
Muzey 1987-ci ildə Cəlil Məmmədquluzadənin vaxtilə müəllim işlədiyi Şərur rayonundakı Cəlilkənddə Çəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılmış, 2013-cü ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzey 2015-ci ildə yeni binaya köçürülmüşdür. Muzeyin fondunda 800-dən çox eksponat var. Onlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ədibin istifadə etdiyi əşyalar, müxtəlif illərdə qələmə aldığı əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələri, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablar ekspozisiyada sərgilənir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.
Ünvan: Şərur rayonu, Cəlilkənd kəndi
Tel: +994 (36) 552-37-94