Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn bİrİnci rübü ərzİndə görülmüş işlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin birinci rübü ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

1 yanvar tarixdə Naxçıvan şəhərinin mərkəzi meydanında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə əlaqədar keçirilən bayram şənliyində Naxçıvan Dövlət Filarmoniyası konsert proqramı ilə çıxış etmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı H.X.Andersenin “Qar Kraliçası” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirmişdir.

13 yanvar tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümü qeyd edilmişdir.

21 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

2 fevral tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “2 Fevral - Gənclər Günü” münasibətilə tədbir təşkil olunmuşdur.

Fevralın 2-də Naxçıvan Saray Kompleksində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə isə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və təşkilatın yeni sədri seçilmişdir.

17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd edilmişdir.

Fevralın 21-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Fevralın 23-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir.

Martın 7-də Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin  dayağıdır” mövzusunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmişdir. Həmçinin Nazirliyinin təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı flaşmob keçirilmişdir.

Nazirliyin iş planına uyğun olaraq 10 mart tarixdə “Milli Teatr Günü” və 27 mart tarixdə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmiş, tədbirlərdə ardıcıl olaraq Hüseyn Cavidin “Topal Teymur” və N.V.Qoqolun “Müfəttiş” tamaşaları nümayiş etdirilmişdir.

Martın 17-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

19-26 mart tarixlərdə Nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində  Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmişdir. 18 mart tarixdə “Novruz bayramı” şənliyinin keçirildiyi ərazinin estetik cəhətdən daha gözəl görünməsi məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri və müxtəlif könüllü qruplar arasında “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Səkkizgünlük bayram tədbirlərində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Sədərək rayon mədəniyyət idarə və şöbələrinin musiqi, rəqs və folklor kollektivlərinin konsertləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının, xalq teatrlarının tamaşaları, Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradovun,  həmçinin Ceyhun Ares, Hiss, Tofiq Hacıyev və Eldar Qasımovun konsertləri təşkil olunmuşdur.

20-26 mart tarixlərində “Novruz Şəhərciyi”ndə 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası  nümayiş etdirilmişdir.

Muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir.

20-26 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan 6 muzey tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 10 konsert proqramı təqdim edilmişdir.

30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  nümayəndələri muxtar  respublikada səfərdə olmuş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Heydər Əliyev İli”ndə görüləcək işlərə dair Tədbirlər Planı hazırlanmış və Nazirliyin 2023-cü il 13 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmişdir.

Rüb ərzində bununla bağlı bir sıra işlər görülmüşdür. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə hazırlanan A.Babayevin “Xilaskar” tamaşasının məşqləri davam etdirilmişdir. Nazirlik tərəfindən Heydər Əliyev Muzeyi ilə birlikdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmışdır.

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Şərur, Babək və Ordubad rayon mədəniyyət saraylarında konsertləri keçirilmişdir.

Heydər Əliyev Muzeyində Nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir, “Naxçıvan” Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə, Orta İxtisas Polis Məktəbinin kursantlarına ulu öndərin həyatı və siyasi fəaliyyətinə dair 3 mühazirə keçirilmişdir. Rüb ərzində Nazirlik, mədəniyyət və incəsənət müəssisələri tərəfindən konsertlər, film nümayişləri, yığıncaq, görüş və digər tədbirlər, ali və orta ixtisas məktəblərinin tələbələrinə, ümumtəhsil məktəblərinin şagirdlərinə mühazirə və açıq dərslər, kitab müzakirələri olmaqla, ümumilikdə, müxtəlif formatlı 62 tədbir keçirilmişdir.

Fevral-mart aylarında istifadəyə verilmiş Babək rayon Vayxır və Şərur rayon Axura kənd mərkəzlərində kənd kitabxana filialı və mədəniyyət evi, Şərur rayon Həmzəli kənd mərkəzində kənd kitabxana filialı və kənd klubu, Ordubad rayon Xanağa kənd mərkəzində isə kənd kitabxana filialının,  Şərur rayon Vərməziyar kənd mərkəzində kənd kitabxana filialı və kənd klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Rüb ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. Rüb ərzində Xatirə Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən  Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya”  və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə  2 kitab müzakirəsi, 2 açıq dərs keçirilmişdir.

Fevral-mart aylarında Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik”, “Tarix”, “Kitabxanaçılıq və informasiya”,  Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə əyani şöbəsinin II kurs magistrantlarının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında dövr ərzində 7-i xeyriyyə, 4-ü bilet satışı olmaqla stasionarda 11 tamaşa nümayiş etdirilmişdir. Bunlar Elçinin “Teleskop”, N.V.Qoqolun “Müfəttiş”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, H.Cavidin “Topal Teymur”, Ə.Orucoğlunun “Qaynana əməliyyatı”  əsərləri olmuşdur. Həmçinin dövr ərzində Elçinin “Şekspir”, M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” əsərlərinin məşqləri davam etdirilmişdir.

Dövr ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 4-ü xeyriyyə, 48-i bilet satışı olmaqla ümumilikdə 52 tamaşa nümayiş etdirilmişdir. Bundan əlavə B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın ümumi, Ş.Abutalıbovun “Qoğalın sərgüzəşti”, Ə.Abbasovun “Keçinin qisası”, V.Haqverdiyevin “Saçları səməni oğlan”, Y.Şvarçın “Qırmızı papaq”, A.Şaiqin “İnanmayaq tülkülərə”, G.Kərimovanın “Nəğməkar bülbül”, K.Ağayevanın “Tıq-tıq xanım” tamaşalarının bərpa məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında N.Nəzərovanın “Mavi işıq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, C.Məmmədquluzadənin “Saqqallı Uşaq”, T.Seyidovun “Bahar qızı küsüb” və N.Niftəliyevanın “NBŞ” tamaşaları səhnəyə qoyulmuş və 24 tamaşa nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyası müxtəlif tədbirlərdə konsert proqramları təqdim etməklə dövr ərzində kollektivlərin yeni repertuarlarının məşqləri aparılmışdır.

17 mart 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının hazırladığı Mirzəağa Atəşin “Şərəfin sandığı” 3 pərdəli komediyası rayon ictimaiyyətinə  təqdim edilib.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 7 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” və Cəmşid Naxçıvanski Muzeyində “Muzeylərin ideya-tərbiyəvi əhəmiyyəti və həyata keçirilməsinin təşkili yolları” mövzularında 2 seminar-treninq keçirilmişdir.

Hesabat dövründə ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şahbuz və Culfa rayon turları, Cəlil Məmmədquluzadənin anadan olmasının 154, Məhəmməd Tağı Sidqinin anadan olmasının 169 illiyi, Bəhruz Kəngərlinin doğum və anım günləri, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 13-cü, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 9-cu və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Muzeylər tərəfindən 20 yanvar faciəsinin 33-cü, Xocalı soyqırımının 31-ci ildönümünə, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, rüb ərzində rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 9 görüşü olmuşdur.

Muzey işinin təkminləşdirilməsi məqsədilə rüb ərzində muzeylərin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.

Rüb ərzində muzeylərdə Nazirlik tərəfindən 10, muzeylər tərəfindən 37 tədbir keçirilmiş, 28 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Xatirə Muzeyində  “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir” və “31 Mart-Azərbaycanlıların Soyqırımı günü”, Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı – Cəlil Məmmədquluzadə”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı-qan yaddaşımız”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın muxtariyyəti tarixdə və bu günümüzdə”, Bəhruz Kəngərli Muzeyində “XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli” mövzularında olmaqla 6 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 121 açıq dərs və 93 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 700 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 1726, Facebook səhifələrində 1619 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 117, Facebook hesablarında isə 52 min 822 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 101 min 584 nəfər yerli, 9124 nəfər əcnəbi olmaqla, ümumilikdə 110 min 708 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 126 yeni və 1538 fondun yerdəyişməsi yolu ilə olmaqla, ümumilikdə, 1664 eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

01 və 02 fevral tarixlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının 2023-cü il üçün iş planının 2-ci bəndinin 1-ci hissəsinin icrası məqsədilə Nazirliyin 2023-cü il 26 yanvar tarixli 28 nömrəli əmri ilə yaradılmış komissiyanın üzvləri tərəfindən Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, qəsəbə və kənd kitabxana filiallarında “Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəaliyyəti” ilə bağlı yoxlamalar aparılmışdır.

Rüb ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 35 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “20 yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir və oxucuların Xatirə Muzeyinə ekskursiyası, şair Q.Təbrizinin 455, şair, dramaturq, publisist A.Babayevin 98, rus şair və yazıçı A.N.Tolstoyun 140, “21 Fevral – Beynəlxalq Ana dili Günü”, “26 Fevral - Xocalı soyqırımı” münasibətilə tədbirlər, şair-dramaturq  İ.Səfərlinin 100, bəstəkar Q.Qarayevin 105, “8 Mart - Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı münasibətilə tədbirlər, Xalq şairi Cabir Novruzun 90, yazıçı, şair, ssenarist Anar Rzayevin 85, coğrafiya elmləri doktoru Səfərəli Babayevin 100, tarixi romanlar müəllifi M.S.Ordubadinin 151 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Rüb ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 112  tədbir keçirilmiş, 204 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və  rayon (şəhər) MKS-lər tərəfindən 30 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 20 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 30 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 tədbir keçirilmişdir.

Rüb ərzində “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 129 tədbir keçirilmişdir.

Hesabat dövründə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 71 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 74 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 6 adda 48, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 3 adda 24 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması,  paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Rüb ərzində 276 material hazırlanmış, sosial şəbəkə hesablarında 1191 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 344, Facebook səhifələrində 16 min 695 olmuşdur.

Yanvar-mart aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 26 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 14 adda 229 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 654 adda 1188 nüsxə çap məhsulu daxil olmuşdur.

Rüb ərzində kitabxanalarda yeni oxucu sayı 5 min 224, oxucu gəlişi 24 min 421, kitab verilişi isə 152 min 104 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 151 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 158-ə çatdırılmışdır.

Şəbəkəyə 150 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 358-ə çatdırılmışdır. Rüb ərzində elektron kitabxananın lokal şəbəkəsindən 1119 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 370 tədbir keçirilmişdir.

Rüb ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Martın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Klub müəssisələrində mədəni kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Mədəniyyət üzrə Elmi Metodik Mərkəz, Heydər Əliyev Sarayı və rayon (şəhər) mədəniyyət saraylarının əməkdaşları iştirak etmişdir.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü”, “2 Fevral – Gənclər Günü”, “26 Fevral – Xocalı Soyqırımı”,  “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “21 Mart – Novruz Bayramı” münasibətilə müxtəlif tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Dövr ərzində əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 105 tədbir keçirilmiş, 54 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən 6 adda 48 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Birinci rüb ərzində Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği məqsədilə Nazirlik tərəfindən müxtəlif dillərdə 4 material hazırlanaraq klub müəssisələrinin sosial şəbəkə hesablarında paylaşım üçün təqdim edilmişdir. Yanvar-mart aylarında rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 728 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 289 paylaşım edilmiş, 4 min 159 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 439 paylaşımın 6 min 379 izləyicisi olmuşdur.

Dövr ərzində Elmi-Metodik Mərkəz tərəfindən Şahtaxtı Kənd Mədəniyyət Evində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – Qan yaddaşı”, Sədərək Kənd Mədəniyyət Evində “26 Fevral – Xocalı Soyqırımı”na həsr olunmuş “Əsrin faciəsi” adlı tədbirlər keçirilmişdir.

Rüb ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 82 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1013, Facebook izləyicilərinin sayı isə 985 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 119 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən rüb ərzində 2260 manatlıq 31 adda 213 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti yanvar-mart aylarında diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Dövr ərzində Naxçıvan şəhər, Culfa rayon və Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turları keçirilib.

Naxçıvan  Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan  Müəllimlər İnstitutunun bir qrup tələbələri arasında  və Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Dövlət Film  Fondunun  birgə  təşkilatçılığı  ilə Gənclər Mərkəzində gənclər arasında “Bu kino ki var...”  adlı 2 kinoviktorina keçirilmişmişdir.

Film Fond tərəfindən yanvar-mart ayları ərzində 4 tədbir keçirilmiş,  Hərbi Liseyin kursantları üçün 6 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 6 film, “Heydər Əliyev ili” ilə bağlı 4 film  və digər tədbirlərdə isə 38 film  olmaqla, ümumilikdə 54 film nümayiş olunmuşdur. Həmçinin  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 378 material hazırlanmış, 756 paylaşım edilmiş, 1673 izləyici sayı olmuşdur.

Dövr ərzində  4 film nüsxələnərək 2-si Babək Rayon Mədəniyyət İdarəsinə, 1-i Şahbuz Rayon Mədəniyyət Şöbəsinə və 1-i isə Naxçıvan Televiziyasına verilmiş, nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq fevralın 17-də təhsil müəssisələrində çalışan istedadlı müəllimlər tərəfindən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində, 30 mart tarixdə isə Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuşdur.

Dövr ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə 13 yanvar tarixdə “Gənclik, mədəniyyət, musiqi” adlı diskussiya, 24 fevral tarixdə “Tanımadığımız tanışlar” adlı maarifləndirici tədbir, 16 fevral tarixdə “Mədəniyyətdən bir parça: Retro” adlı musiqili yarış, Naxçıvan Dövlət Film Fondunda isə Gənclər Təşkilatının üzvləri üçün 19 yanvar tarixdə “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibəti ilə “20 Yanvar 1990” filmi və 7 mart tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Suyun səsi” filmi nümayişi etdirilmişdir. 31 mart tarixdə Sədərək rayon gənclərinin iştirakı ilə Anarın “Şəhidlər dağı” əsərinin müzakirəsi keçirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Dövr ərzində səhifəyə 61 xəbər, 16 məqalə olmaqla, ümumilikdə 77 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 770, görüntüləmə sayı 565 min 603 olmuşdur.

Rüb ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Ötən dövrdə Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 350-ə çatmış, 256 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 275 olmuş, səhifədə 296 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 49  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 908 nəfər olmuşdur.

Birinci rübdə Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 29, şəhər və rayon qəzetlərində 6 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 17, digər informasiya agentliklərində 27 məqalə yerləşdirilmişdir.

Bəhruz Kəngərli Muzeyinin direktoru  Səbinə Əlincəlinin “İki sahil” qəzetində “Milli rəssamlığımızın fəxri Bəhruz Kəngərli” və “NUHÇIXAN” İnformasiya Agentliyində “Şərqin qapısını seyrə çıxan iki böyük sənətkar”,  Xatirə muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “İki sahil” qəzetində “Qərənfil şəhid qanı, ağla qərənfil ağla” və “Sızıltısı sönməyən yara”, “Şərq qapısı” qəzetində Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin “Heydər Əliyev irsinin qorunduğu və təbliğ olunduğu məkan”, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun “Çağdaş Azərbaycan dilinin aktual problemləri" adlı II Respublika Elmi konfransının materialları”nda “Azərbaycan dili dialekt və şivələrinin təsnifi məsələləri” elmi araşdırması və “Nuh yurdu”qəzetində “M.S.Ordubadinin “Qanlı sənələr” əsəri və tarixi həqiqətlər” adlı məqaləsi, “Arazın səsi” qəzetində  “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin  “Nizami Gəncəvinin Leyli və Məcnun poemasında qələmə aldığı maraqlı faktlar”, “El həyatı”qəzetində Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Azərbaycanın incisi-Ordubad” və “Hərbi and” qəzetinin 24 mart tarixli nömrəsində Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Tarix heç nəyi unutmur” və “Qəhrəman Azərbaycan qadınları”  sərlövhəli məqalələri dərc olunmuşdur.

Hesabat dövründə Azərbaycan televiziyasında gedən verilişlərdə Nazirliyin əməkdaşlarından 1 nəfər, Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə isə Nazirliyə tabe müəssisələrin əməkdaşlarından 8 nəfər iştirak etmiş, 8 nəfər müsahibə vermiş, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Naxçıvan televiziyasının “Mizrab” verilişində, Ərtoğrul Cavid adına Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri “Günaydın” proqramında iştirak etmişlər. Naxçıvan Televiziyasının Su çərşənbəsinə həsr olunmuş bayram buraxılışında Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin 45 nəfər əməkdaşı iştirak etmişdir. Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişində rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin kollektivləri geniş şəkildə iştirak ediblər. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 29 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri üç ay ərzində də davam etdirilmişdir. Belə ki, üç ay ərzində Nazirliyə 195-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 597 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 200-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 347 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 413 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 63 nəfər işə qəbul edilmişdir.

Üç ay ərzində Nazirliyin 2 kollegiya iclası keçirilmiş və 2 məsələ müzakirə edilmişdir.