Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN BİRİNCİ YARIMİLİ ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin altı ayı ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

01 yanvar tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivləri Heydər Əliyev Sarayında “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir. Yanvarın 10-da isə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illiyi münasibəti ilə Naxçıvan Dövlət Milli Dram Teatrında Orkestrin konserti təşkil olunmuşdur.

Fevralın 1-də Naxçıvan Dövlət Milli Dram Teatrında “2 fevral – Gənclər Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının konsert proqramı təqdim olunmuşdur.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivləri konsert proqramı ilə çıxış etmişdir. Muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri konsert proqramları təqdim etmişlər.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında martın 9-da “Milli Teatr Günü” münasibətilə tədbir keçirilmiş, Elçinin “Teleskop” əsəri əsasında hazırlanan tamaşa nümayiş olunmuşdur.

10-12 mart tarixlərində Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivləri Ərzurum şəhərində qastrol səfərində olmuşlar.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Teatrın direktoru, Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin 60, Teatrın dram artisti, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevin 60, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Tamerlan Bağırovun 70 illik yubiley tədbirləri qeyd edilmişdir.

18 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilmiş, 7 aprel tarixdə isə müsabiqənin yekununa həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə müsabiqə qalibləri mükafatlandırılmış, tədbirin sonunda müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnəciklər nümayiş olunmuşdur.

Martın 14-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir. Müsabiqədə muxtar respublikanın ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak etmişdir. Aprelin 13-də isə müsabiqənin yekununa həsr olunmuş tədbir tədbirdə müsabiqədə qalib gələn və fərqlənən iştirakçıların ifasında konsert proqramı təqdim edilmiş və sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılmışdır.

18 mart tarixdə Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

Martın 19-da “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Naxçıvan Dövlət Filarmoniyası və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir. 20-27 mart tarixlərində “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində fonoqram musiqi səsləndirilmişdir. 22-25 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan muzeylər tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı və “26 İyun – Silahlı Qüvvələr Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 31 konsert proqramı təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 27 aprel tarixli 173 nömrəli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilmiş və bununla əlaqədar 28 aprel tarixdə teatrın binasında yerləşən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının zalında tədbir keçirilmişdir.

8 aprel tarixdə Ordubad, 12 aprel tarixdə Culfa və 14 aprel tarixdə isə Şərur Rayon Tarix-Diyarşünaslıq muzeylərinin 40 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə müvafiq muzeylərə yeni eksponatlar hədiyyə olunmuşdur.

Aprelin 18-də Möminə Xatın Türbəsinin qarşısında “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tədbir keçirilmiş, tədbir çərçivəsində abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgi qurulmuşdur.

Aprelin 22-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 24-26 aprel tarixlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində qonaqlar muxtar respublikanın mədəniyyət və incəsənət obyektləri, tarix-mədəniyyət abidələri ilə tanış olmuşlar. 25 aprel tarixdə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində “Şərur” Xalq Yallı Ansamblının ifasında “Köçəri” və “Tənzərə” yallıları təqdim edilmişdir.

07 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransın bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konserti olmuşdur.

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Muzeyinin qarşısında muzeyin fondunda saxlanılan rəsm əsərləri və xalçalardan ibarət sərgi təşkil olunmuşdur.

Mayın 11-də Naxçıvan teatrının yaradılmasının 139-cu ildönümü münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirin bədii hissəsində Karel Çapekin “Ana” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

13 may tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Mayın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilmiş, ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiyada toplanan və Təhsil Nazirliyi tərəfindən muzeylərə hədiyyə edilən 200-dən çox maddi mədəniyyət nümunəsinin  təqdimatı olmuşdur.

Mayın 25-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında təşkil olunmuş “İstedadlar səhnəsi” yaradıcılıq müsabiqəsinin yekun tədbiri keçirilmiş, müsabiqə qalibləri mükafatlandırılmışdır.

İyunun 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə keçirilən tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının konserti olmuşdur. Həmçinin əlamətdar günlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətlərinin birgə keçirilən tədbirlərinin bədii hissələrində uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri konsert proqramları ilə çıxış etmişlər.

İyunun 3-də Naxçıvan Dövlət Uşaq Teatrında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin teatr studiyaları arasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.

İyun ayının 15-də Heydər Əliyev Muzeyinin qarşısında Naxçıvan Dövlət Filarmoniyasının birləşmiş orkestrinin “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konserti təqdim edilmişdir.

İyunun 16-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinin “Şuşa ili”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili-ədəbi kompozisiyası təşkil olunmuşdur.

17 iyun tarixdə Nazirliyin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarələri və şöbələrinin tabeliyində olan klub müəssisələrində fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin yekun tədbiri olmuş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Gənclərin teatr dünyası” adlı müsabiqəsinin iyunun 8-də Şahbuz, 10-da Ordubad və Şərur, 17-də Kəngərli, 21 və 22 iyun tarixlərdə isə muxtar respublika mərhələləri keçirilmişdir. Müsabiqənin yekun tədbiri və qaliblərin mükafatlandırma mərasimi iyunun 25-də Naxçıvan Dövlət Uşaq Teatrında baş tutmuş, qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyun ayında açıq havada kino nümayişlərinə başlanmış, Naxçıvan dövlət Film Föndu tərəfindən “Əyləncə adası” İstirahət Parkında ümumilikdə 4 film nümayiş olunmuşdur.

İyun ayının 28-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 139-cu teatr mövsümünün bağlanış mərasimi keçirilmiş,  İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

Hesabat dövründə Naxçıvan Dövlət Tarix Muzeyinin, Möminə Xatın Türbəsinin və Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyası yenidən qurulmuşdur.

Hesabat dövründə mədəniyyət və incəsənət müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. Yanvarın 14-də Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin yeni binası istifadəyə verilmişdir. Yeni istifadəyə verilmiş Çərçiboğan kənd mərkəzində Çərçiboğan Kənd Mədəniyyət Evinin və Çərçiboğan Kənd Kitabxana Filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Mayın 10-da Şərur Rayon Mədəniyyət Sarayının yeni binası istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin sisteminə daxil olan müəssisələrdə çalışan işçilərdən 5 nəfər Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür.

Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon mədəniyyət idarə və şöbələri tabeliyində olan musiqi kollektivləri tərəfindən “28 May - Müstəqillik Günü” və “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə rayonlarda keçirilən bayram tədbirlərində konsert proqramları təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin 2021-2022-ci tədris ili üçün müvafiq Tədbirlər Planına uyğun olaraq Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə bir sıra tədbirlər keçirilmişdir.

8 aprel tarixdə Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Aktyor sənəti” və Naxçıvan Musiqi Kollecinin “Bədii yaradıcılıq işi” ixtisasları üzrə təhsil alan tələbələrin, həmçinin rayon (şəhər) mədəniyyət şöbələrinin xalq teatrlarının gənc üzvlərinin iştirakı ilə “Naxçıvan teatr tarixi: 1883-2022” adlı tədbir keçirilmişdir.

Yanvar-may ayları ərzində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və İnformasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə 3 kitab müzakirəsi keçirilmiş, 5 açıq dərs təşkil edilmişdir. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə 4 açıq dərs keçirilmiş, Nazirliyin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə  Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə dair 3 mühazirə oxunmuş və film nümayiş etdirilmişdir.

Ümumilikdə, 2022-ci ilin beş ayı ərzində  tələbələrə 9 açıq dərs, 3 kitab müzakirəsi, 3 mühazirə və film nümayişi olmuş, 1 tədbir keçirilmişdir.

Fevral-may aylarında Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, kitabxanaçılıq və informasiya, tarix,  turizm və otelçilik ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin sistemində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Musiqi Kollecinin kitabxana və informasiya təminatı ixtisası üzrə III kurs tələbələrinin Nazirliyin sistemində olan M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Naxçıvan Dövlət Universitetinin aktyor sənəti ixtisası üzrə tələbələrinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında təcrübə keçməsi təmin olunmuşdur.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 14 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” İnstagram səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, hesabat dövründə ümumilikdə 22 tədbir olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Əhməd Cavadın 130 illiyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 23 aprel tarixli 202-06/S nömrəli Sərəncamının icrası ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Əhməd Cavad –130” başlıqlı sərgi təşkil edilmiş, 5 may tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında müzakirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən İbrahimov Bəhlul İmran oğluna Ordubad rayonunda yerləşən Plovdağ arxeoloji abidələr kompleksində, AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Sədərək  rayonunun Qarağac kəndi ərazisində yerləşən Kültəpə yaşayış yerində və Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerində kəşfiyyat işləri və arxeoloji tədqiqat aparmaq üçün verilən 3 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, onların yerli qurumlarının, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın  digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 10 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Hesabat dövründə muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması”, “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər”, “Muzey fondlarının tərkibi”, “Muzey ekspozisiyalarının təhvil təsliminə verilən tələblər” və “Uçot nişаnlаrı. Onların muzey əşyalarının üzərinə yazılması qaydaları” mövzularında 5 seminar-treninq keçirilmişdir.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə dövr ərzində Nazirliyin qrafikinə uyğun olaraq muzeylərin əməkdaşlarına Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən praktik köməklik göstərilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Yanvar-iyun ayları ərzində Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 23 görüşü olmuşdur.

2022-ci ilin 6 ayında muzeylərdə 20 yanvar faciəsinin 32-ci, Xocalı soyqırımının 30-cu ildönümü, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, Novruz bayramı, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Beynəxalq Muzeylər Günü, Cəlil Məmmədquluzadənin anadan olmasının 153-cü ildönümü, Məmməd Səid Ordubadinin 150 illiyi, “Molla Nəsrəddin” jurnalının 116-ci ildönümü münasibətilə tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Yanvar ayında Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Sədərək və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə 3 onlayn ekskursiya keçirilmişdir.

Dövr ərzində muzeylərdə Nazirlik tərəfindən 14, muzeylər tərəfindən 41 tədbir keçirilmiş, 35 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondunda təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş aparılmışdır.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Naxçıvan şəhər tam orta məktəblərin şagirdlərinə 8 açıq dərs keçirilmişdir. Birinci yarımil ərzində ümumtəhsil məktəblərinin şagirdləri üçün muzeylərdə, ümumilikdə, 237 açıq dərs və 97 mühazirə keçirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş milli qəhrəmanların doğum və anım günləri münasibətilə, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda məlumatlar hazırlanmış, sosial şəbəkə hesablarında paylaşımlar edilmişdir.

Birinci yarımil ərzində Nazirliyin sistemində fəaliyyət göstərən muzeylər tərəfindən 3-ü onlayn ekskursiya, 1912 məlumat xarakterli olmaqla, ümumilikdə 1915 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 2 min 515, Facebook hesablarında 2 min 412 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 343, Facebook hesablarında isə 50 min 838 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 225 min 129 nəfər yerli, 67 min 953 nəfər əcnəbi olmaqla, ümumilikdə 293 min 082 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 778 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 737 eksponat isə fondun yerdəyişməsi yolu ilə digər uyğun profilli muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Yanvar-iyun aylarında Nazirliyin sistemində çalışan gənclər, kitabxana və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 119 kitab müzakirəsi keçirilmişdir. Bunlardan 3-ü onlayn olmuşdur.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən əlamətdar və tarixi günlər münasibətilə yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 183 tədbir keçirilmiş, 326 sərgi qurulmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı ümumilikdə 60, “Kitabxanaçı Günü” münasibətilə 60, “Kitabxana günü” ilə bağlı 50 tədbir keçirilmişdir.

“Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 648  tədbir keçirilmişdir.

Dövr ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 12 və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları tərəfindən 183 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 195 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 22 adda 176 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

Nazirliyin iş planına uyğun olaraq M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda seminar təşkil edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Şəhər, Şərur, Babək, Sədərək rayon MKS-lərin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Şərur və Culfa rayon MKS-lərin uşaq kitabxanalarının, Kəngərli və Sədərək rayon MKS-lərin uşaq şöbələrinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər, Şərur, Babək və Culfa rayon MKS-lərdə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Şərur, Culfa və Babək rayon MKS-lərin uşaq kitabxanalarında, Naxçıvan Şəhər  MKS-nin uşaq şöbəsində ezamiyyədə olmuşlar.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Dövr ərzində 665 onlayn material hazırlanmış, sosial şəbəkə hesablarında 1545 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 472, Facebook səhifələrində 14 min 269 olmuşdur.

Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 24 adda 207 nüsxə, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasından 5 adda 50 nüsxə, Kitabxana kollektorundan 40 adda 1842 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 1281 adda 1662 nüsxə çap məhsulu daxil olmuşdur.

Kitabxanalarda yeni oxucu sayı 6 min 894, oxucu gəlişi 51 min 714, kitab verilişi isə 275 min 116 nüsxə olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 3 min 931 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 33 min 36-ya çatdırılmışdır.

Şəbəkəyə 272 kitab (PDF) işlənmiş və ümumi sayı 3 min 923-ə çatdırılmışdır. Birinci yarımil ərzində elektron kitabxanadan 1858 lokal, 2332 qlobal olmaqla, ümumilikdə, 4190 oxucu istifadə etmişdir.

Kitabxanalarda ümumilikdə 3-ü onlayn olmaqla, 1138 tədbir keçirilmişdir.

Klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması ilə bağlı işlər görülmüşdür.

Mart ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə klub müəssisələri əməkdaşlarının iştirakı ilə “Milli mədəni irsimizin yaşadılması və təbliğində klub müəssisələrinin rolu” adlı dəyirmi masa keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə rayon (şəhər) mədəniyyət idarələri və şöbələrinin tabeliyində olan klub müəssisələrinin dərnək üzvləri arasında aprel ayında “Milli dəyərlərimiz folklorumuzda” adlı səhnəciklərin nümayişi və iyun ayında “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqələri keçirilmişdir.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 102 tədbir keçirilmiş, 119 sərgi qurulmuşdur.

Heydər Əliyev Sarayı tərəfindən 13 adda 104 metodik məktub, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 1 ssenari mətni hazırlanaraq rayon (şəhər) mədəniyyət şöbələrinə göndərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və rayon mədəniyyət sarayları tərəfindən yubileylər, əlamətdar və tarixi günlərlə bağlı, ümumilikdə, 40 material hazırlanmış, sosial şəbəkə hesablarında paylaşılmışdır.

Şəhər və rayon mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 979 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 294 paylaşım edilmiş, 5 min 485 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 685 paylaşımın 7 min 685 izləyicisi olmuşdur.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 20,  Naxçıvan Dövlət Film Fondu tərəfindən 11 olmaqla, 31 material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Naxçıvan şəhər, Şahbuz, Babək, Ordubad və Şərur rayon mədəniyyət idarə və şöbələrinin tabeliyində olan klub və mədəniyyət evlərinə gedilmiş, dərnək fəaliyyəti və dərnəklərdə sənədləşmə işinin aparılması ilə bağlı yerində əməli köməklik göstərilmişdir. Mərkəz tərəfindən tədbirlər, həmçinin Naxçıvan şəhəri və Şərur rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları üçün “Klub müəssisələrində mədəni-kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminarlar təşkil edilmiş, ssenari mətnləri hazırlanmışdır.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən görkəmli şəxsiyyətlər, xalq yaradıcılığı və digər sahələrlə bağlı, ümumilikdə 39 material hazırlanmış, 136 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 938, Facebook izləyicilərinin sayı isə 911 olmuşdur.

Elmi-Metodik Mərkəz və klub müəssisələrində 214 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən 2022-ci ilin ilk 6 ayı ərzində 10192 manatlıq 164 adda 931 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Şəhər Təhsil İdarəsi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi davam etdirilmiş, yanvar-iyun ayları ərzində şagirdlərə 8 film nümayiş olunmuşdur.

Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün 3 film nümayişi olmuş, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin 10 illik yubileyinə həsr olunmuş konsertin çəkilişi həyata keçirilmişdir. Həmçinin Naxçıvan Dövlət Film Fondu Sədərək rayon Dəmirçi kəndində, Şahbuz rayon Qızıl Qışlaq kəndində, Culfa rayonunun Ləkətağ kəndində mədəniyyət evlərinin hazırladığı xalq yaradıcılığı nümunələrinin və Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının hazırladığı “Əliqulu evlənir” tamaşasının çəkilişini həyata keçirmişdir.

“Kino günləri” layihəsi çərçivəsində Naxçıvan şəhər, Culfa, Şərur, Şahbuz, Ordubad, Babək, Sədərək, Kəngərli rayonlarında rayon mədəniyyət sarayları və kənd mərkəzlərində  “Əyləncə adası” İstirahət Parkında açıq havada və Naxçıvan Dövlət Film Fondunda olmaqla, muxtar respublika sakinlərinə 17 film nümayişi təşkil edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 21 film nümayiş etdirmişdir.

27 fevral 2022-ci il tarixdə Naxçıvan Dövlət Film Fondu Naxçıvan şəhərindəki “N” saylı hərbi hissədə “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” sənədli filminin nümayişini təşkil etmişdir.

Naxçıvan Dövlət Film Fondunda 28 may tarixdə “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə aztəminatlı, qaçqın və məcburi köçkün, şəhid, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlara “Bir qalanın sirri” bədii filmi, 21 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək rəhbərləri və üzvlərinə “Buta” filmi nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə fevral ayında elan edilən “Milli mənəvi dəyərlərimiz” mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsinə may ayında yekun vurulmuş, müsabiqə qalibləri  mükafatlandırılmışdır.

Film Fonda 39 film, 261 fotoşəkil, 7 kitab, 4 jurnal daxil olmuşdur.

Naxçıvan Dövlət Film Fondu tərəfindən altı ay ərzində 1 tədbir keçirilmiş, 54 film nümayişi olmuş, xalq yaradıcılığı ilə bağlı 11 və çəkilmiş materiallarla bağlı isə 14 olmaqla, ümumilikdə 25 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 764 material hazırlanmış, 1528  paylaşım edilmiş, 1616 izləyici sayı olmuşdur.

Naxçıvan Dövlət Film Fondunda filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin sisteminə daxil olan dövlət teatrları fəaliyyətlərini davam etdirmişdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Saçları səməni oğlan”, Ş.Perronun “Çəkməli Pişik”, Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar gəlir, yaz gəlir” və C.Məmmədquluzadənin “Saqqallı uşaq” tamaşalarının məşqləri aparılmış, mövsüm ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasənda hazırlanan eyniadlı tamaşaya, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” tamaşasına, Naxçıvan Dövlət Uşaq Teatrı Ə.Haqverdiyevin “Kimdir müqəssir”, C.Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi əsasında səhnələşdirilən tamaşalara ictimai baxış keçirilmiş və tamaşalar repertuara daxil edilmişdir.

May ayında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının muxtar respublikanın rayonlarına qastrol səfərlərinə start verilmiş, Karel Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşa mayın 19-da Şərur Rayon Mədəniyyət Sarayında, mayın 20-də Sədərək Rayon Mədəniyyət Sarayında, mayın 25-də Babək Rayon Mədəniyyət Sarayında, iyunun 7-də Ordubad Rayon Mədəniyyət Sarayında, iyunun 8-də Culfa Rayon Mədəniyyət Sarayında, Xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" əsəri əsasında hazırlanan tamaşa isə 24 mayda Kəngərli Rayon Mədəniyyət Sarayında, 9 iyunda Şahbuz Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim olunmuşdur.

İyun ayının 13-də C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilmiş, iyunun 24-də premyerası, 28-də 139-cu teatr mövsümünün bağlanış mərasimində, 29-da isə bilet satışı ilə stasionarda göstərilmişdir. İyunun 30-da Naxçıvan Dövlət Uşaq Teatrında C.Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi əsasında səhnələşdirilən tamaşaya ictimai baxış keçirilmiş və tamaşa repertuara daxil edilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 17, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 1-i xeyriyyə olmaqla 56, Naxçıvan Dövlət Uşaq Teatrında isə 13 tamaşa nümayiş etdirilmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı iyunun 21-də “Ağbulaq” İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalardan parçalar göstərmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları tərəfindən tamaşalar təhvil verilmiş və ictimaiyyətə təqdim edilmişdir. Belə ki, 20 may tarixdə Babək Rayon Xalq Teatrı Süleyman Rüstəm və Süleyman Ələsgərovun “Durna” musiqili komediyasını, iyunun 7-də Şahbuz Rayon Xalq Teatrı Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır”, iyunun 8-də Naxçıvan Şəhər Xalq Teatrı Salam Qədirzadənin “Bığ” və iyunun 9-da Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşalarını təhvil vermişdir.

Naxçıvan Dövlət Filarmoniyasında kollektivlərin yeni repertuarlarının məşqləri aparılmış, kollektivlər bir sıra dövlət tədbirlərinin bədii hissəsində konsert proqramları ilə çıxış etmişdir. Belə ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində 23-24 aprel tarixlərdə keçirilən “Kətə festivalı”nda, 4-5 iyun tarixlərdə keçirilən “Göycə festivalında” 4 konsert proqramı ilə çıxış etmişdir.

07 may tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Şərq döyüşləri karate turnirinin, 13 may tarixdə Şərq döyüşləri boks turnirinin, həmçinin şahmat turnirinin bağlanış mərasimlərində konsert proqramları ilə çıxış etmişdir. Bundan əlavə 13 may tarixdə “Təbriz” restoranında Mahnı və Rəqs Ansamblı tərəfindən 15 may “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş tədbirdə və mayın 24-də Biznes Mərkəzində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri ilə əlaqədar keçirilmiş tədbirin bədii hissəsində, 23 iyun tarixdə “Duzdağ” oteldə Mahnı və Rəqs Ansamblı tərəfindən “Nuh diyarı – Naxçıvan” infoturunun iştirakçıları üçün konsert proqramı təqdim olunmuşdur.

Rayon (şəhər) mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin fərdi və birləşmiş qaydada hesabat konsertləri keçirilmiş, müəssisələrdə şagird və müəllimlərin dərsə davamiyyətinə nəzarət məqsədilə reydlər təşkil edilmişdir.

Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri ilə 2022-ci ildə birgə keçirəcəyi tədbirlər planına uyğun olaraq 11 mart tarixdə Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, 17 mart tarixdə isə Babək Rayon Uşaq Musiqi Məktəbinin kollektivlərinin Musiqi Kollecinin kollektivi ilə görüşləri keçirilmiş, konsert proqramı təqdim edilmişdir.

Naxçıvan Dövlət Universiteti ilə birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin 8 apreldə Sədərək Rayon Uşaq Musiqi Məktəbində, 15 apreldə Kəngərli Rayon Uşaq Musiqi Məktəbində və 22 apreldə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbində, 14 may tarixdə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində, 19 may tarixdə isə Culfa Şəhər Uşaq Musiqi Məktəbinin kollektivi ilə görüşü və konsert proqramları təşkil edilmişdir.

Hesabat dövründə gənclərin asudə vaxtının səmərəli təşkili və onların dünyagörüşünün artırılması məqsədi ilə bir sıra işlər görülmüşdür. Belə ki, dövr ərzində 1 bilik yarışı, 3-ü onlayn olmaqla 4 kitab müzakirəsi, 3 film nümayişi, 2 maarifləndirici tədbir və 1 ekskursiya təşkil edilmişdir.

Birinci yarımil ərzində Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Nazirliyin saytına 123 xəbər, 52 məqalə olmaqla, ümumilikdə 175 material işlənmişdir.

Nazirliyin Youtube kanalına birinci yarımil ərzində 18 videomaterial yerləşdirilmiş, bu günədək 2 min 880 abunəçi, 354 min 834 izlənmə sayı olmuşdur.

Dövr ərzində Nazirliyin İnstaqram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmiş, Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 60-a çatmış, 261 paylaşım edilmişdir. Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 680 olmuş, səhifədə 259 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 81 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 841 nəfər olmuşdur.

Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmiş, “Şərq qapısı” qəzetində 78, digər mətbuat orqanlarında 24 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 38, şəhər və rayon qəzetlərində 11 məqalə işıq üzü görmüşdür.

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı” münasibətilə Heydər Əliyev Sarayında keçirilən konserti ölkənin müxtəlif informasiya agentlikləri və saytlarında işıqlandırılmışdır.

Konsert haqqında “Respublika”, “Səs” və “Mədəniyyət” qəzetlərinin hər birində 1 xəbər materialı dərc olunmuş, “sia.az” saytında 1 məqalə işıq üzü görmüşdür. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı isə “Azərtac” İnformasiya Agentliyinin saytında işıqlandırılmışdır.

“Mədəniyyət” qəzetində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Yallı: bu sirli aləmə vaqif olduqca”, “İki Sahil” qəzetində Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Sənətə bağlı ömür”, “Tarixi abidələrimizi qorumaq bizim borcumuzdur” , “Rəngli xəyallar” , “El həyatı” qəzetində Ordubad Rayon Uşaq Kitabxanasının müdiri Solmaz Səfərovanın  “Dumanlı Təbriz ” tarixi roman janrının gözəl nümunəsidir”, Ordubad Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın  “Ordubad rayonunun tarixi yerləri və arxeoloji abidələri”, “Şərq qapısı” qəzetində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi  Zülfiyyə Əliyevanın “Vətənini sevən insanlar Abidələri qoruyub gələcək nəsillərə ötürməlidir”, “Nuh Yurdu” qəzetində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın” Milli dəyərlərimizin saxlanc yeri - muzeylər”, “Yeni Həyat” qəzetində Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı Türkanə Qasımovanın “Gələcəyimiz olan uşaqları sevgi ilə tərbiyə edək”, “Arazın səsi” qəzetində Əlincəqala Tarix- Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “İmadəddin Nəsimi yaradıcılığında Əlincəqalaya aid izlər”, “Şərqin səhəri” qəzetində  Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin “Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin beşiyi – Şuşa” adlı məqalələri işıq üzü görmüşdür.

Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin əməkdaşlarından 10 nəfər iştirak etmiş, 15  nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 76 xəbər süjeti efirə getmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri davam etdirilmiş, altı ay ərzində Nazirliyə 135-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 597 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 73-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 334 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 233 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Rəhbər vəzifələrə 8 nəfər, müəssisə və təşkilatlarına 88 nəfər, Naxçıvan MR Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunmuş müsabiqə vasitəsilə musiqi təhsilli müəssisələrinə 41, müəssisə və təşkilatlarına 32 və dövlət qulluğu üzrə 2 nəfər olmaqla ümumilikdə 171 nəfər işə qəbul edilmişdir.

Nazirliyin 6 kollegiya iclası keçirilmiş və 8 məsələ müzakirə edilmişdir.