Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2024-CÜ İLİN BİRİNCİ YARIMİLİ ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2024-cü ilin yanvar-iyun ayları ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Yeni il bayramı günlərində Naxçıvan şəhərində keçirilən “Qış festivalı - Snowfest”-də Naxçıvan Dövlət Uşaq Teatrının Tofiq Seyidovun səhnələşdirdiyi “Doktor Aybolitin dostları” tamaşası ilə yanaşı Naxçıvan şəhərində fəaliyyət göstərən teatrlarda uşaqlar üçün stasionar tamaşalar nümayiş olunmuşdur. Belə ki, bilet satışı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında 3, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 17, Naxçıvan Dövlət Uşaq Teatrında 8 tamaşa uşaqlara təqdim olunmuşdur.

10 yanvar tarixdə Heydər Əliyev Sarayında Nazirliyin  və “Naxçıvan qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşa Azərbaycan” adlı xeyriyyə konserti təşkil olunmuşdur.

13 yanvar tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Vətən Müharibəsi İştirakçıları İctimai Birliyinin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Hamılıqla səs verək” başlığı altında tədbir keçirilmişdir. 27 yanvar tarixində Naxçıvan Dövlət Filarmoniyasında Nazirliyin Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə təşkilatçılığı ilə “7 fevral tarixində keçiriləcək prezident seçkilərində iştirak üçün fəallığın artırılması” mövzusunda nazirliyə birbaşa tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilmişdir.

16 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 25 illiyinin qeyd edilməsi münasibətilə tədbir təşkil edilmişdir.

Martın 15-də “21 Mart - Beynəlxalq Poeziya Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tədbir keçirilmişdir.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Bahar festivalında 20 mart tarixdə Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, Qədim musiqi alətləri ansamblının və “Şərur” Xalq Yallı Ansamblının, rayon və şəhər mədəniyyət idarə və şöbələrinin kollektivlərinin, 23 mart tarixdə Filarmoniyanın Mahnı və Rəqs Ansamblının konsert proqramları, 20-23 mart tarixlərdə rayon mədəniyyət idarə və şöbələrinin kollektivlərinin konsert proqramları təqdim edilmişdir. 20 mart tarixdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” və 22 mart tarixdə Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən T.Seyidovun “Bahar xanımın inadkarlığı" tamaşası göstərilmişdir.

18 aprel tarixdə Möminə xatın türbəsinin qarşısında “Yaşıl dünya naminə həmrəylik ili” və “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, 23 aprel tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə tədbir təşkil edilmişdir.

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq 02-09 may tarixlərində Naxçıvanda - Haçadağda, Əshabi-Kəhf Ziyarətgahında, Əlincə qalasında, İ.Nəiminin məzarının yerləşdiyi Xanəgahda, Ordubad rayonunda, Möminə Xatın türbəsində, Nuh Peyğəmbərin türbəsində və digər məkanlarda “Nuhun ayaq izləri” adlı filmin çəkilişlərini aparılmışdır.

08-11 may tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə “Saat Meydanı” İstirahət Kompleksində ˝BOOKFEST˝ - kitab sərgisi keçirilmişdir. Sərgidə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblının, uşaq musiqi və incəsənət məktəblərinin musiqi kollektivlərinin konsert və sərgisi, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin muğam sinfinin müəllimi Əsmər Hüseynovanın solo konserti təqdim edilmişdir.

17 may tarixdə Nazirliyin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyinin qarşısında “18 may - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə aid qurumlarla birgə təşkil edilən “Uşaqların rəngli dünyası” adlı bayram tədbirində Naxçıvan şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin yaradıcı kollektivləri tərəfindən musiqi və rəqs nömrələri, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar təqdim edilmiş, rəssamlıq ixtisası üzrə təhsil alan şagirdlərin sərgisi qurulmuşdur.

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nin qeyd edilməsi, 18 may - 18 iyun İnsan hüquqları aylığı çərçivəsində və “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə cəzaçəkmə müəssisəsində təşkil edilən tədbirdə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmiş, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən uşaqlar üçün əyləncəli proqram təqdim edilmişdir.

İyun ayının 4-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə “18 İyun – İnsan Hüquqları Günü” münasibətilə elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində "Hüquqlarımızı bilək” adlı tədbir keçirilmiş, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.

İyunun 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə görkəmli dövlət xadiminə həsr olunmuş və Onun sevdiyi şeirləri bədii qiraət olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında mahnılar səsləndirilmiş, rəqs kollektivlərinin çıxışları olmuşdur.

21-22 iyun tarixlərdə Şahbuz rayonunun Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Qırxbulaq mahalının gündəlik həyat tərzini, adət-ənənələrini, mədəniyyətini canlandıran obanı təqdim etmiş, Naxçıvan Dövlət Filarmoniyasının, rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən festival iştirakçılarına musiqi nömrələri nümayiş olunmuşdur.

“26 İyun - Silahlı Qüvvələr Günü” münasibətilə Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 8 konsert proqramı təqdim edilmişdir.

Əlamətdar və tarixi günlərlə bağlı dövr ərzində Nazirlik tərəfindən 20, kitabxanalar tərəfindən 218 tədbir keçirilmiş, 324 sərgi qurulmuş, muzeylər tərəfindən 66 tədbir keçirilmiş, 62 sərgi qurulmuş, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən 179 tədbir keçirilmiş, 98 sərgi qurulmuşdur.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekadr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin 2024-cü il 12 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nın icrası istiqamətində yanvar-iyun aylarında iş davam etdirilmiş, bir sıra işlər görülmüşdür.

Muxtariyyətin 100 illik yubileyi münasibətilə Nazirliyin Gənclər Təşkilatı tərəfindən ümumilikdə 6 tədbir keçirilmiş, videomaterial hazırlanaraq nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Dövr ərzində Nazirlik tərəfindən Naxçıvan Dövlət Tarix Muzeyində “100 illik diyarın 100 yaşlı muzeyi” mövzusunda, Bəhruz Kəngərli Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Qədim diyarın yetirmələri: Bəhruz bəy Kəngərli - 132” mövzusunda,  M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycanın dövlətçilik tarixində Naxçıvan” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda tədbirlər, Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş interaktiv dərs keçirilmişdir.

Tədbirlər Planının icrası ilə bağlı dövr ərzində Naxçıvan Dövlət Filarmoniyasında yeni repertuarın məşqləri aparılmışdır. Fevral ayının 9-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin ifasında konsert proqramı təqdim olunmuşdur. Fevral ayının 14-də isə Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri ilə birgə Naxçıvan incəsənət ustalarının konserti baş tutmuşdur.

Nazirliyin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümid Musayevin solo konserti keçirilmiş, aprelin 1-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Xalq artisti, “Şöhrət” ordenli Abdulla Babayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Aprelin 7-də Türkiyə Cümhuriyyətinin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Şuşa Azərbaycan Evinin” açılış mərasimində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı tərəfindən konsert proqramı təqdim edilmişdir.

30 aprel tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan Gənclərinin Həmrəyliyi Forumu" keçirilmiş, 1 may tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında H.Eyvazlının “Araz sahilində doğan günəş” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın təqdimatı olmuşdur.

Həmçinin may ayının 29-da Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayevin muxtariyyətin 100 illiyə həsr olunmuş solo konserti baş tutmuşdur.

Nazirliyin təşkilatçılığı ilə 6-8 iyun tarixlərdə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan İstedadları” İncəsənət Festivalının birinci mərhələsi, 11 iyun tarixdə II mərhələsi keçirilmişdir.

Nazirlik və tabeliyindəki muzeylər tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş müxtəlif xarakterli 20 tədbir, ümumtəhsil məktəblərinin şagirdləri üçün 21 açıq və 1 interaktiv dərs keçirilmiş, sərgilər qurulmuş, fərdi sərgiləri təşkil edilmiş, Qalereyada “Tarixin 100 ili-Naxçıvan” adlı rəsm müsabiqəsinin yekun turu keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Nazirliyin tabeliyindəki kitabxanalarda dövr ərzində ümumilikdə 23 tədbir keçirilmiş, stasionar və səyyar sərgilər təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, eləcə də rayon mədəniyyət sarayları tərəfindən 18 tədbir keçirilmiş, Babək Rayon Mədəniyyət Sarayında klub müəssisələrinin əməkdaşları arasında “Naxçıvanı tanıyaq” adlı intellektual oyunu, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsi təşkil olunmuş, “Milli dəyərlərimiz bizim qədim keçmişimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi” ilə əlaqədar Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan Dövlət Arxivində araşdırma işləri aparılmış və Naxçıvan Muxtar Respublikası ilə bağlı heç yerdə olmayan, unikal kadrların siyahısı hazırlanmış, kadrların rəqəmsal daşıyıcıya köçürülərək fondun arxivinə daxil edilməsi üçün müvafiq təyinat üzrə təqdim olunmuşdur.

Naxçıvan Dövlət Film Fondunda 8 yanvar tarixində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Naxçıvan Muxtar Respublikasının 100 illiyi”nə həsr olunmuş tədbirdə gənclər üçün və 16 fevral tarixdə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə Naxçıvan Muxtar Respublikasının 1949-cu ildən bu günədək olan görüntülərindən ibarət video slayd və “Sübhdən başlanan həyat” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Yanvar-iyun ayları ərzində Nazirlik və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş müxtəlif formatlı 189 tədbir (konsertlər də daxil olmaqla), 1 interaktiv dərs, 21 açıq dərs keçirilmiş, sərgilər qurulmuş, filmlər nümayiş olunmuşdur.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmişdir. Müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə 25 fortepiano, Naxçıvan Dövlət Uşaq Filarmoniyasına 1 fortepiano və Naxçıvan Dövlət Filarmoniyasına hər birindən 1 ədəd olmaqla kontrabas, kislofon, violençel, bas gitara, udarnik, Litavra musiqi alətləri və 40 ədəd not pultu təhvil verilmişdir.

Bundan əlavə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Naziriliyinin tabeliyindəki mədəniyyət müəssisələrinə səs və işıq avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması üzrə elan olunmuş tenderə uyğun olaraq rayon mədənioyyət idarə və şöbələrin tabeliyindəki müəssisələrə səs mikşeri (analoq), aktiv dinamik monitor, səs ucaldıcı dinamik, mikrofon dayağı, dinamik dayağı, səs gücləndirici, kürsü mikrofonu və digər səs avadanlıqları da təhvil verilmişdir.

Hesabat dövründə Ordubad şəhərində yerləşən Ərbabın iş yeri və tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsalı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üzrə elan olunmuş kotirovka yekunlaşmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılmışdır. Hazırda aid təşkilatlarla birlikdə qoruğun strukturu və əsasnaməsinin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli oğluna Babək rayonu Göynük kəndi yaxınlığında olan Bülövqaya yaşayış yerində, Ağayev Qəhrəman Hüseyn oğluna Kəngərli rayonu ərazisində olan “Şahtaxtı arxeoloji abidələr kompleksi”ndə, İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Xaraba Gilan şəhər yeri və ətrafındakı qədim dövr yaşayış yerləri və nekropollarında, Quliyeva Zeynəb Kərim qızına Şərur rayonu Xələc kəndi ərazisində olan Birinci və İkinci Xələc yaşayış yerində arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən 4 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. 27 iyun tarixdə isə aid təşkilatlarla birgə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Babək rayonu ərazisində olan Bülövqaya yaşayış yerində aparılan kəşfiyyat işlərinə baxış keçirilmişdir.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirliyin sisteminə daxil olan kitabxanalarda 14 tədbir keçirilmiş, Nazirlik və tabeliyindəki qurumlar tərəfindən iməciliklər təşkil edilmiş, Nazirliyin gənclər təşkilatı üzvlərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 2023-cü il 21 noyabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, Nazirliyin sisteminə daxil olan kitabxanalarda 5 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, martın 6-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Şahbuz Rayon Mədəniyyət Sarayının təşkilatçılığı ilə sarayda “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı, kitabxanalar tərəfindən isə 9 tədbir olmaqla ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illik yubileyi ilə bağlı kitabxanalarda 3 tədbir təşkil edilmişdir.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 mart 2024-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatı tərəfindən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində musiqili tədbir, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasında “Könül mülkünün sultanı – Məhəmməd Füzuli” adlı ədəbi-bədii gecə keçirilmiş, muzeylərdə 1, kitabxanalarda 7 tədbir təşkil edilmişdir.

Hesabat dövründə teatr və konsert müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmış, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında A.Məsudun “Qatarın altına atılan qadın”, Ə.Orucoğlunun  “Qaynana əməliyyatı”,  H.Cavidin  “Topal Teymur”, V.Hüqonun  “Edama məhkumun son günü” və J.B.Molyerin “Skapenin kələkləri”, C.Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşanın  məşqləri aparılmış, H.Eyvazlının “Araz sahilində doğan günəş”, A.Babayevin “Xilaskar”, F.Kafkanın “Çevrilmə” əsərləri əsasında hazırlanmış tamaşaların bilet satışı ilə nümayişi olmuşdur. “20 yanvar şəhidləri”nin xatirəsinə K.Çapekin “Ana” əsəri əsasında hazırlanmış tamaşanın nümayişi təşkil edilmişdir. Dövr ərzində ərzində stasionarda H.Cavidin “Topal Teymur”, K.Çapekin “Ana”, .B.Molyerin “Skapenin kələkləri”, M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, N.Qoqolun “Müfəttiş”, M.Ü.Görgülünün “Cibimizdəki dəlilik” və digər tamaşaların bilet satışı ilə nümayişi olmuş, cari ilin II rübündən C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasının məşqləri başlamışdır. Birinci yarımil  ərzində Teatrda 6-ı xeyriyyə,  46-ı bilet satışı ilə  olmaqla 52 tamaşa oynanılmışdır.

Hesabat dövründə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi  əsasında hazırlanan tamaşanın məşqləri aparılmış, may ayında təhvil verilmişdir. Teatr tərəfindən yanvar-iyun aylarında 7-i xeyriyyə, 82-i bilet satışı ilə olmaqla 89 tamaşa nümayiş olunmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən şəhid və qazi ailələrinin övladları, sağlamlıq imkanı məhdud uşaqlar üçün xeyriyyə tamaşaları nümayiş olunmuş, T.Seyidovun "Siçanlar və pişiklər" və “Bahar xanımın inadkarlığı” tamaşalarının bərpa məşqləri aparılaraq əsas səhnədə oynanılmış, Leyla Səfərovanın “Yumurta” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmiş, tamaşa yekunlaşdırılaraq təhvil verilmişdir. Dövr ərzində Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən 1 yeni tamaşa hazırlanmış, 6-ı xeyriyyə, 16-ı bilet satışı ilə olmaqla 22 tamaşa nümayiş etdirmişdir.

2024-cü ilin birinci yarımilində dövlət teatrları tərəfindən 144-ü bilet satışı ilə, 19-u xeyriyyə olmaqla, ümumilikdə 163 tamaşa oynanılmışdır.

Naxçıvan Dövlət Filarmoniyasının fəaliyyəti diqqətdə saxlanılmış, 7 mart tarixdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Duzdağ Otelində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı keçirilmiş, 12 mart tarixdə Mahnı və Rəqs Ansamblının Naxçıvan Televiziyası tərəfindən İlaxır çərşənbəsinə həsr olunmuş televiziya çəkilişi olmuş, Daxili qoşunların yaranma günü ilə bağlı Şərur şəhərində hərbi hissənin əsgər və zabitlərinə Filarmoniyanın solistlərinin konserti təqdim edilmiş, 19 mart tarixdə Mahnı və Rəqs Ansamblı “Novruz” bayramı münasibətilə Sərhəd diviziyasının əsgər və zabitləri qarşısında, 18 aprel tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə bağlı keçirilən tədbirdə Muğam üçlüyü, 23 aprel tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirində Mahnı və Rəqs Ansamblı, aprel 29-da isə Heydər Əliyev Sarayında “Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş tədbirdə Rəqs kollektivi, 30 aprel tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən “Naxçıvan Gənclərinin Həmrəylik Forumu”nda Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir. Bundan başqa filarmoniyanın Estrada Orkestrinin mayın 7-də Türkiyə Respublikasının Ərzurum,  mayın 11-də isə Ordu şəhərlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci, Azərbaycanın müstəqilliyini elan etməsinin 106-cı ildönümünə həsr olunan “İki dövlət, bir millət” adlı konserti keçirilmişdir. Mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və muxtariyyətin 100 illiyinə həsr olunmuş tədbirdə, İlham Əliyev adına Olimpiya İdman kompleksində keçirilən  “Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş  qızlar arasında voleybol çempionatının açılış mərasimində konsert proqramı ilə çıxış etmişdir. Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri tərəfindən 6 ay ərzində müxtəlif tədbirlərdə 26 konsert proqramı təqdim edilmişdir. 

Nazirliyin sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində də müxtəlif işlər görülmüş yanvar-iyun ayları ərzində bir çox əlamətdar günlər, bayramlar və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar olaraq solo konsertlər, sinif konsertləri, bilik yarışmaları və digər tədbirlər təşkil edilmişdir.

“20 Yanvar-Ümumxalq hüzn günü” ilə əlaqədar olaraq 20 tədbir təşkil edilmiş, 2023-2024-cü tədris ilinin I yarımilinin yekunu ilə bağlı 25 konsert verilmiş, I yarımilin yekun imtahanları keçirilmişdir. Fevral ayında uşaq musiqi məktəblərində konsertlər keçirilmiş, Xocalı soyqırımına həsr olunmuş 6 tədbir təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Şəhərində yerləşən Gənclik Mərkəzində Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri Babazadə Murad və Hüseynzadə Fatimənin solo konserti baş tutmuşdur.

Yanvar-iyun aylarında təhsil müəssisələrində 201-i konsert olmaqla 308 tədbir təşkil edilmişdir.

Gənclərlə iş sahəsində 29 may tarixində Naxçıvan Dövlət Filarmoniyasının zalında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nazirliyin Gənclər Təşkilatının üzvləri üçün psixoloq-psixoterapevt Mirşahin Əlizadə tərəfindən “Şüuraltının həyatımıza təsiri. İnancların Gücü. Yeni mən” adlı şəxsi inkişaf seminarı keçirilmişdir. 13 iyun tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi  ilə bağlı Nazirliyin gənclər təşkilatı üzvlərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası təşkil olinmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Xatirə Muzeyində 19 yanvar 2024-cü il tarixdə 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş, 23 fevralda Xocalı soyqırımının 32-ci ildönümünə, 10 may tarixdə Heydər Əliyev Muzeyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş interaktiv dərs keçirilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Tariximizi əks etdirən materialların toplanmasında, qorunmasında və təbliğində muzeylərin rolu” mövzusunda, Xatirə Muzeyində “Milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanmasında muzeylərin rolu” mövzusunda seminar-treninq, Naxçıvan Dövlət Tarix Muzeyində “Muzey ekspozisiyasında davranış qaydaları” mövzusunda tədbir keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayon Zeyvə, Məmmədsabir, Qarxun kəndlərinin sakinləri ilə, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Düylün kənd sakinləri ilə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Türkeş kənd sakinləri ilə, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Qarabağlar kənd sakinləri ilə, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarının Güney Qışlaq kənd sakinləri ilə görüşlər təşkil olunmuş, hesabat dövründə ümumilikdə 7 görüş keçirilmişdir.

Fevral ayından etibarən muzey əməkdaşlarına Naxçıvan Dövlət Tarix və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyləri tərəfindən praktik köməklik göstərilməsi işinə başlanılmışdır.

Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 176 açıq dərs və 247 mühazirə keçirilmişdir.

16 fevral tarixindən başlayaraq Naxçıvan Dövlət Universitetinin "Muzeyşünaslıq, arxiv işi və və abidələrin qorunması" ixtisası üzrə IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində olan muzeylərdə keçirilən təcrübə məşğələsi 5 aprel tarixdə "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində başa çatmışdır.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, məlumat xarakterli materiallar hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylərdə 66 tədbir, 4 interaktiv dərs, 176 açıq dərs keçirilmiş, 62 sərgi qurulmuşdur.

Hesabat dövründə muzeyləri 203 min 943 nəfər yerli, 64 min 488 nəfər əcnəbi olmaqla, ümumilikdə 268 min 431 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 457 yeni eksponat daxil olmuşdur.

5 mart 2024-cü il tarixdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin fəaliyyət göstərdiyi binaya baxış keçirilmiş, baxış zamanı binada bəzi texniki qüsurlar və “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununa zidd hallar müşahidə edilmiş, müvafiq akt tərtib edilərək qeyri-rəsmi formada Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edilmişdir.  Nəticədə 15 mart 2024-cü il tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi fəaliyyət göstərdiyi Naxçıvan şəhər H.Əliyev prospekti 21 ünvanından Heydər Əliyev Sarayına köçürülmüş, muzeyin fonduna daxil olan xalçalar və digər eksponatlar isə Sarayın anbarında yerləşdirilmişdir. Heydər Əliyev Sarayının 2-ci mərtəbəsində Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası qurulmuşdur.

Muzeylər, rəsm qalereyası və muzeytipli müəssisələr tərəfindən İnstagram səhifələrində 1981, Facebook səhifələrində 1955 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 175, Facebook hesablarında isə  60 min 698 olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Belə ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 21 Fevral - Beynəlxalq Ana Dili Günü, 26 Fevral Xocalı Soyqırımı Günü, 21 Mart - Beynəlxalq Poeziya Günü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, “Beynəlxalq Uşaq Kitabı Günü”, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”, “9 May Faşizm Üzərində Qələbə Günü”, “28 May – Müstəqillik Günü”, “Milli Qurtuluş Günü”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”, yazıçı Ənvər Yusifoğlunun anadan olmasının 110 illik yubileyi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illik yubileyi, bəstəkar Süleyman Ələsgərovun anadan olmasının 100 illik yubileyi, Məhəmməd Tağı Sidqinin anadan olmasının 170, Cəfər Cabbarlının anadan olmasının 125, Nəcəf bəy Vəzirovun anadan olmasının 170, Tofiq Mütəllibovbun anadan olmasının 95, Ramiz Mirişlinin anadan olmasının 90, M.S.Ordubadinin anadan olmasının 152, Ümumilli lider Heydər Əliyevin  anadan olmasının 101-ci ildönümü, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140, yazıçı İlyas Əfəndiyevin anadan olmasının 110-ci ildönümü, şair, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 655-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir. Naxçıvan Muxtar Respublika Kitabxanasında Muradova Zəhra Bilal qızının “Heydər Əliyev və Qarabağ”, “Şuşa – Hər daşı-qayası tarix”, “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” və “Şuşadan Qoriyə gedən yol” adlı kitablarının, şairə və yazıçı Sona Teymurbəyli-Rəhimlinin “Əzəmət” və “Sevgimi əbədi elə versəydim”, şairə Məftunə Nurun “Dünya nura boyandı”, “Bütün dünya sən yaşayan küçədir” kitablarının təqdimat mərasimi olmuşdur. Kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 29 mart tarixdə “Rəsmi statistik hesabatların işlənilməsi qaydası” mövzusunda, 06 iyun tarixdə “Uçot kitablarının işlənilməsi qaydası” mövzusunda seminarlar təşkil edilmişdir.

Kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 35 kitab müzakirəsi keçirilmişdir.

Kitabxanalarda “Mütaliə Günü” ilə bağlı ümumilikdə 47 tədbir, “Kitabxanaçı Günü” ilə bağlı 60, “Kitabxana Günü” ilə bağlı 60, “Oxucu günü” ilə bağlı 14, “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 188 tədbir keçirilmişdir.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 7 və MKS-lər tərəfindən 109 nəfər olmaqla, ümumilikdə, 118 sağlamlıq imkanı məhdud və ahıl oxuculara səyyar kitabxana xidməti göstərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Şəhər MKS, Şərur, Babək və Sədərək Rayon MKS-lərin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Naxçıvan Şəhər MKS, Şərur, Babək və Sədərək Rayon MKS-lərin Uşaq kitabxanasının və Uşaq şöbəsinin əməkdaşları üçün təcrübə məşğələsi keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Naxçıvan Şəhər, Şərur, Babək və Culfa Rayon MKS-lərdə, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının əməkdaşları isə Naxçıvan Şəhər, Şərur, Babək və Culfa Rayon MKS-lərin Uşaq kitabxanasında və Uşaq şöbəsində ezamiyyədə olmuşlar.

03-21 iyun tarixlərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil məktəblərində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında istehsalat təcrübəsinin təşkili təmin edilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 15 adda 120, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 6 adda 48 metodik məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

Dövr ərzində kitabxanalarda yeni oxucu sayı 15159, oxucu gəlişi 75218, kitab verilişi isə 297079 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 36400 təşkil etmiş, şəbəkəyə 300 kitab (PDF) işlənmiş və ümumi sayı 5108-ə çatdırılmış, elektron kitabxananın lokal şəbəkəsindən 2409, qlobal şəbəkədən 1195 oxucu istifadə etmişdir.

Nazirliyə 246 adda 2409 nüsxə çap məhsulu daxil olmuş və aidiyyatı üzrə paylanılmışdır. Bununla yanaşı, kitabxanalara 2063 adda 3211 nüsxə çap məhsulu daxil olmuşdur.

Dövr ərzində kitabxanalarda ümumilikdə 671 tədbir keçirilmişdir.

Kitabxanalar tərəfindən 933 material hazırlanmış, sosial şəbəkə hesablarında 2210 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 11327, Facebook səhifələrində 18999 olmuşdur.

Yanvar-iyun ayları ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Aprelin 19-da Naxçıvan Şəhər Xalq Teatrının hazırladığı “Komediyalar aləminə səyahət” tamaşasının təqdimatı keçirilmişdir. Mayın 30-da isə Şərur Rayon Mədəniyyət Sarayının Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən Naxçıvan Dövlət Uşaq Teatrında S.S.Axundovun “Tamahkar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın nümayişi olmuşdur. “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun – Milli Qurtuluş Günü”, “26 İyun – Silahlı Qüvvələr Günü” və s. həsr olunmuş tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Hesabat dövründə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir. Belə ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublar tərəfindən görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar tarixi günlərlə bağlı ümumilikdə 179 tədbir keçirilmiş, 98 sərgi qurulmuşdur.

Dövr ərzində əlamətdar tarixi günlər, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərin təbliği məqsədilə adət-ənənələrimizlə bağlı materialların hazırlanması işi diqqətdə saxlanılmışdır. Yanvar-iyun ayları ərzində klub müəssisələri tərəfindən materiallar hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.

Heydər Əliyev Sarayı tərəfindən 6 adda 48, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən isə 3 adda 24 olmaqla, ümumilikdə 9 adda 72 metodik məktub hazırlanaraq mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

2024-cü ilin yanvar-iyun ayları ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 1364 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 584 paylaşım edilmiş, 9076 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 780 paylaşımın 8474 izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin sosial şəbəkə hesablarında 90 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1041, Facebook səhifəsində izləyicilərinin sayı isə 1116 olmuşdur.

Dövr ərzində klub işi üzrə ümumilikdə 203 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən dövr ərzində 12 min 275 manatlıq 95 adda 1112 ədəd iş satılmışdır.

Yanvar-iyun aylarında Nazirliyin tabeliyində olan Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı geniş paylaşımlar edilmişdir.

23 fevral tarixdə Naxçıvan Dövlət Film Fondu Naxçıvan Şəhər 3 №-li Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilən “Xocalı Soyqırımı-XX əsrin faciəsi” adlı tədbirdə “Xocalı faciəsi” filminin nümayişini təşkil etmişdir.

Dövr ərzində 23 dəfə Naxçıvan radiosunda “Kinoman” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən yanvar-iyun ayları ərzində 2 tədbir keçirilmiş, Hərbi Liseyin kursantları üçün 25 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 5 film, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” ilə bağlı 1 film  və digər tədbirlərdə isə 6 film olmaqla, ümumilikdə 37 film nümayiş olunmuşdur. Həmçinin, sosial şəbəkə hesablarında paylaşılmaq üçün 773 material hazırlanmış, 1546 paylaşım edilmiş, 1751 izləyici sayı olmuşdur.

Dövr ərzində  müəssisəyə 11 film, 3 kitab, 6 jurnal daxil olmuşdur. Həmçinin, 2 film Ordubad Rayon Mədəniyyət İdarəsinə və 4 film isə Şərur Rayon Mədəniyyət İdarəsinə nüsxələnərək təhvil verilmişdir.

Dövr ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın təşkil etdiyi 5 monitorinqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşının iştirakı təmin edilmişdir.

Hesabat dövründə Nazirliyin və tabeliyindəki müəssisələrin internet resurslarında və sosial şəbəkələrdə fəaliyyəti diqqət mərkəzində saxlanılmış, tarixi və əlamətdar günlər, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, eləcə də keçirilən tədbirlər barədə müxtəlif xarakterli məlumatların internet resurslarında və sosial şəbəkə hesablarında işıqlandırılmasına nəzarət artırılmışdır.

Belə ki, Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsində məlumatlar mütəmadi olaraq yenilənmiş, yeni məqalə və xəbərlər yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqə üçün işə qəbul üzrə müvəqqəti qaydalar, vakant yerlər, vəzifə təlimatları və müsahibə proqramları nazirliyin nculture.gov.az saytına yerləşdirilmiş, müsahibə proqramlarında qeyd olunmuş rayon, şəhər mədəniyyət idarə və şöbələrinin, teatr və konsert müəssisələrinin, muzeylər, kitabxanalar, saraylar, dövlət qoruqları və muzeytipli müəssisələrin əsasnamələri üçün yeni bölmələr yaradılaraq sayta daxil edilmişdir.

Dövr ərzində səhifəyə 135 material əlavə edilmiş, 14 min 715-dən artıq baxış sayı qeydə alınmışdır. Nazirliyin “Naxçıvan MR Mədəniyyət Nazirliyi” adlı Youtube kanalına 14  videomaterial yerləşdirilərək videomaterialların ümumi sayı 619-a çatdırılmış, kanalın abunəçi sayı 5 min 350, ümumi izlənmə sayı 959 min 684 olmuşdur. Nazirliyin X(twitter) hesabında 40 paylaşım edilmişdir. Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1800-ə çatmış, 395 paylaşım edilmişdir. “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 9600 olmuş, səhifədə 489 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 60 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 975 nəfər olmuşdur.

Nazirliyin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən bütün mədəni tədbirlərin  KİV-də işıqlandırılması diqqətdə saxlanılmış “Şərq qapısı” qəzetində 77, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 29, Naxçıvan televiziyasında 42, digər informasiya resurslarında 125 xəbər materialı yer almışdır.

Hesabat dövrü ərzində “Mədəniyyət” qəzetində Naxçıvan Teatrının aktyoru Səməd Canbaxşiyevin “14 il səhnədə”, “Şərq qapısı” qəzetində Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimovanın “Cəlil Məmmədquluzadə yaradıcılığı Ədəbiyyat Muzeyinin fondunda və ekspozisiyasında”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədovanın “Muzey fondu, tarixi faktlar və həqiqətlər”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın “Əcəminin daş möcüzəsi” və Müasir Naxçıvanın uğurları Ulu öndər Heydər Əliyevin yoluna sədaqətin nəticəsidir”, Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşıyevin “Naxçıvan Teatrı və Muxtar Respublikanın 100 illiyi” adlı məqalələri işıq üzü görmüşdür.

“İki sahil” qəzetində Xatirə Muzeyinin baş fond mühafizi Sevinc Səbzəliyevanın “Nuhun yurdu-dünyanın nəqşi”, “525-ci qəzet”də Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Şərqin qapısının sehrində iki böyük sənətkar”, “Naxçıvanxəbərləri.com” saytında Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Ömrünü vətənə qurban verənlərdən oldu” və “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” , "Hərbi and" qəzetində "Müstəqillik günümüz qutlu olsun", “Xalq” qəzetində isə Mədəniyyət Nazirliyinin Elmi-metodiki Mərkəzinin direktoru Səyyar Bayatın “Qərbi Azərbaycan” adlı məqalələri çap olunmuşdur.

Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin və Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 26 nəfər iştirak etmiş, 21 nəfər müsahibə vermişdir. Bundan əlavə, 1 nəfər İctimai tv, 3 nəfər AZTV, 1 nəfər AZƏRTAC İnformasiya Agentliyi, 3 nəfər Mədəniyyət tv, 1 nəfər Xəzər televiziyası, 1 nəfər APA TV, 1 nəfər ASAN TV, 1 nəfər Azad Azərbaycan televiziyası üçün müsahibə vermişdir. Dövr ərzində Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 42 xəbər süjeti efirə yayımlanmışdır. Həmçinin Xəzər televiziyasının “Ənənə boxçası” verilişi Şahbuz, Babək, Ordubad və Culfa rayonlarında çəkilişlər etmiş, rayon idarə və şöbələrinin kollektivləri tərəfindən çəkilişlərə köməklik göstərilmişdir. Naxçıvan televiziyası tərəfindən Novruz çərşənbələri ilə bağlı hazırlanan verilişlərdə Naxçıvan şəhəri, Şahbuz, Babək və Culfa rayonlarının mədəniyyət idarə və şöbələrinin kollektivləri, Naxçıvan Dövlət Filarmoniyası və “Şərur” Xalq Yallı Ansamblı, “Ləzzətin izi ilə” verilişi üçün Culfa rayonunda aparılan çəkilişlərdə isə Kırna Kənd Mədəniyyət Evinin kollektivi iştirak etmişdir.

Nazirliyin tabeliyindəki müəssisələrdə əmək və icra intizamının günün tələbləri səviyyəsində qurulması ilə əlaqədar mütəmadi olaraq yoxlamalar aparılmış, lazımi əməli və praktik köməklik göstərilmişdir.

29 yanvarda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin direktor və direktor müavini vəzifələri üçün 28 dekabr 2023-cü il tarixdə elan olunmuş vəzifəsinə işə qəbul üzrə elan olunmuş müsabiqəyə sənəd qəbulu başa çatmış, 14-16 mart tarixlərdə keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsində müsabiqəyə sənəd vermiş 34 nəfərdən 28-i iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər və ümumi vəzifələrə işə qəbul üçün 29 yanvar 2024-cü il tarixdə elan olunmuş müsabiqənin 23-30 aprel 2024-cü il tarixlərində müsahibə mərhələsi keçirilmiş, nəticələr Nazirliyin rəsmi internet səhifəsində (nculture.gov.az) yerləşdirilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri 6 ayı ərzində də davam etdirilmişdir. Belə ki, Nazirliyə 212-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 606 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 210-u İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 398 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 294 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır. Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 133 nəfər işə qəbul edilmişdir.

6 ay ərzində Nazirliyin 5 kollegiya iclası keçirilmiş və 6 məsələ müzakirə edilmişdir.