Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2022-Cİ İLİN SENTYABR AYI ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin sentyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

23 sentyabr tarixdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 140-cı mövsümünün açılış mərasimi keçirilmiş, tədbirin bədii hissəsində İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında səhnələşdirilən tamaşa göstərilmişdir.

Dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 2 ədəd yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmışdır. Həmçinin, “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 3 ədəd xalça haqqında naxcivan_muzeyleri instaqram səhifəsində, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, ay ərzində 5 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı ay ərzində ümumilikdə  6 tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən muxtar respublika ərazisində aparılan arxeoloji qazıntılara nəzarət edilmiş, Naxçıvantəpə yaşayış yerində, Uçan ağıl yaşayış yerində aparılan arxeoloji qazıntı, Baş yurd və Osmantəpədə kəşfiyyat işləri, Sədərək Kültəpəsində (Sədərək yaşayış yeri) aparılan arxeoloji araşdırmaların hesabatı Nazirlik tərəfindən qeydiyyata alınmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq tərtib edilmiş qrafikə əsasən muxtar respublikada fəaliyyət göstərən nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə 15 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev Muzeyi ilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda və sentyabrın 26-da Xatirə Muzeyi ilə Babək rayonunun Sirab kənd tam orta məktəbi arasında  27 sentyabr – Anım Günü ilə bağlı olmaqla 2 interaktiv dərs keçirilmişdir. Dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə Nazirliyin təşkilatçılığı ilə 8 sentyabr tarixdə Dövlət Bayrağı Muzeyində “Muzey bələdçilərinin hazırlığına verilən tələblər”  mövzusunda seminar-treninq keçirilmişdir.

2021-ci il 27 avqust tarixdə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması diqqətdə saxlanılır. Sentyabr ayında Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Cəlilkənd, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kərimbəyli, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qazançı, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Güney Qışlaq kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 4 görüşü olmuşdur.

Xatirə Muzeyi və rayon tarix-diyarşünaslıq muzeylərində “27 sentyabr – Anım günü” ilə əlaqədar 7 tədbir keçirilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 11 tədbir keçirilmişdir.

Sentyabr ayında muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar qrafiklər təsdiq olunmuş, profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda ümumilikdə 5 açıq dərs və 13 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Sentyabr ayında Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasının yenidən qurulması, həmçinin Heydər Əliyev Muzeyinin internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 259 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 362, Facebook hesablarında 346 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 30 min 903, Facebook hesablarında isə 51 min 673 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 32 min 685 nəfər yerli, 4 min 622 nəfər əcnəbi olmaqla, ümumilikdə 37 min 307 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 15 yeni eksponat daxil olmuş,   muzey fondlarına daxil olan 19 ədəd eksponat fondun yerdəyişməsi yolu ilə digər uyğun profilli muzeylərə verilmişdir.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların müzakirəsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən kitab müzakirələri keçirilmişdir. Sentyabr ayında kitabxanaların və klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan 22 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Milli Musiqi Günü, şairə Xurşidbanu Natəvanın anadan olmasının 190, Tarzən Əhməd Bakıxanovun anadan olmasının 130, yazıçı, publisist Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 135, şairə Mirvarid Dilbazinin anadan olmasının 110 illiyi və digər mövzularda tədbirlər keçirilmiş, rayon (şəhər) MKS-lər tərəfindən tədbir və sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 31 tədbir keçirilmiş, 56 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Mütaliə insana həyatı sevdirir” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası isə oxucular ilə  “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş C.Londonun “Həyat eşqi” kitabının müzakirəsini keçirmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “İnformasiya-resurs şöbəsində ədəbiyyatın PDF olunması” mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Uşaq kitabxanalarında komplektləşmə işinin təşkili” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir keçirilmişdir.

“Kitabxana Günü” ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ilk kitab çapının yaranmasının 550 illiyi münasibətilə “Kitab bəşəriyyətin ən böyük kəşfidir” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə məktəbli oxucularla birgə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu”nun müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Sentyabr ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 67 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2,  MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 38 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 40 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Sentyabr ayında  Kəngərli Rayon MKS-nin əməkdaşlarına M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Şahbuz Rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşlarına isə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Ordubad Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Ordubad Rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 4 adda 32 metodiki məktub hazırlanaraq MKS-lərə, həmçinin MKS-lərin uşaq kitabxanaları və şöbələrinə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və mərkəzləşdirilmiş kitabxana sistemlərində tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 48 məlumat xarakterli material hazırlanmış, sosial şəbəkə hesablarında 208 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 703, Facebook səhifələrində 14 min 876 olmuşdur.

Sentyabr ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 1 adda 5 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 13 adda 240 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 198 adda 228 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 886, oxucu gəlişi 8 min 379, kitab verilişi isə 46 min 961 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 543 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 34 min 36-dan 34 min 579-a-ya çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 8-dən 4 min 58-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 214 lokal, 300 qlobal olmaqla, ümumilikdə, 514 oxucu istifadə etmişdir.

Ay ərzində kitabxanalarda ümumilikdə 1-i onlayn olmaqla 166 tədbir keçirilmişdir.

Sentyabr ayında klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış,  Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Klub müəssisələrinin fəaliyyətinin artırılması və xalq yaradıcılığı nümunələrinin çəkilişlərinə hazırlıq”la bağlı seminar-müşavirə keçirilmişdir.

Rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 10 tədbir keçirilmiş, 22 sərgi qurulmuşdur.

Müəyyən olunmuş qrafikə uyğun olaraq 9 sentyabr tarixdə Babək Rayon Xalq Teatrı Naxçıvan şəhərində qastrol səfərində olmuş, Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa Naxçıvan Dövlət Uşaq Teatrında nümayiş etdirilmişdir.   Şərur rayonunda fəaliyyət göstərən mədəniyyət evi, klub və kitabxanaların əməkdaşlarının iştirakı ilə Tərifə Kərimovanın “Vətən Sevgisi” adlı psixoloji dramı əasında hazırlanmış tamaşa 27 sentyabr tarixdə Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmişdir.

Sentyabr ayında Babək rayonunda “Xalq Yaradıcılığı Günü” çərçivəsində rayon mədəniyyət sarayı, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin videoçəkilişi aparılmışdır. Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı dövr ərzində mütəmadi iş aparılmışdır. Belə ki, Naxçıvan Dövlət Film Fondu tərəfindən 13 material hazırlanmış, bu materiallar Nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Fikrət Əmirovun yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 130 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 26 paylaşım edilmiş, 5 min 616 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 104 paylaşımın 7 min 468 izləyicisi olmuşdur.

Sentyabr ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 8 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 961, Facebook izləyicilərinin sayı isə 926 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 28 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 409 manatlıq 10 adda 31 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Kino günləri” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada sentyabr ayında 2 film  nümayişi təşkil etmişdir.

Film Fond tərəfindən sosial şəbəkə hesablarında paylaşılmaq üçün 128  material hazırlanmış, 256 paylaşım edilmiş, 1627 izləyici sayı olmuşdur. Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövründə Nazirliyin sisteminə daxil olan dövlət teatrları öz fəaliyyətini davam etdirmiş, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Cavidin “Topal Teymur”,  Elçinin “Teleskop” və İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında isə Şarl Perronun “Çəkməli pişik” əsəri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır.

Müəyyən olunmuş qrafikə əsasən 22 sentyabr tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Sədərək rayonunda “Qoğalın sərgüzəşti”, 29 sentyabrda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Şərur rayonunda Elçin Əfəndiyevin “Teleskop”, 9 sentyabr tarixdə isə Babək Rayon Xalq Teatrı Naxçıvan Dövlət Uşaq Teatrında Süleyman Rüstəm və Səid Rüstəmovun “Durna” üçpərdəli musiqili komediyası əsasında hazırlanan tamaşanı nümayiş etdirilmişdir.

Nazirliyin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Naxçıvan Dövlət Filarmoniyasının yaradıcı kollektivlərinin “18 sentyabr – Milli Musiqi Günü” ilə əlaqədar muxtar respublikanın rayonlarında konsert proqramları təşkil olunmuşdur. Belə ki, Mahnı və Rəqs Ansamblı Ordubad rayonunda, Estrada Orkestri Kəngərli və Şahbuz rayonlarında, Kamera Orkestri isə Culfa rayonunda konsert proqramı ilə çıxış etmişdir. Kollektivlərin ay ərzində qrafik əsasında məşqləri davam etdirilmişdir.

Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin 2022-2023-cü tədris ilinin başlanması ilə əlaqədar rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin müdirləri və musiqi təhsili müəssisələrinin direktorlarının iştirakı ilə Nazirlikdə müşavirə keçirilmiş və müvafiq tapşırıqlar verilmişdir. Ay ərzində tədris ilinin başlanması ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, Dövlət İmtahan Mərkəzi ilə birgə 15 iyul 2022-ci il tarixdə musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin 13 və 14 sentyabr tarixlərdə müsahibə mərhələsi keçirilmiş və bu mərhələni müvəffəqiyyətlə keçən 30 nəfər müəssisələrdə ixtisasları üzrə işlə təmin edilmişdir.

9 sentyabr tarixdə Nazirliyin Gənclər Təşkilatı tərəfindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Qəlbimdə iz buraxan ədib” adlı maarifləndirici tədbir keçirilmişdir.

Sentyabrın 26-da yeni istifadəyə verilmiş Babək rayon Sirab kənd mərkəzində kənd kitabxana filialının və kənd mədəniyyət evinin  fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Nazirliyin rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində Nazirliyin saytına 22 xəbər, 10 məqalə olmaqla, ümumilikdə 32 material işlənmişdir.

Nazirliyin Youtube kanalının abunəçi sayı 3 min 30, kanaldakı videomaterialların ümumi izlənmə sayı 388 min 335 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Sentyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1190-a çatmış, 44 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 725 olmuş, səhifədə 44 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 10 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 875 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV-ləri ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 12 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 4, rayon qəzetlərində 1, digər informasiya agentliklərində 4 məqalə işıq üzü görmüşdür.

3 sentyabr tarixdə “Arazın səsi” qəzetində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin “Azərbaycan və Oğuz sözlərinin izahı haqqında” adlı məqaləsi dərc olunub.

17 sentyabr tarixdə Nuhçıxan İnformasiya Agentliyinin saytında Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin  “XIX əsrin sonu XX əsrin əvvəlində Naxçıvan Teatrında xeyriyyəçilik” adlı məqaləsi işıq üzü görüb.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun verilişlərində Nazirliyin əməkdaşlarından 1 nəfər iştirak etmiş, 3 nəfər müsahibə vermişdir.

Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı  12 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri sentyabr ayı ərzində də davam etdirilmiş, Nazirliyə 24-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 107 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 13-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 65 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 77 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Sentyabr ayı ərzində Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində işlər davam etdirilmiş, Nazirliyin tabeliyindəki müəssisələrə 36 nəfər işə qəbul edilmişdir.

Sentyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.