1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Film Fondunun Naxçıvan filialı yaradılmış, 2000-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır.
Naxçıvan Dövlət Film Fondu 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində müstəqil qurum kimi fəaliyyət göstərir. Fondda təxminən 5000 adda müxtəlif illərdə istehsal olunmuş bədii, sənədli, elmi-kütləvi və cizgi filmləri qorunub saxlanılır. Film fondda 2004-cü ildən kino muzeyi fəaliyyət göstərir ki, burada müxtəlif illərdə Naxçıvanda Azərbaycan filmlərin çəkilişi zamanı istifadə olunan libaslar, silahlar, məişət əşyaları, musiqi alətləri və müxtəlif butaforlar qorunub saxlanılır.
Film Fondun məqsəd və vəzifələri Respublikada istehsal olunmuş filmlərin orijinallarının saxlanması, qorunması və bərpası, restavrasiyası, informasiya blokunu yaratmaq, Film Fondun kolleksiyasını zənginləşdirmək məqsədilə filmlərin alınması işini təşkil etmək, milli kino sənətinin təbliği məqsədi ilə yerli və beynəlxalq miqyaslı festivallar və digər tədbirlərin keçirilməsində iştirak etməkdir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1
Tel: +994 36 544 50 86