Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn fevral ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin fevral ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

2 fevral tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “2 Fevral - Gənclər Günü” münasibətilə tədbir təşkil olunmuşdur.

17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd edilmişdir.

Fevralın 21-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmışdır. Fevralın 23-də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Babək Rayon Mədəniyyət Sarayında, fevralın 27-də  Şərur Rayon Mədəniyyət Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsertləri keçirilmişdir.

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Texniki Kollecinin  tələbələrinə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə dair “Ümummilli ideologiyamızın banisi və atası - Heydər Əliyev” və Orta İxtisas Polis Məktəbinin kursantlarına “Heydər Əliyev və Azərbaycan” mövzularında 2 mühazirə keçirilmişdir. Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ümummilli lider Heydər Əliyevin  100 illiyinə həsr olunmuş “Heydər Əliyev irsinin muzeylərdə təbliği” mövzusunda tədbir təşkil edilmiş, Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan Dövlət Universitetinin “Tarix” ixtisası üzrə tələbələrinə "Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev siyasəti" mövzusunda açıq dərs keçirilmişdir. Heydər Əliyev Muzeyində Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin, Naxçıvan Qarnizonu tam orta məktəbinin,  Heydər Əliyev adına tam orta məktəbin, 1, 2, 3 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə,  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan şəhər 1, 2, 3 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə,  Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinə olmaqla, ümumilikdə 8 açıq dərs keçirilmişdir.

Fevralın 2-də Naxçıvan Saray Kompleksində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə isə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və təşkilatın yeni sədri seçilmişdir.

Fevralın 23-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir.

“Heydər Əliyev ili” çərçivəsində Şahbuz Rayon Mədəniyyət Sarayında “Ümummilli lider Heydər Əliyev mədəniyyətimizin hamisidir”, Ordubad Rayon Mədəniyyət Sarayında “Ulu öndərin keçdiyi həyat yolu”,  Babək Rayon Mədəniyyət Sarayında “Heydər Əliyev və Xocalı faciəsi həqiqətləri” adlı tədbirlər təşkil olunmuşdur.

Ay ərzində Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan  Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələrinə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”nin müzakirəsi, Ordubad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanası tərəfindən Ordubad Şəhər Uşaq Musiqi Məktəbində “Heydər Əliyevin həyatında  mütaliənin rolu” mövzusunda, Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili” adlı,  Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Heydər Əliyev və kitabxana” mövzusunda, Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Heydər Əliyev və ana dili” mövzusunda, Culfa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanası tərəfindən Culfa Şəhər Uşaq Musiqi Məktəbində “İki əsrin dahisi” mövzusunda  tədbirlər keçirilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı fevral ayı ərzində ümumilikdə, 26 tədbir keçirilmişdir.

Fevral ayında istifadəyə verilmiş Babək rayon Vayxır və Şərur rayon Axura kənd mərkəzlərində kənd kitabxana filialı və mədəniyyət evi, Şərur rayon Həmzəli kənd mərkəzində kənd kitabxana filialı və kənd klubu, Ordubad rayon Xanağa kənd mərkəzində isə kənd kitabxana filialının fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. “Naxçıvan” Universitetinin “Turizm və otelçilik”, Naxçıvan Dövlət Universitetinin “Tarix”, “Kitabxanaçılıq və informasiya”,  Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin 16 fevral tarixdən Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə əyani şöbəsinin II kurs magistrantlarının 20 fevral tarixdən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində stasionarda 1-i xeyriyyə, 4-ü bilet satışı ilə olmaqla 5 tamaşa nümayiş etdirilmişdir. Bunlar Elçinin  “Teleskop”, Qoqolun “Müfəttiş”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərləri olmuşdur. Həmçinin ay ərzində Aqşin Babayevin “Xilaskar” və M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” əsərlərinin məşqləri aparılmışdır.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında bilet satışı ilə 8 tamaşa nümayiş etdirilmiş, B.İsgəndərlinin “Yalanlara inanmayın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında N.Nəzərovanın “Mavi işıq” və  C.Məmmədquluzadənin “Saqqallı uşaq” əsərləri əsasında səhnələşdirilən eyniadlı tamaşalar 4 dəfə nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Filarmoniyasında ay ərzində kollektivlərin yeni repertuarlarının məşqləri aparılmışdır.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə fevralın 1-də Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda, fevralın 10-da Dövlət Bayrağı Muzeyi ilə Ordubad rayon Xanağa kənd tam orta məktəbi arasında “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda, fevralın 22-də  Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı  Cəlil Məmmədquluzadənin Ev Muzeyində, fevralın 24-də Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı Xatirə Muzeyində olmaqla 4 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə fevralın 9-da Cəlil Məmmədquluzadənin Ev Muzeyində  muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” mövzusunda  seminar-treninq təşkil olunub.

10 fevralda ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Şahbuz rayon turu keçirilmişdir.

Ay ərzində  Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anım günü münasibətilə,  Şahtaxtinskilər Muzeyinin yaradılmasının 13-cü, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 9-cu və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş 4  tədbir keçirilmişdir.

Fevral ayında Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi, Cəlil Məmmədquluzadənin Ev Muzeyi, Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsində Xatirə Muzeyi və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyində 4 tədbir keçirilmiş, sərgilər qurulmuşdur.

Naxçıvan Dövlət Tarix Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq  Səma Altında Muzey Kompleksi, Xatirə Muzeyi, Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində “Xocalı faciəsi” ilə bağlı 6 tədbir keçirilmiş, 8 sərgi qurulmuş, muzeylərdə açıq dərslər keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xanağa, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Qarabağlar, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi Əlincə kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü təşkil olunmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 16 tədbir keçirilmiş, 11 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində 1, 2, 3 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “Naxçıvanın muxtariyyəti tarixdə və bu günümüzdə”, Naxçıvan Dövlət Tarix Muzeyində 4, 5, 6 və 7 nömrəli tam orta məktəblərin şagirdlərinə “Xocalı soyqırımı-qan yaddaşımız” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 45 açıq dərs və 33 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 231 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 295, Facebook səhifələrində 287 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 196, Facebook hesablarında isə 53 min 485 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 13 min 772 nəfər yerli, 782 nəfər əcnəbi olmaqla, ümumilikdə 14 min 554 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 49 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 15 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “21 Fevral – Beynəlxalq Ana dili Günü”, “26 Fevral - Xocalı soyqırımı” münasibətilə tədbirlər, şair-dramaturq  İ.Səfərlinin 100, bəstəkar Q.Qarayevin 105, fransız yazıçı Jül Vernin 195, yazıçı Ə.Məmmədxanlının 110, şair Ə.Kürçaylının 95  illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 42 tədbir keçirilmiş, 62 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kitab oxumaq insanda müsbət keyfiyyətlər yaradır”  mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə İ.Səfərlinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Pıçıldaşın, ləpələr” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Daxil olan çap əsərlərinin qeydiyyata alınması” ilə bağlı tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Çap əsərlərinə biblioqrafik təsvirin elektron variantda işlənməsi” mövzusunda müzakirə keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Xocalı soyqırımı – bəşəriyyətə qarşı törədilən cinayətdir” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə F.Köçərlinin “Balalara hədiyyə” kitabının oxucularla müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Fevral ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 36 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 2 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 29 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 31 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması,  paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 129 material hazırlanmış, sosial şəbəkə hesablarında 319 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 212, Facebook səhifələrində 16 min 110 olmuşdur.

Fevral ayında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 2 adda 26 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 7 adda 119 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 486 adda 950 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 751, oxucu gəlişi 8 min 865, kitab verilişi isə 62 min 231 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 62 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 40-dan 35 min 102-yə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 258-dən 4 min 308-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 420 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 154 tədbir keçirilmişdir.

Fevral ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “2 Fevral – Gənclər Günü”, “26 Fevral – Xocalı Soyqırımı” münasibətilə müxtəlif tədbirlər keçirilmişdir.  Ay ərzində əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 41 tədbir keçirilmiş, 19 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Hacı Xanməmmədov və Arif Babayevin yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən 1 material hazırlanmış, sosial şəbəkələrdə 114 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 48 paylaşım edilmiş, 6 min 570 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 66 paylaşımın 6 min 314 izləyicisi olmuşdur.

Dövr ərzində Elmi-Metodik Mərkəz tərəfindən Sədərək Kənd Mədəniyyət Evində “26 Fevral – Xocalı Soyqırımı”na həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçrilmişdir.

Fevral ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 4 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1002, Facebook izləyicilərinin sayı isə 977 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 47 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 310 manatlıq 5 adda 28 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə “Dünyaya pəncərə” sənədli filminin nümayişi təşkil olunmuşdur. Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına “Hədəf  Bakıdır”  sənədli filminin və “Uzaq sahillərdə” bədii filminin nümayişini təşkil etmişdir. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə fevralın 22-də Heydər Əliyev adına Hərbi Liseyin, Naxçıvan Dövlət Texniki və Naxçıvan Tibb kolleclərinin bir qrup tələbəsinə  “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” sənədli filmi, 23 fevral tarixdə isə Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Şərikli çörək” bədii filmi nümayiş olunmuşdur.

Ay ərzində  Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri üçün “Dərs” bədii filminin və Heydər Əliyev Muzeyində isə muzeyin yaradılmasının 24-cü ildönümü münasibətilə “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” sənədli filminin nümayişi təşkil edilmişdir.

Fevral ayında Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu olmuş, Naxçıvan  Müəllimlər İnstitutu ilə birgə Naxçıvan  Müəllimlər İnstitutunun bir qrup tələbəsi arasında  və Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə Gənclər Mərkəzində gənclər arasında “Bu kino ki var...”  adlı  2 kinoviktorina keçirilmişdir.

Film Fond tərəfindən ay ərzində Hərbi Liseyin kursantları üçün 2 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film, digər tədbirlərdə isə 4 film  olmaqla, ümumilikdə  7 film nümayiş olunmuşdur. Həmçinin, sosial şəbəkə hesablarında paylaşılması üçün 118 material hazırlanmış,  236  paylaşım edilmiş, 1665  izləyici sayı olmuşdur. Ay ərzində 4 film nüsxələnərək Babək Rayon Mədəniyyət İdarəsi, Şahbuz Rayon Mədəniyyət Şöbəsi və Naxçıvan Televiziyasına verilmişdir.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq fevralın 17-də təhsil müəssisələrində çalışan istedadlı müəllimlər tərəfindən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində tar, kamança, saz və qarmon ixtisasları üzrə ustad dərslər keçirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 16 fevral tarixdə Naxçıvan Gənclər Mərkəzində Nazirliyin Gənclər Təşkilatının musiqi təhsili müəssisələrindən olan üzvləri arasında “Mədəniyyətdən bir parça: Retro” musiqili yarışı, 24 fevral tarixdə isə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Gənclər Təşkilatının üzvləri üçün “Tanımadığımız tanışlar” adlı maarifləndirici tədbir, fevralın 25-də isə Təşkilat üzvlərinin Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində keçirilən görüşdə Təşkilat qarşısına qoyulan tələblər, yeni layihələr müzakirə olunmuş, Təşkilatın fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı gənclərin fikirləri dinlənilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 26 xəbər, 7  məqalə olmaqla, ümumilikdə 33 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 550, görüntüləmə sayı 500 min 958 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Fevral ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 310-a çatmış, 71 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 870 olmuş, səhifədə 74 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 19 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 895 nəfər olmuşdur.

Fevral ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 13, şəhər və rayon qəzetlərində 1 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 4, digər informasiya agentliklərində 7 məqalə yerləşdirilmişdir.

“Şərq qapısı” qəzetində 18 fevral tarixdə Heydər Əliyev Muzeyinin  direktoru Ramil Orucəliyevin “Heydər Əliyev irsinin qorunduğu və təbliğ olunduğu məkan” sərlövhəli məqaləsi, “NUHÇIXAN” İnformasiya Agentliyində 18 fevral tarixdə  Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Şərqin qapısını seyrə çıxan iki böyük sənətkar” sərlövhəli məqaləsi, “İki sahil” qəzetinin 24 fevral tarixli nömrəsində Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “Sızıltısı sönməyən yara” adlı məqaləsi və “Hərbi and” qəzetinin 24 fevral tarixli nömrəsində Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Tarix heç nəyi unutmur” adlı yazısı yer alıb.

Ay ərzində Naxçıvan Televiziyası və radiosunun verilişlərində Nazirliyin tabeliyindəki  müəssisələrin əməkdaşlarından 2 nəfər müsahibə vermiş, verilişlərdə 4 nəfər iştirak etmişdir. Naxçıvan Televiziyasının Su çərşənbəsinə həsr olunmuş bayram buraxılışında Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin 45 nəfər əməkdaşı iştirak etmişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 7 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri fevral ayı ərzində də davam etdirilmişdir. Belə ki, fevral ayı ərzində Nazirliyə 85-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 245 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 90-ı İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 146 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 183 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin müəssisə və təşkilatlarına 39 nəfər işə qəbul edilmişdir.

Fevral ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.