Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

GÜLÜSTAN TÜRBƏSİ

Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir. Gülüstan  türbəsi Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir.

Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır. Türbə iki hissədən - sərdabə və türbədən ibarətdir. Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülmüş və quruluşu etibarilə düzgün olmayan çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa olunmuşdur. Türbənin aşağı hissəsini təşkil edən, yonulmuş daşdan tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindirik quruluşa malikdir. Yuxarı hissə isə on iki üzlü qüllədən ibarətdir. Türbənin yuxarı kamerası planda diametri 4.6 m olan düzgün çevrədir. Onun divarları gəclə suvanmışdır, yuxarı getdikcə tədricən ellips şəkilli günbəzə çevrilir.

     Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və ornamentlərlə doldurulmuşdur. Memar ornamentləri tağçalarda elə yerləşdirmişdir ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif biçimli ornamentlər görür. Ornamentlərin tağçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentlər 1186-cı ildə Naxçıvan şəhərində inşa edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır. Həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbənin XII əsrdə inşa olunmasını söyləmək olar.

     Gülüstan türbəsi 2015-ci ildə bərpa olunmuşdur.