Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ASNI PİRİ

Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda ziyarətgahdır. Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, bir kişi olan-qalan varını qızıla çevirib əsanın içinə doldurur. Dərələyəzdən olan bu kişi su içəndə əsası bulağa düşür və axıb gedir. Həmin su əsanı gətirib Qarabağlara çıxardır. Bu əsanı bir çoban tapır. Çomağın sahibi axtara-axtara gəlib bu kəndə çıxır. Kişi baxır ki, əsası çobandadır. Əsanın sirrini deyib onu çobandan alır. Qayaların arasından çıxan gur bulaq xalq tərəfindən müqəddəsləşdirilmiş və ziyarətgaha çevrilmişdir. Əvvəlcə pirin yaxınlığında möhrədən tikilmiş dördkünc formalı bina olmuşdur. Hazırda həmin binanın yerində monumental bir memarlıq abidəsi ucaldılmışdır. Pirin içərisində orta əsrlərə aid iki qəbir vardır. Qəbirlərdəki sinə daşlarının üzərində ərəb əlifbası ilə kitabələr vardır. Kitabələrin oxunmasına əsasən qəbir abidələrini XIV əsrə aid etmək olar. Lakin pirin tarixi Azərbaycan türklərinin dağ, su və ağac inancı ilə bağlı olub daha qədim dövrə aiddir. Piri e.ə. 1-ci minilliyə aid etmək olar.