin “Turizm agenti” kursunun müdavimlərinə muzeylərdə təcrübə keçilməsinə başlanılmışdır. Ay ərzində Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

İyul ayı ərzində muzeylər öz fəaliyyətini davam etdirmiş, onlayn mədəni xidmətin göstərilməsi diqqətdə saxlanılmış, sosial şəbəkələrdəki hesablarında onlayn ekskursiyalar, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli paylaşımlarla çıxış etmişdir.

Ay ərzində Qarabağlar Türbə Kompleksinin yaradılmasının 4 illiyi və Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasının 39 illiyi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə və s. mövzularda videomateriallar, slaydlar, məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Həmçinin Naxçıvan Dövlət Rəsm Qalereyası tərəfindən naxçıvanlı tanınmış rəssam Abuzər Qardaşbəyov və “Naxçıvan – Bəşəriyyətin Beşiyi” III Beynəlxalq Rəsm Festivalında çəkilmiş rəsm əsərləri ilə bağlı 2 videomaterial hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində ümumilikdə Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 519 ədəd müxtəlif məlumat, audio və video material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Onlardan 124-ü onlayn ekskursiya olmuşdur. Hesabat dövründə Nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabında 126 ədəd məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə İnstagram səhifələrində 2 min 359, Facebook hesablarında 2 min 201 paylaşım edilmişdir ki, onlardan, 124 ədədi onlayn ekskursiya, 395 ədədi məlumat xarakterli paylaşım, 1 min 940 ədədi Nazirlik və digər muzeylərin hazırladığı məlumatların paylaşımı olmuşdur. Bu paylaşımların İnstagram hesablarında 49 min 377, Facebook hesablarında isə 31 min 959 izləyicisi olmuşdur.

İyul ayında muzeyləri 1 min 964 nəfər yerli, 31 nəfər əcnəbi olmaqla, ümumilikdə 1 min 995 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 70 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanalar da işini günün tələbatına uyğun qurmağa çalışmış, onlayn xidmətin göstərilməsi əsas vəzifələrdən olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Ordubad Rayon MKS-nin əməkdaşları üçün onlayn təcrübə məşğələsi təşkil etmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Ernest Heminqueyin “Qoca və dəniz”, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabından “Xanın təsbihi” və “Usta Zeynal” hekayələrinin, həmçinin  Sədərək və Culfa rayon MKS-lər tərəfindən 3 olmaqla, ümumilikdə 6 kitab müzakirəsi keçirilmişdir. Həmçinin A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə şair Kamil Arazın “Qəzəllər” və “Göy qurşağı” kitablarının təqdimatı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı video və audio materialların, audio kitabların hazırlanması işi diqqətdə saxlanılmış, siyahıya daxil olan kitablarla bağlı ümumilikdə, 21 material hazırlanmış və 42 paylaşım edilmişdir.

Həmçinin 27-si Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları, digər hissəsi muzey, kitabxana və mədəniyyət evlərinin əməkdaşları tərəfindən olmaqla 135 şeir, hekayə və poemalardan parçalar bədii qiraət formatlı videomateriallar və audiokitablar hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmış, videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə 188  material hazırlamış, sosial şəbəkə hesablarında 1 min 449 paylaşım edilmişdir. İzləyici sayı İnstaqram səhifələrində 11 min 451, Facebook səhifələrində 7 min 726 olmuşdur.

“Nağıl Günləri” layihəsi çərçivəsində iyun ayında 7-si M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 44-ü A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən olmaqla, ümumilikdə 51 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 168 paylaşım edilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən ümumilikdə 3 adda 24 metodik məktub hazırlanaraq rayon (şəhər) MKS-lərinə göndərilmişdir.

İyul ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 4 adda 154 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 142 adda 181 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda oxucu gəlişi 3 min 041 nəfər, kitab verilişi isə 15 min 823 nüsxə olmuşdur. O cümlədən, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində elektron kataloqa 510 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 19 min 098-ə, şəbəkəyə 51 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 033-yə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 82-si lokal, 49-u qlobal olmaqla 131 oxucu istifadə etmişdir.

İyul ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması və s. ilə bağlı müxtəlif xarakterli materiallar hazırlanmışdır. O cümlədən, klub müəssisələrində fəaliyyət göstərən musiqi, rəsm, əl işləri, bədii-qiraət dərnəklərinin rəhbərləri və istedadlı dərnək üzvlərinin bacarığını nümayiş etdirən videolar da bura daxildir. Ümumilikdə, 67 videomaterial hazırlanmışdır. Bu materiallar Nazirliyin Youtube kanalına yerləşdirilmiş, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə Naxçıvan şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 1 min 212 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 473  paylaşım edilmiş, 9 min 429 izləyici sayı olmuşdur. İnstaqram səhifələrində edilən 739 paylaşımın 10 min 885 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Ordubad rayon mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, yallı ilə bağlı 18 videomaterial hazırlanmışdır. Həmçinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 2, rayon mədəniyyət şöbələri tərəfindən 2 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 18-i yallı olmaqla, 22 videomaterial hazırlanmış, bu  materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən də bir sıra işlər görülmüşdür. Görkəmli şəxsiyyətlərlə bağlı videolar, milli adət-ənənələrin, sənətkarlığın təbliği və yaşadılması baxımından mühüm əhəmiyyətə malik xalq yaradıcılığı nümunələri, bədii qiraət və audiokitab materialları hazırlanmışdır. Ümumilikdə, Elmi-Metodiki Mərkəz tərəfindən iyul ayında 16 material hazırlanmış, müəssisənin İnstaqram və Facebook hesablarında 131 paylaşım edilmiş, İnstaqramda 1 min 018, Facebookda 405 izləyici sayı olmuşdur. Mərkəzin İnstaqram profilində mütəmadi olaraq folklorumuzla bağlı test suallarının paylaşılması davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Film Fond tərəfindən ay ərzində 19 material hazırlanmış, sosial şəbəkə hesablarında 41 paylaşım edilmiş, 1 min 158 izləyici sayı olmuşdur. Həmçinin ay ərzində videomateriallar hazırlanarkən müəssisə və təşkilatlara Film Fondu tərəfindən mütəxəssis köməyi göstərilmiş və müxtəlif videomateriallar hazırlanaraq Nazirliyin Youtube kanalında yerləşdirilmişdir.

Həmçinin  Film Fond tərəfindən “Yallılar dünəndən bu günə” CD-nin hazırlanması ilə bağlı 18 yallının videoçəkilişi aparılmışdır.

Ötən dövrdə filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

İyul ayında təhsil müəssisələri ilə iş sahəsində də onlayn faəliyyət davam etdirilmişdir. Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin skripka ixtisası üzrə müəllimlərinə ustad dərs və Naxçıvan Musiqi Kollecinin Musiqi nəzəriyyəsi şöbəsinin müəllimləri üçün harmoniya fənni üzrə metodiki kurs keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə onlayn tədbirlər keçirilmişdir. Belə ki,   “Naxçıvan: tarix və mədəniyyətin qovşağı” adlı onlayn müzakirə, Fransız yazıçısı Albert Kamyunun “Taun” əsərinin, Frank Darabontun rejissorluğu ilə çəkilmiş və eyniadlı əsərdən bəhs edən “Green mile” filminin müzakirələri və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə gənclər təşkilatları və birliklərinin üzvləri arasında “Yaşa və öyrən – Dostluq” onlayn intellektual bilik yarışı keçirilmişdir.

Qeyd olunanlarla yanaşı rayon (şəhər) mədəniyyət şöbələrinin gənclər birlikləri müəyyənləşdirilmiş iş planına əsasən gənclər arasında bir sıra onlayn görüşlər və maarifləndirici tədbirlər keçirmişdir. Nazirliyin Gənclər Birliyinin üzvləri arasında İlyas Əfəndiyevin “Körpüsalanlar” romanının müzakirəsi, AMEA-nın Naxçıvan bölməsinin müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin iştirakı ilə Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Culfa rayonunda yerləşən maddi-mədəniyyət nümunələri” adlı onlayn maarifləndirici tədbir, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “7-ci koğuştaki mucize” filminin müzakirəsi, Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Xalq yaradıcılığı nümunələrimiz: bayatılar” və  Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Milli dəyərlərimizin qorunmasında sosial şəbəkələrdə gənclərin rolu” adlı onlayn müzakirələr keçirilmişdir.

Ötən dövr ərzində Nazirliyin saytının fəaliyyəti də diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 24 xəbər, 6 məqalə olmaqla, ümumilikdə 30 material işlənmişdir.

Nazirliyin Youtube kanalına iyul ayında 64 (cəmi 375) videomaterial yerləşdirilmiş, bu günədək 1 min 110 abunəçi, 60 min 938 izlənmə sayı olmuşdur.

Ay ərzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar, Nazirlik və onun tabeliyində olan mədəniyyət və incəsənət müəssisələri tərəfindən hazırlanan layihələrin elanları, videoçarxlar və s. yerləşdirilmişdir. İyul ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 516-ya çatmış, 137 paylaşım edilmişdir.

O cümlədən, nmr_medeniyyet_nazirliyi adlı İnstagram səhifəsinin ümumi izləyicilərinin sayı 4 min 844 olmuş, ay ərzində səhifədə 137 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 126 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 627 nəfər olmuşdur.

Hesabat dövründə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 6 məqalə dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 1 məqalə işıq üzü görmüşdür.

“Şərq qapısı” qəzetinin 15 iyul 2020-ci il tarixli nömrəsində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Zülfiyyə Əliyevanın “Hərb tariximizdə xüsusi rolu olan Naxçıvanskilərin rəşadəti gənclərimiz üçün örnəkdir” adlı məqaləsi işıq üzü görmüşdür.

“Şərqin səhəri” qəzetinin 4 iyul 2020-ci il tarixli nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin “Mədəni-kütləvi tədbirlərin təşkili diqqət mərkəzindədir” adlı məqaləsi dərc olunmuşdur.

Naxçıvan Dövlət Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 12 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri bu ay ərzində də davam etdirilmişdir. İyul ayı ərzində Nazirliyə 4-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 45 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara  13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 41 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 46 nəfər vətəndaşın müraciətləri cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, müəssisə və təşkilatlarına 25 nəfər işə qəbul edilmişdir.

Ay ərzində 1 kollegiya iclası keçirilmiş 1 məsələ müzakirə olunmuşdur.