Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Mədənİyyət üzrə Elmİ-Metodİk Mərkəz

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz Azərbaycan Respublikası Nazirlər Sovetinin 1979-cu il 16 aprel tarixli qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1979-cu il 24 avqust tarixli əmrinə əsasən 1980-ci ildə yaradılmışdır.

Mərkəzin əsas fəaliyyət istiqamətləri, əsas etibarilə, muxtar respublika miqyaslı mədəni-kütləvi tədbirlərin keçirilməsinin təşkilindən, xalq yaradıcılığının növ və janrlarının təbliğindən, bədii-özfəaliyyətin bütün növ və janrları üzrə ictimai, eləcə də muxtar respublika üzrə baxış-müsabiqələrinin təşkili və keçirilməsindən, xalq yaradıcılığı istiqaməti üzrə istedadlı insanların aşkar edilməsindən, milli dəyərlərimizin qorunması və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir. Bu məqsədlə Mərkəz muxtar respublikada mövcud olan xalq teatrlarının, mədəniyyət evləri və klubların fəaliyyətinə nəzarət edir, həmin mədəniyyət müəssisələrinin inzibati və yaradıcı işinə əməli və metodik köməkliklər göstərir.

Bundan başqa, qloballaşma prosesində milli və mədəni dəyərlərimizin qorunması və yaşadılması istiqamətində tədbirlərin təşkili, Xalq yaradıcılığı günlərinin keçirilməsi, folklor nümunələrinin tədqiqi məqsədilə elmi araşdırmaların aparılması işi də Mərkəzin fəaliyyət istiqamətlərindəndir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1,

Heydər Əliyev Sarayı, 3-cü mərtəbə

Telefon: (+994 36) 545-02-57