Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN CAME MƏSCİDİ

Naxçıvanda yaradılan memarlıq abidələrindən böyük bir qismini ibadət yerləri - məscidlər təşkil edir. Müsəlmanların ibadət və təhsil yerləri kimi yaranan məscidlərdən biri də Naxçıvan şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində yerləşir. XVIII əsrdə Məhəmməd Təqi tərəfindən inşa olunan, xalq arasında “Şəhər məscidi” kimi tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğatına geniş rəvac verildiyi bir dövrdə Naхçıvanda fəaliyyət göstərən yeganə məscid idi. Məscid sovet hakimiyyətindən əvvəlki dövrlərdə şəhərin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır. 

Ümumi sahəsi təxminən 1000 kvadratmetr olan məscid inşa edildiyi zaman onun qərbdən giriş qapısının baş tərəfində kitabə qoyulmuşdu. Mərmər lövhə üzərində həkk edilmiş kitabənin mətnindən aydın olur ki, məscid naхçıvanlı Hacı Novruzun oğlu Xeyrül-Hac Hacı Məhəmməd Cəfər ağanın səyi ilə inşa edilmişdir.

Məscid bir minarəlidir. Ermənilər 1918-ci ildə Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Görkəmli rəssam Bəhruz Kəngərlinin 1920-ci ildə naturadan çəkdiyi rəsmdə bu zədə aydın görünür.

Came məscidi 2007-ci ildə əsaslı bərpa olunmuşdur.