
Muzey 25 dekabr 1965-ci ildə yaradılmışdır. Muzeyin fondunda 20 mindən çox eksponat var. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.
Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar,məktublar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də vardır. Muzey 18 avqust 2008-ci ildə yeni bina ilə təmin olunmuşdur.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi 49A
Tel: (+99436) 545-16-86