Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

MƏMMƏD SƏİD ORDUBADİ ADINA NAXÇIVAN MUXTAR RESPUBLİKA KİTABXANASI

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da uzun tarixi dövr ərzində ictimai-kütləvi kitabxana və qiraətxanalar formalaşmışdır. 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə Respublika Kitabxanası statusu verilmişdir. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı, ətraf kəndləri də əhatə etmişdir. 1947-ci ildə kitabxanaya Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş, modernləşmiş kitabxana internetə qoşulmuş, 20 kompüter dəsti ilə təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabnetinin 08 noyabr 2016-cı il tarixli qərarəna əsasən kitabxanaya “Muxtar Respublika” statusu verilmişdir.

Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunmuşdur. 19 aprel 2012-ci il tarixdə Elektron Kitabxana yaradılmışdır. Kitabxanada olan komputerlər yenilənmiş və sayı 29-a çatdırılmışdır.

Fondunda 190 minə yaxın çap məhsulu olan kitabxananın 30 mindən çox ənənəvi, 80 mindən çox elektron oxucusu var. Kitabxanada 38 nəfərlik böyük oxu zalı, 12 nəfərlik elektron oxu zalı fəaliyyət göstərir. Kitabxananın fondunda Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır. 

 

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi

Tel: (+99436) 545-03-50; 545-03-49

İnternet səhifəsi: e-kitab.nakhchivan.az