Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

ADİL BABAYEV ADINA NAXÇIVAN MUXTAR RESPUBLİKA UŞAQ KİTABXANASI

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 1935-1965-ci illər ərzində Naxçıvan şəhər kitabxanasının tərkibində uşaq şöbəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 1964-cü il 26 sentyabr tarixli 674 №li, Naxçıvan MSSR Nazirlər Sovetinin 9 oktyabr 1964-cü il tarixli 330 №li qərarlarına əsasən Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası yaradılmış və 1965-ci il yanvar ayından fəaliyyətə başlamışdır. Kitabxana Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq kitabxanaları, MKS-lərin uşaq şöbələri və həmçinin  ümumtəhsil məktəblərinin kitabxanalarının fəaliyyətinə əməli və metodiki köməklik göstərmək, eyni zamanda uşaq və gənclərə kitabxana xidməti göstərir. Kitabxanaya 1978-ci ilin iyul ayından şair, publisist Adil Babayevin adı verilmişdir. 2022-ci ildə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası yeni bina ilə təmin olunmuşdur.

Kitabxanada 50 yerlik tədbir zalı, 2 oxu zalı yerləşir. Binada 11 komputer və elektron lövhə quraşdırılmışdır. Fondunda 110 mindən çox çap məhsulu olan kitabxananın 12 mindən çox oxucusu var. Kitabxananın fondunda Azərbaycan, rus, ingilis və sair dillərdə ədəbiyyat nümunələri vardır. 

Ünvan: Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi

Tel: (+99436) 545-48-03; 545-43-38