.jpg)
Muzey 22 may 2001-ci ildə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmişdir. XIX əsrdə Naxçıvan şəhərində tikilmiş binada fəaliyyət göstərən muzeydə 1300-dən çox eksponat, o cümlədən rəssamın 61 orijinal əsəri, əsərlərinin fotosurətləri, ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlər, məişətdə istifadə etdiyi əşyalar və digər eksponatlar nümayiş etdirilir.
Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti olmuş Bəhruz Kəngərli 2 minə qədər müxtəlif mövzulu və janrlı rəsm əsəri yaratmışdır. Rəssamın erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən “Qaçqınlar” silsiləsindən rəsm əsərləri də muzeyin eksponatları sırasındadır.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 17