Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

HEYDƏR ƏLİYEV MUZEYİ

Heydər Əliyev Muzeyi 18 fevral 1999-cu ildə Naxçıvan şəhərində yaradılmış, 10 may 1999-cu ildən fəaliyyətə başlamışdır. 2005-2006-cı illərdə əsaslı olaraq yenidən qurulan muzeyin 20 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir.

Heydər Əliyev Muzeyi dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi, dünya azərbaycanlılarının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, öyrənilməsini, kütləvi nümayişi və təbliğini həyata keçirən muxtar respublika əhəmiyyətli mədəniyyət və elmi tədqiqat müəssisəsidir.

Muzeydə Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci (1969-1982-ci illər) və ikinci (1993-2003-cü illər) dövründə Naxçıvan Muxtar Respublikasının inkişafı ilə əlaqədar qəbul etdiyi müxtəlif rəsmi sənədlər nümayiş olunur. Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi illər Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Məhz bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarixi qərarlar qəbul olunmuş, muxtar respublikanın adından "sovet sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə iqtisadi əlaqələr yaradılmış, aqrar islahatlar həyata keçirilmiş, milli ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır.

Muzeydə qorunub saxlanılaraq nümayiş olunan eksponatlar Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

 Heydər Əliyev Muzeyinin fonduna ümumilikdə 5 min 5 yüzdən artıq eksponat daxildir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev  prospekti 25   

Email:    aliyev-museum@nakhchivan.az

Tel:       +994 (36) 545-92-98