Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN APREL AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

7 aprel tarixdə Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə müsabiqə qalibləri mükafatlandırılmış,  “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilmişdir. Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnəciklər nümayiş olunmuşdur.

8 aprel tarixdə Ordubad, 12 aprel tarixdə Culfa və 14 aprel tarixdə isə Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinin 40 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə müvafiq muzeylərə yeni eksponatlar hədiyyə olunmuşdur.

Aprelin 13-də Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə baş tutmuş məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müsabiqədə qalib gələn və fərqlənən iştirakçıların ifasında konsert proqramı təqdim edilmiş və sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

Aprelin 18-də Möminə Xatın Türbəsinin qarşısında “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgi təşkil edilmişdir.

Aprelin 22-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir.

25 aprel tarixdə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin 2022-ci il 27 aprel tarixli 173 nömrəli qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmiş və bununla əlaqədar 28 aprel tarixdə teatrın binasında yerləşən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının zalında tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə tədbirlər keçirilmişdir.

14 aprel tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan I və II kurs tələbələri ilə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Hüseyn Cavidin “Azər” poemasının müzakirəsi, 13 aprel tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Daxil olan eksponatların əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları”  mövzusunda, 15 aprel tarixdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Kütləvi tədbirlərin təşkili qaydaları” mövzusunda, 26 apreldə Naxçıvan  Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Çap əsərlərinin KBT-yə uyğun təsnifləşdirilməsi və rəflərdə düzülüşü” mövzusunda açıq dərslər keçirilmişdir. Aprelin 22-də Naxçıvan Müəllimlər İnstitutunun Nazirliyin hamiliyinə verilmiş ixtisaslarının tələbələri üçün “Azərbaycan folkloru” mövzusunda mühazirə və film nümayişi təşkil olunmuşdur.

Aprel ayı ərzində Nazirliyin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə 1 kitab müzakirəsi, 3 açıq dərs, 1 mühazirə və film nümayişi keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix və turizm və otelçilik  ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 2 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, 15 aprel tarixdə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə Sədərək rayonunun ümumtəhsil məktəbləri arasında onlayn ekskursiya keçirilmişdir. Aprel ayı ərzində “Şuşa İli” ilə bağlı ümumilikdə 4 tədbir olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 19 aprel tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədiilə Nazirliyin təşkilatçılığı ilə aprel ayının  21-də Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “Muzey fondlarının tərkibi”  mövzusunda seminar-treninq keçirilmişdir.

Muzey işinin təkminləşdirilməsi məqsədilə aprel ayında Kəngərli və Sədərək rayon tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində,  Cəlil Məmmədquluzadənin Ev, Nehrəm qəsəbəsində və Cəlilkənddə Xatirə muzeylərinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır.  Aprel ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Gənzə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Badamlı, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şahtaxtı, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Dizə kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur.

Ay ərzində Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Molla Nəsrəddin” jurnalının 116-ci ildönümünə həsr olunmuş sərgi qurulmuş, bu münasibətlə Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Nehrəm qəsəbəsindəki və Cəlilkənddəki Xatirə muzeylərində tədbirlər, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində dəyirmi masa keçirilmişdir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naxçıvan Dövlət Rəsm Qalereyasında sərgi qurulmuş, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində bu mövzuda tədbir, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Gülüstan Tarix-Mədəniyyət Qoruğunda isə açıq dərslər keçirilmişdir.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 7 aprel tarixdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində 1, 2, 3, 16, 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Naxçıvanın Muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda açıq dərslər təşkil edilmişdir. Aprel ayında ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 46 açıq dərs və 14 mühazirə keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərfindən 6, muzeylər tərəfindən 9 tədbir keçirilmiş, 4 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Hesabat dövründə Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Ay ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən ümumilikdə, 330 müxtəlif məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 358, Facebook hesablarında 363 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 29 min 457, Facebook hesablarında isə 49 min 278 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 43 min 598 nəfər yerli, 4 min 544 nəfər əcnəbi olmaqla, ümumilikdə 48 min 142 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 175 ədəd yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Aprel  ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 22 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə tədbir, həmçinin  ədəbiyyatşünas Məmmədhüseyn Təhmasibin anadan olmasının 115 illiyi, şair Əkbər Məftunun anadan olmasının 110 illiyi, yazıçı Əli Səbrinin anadan olmasının 130 illiyi,   Məmməd Rahimin anadan olmasının 115 illiyi, “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, və s. münasibətilə tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 36 tədbir keçirilmiş, 75 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Tibb Kollecində “Kitab bəşər mədəniyyətinin ən böyük kəşfidir” mövzusunda tədbir keçirilmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Elçinin  “Baş” romanının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Oxuculara xidmət işinin təşkili” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxana fondlarında Ədəbiyyatların mühafizəsi və uçotdan silinməsi qaydaları” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Şair Nəbatinin 210 illiyi”,  A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Y.V.Çəmənzəminlinin “Seçilmiş əsərləri” kitabı əsasında müzakirə keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” münasibətilə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 10 nömrəli tam orta məktəbin şagirdləri üçün Y.V.Çəmənzəminlinin “Vətən” hekayəsini mütaliə etmişlər.

Aprel ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 105 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 31 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 33 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Nazirliyin iş planına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda seminar təşkil edilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Şərur Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Culfa Rayon MKS-nin uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Şərur Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Şərur Rayon MKS-nin Uşaq kitabxanasında ezamiyyədə olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 96-sı məlumat xarakterli olmaqla, ümumilikdə 97 material hazırlanmış, sosial şəbəkə hesablarında 256 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 19 min 244, Facebook səhifələrində 13 min 344 olmuşdur.

Aprel ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 10 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 341 adda 443 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1015, oxucu gəlişi 8 min 719, kitab verilişi isə 49 min 39 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 714 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 31 min 9-dan  31 min  723-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 773-dən  3 min 823-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 356 lokal, 330 qlobal olmaqla, ümumilikdə, 686 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 196 tədbir keçirilmişdir.

Aprel ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, dövr ərzində əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə bağlı tədbirlər keçirilmiş, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmışdır. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsi keçirilmiş, müsabiqədə Naxçıvan Şəhər, Şərur, Culfa, Babək, Ordubad və Şahbuz rayon mədəniyyət saraylarında fəaliyyət göstərən 10 qrup və kollektiv tərəfindən 12 səhnəcik nümayiş olunmuşdur.

Ay ərzində “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” və s. ilə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Aprel ayı ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı  14 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən xalq yaradıcılığı ilə bağlı 4 material hazırlanmış, bu materiallar sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Eldar Mansurov və akademik Zərifə Əliyevanın yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 5 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət şöbələri və sarayları tərəfindən sosial şəbəkələrdə 136 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 40 paylaşım edilmiş, 5 min 361 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 96 paylaşımın 6 min 745 izləyicisi olmuşdur.

Aprel ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər mövzularda, ümumilikdə 5 material hazırlanmış, 16 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 880, Facebook izləyicilərinin sayı isə 844 olmuşdur.

Hesabat dövründə Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, 21 aprel tarixdə Naxçıvan  Dövlət  Film  Fondunda Naxçıvan şəhər 12, 7 və 11  nömrəli tam orta məktəblərin  şagirdlərinə “Son iclas”   bədii filmi nümayiş olunmuşdur.

“Kino günləri” layihəsi çərçivəsində  1 aprel tarixdə Ordubad rayon Nüsnüs  kənd  Mərkəzində, 8 aprel tarixdə Babək rayon Kərimbəyli kənd Mərkəzində, 22 aprel tarixdə Şahbuz rayon Ayrınc kənd Mərkəzində  və 29 aprel tarixdə isə Culfa rayon Göydərə kənd Mərkəzində kənd ictimaiyyətinə “Biz” filminin nümayişini təşkil etmişdir.

“Keçmişdən soraq, gələcəyə səsləniş” mövzusunda qısametrajlı filmlər müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq Naxçıvan Dövlət Film Fondu  aprel ayı ərzində  “Qısametrajlı film necə hazırlanır”  mövzusunda  Naxçıvan Dövlət Texniki, Tibb və Musiqi kolleclərində, Naxçıvan Müəllimlər İnstitutunda, “Naxçıvan” Universitetində və  Naxçıvan Dövlət Universitetində isə 2 dəfə olmaqla,  ümumilikdə 7 seminar təşkil etmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 5 və 6 aprel tarixlərində “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri”, 19 və 20 aprel tarixlərində “Görünməyən qəhrəmanlar - 27 sentyabr”, 26 və 27 aprel tarixlərində isə  “Şuşa, sən azadsan!” filmlərinin nümayişini təşkil etmişdir.

Film Fond tərəfindən ay ərzində “Kino günləri” layihəsi çərçivəsində 4 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film və Hərbi Liseyin kursantları üçün 6 film, hamiliklə bağlı keçirilən tədbirdə 1 film olmaqla, ümumilikdə  12 film nümayiş olunmuşdur. Çəkilmiş materiallarla bağlı 1 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında  paylaşılmaq üçün 133  material hazırlanmış,  266  paylaşım edilmiş, 1605 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları öz fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ş. Perronun “Çəkməli Pişik” və Naxçıvan Dövlət Uşaq Teatrında C.Məmmədquluzadənin “Saqqallı uşaq” əsəri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır.

Ay ərzində stasionarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən 2, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 1-i xeyriyyə olmaqla 8 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmış, 23-24 aprel tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə festivalı”nda  2 konsert proqramı ilə çıxış edib.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 8 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisasları üzrə təhsil alan tələbələrin, həmçinin rayon (şəhər) mədəniyyət şöbələrinin xalq teatrlarının gənc üzvlərinin iştirakı ilə “Naxçıvan teatr tarixi: 1883-2022” adlı tədbir keçirilmişdir.

15 aprel tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvləri Ordubad rayonunda yerləşən tarixi mədəniyyət müəssisələrinə ekskursiyası təşkil edilmişdir.

29 aprel tarixdə Naxçıvan Şəhər Gənclər Mərkəzində Nazirliyin Gənclər Təşkilatının üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin ortaq iştirakı ilə “Yaşa və öyrən – Bahariyyə” intellektual bilik yarışı keçirilmişdir.

Naxçıvan Dövlət Universiteti ilə birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 8 apreldə Sədərək Rayon Uşaq Musiqi Məktəbində, 15 apreldə Kəngərli Rayon Uşaq Musiqi Məktəbində və 22 apreldə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin musiqi məktəblərinin kollektivi ilə görüşü, konsert proqramı təşkil olunmuş və ustad dərslərini keçirilmişdir.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 29 xəbər, 7 məqalə olmaqla, ümumilikdə 36 material işlənmişdir.

Nazirliyin Youtube kanalına aprel  ayında 4 material yerləşdirilmiş, 2 min 680 abunəçi, 316 min 299 izlənmə sayı olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Aprel ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1004-ə çatmış, ay ərzində 45 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 555 olmuş, səhifədə 46 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 11 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 835 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 19, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 8, digər informasiya agentliklərində 7 məqalə işıq üzü görmüşdür.

“El həyatı” qəzetində Ordubad Rayon Uşaq Kitabxanasının müdiri Solmaz Səfərovanın  “Dumanlı Təbriz ” tarixi roman janrının gözəl nümunəsidir” və Ordubad Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın  “Ordubad rayonunun tarixi yerləri ve arxeoloji abidələri” adlı məqalələri, “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi  Zülfiyyə Əliyevanın “Vətənini sevən insanlar Abidələri qoruyub gələcək nəsillərə ötürməlidir” məqaləsi,  “İki sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş     elmi işçisi  Sevinc Səbzəliyevanın “Tarixi abidələrimizi qorumaq bizim borcumuzdur”  adlı məqaləsi dərc olunmuşdur.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 2 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 17 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri aprel ayı ərzində də davam etdirilmişdir. Belə ki, aprel ayı ərzində Nazirliyə 30-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 99 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 50-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 98 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 40 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 45 nəfər işə qəbul edilmişdir.

Aprel ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.