Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazirlİyİ tərəfİndən 2023-cü İlİn aprel ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin aprel ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunmuşdur.

7-8 aprel tarixlərdə “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçirilmiş, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblının təqdimatında konsert proqramları təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi” tərəfindən muxtar respublika sənətkarlarının hazırladıqları suvenirlərin və hədiyyəlik xatirə əşyalarının satışı təşkil edilmişdir.

“15 Aprel – Dünya İncəsənət Günü” ilə əlaqədar mədəniyyət idarə və şöbələri, muzeylər, kitabxanalar, təhsil müəssisələri tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilmişdir. Əlamətdar günlə bağlı ümumilikdə, 14 tədbir keçirilmiş, 1 sərgi qurulmuş, müvafiq videoçarx hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

18 aprel tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Nazirliyin Gənclər Təşkilatının 30 nəfər üzvünün iştirakı ilə Ordubad rayonuna ekskursiya təşkil olunmuş, ekskursiya zamanı Ordubad şəhərindəki məşhur tarixi-memarlıq abidələrini əks etdirən videoçarxlar hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssam sərgidə nümayiş etdirilən 10 rəsm əsərini Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə etmişdir.

28 aprel tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmış, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə 26-27 aprel tarixlərdə Nazirlik tərəfindən mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda fəaliyyət göstərən folklor qrupları və dərnək üzvləri arasında “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsi, 26 aprel tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyəti və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, aprel ayının 27-də Ordubad Rayon Mədəniyyət Sarayında “Ulu öndərin 1993-2003-cü illərdə fəaliyyəti”, aprel ayının 28-də Kəngərli Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev siyasəti günümüzdə və tarixdə” mövzularında tədbirlər keçirilmiş, 27 aprel tarixdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Culfa Rayon Mədəniyyət Sarayında konsert proqramı ilə çıxış etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən I Uşaq İncəsənət Festivalının ilk mərhələsinə muxtar respublikada aprelin 19-dan start verilmişdir. May ayının birinci yarısında yekunlaşması nəzərdə tutulan bu mərhələdə muxtar respublika üzrə, ümumilikdə 489 nəfər festivalda iştirak üçün qeydiyyatdan keçmişdir. Ümumilikdə, 21 nominasiya üzrə keçirilən festivalda muxtar respublikadan olan iştirakçılar 19 nominasiya üzrə təmsil olunacaqlar.

26 aprel tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Səfər Rəcəbov adına Naxçıvan Şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində məktəbin şagirdlərinin konserti təşkil edilmişdir.

17 aprel tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında keçirilən tədbirdə Babək Rayon Mədəniyyət İdarəsinin “Qələbə” instrumental ansamblı əsgər və zabitlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

“Heydər Əliyev İli” çərçivəsində 14 aprel tarixində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Heydər Əliyev siyasəti: Azərbaycan mədəniyyəti və incəsənətinə verilmiş töhfələr” mövzusunda tədbir keçirilmiş, sərgi qurulmuşdur. Aprelin 17-də Naxçıvan Dövlət Tarix Muzeyində “Tarixi abidələrin qorunmasında ümummilli lider Heydər Əliyevin rolu”, 18 aprel tarixdə Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş “Heydər Əliyevin siyasətində Azərbaycan tarixi abidələri”, 25 aprel tarixində Cəmşid Naxçıvanski Muzeyi və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski Muzeyində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ordu quruculuğu” mövzusunda tədbirlər keçirilmişdir.

06 aprel tarixində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində Şərur rayon Kərimbəyli, 07 aprel tarixində isə Maxta kənd tam orta məktəblərinin şagirdlərinə “Xalqımızın doğan Günəşi-Heydər Əliyev” mövzusunda 2 açıq dərs keçirilmişdir. 07 aprel tarixində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Şahbuz rayon Kolanı kənd tam orta məktəbin şagirdlərinə “Heydər Əliyev və müstəqil Azərbaycanın mədəniyyət siyasəti”, aprelin 19-da Bəhruz Kəngərli Muzeyində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdləri üçün “Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi kimi” mövzusunda açıq dərslər keçirilmişdir.

Heydər Əliyev Muzeyində 05 aprel tarixdə Heydər Əliyev adına tam orta məktəb, 12 aprel tarixdə Naxçıvan şəhər Kimya-Biologiya Təmayüllü lisey, 13 aprel tarixdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəb, 19 aprel tarixdə Naxçıvan Qarnizonu  tam orta məktəbin şagirdlərinə “Zərifə xanım Əliyeva: görkəmli alim və əsl insan” mövzusunda olmaqla 4 açıq dərs keçirilmişdir.

“Heydər Əliyev İli” ilə əlaqədar 5 aprel tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 8 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət bir qrup məktəbli oxucunun Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil edilmiş, 12 aprel tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda dəyirmi masa keçirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı muzeylərdə 4 tədbir, 9 açıq dərs keçirilmişdir.

Aprel ayında Nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir. Belə ki, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 1, 4 aprel tarixlərdə skripka və qanun sinfi şagirdlərinin, 15 apreldə  Xalq çalğı alətləri şöbəsi üzrə tar sinfi şagirdlərinin,  29 apreldə isə qarmon və saz  sinfi şagirdlərinin konsertləri və 8 aprel tarixdə məktəbin şagirdlərinin Ordubad şəhər 1 saylı tam orta məktəbdə konserti keçirilmişdir. 29 apreldə Vənənd Kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin məktəbdə konserti olmuşdur.

14 və 28 aprel tarixlərdə Kolanı Kənd Uşaq Musiqi Məktəbində 2, 7, 10 və 19 aprel tarixlərdə isə Şahbuz Rayon Uşaq Musiqi Məktəbində 3 sinif konserti keçirilmişdir. Şərur Rayon Mədəniyyət Sarayında 4 aprel tarixdə Şərur Şəhər B.Kəngərli adına Uşaq İncəsənət Məktəbinin, 29 aprel tarixdə Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbinin konsertləri təqdim olunmuşdur.

19 aprel tarixdə Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində “Örnək ömür yolu” adlı tədbir keçirilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı aprel ayı ərzində ümumilikdə, 34 tədbir keçirilmişdir.

Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. 12 aprel tarixdə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə “Milli-mənəvi dəyərlər” mövzusunda mühazirə, aprelin 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Muzeylərdə əşyaların materiallar üzrə ayrı-ayrılıqda  mühafizəsi (boyakarlıq və kağız)”, 19 aprel tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan  Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Sənədlərin biblioqrafik təsviri” və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan  Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Çap əsərlərinin KBT-yə uyğun təsnifləşdirilməsi” mövzularında 3 açıq dərs, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan  Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə Mir Cəlal Paşayevin “Vətən yaraları” hekayəsinin müzakirəsi keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə tələbələrinin Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və  kitabxanalarda təcrübə keçmələri təmin edilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Ümüd Görkülünün “Cibimizdəki dəlilik” əsəri əsasında hazırlanan tamaşanın 18 apreldə premyerası keçirilmiş və stasionarda bilet satışı ilə 3 dəfə nümayiş etdirilmişdir. Həmçinin, ay ərzində M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” əsərinin məşqləri aparılmışdır.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən bilet satışı ilə 8 tamaşa nümayiş etdirilmiş, B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında N.Niftəliyevanın “Məzlum dovşan” əsəri əsasında hazırlanan tamaşanın məşqləri aparılmış və bilet satışı ilə 4 tamaşa nümayiş etdirilmişdir.

Həmçinin, ay ərzində Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin məşqləri davam etdirilmişdir.

Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə təqdim edilmiş, tamaşa həmçinin, 11 aprel tarixdə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində nümayiş olunmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə ümumtəhsil məktəblərinin şagirdlərinə aprelin 26-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Görkəmli Azərbaycan ədibləri” adlı, 28 apreldə isə Heydər Əliyev Muzeyində Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş 2 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə aprelin 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komleksində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey fondlarının tərkibi” mövzusunda seminar-treninq təşkil olunmuşdur.

10 və 27 aprel tarixlərində ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin müvafiq olaraq Babək rayon və Naxçıvan şəhər turları, 26 aprel tarixdə Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 41-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Aprel ayında “15 Aprel – Dünya İncəsənət Günü” ilə bağlı muxtar respublikada fəaliyyət göstərən muzeylərdə 7 tədbir təşkil edilmişdir.

Ay ərzində Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Molla Nəsrəddin” jurnalının 117-ci ildönümünə həsr olunmuş sərgi qurulmuş, bu münasibətlə Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Nehrəm qəsəbəsindəki və Cəlilkənddəki xatirə muzeylərində tədbirlər keçirilmişdir.

“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naxçıvan Dövlət Rəsm Qalereyasında sərgi qurulmuş, 18 aprel tarixində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunda bu mövzuda tədbirlər keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Əbrəqunus, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Vələver kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2 görüşü təşkil olunmuşdur.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə aprel ayında Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində, Məhəmməd Tağı Sidqinin Ev Muzeyi, Akademik Yusif Məmmədəliyevin Ev Muzeyi və Məmməd Səid Ordubadinin Ev Muzeyinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 21 tədbir keçirilmiş, 5 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Qızlar Liseyi və 8, 9, 10 və 11 nömrəli tam orta məktəblərin şagirdlərinə “Naxçıvan tarixi abidələr diyarıdır” mövzusunda açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 51 açıq dərs və 48 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 273 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 595, Facebook səhifələrində 618 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 732, Facebook hesablarında isə 53 min 276 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 36 min 819 nəfər yerli, 2019 nəfər əcnəbi olmaqla, ümumilikdə 38 min 838 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 468 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, aprelin 1-də A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Beynəlxalq Uşaq Kitabı Günü”, aprelın 14-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə “15 Aprel – Dünya İncəsənət Günü” ilə əlaqədar tədbir keçirilmiş, aprelın 20-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”nə həsr olunmuş tədbir təşkil edilmişdir.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 13 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “15 Aprel – Dünya İncəsənət Günü”, “23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”, Azərbaycanın görkəmli oftalmoloqu, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın 100, yazıçı və dramaturq Salam Qədirzadənin 100, Mir Cəlal Paşayevin 115,  filologiya elmləri doktoru, professor Adil Babayevin 85  illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 39 tədbir keçirilmiş, 62 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Zamanın tələbi-mütaliə zərurəti” mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 14 №li tam orta məktəbdə Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi ilə əlaqədar “Seçilmiş əsərləri” kitabından “Vətən yaraları” hekayəsinin müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən filologiya elmləri doktoru, professor Adil Babayevin anadan olmasının 85 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabının müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar Naxçıvan şəhər 13 №li tam orta məktəbdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Fəridə Ləmanın “Təəssüb” kitabının oxucularla müzakirəsi keçirilmişdir.

Aprel ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 31 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 23 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 141 material hazırlanmış, sosial şəbəkə hesablarında 313 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 477, Facebook səhifələrində 17 min 402 olmuşdur.

Aprel ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 26 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 7 adda 130 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 255 adda 311 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 172, oxucu gəlişi 10 min 23, kitab verilişi isə 65 min 232 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 36 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 194-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 408-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 415 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 170 tədbir keçirilmişdir.

Aprel ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən  Zərifə Əliyevanın 100 illik yubileyi, “15 Aprel – Dünya İncəsənət Günü” və s. münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Aprel ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 8 tədbir keçirilmiş, 5 sərgi qurulmuşdur.

Aprelin 27-də Kəngərli Rayon Mədəniyyət Sarayında rayon təhsil və mədəniyyət şöbələri tərəfindən oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir, aprelin 28-də Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Culfa Şəhər Uşaq Musiqi Məktəbində “Milli dəyərlərimiz bizim qədim keçmişimizdir” adlı dəyirmi masa  keçirilmişdir.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Ələsgər Ələkbərov və Asəf Zeynallının yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 105 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 43 paylaşım edilmiş, 4 min 280 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 62 paylaşımın 6 min 466 izləyicisi olmuşdur.

Aprel ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 8 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1009, Facebook izləyicilərinin sayı isə 985 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 15 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1 min 215 manatlıq 14 adda 99 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 7, 14 və 28 aprel tarixlərində “Son iclas” bədii filminin nümayişini təşkil etmişdir.

Ay ərzində Naxçıvan şəhər 3, 4 və 5 nömrəli tam orta məktəblərin şagirdlərinə “Ögey ana” bədii filminin, 4 aprel 2023-cü il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Dünyaya pəncərə” filminin nümayişi təşkil olunmuşdur.

5 aprel tarixdə Ordubad rayon ümumtəhsil məktəbləri arasında, 17 aprel tarixdə isə Şahbuz rayon ümumtəhsil məktəbləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turları keçirilmişdir.

Film Fond tərəfindən ay ərzində 2 tədbir keçirilmiş, Hərbi Liseyin kursantları üçün 3 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film və digər tədbirlərdə isə 1 film olmaqla, ümumilikdə 5 film nümayiş olunmuşdur. Çəkilmiş materiallarla bağlı 28 material hazırlanmışdır. Həmçinin, sosial şəbəkə hesablarında paylaşılmaq üçün 109 material hazırlanmış, 218 paylaşım edilmiş, 1680 izləyici sayı olmuşdur.

Aprel ayında Film Fonda 47 film, 5 kitab və 10 jurnal daxil olmuşdur. Həmçinin 9 film nüsxələnərək Ordubada Rayon Mədəniyyət İdarəsinə, Sədərək və Şahbuz rayon mədəniyyət şöbələrinə, Heydər Əliyev adına Hərbi Liseyə verilmişdir. Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 18 xəbər, 7 məqalə olmaqla, ümumilikdə 25 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 840, görüntüləmə sayı 589 min 351 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Aprel ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 390-a çatmış, 115 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 400 olmuş, səhifədə 137 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 22 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 915 nəfər olmuşdur.

Aprel ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 18 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 4, digər informasiya agentliklərində 12 xəbər yerləşdirilmişdir.

Aprel ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “El həyatı” qəzetində Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Abidələr diyarı Naxçıvan Azərbaycanın incisidir”, Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun direktoru Əminə Alməmmədovanın “Abidələr babaların daşa dönmüş ürəyidir” məqalələri yer alıb. Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin Nuhçıxan İnformasiya Agentliyində  “Ulu öndər: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!” sərlövhəli məqaləsi, Şahbuz Rayon MKS-nin direktor əvəzi Kifayət Əliyevanın “Oğuz səsi”  qəzetində “Müdrikliyə gedən yol kitabxanadan keçir” sərlövhəli məqaləsi işıqlandırılıb.

Ay ərzində Naxçıvan televiziyası və radiosunun verilişlərində Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 3 nəfər müsahibə vermişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 8 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri aprel ayı ərzində də davam etdirilmişdir. Belə ki, aprel ayı ərzində Nazirliyə 30-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 93 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 32-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 58 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 21 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 13 nəfər işə qəbul edilmişdir.

Aprel ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 3 məsələ müzakirə edilmişdir.