Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

HEYDƏR MƏSCİDİ

 

Heydər məscidi məscidinin təməli 1992-ci ilin “Qurban bayramı” günündə, Sarbanlar məhəlləsindəki mərhum Miriş Ağanın həyətində, İranın Urmiyəli inşaatçıları tərəfindən qoyulmuşdur. XVIII əsrin axırlarında müqəddəs Əshabi-Kəhf mağarasını ziyarətə gəlmiş İraqlı zəvvarlar arasında Miriş Ağa adlı mömin şəxs (onun ismi Əl Miriş İbn Əbdüllah olmuşdur) Naxçıvan şəhərində ailə qurub yaşamışdır. 

 Ümumi sahəsi 1400 kvadrat metr olan məscid binası iki mərtəbəli və qoşa minarəli tikilmişdir. Minarələrin hündürlüyü 31 metrdir, bişmiş kərpiclə hörülərək üstü minalı kaşılarla üzlənmişdir. Məscidin üzü şimal səmtinə olmaqla birinci mərtəbədə yardımçı otaqlar, ikinci mərtəbədə isə kişi və qadınların ibadət salonu tikilmişdir. Geniş salonunun ortasından qara pərdə gümbəzin içərisindən isə böyük elektrik çilçırağı asılmışdır. Məscidin portal darvazasında yuxarıdan ərəb və azəricə “Həzrəti Zəhra məscidi” sözləri yazılmışdır. Binanın gümbəzi ilə yan divarlarında Qurandan sözlər yazılaraq bəzədilmişdir. Gümbəzdə ərəbcə “Allahu Əkbər” (Allah təkdir) sözləri yazılmışdır. Həyətdəki hovuzlarda əlvan balıqlar saxlanılır, həyətyanı sahədə isə dekorativ bəzək kolları əkilib. Məscidin həyətində qaya parçası üzərində latın qrafikası ilə yazılı lövhə vardır. Qaya üzərindəki yazı belədir: “Heydər məscidi”. 

1999-cu ilin 10 noyabr tarixində məscid bərpadan sonra öz qapılarını Naxçıvanlı möminlərin üzünə açmışdır.