Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn mart ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin mart ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Martın 7-də  Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmişdir. Həmçinin Nazirliyinin təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı flaşmob keçirilmişdir.

Martın 17-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir

Nazirliyin iş planına uyğun olaraq 10 mart tarixdə “Milli Teatr Günü” və 27 mart tarixdə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmiş, tədbirlərdə ardıcıl olaraq Hüseyn Cavidin “Topal Teymur” və N.V.Qoqolun “Müfəttiş” tamaşaları nümayiş etdirilmişdir.

19-26 mart tarixlərdə Nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmişdir. 18 mart tarixdə “Novruz bayramı” şənliyinin keçirildiyi ərazinin estetik cəhətdən daha gözəl görünməsi məqsədilə ali, orta ixtisas müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri və müxtəlif könüllü qruplar arasında “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Səkkizgünlük bayram tədbirlərində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Sədərək rayon mədəniyyət idarə və şöbələrinin musiqi, rəqs və folklor kollektivlərinin konsertləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının, xalq teatrlarının tamaşaları, Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradovun, həmçinin Ceyhun Ares, Hiss, Tofiq Hacıyev və Eldar Qasımovun konsertləri təşkil olunmuşdur.

20-26 mart tarixlərində “Novruz Şəhərciyi”ndə 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası nümayiş etdirilmişdir.

Muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir.

20-26 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan 6 muzey tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən ümumilikdə, 10 konsert proqramı təqdim edilmişdir.

30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri muxtar respublikada səfərdə olmuş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri davam etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndərin sevdiyi mahnılardan ibarət DVD diskin hazırlanması istiqamətində məşqlər aparılmış, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir.

14 mart tarixində Heydər Əliyev Muzeyində nazirliyin təşkilatçılğı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, 7 mart tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda, martın 10-da Orta İxtisas Polis Məktəbində “Ulu öndər Heydər Əliyev və Naxçıvan” mövzusunda tədbirlər keçirilmişdir.

Martın 16-da Heydər Əliyev Muzeyində “Naxçıvan” Universitetinin tələbələrinə ulu öndərin həyatı və siyasi fəaliyyətinə dair “Heydər Əliyev və milli ideologiyamız” mövzusunda mühazirə keçirilmiş, Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə “Dünyaya pəncərə” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Martın 29-da Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Ordubad Rayon Mədəniyyət Sarayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.

Mart ayının 28-də Şahbuz Rayon Mədəniyyət Sarayında “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır”, Ordubad Rayon Mədəniyyət Sarayında “Ümummilli liderin keçdiyi ömür yolu” adlı tədbirlər  Naxçıvan Şəhər Mədəniyyət İdarəsi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Fortepiano şöbəsinin “Heydər Əliyev ili”nə həsr edilmiş konserti keçirilmiş, martın 30-da Babək Rayon Mədəniyyət Sarayında  “Heydər Əliyev və Azərbaycanda kitabxana işi siyasəti” adlı tədbir, 31 mart tarixdə Xatirə Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” və “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinə “Heydər Əliyev irsində azərbaycanlıların soyqırımı və doğma yurdlarından deportasiya edilməsi məsələlərinə münasibət” mövzusunda açıq dərs təşkil edilmişdir.

Heydər Əliyev Muzeyində 10 martda Naxçıvan Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Heydər Əliyev və muzeylərimiz”, 13 martda “Naxçıvan” Universiteti tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” mövzularında 3, ümumtəhsil məktəblərinin şagirdlərinə 7 olmaqla, ümumilikdə 10 açıq dərs keçirilmişdir.

7 mart tarixdə  Şahbuz rayon Biçənək kənd tam orta məktəbin şagirdlərinə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev irsi və milli-mənəvi dəyərlər” mövzusunda açıq dərs təşkil edilmiş, 10 mart tarixdə Şərur Rayon Mədəniyyət idarəsinin tabeliyində olan uşaq incəsənət və musiqi məktəblərinin hesabat konserti keçirilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı mart ayı ərzində ümumilikdə, 24 tədbir keçirilmişdir.

Mart ayında istifadəyə verilmiş Şərur rayon Vərməziyar kənd mərkəzində kənd kitabxana filialı və kənd klubunun fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.

Ay ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə və Xatirə Muzeyində Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə 2 açıq dərs, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetində “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələrinə “Naxçıvan folkloru” kitabının müzakirəsi keçirilimişdir.

Mart ayında Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik”, “Tarix”, “Kitabxanaçılıq və informasiya”, Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə əyani şöbəsinin II kurs magistrantlarının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində stasionarda 2-si xeyriyyə, 4-ü bilet satışı ilə olmaqla 6 tamaşa – Elçinin “Teleskop”, Qoqolun “Müfəttiş”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, H.Cavidin “Topal Teymur”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan”, Ə.Orucoğlunun “Qaynana əməliyyatı” nümayiş etdirilmişdir. Həmçinin ay ərzində Aqşin Babayevin “Xilaskar” və M.F.Axundovun “Lənkəran xanın vəzirinin sərgüzəştləri” əsərlərinin məşqləri aparılmışdır.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən hesabat dövründə 25 tamaşa nümayiş etdirilmişdir ki, bunlardan 3-ü xeyriyyə, 22-si isə bilet satışı ilə olmuşdur. Bundan əlavə B.İskəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan tamaşanın ümumi, Ş.Abutalıbovun “Qoğalın sərgüzəşti”, Ə.Abbasovun “Keçinin qisası”, V.Haqverdiyevin “Saçları səməni oğlan”, Y.Şvarçın “Qırmızı papaq”, A.Şaiqin “İnanmayaq tülkülərə”, G.Kərimovanın “Nəğməkar bülbül”, K.Ağayevanın “Tıq-tıq xanım” tamaşalarının bərpa məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında T.Seyidovun “Bahar qızı küsüb” və N.Niftəliyevanın “NBŞ” tamaşaları səhnəyə qoyulmuş və 12 tamaşa nümayiş etdirilmişdir.

17 mart 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq teatrının hazırladığı Mirzəağa Atəşin “Şərəfin sandığı” 3 pərdəli komediyası rayon  ictimaiyyətinə təqdim edilmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə martın 31-də Xatirə Muzeyi ilə ümumtəhsil məktəbləri arasında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı interaktiv dərs keçirilmişdir. İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə martın 9-da Cəmşid Naxçıvanski Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzeylərin ideya-tərbiyəvi əhəmiyyəti və həyata keçirilməsinin təşkili yolları” mövzusunda seminar-treninq təşkil olunub.

10 martda ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin Culfa rayon turu keçirilmiş, Naxçıvan Dövlət Rəsm Qalereyasında bahar bayramına həsr olunmuş “Baharın səsi” adlı sərgi qurulmuşdur.

16 mart tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində Novruz bayramı münasibətilə “Qədim tarixi dəyərimiz – Novruz” mövzusunda, 17 mart tarixdə Məhəmməd Tağı Sidqinin anadan olmasının 169 illiyi münasibətilə “Görkəmli  şair, maarifçi və pedaqoqun irsinə dövlət qayğısı” mövzusunda  tədbirlər keçirilmişdir.

Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində “31 Mart Azərbaycanlıların   Soyqırımı  Günü”  ilə bağlı 5 tədbir keçirilmiş, 6 sərgi qurulmuş, muzeylərdə açıq dərslər təşkil edilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Kolanı, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Düdəngə, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Didivar kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü təşkil olunmuşdur.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə mart ayında Naxçıvan Dövlət Rəsm Qalereyası və Naxçıvan Duz Muzeyinin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində, Xatirə Muzeyi, Cəmşid Naxçıvanski Muzeyi və Şahtaxtinskilər Muzeyinin əməkdaşlarına isə C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 4, muzeylər tərəfindən 12 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Bəhruz Kəngərli Muzeyində 8, 9, 10, 12 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinə “XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli”, Xatirə Muzeyində 4, 5, 6 və 7 nömrəli tam orta məktəblərinin şagirdlərinə “31 Mart-Azərbaycanlıların Soyqırımı günü” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 43 açıq dərs və 32 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 279 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 1163, Facebook səhifələrində 1073 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 32 min 117, Facebook hesablarında isə 52 min 822 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 71 min 990 nəfər yerli, 7294 nəfər əcnəbi olmaqla, ümumilikdə 79 min 284 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 31 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar Naxçıvan şəhərində fəaliyyət göstərən 5, 3, 10 №li uşaq bağçalarında “Anamı çox sevirəm” başlıqlı səhərciklər, həmçinin, Novruz bayramı münasibətilə kitabxana tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya və Naxçıvan Körpələr Evi və Ailələrə dəstək mərkəzində bayram görüşləri təşkil olunmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 12 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “8 Mart - Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı münasibətilə tədbirlər, Xalq şairi Cabir Novruzun 90, yazıçı, şair, ssenarist Anar Rzayevin 85, coğrafiya elmləri doktoru Səfərəli Babayevin 100, tarixi romanlar müəllifi M.S.Ordubadinin 151 illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 34 tədbir keçirilmiş, 78 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Tibb Kollecində “Mütaliə insan üçün uğurlu həyat yolunun başlanğıcıdır” mövzusunda maarifləndirici tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Texniki Kollecdə “Naxçıvan xanlığı” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Sənədlərin biblioqrafik təsviri” ilə bağlı, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Əlifba kataloqu və onun vəzifəsi” mövzularında müzakirələr keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Xalq şairi Mövlud Süleymanlının anadan olmasının 80 illik yubleyi ilə bağlı tədbir keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Oxucu Günü” ilə əlaqədar martın 31-də Naxçıvan şəhər 17 №li tam orta məktəbdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Cəlal Əliyev və Budaq Budaqovun “Tarixi həqiqətin soyqırımı” kitabının oxucularla müzakirəsi keçirilmişdir.

Mart ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 58 tədbir keçirilmişdir.

Ay ərzində MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən sağlamlıq imkanı məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 85 material hazırlanmış, sosial şəbəkə hesablarında 658 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 344, Facebook səhifələrində 16 min 695 olmuşdur.

Mart ayında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 1 adda 10 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 63 adda 115 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1 min 285, oxucu gəlişi 8 min 690, kitab verilişi isə 57 min 97 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 56 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 102-dən 35 min 158-ə çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 308-dən 4 min 358-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 387 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 112 tədbir keçirilmişdir.

Mart ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Martın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Klub müəssisələrində mədəni kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Mədəniyyət üzrə Elmi Metodik Mərkəz, Heydər Əliyev Sarayı və rayon (şəhər) mədəniyyət saraylarının əməkdaşları iştirak etmişdir.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “ Novruz Bayramı” münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Mart ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 41 tədbir keçirilmiş, 23 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Mirvari Novruzova və Rübabə Muradovanın yaradıcılığına dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Mart ayı ərzində Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği məqsədilə Nazirlik tərəfindən müxtəlif dillərdə 3 material hazırlanaraq klub müəssisələrinin sosial şəbəkə hesablarında paylaşım üçün təqdim edilmişdir. Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 533 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 207 paylaşım edilmiş, 4 min 159 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 326 paylaşımın 6 min 379 izləyicisi olmuşdur.

Mart ayı ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 70 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 1013, Facebook izləyicilərinin sayı isə 985 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 46 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1295 manatlıq 16 adda 141 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına “Uzaq sahillərdə” və “Yarımçıq xatirələr” bədii filmlərinin nümayişini təşkil etmişdir. Naxçıvan Müəllimlər İnstitutunda tələbələr üçün “Dünyaya pəncərə” filminin və Heydər Əliyev Muzeyində “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi” sənədli filminin nümayişi olmuşdur.

Ay ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə “Ögey ana” bədii filminin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri üçün isə  “Suyun səsi” bədii filminin nümayişi təşkil edilmişdir. 29 mart tarixdə Sədərək rayon məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu keçirilmişdir.

Film Fond tərəfindən ay ərzində 1 tədbir keçirilmiş, Hərbi Liseyin kursantları üçün 2 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film, “Heydər Əliyev ili” ilə bağlı 2 film və digər tədbirlərdə isə 1 film  olmaqla, ümumilikdə  6 film nümayiş olunmuşdur. Novruz bayramı münasibətilə təşkil olunan “Novruz şəhərciyində” cizgi filmləri və bədii filmlərin nümayişi olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Təsdiq edilmiş qrafikə uyğun olaraq 30 mart tarixdə Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuşdur.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki 7 mart tarixdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Naxçıvan Dövlət Film Fondunda gənclər üçün film nümayişi təşkil olunmuş, 31 mart tarixdə Sədərək rayon gənclərinin iştirakı ilə Anarın “Şəhidlər dağı” əsərinin müzakirəsi keçirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 21 xəbər, 1  məqalə olmaqla, ümumilikdə 22 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 770, görüntüləmə sayı 565 min 603 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Mart ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 350-ə çatmış, 145 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 7 min 275 olmuş, səhifədə 178 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 17 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 908 nəfər olmuşdur.

Mart ayında Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 13, şəhər və rayon qəzetlərində 2 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 8, digər informasiya agentliklərində 15 məqalə yerləşdirilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədovun 13 martda Çağdaş Azərbaycan dilinin aktual problemləri" adlı II Respublika Elmi konfransının materialları”nda "Azərbaycan dili dialekt və şivələrinin təsnifi məsələləri" elmi araşdırması və 31 mart tarixdə “Nuh yurdu” qəzetində “M.S.Ordubadinin “Qanlı sənələr” əsəri və tarixi həqiqətlər” adlı məqaləsi dərc olunub. “Hərbi and” qəzetinin 10 mart tarixli nömrəsində Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Qəhrəman Azərbaycan qadınları”, “Naxçıvanxəbərləri.com” saytında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Səməd Canbaxşıyevin “Teatrdan dünyaya baxış” adlı məqaləsi yer alıb. 10 mart tarixdə Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev "Mir" Beynəlxalq Dövlətlərarası Telekompaniyası üçün müsahibə verib.

Ay ərzində Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 4 nəfər müsahibə verib. Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişinin çəkilişlərində Naxçıvan şəhər və muxtar respublikanın rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri geniş şəkildə iştirak ediblər. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 11 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri mart ayı ərzində də davam etdirilmişdir. Belə ki, mart ayı ərzində Nazirliyə 23-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 86 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 33-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 70 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 68 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmiş, Nazirliyin müəssisə və təşkilatlarına 13 nəfər işə qəbul edilmişdir.