
Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə fəaliyyətə başlamışdır. Muzeyin fonduna hal-hazırda 2000-ə yaxın eksponat daxildir. Onlardan 600-dan çoxu ekpozisiya zallarında nümayiş olunur. Muzeydə, əsasən, Culfa rayonunun tarixini, adət-ənənələrini, mədəniyyətini və təbiətini əks etdirən eksponatlar toplanmışdır. Bunlardan müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, Culfa rayonunun fauna və florasına aid təbiət nümunələri, rayon ərazisində yerləşən tarixi abidələrin fotoşəkilləri, rəsm əsərləri, xalçalar, tətbiqi-sənət nümunələri, kitablar və digər dəyərli eksponatlar nümayiş etdirilir.
Ünvan: Culfa rayonu Culfa şəhəri Xəqani küçəsi N-21
Tel: (+99436) 546-18-13