Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

HÜSEYN CAVİD MƏQBƏRƏSİ

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan memarlığının Naxçıvan məktəbi ənənələrini özündə yaşadan və inkişaf etdirən çoxlu abidələr inşa etdirilmişdir. Belə abidələrdən biri də görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərədir. Bu məqbərə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə inşa edilmişdir. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən abidə sərdabə və onun üzərində ucaldılan türbədən ibarətdir. Türbə tikilərkən Hüseyn Cavidin ömür-gün yoldaşı Müşgünaz xanımın və oğlu Ərtoğrolun qəbirləri də 1996-cı ildə buraya köçürülmüşdür. Hüseyn Cavidin qızı Turan xanım da 2004-cü ildə vəfat etdikdən sonra sərdabədə ailə üzvlərinin yanında dəfn olunmuşdur.

Məqbərənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltaraşı Xalq rəssamı Ömər Eldarovdur.

Hüseyn Cavidin anadan olmasının 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da abidənin açılışı olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məqbərənin açılış mərasimində iştirak etmiş və nitq söyləmiş, bu möhtəşəm abidəni belə xarakterizə etmişdir: Hüseyn Cavid məqbərəsi Naxçıvanın memarlıq tarixinə yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli, mədəni abidələrimiz var. Bu abidə də həmin  ənənələrin davamıdır. Ümidvaram ki, “Möminə Xatın” abidəsi kimi, bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”.

Məqbərənin ətrafında geniş abadlıq işləri aparılmışdır. Hazırda Hüseyn Cavid məqbərəsi əhalinin və şəhərimizin qonaqlarının ziyarət, ətrafı isə istİrahət yerinə çevrilmişdir.