Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

CƏMŞİD NAXÇIVANSKİ MUZEYİ

   

Muzey 1981-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli hərb tariximizin görkəmli nümayəndəsi, ilk Azərbaycan Atıcı Diviziyasının yaradıcısı və komandiri, novator sərkərdə Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar yaradılmış, 1982-ci ilin 22 oktyabrında fəaliyyətə başlamışdır. Muzeyin fəaliyyət göstərdiyi inzibati bina Cəmşid Naxçıvanskinin ata evi olub, XIX əsr tarix-mədəniyyət abidəsidir. Muzeydə, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər, çap məhsulları, rəssamlıq əsərləri, məktub və əlyazmalar, məişət-etnoqrafiya əşyaları, orden və medallar və digər materiallardan ibarət ümumilikdə 5500-dən artıq maddi-mədəniyyət nümunəsi mühafizə olunur ki, bunlardan da 630-dan çoxu 6 ekspozisiya zalında nümayiş etdirilir. Ekspozisiyada, görkəmli sərkərdənin şərəfli döyüş yolunu əks etdirən kitab və monoqrafiyalar, rəsm, qrafika və reproduksiyalar, numizmatika nümunələri, ailəyə məxsus xatirə əşyaları, həmçinin milli dövlətçilik tariximizdə xüsusi yeri olan Araz-Türk Cümhuriyyətinə aid müfaviq materiallar xüsusi yer tutur.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6

Tel: +994 (36) 545-21-16