Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN ŞƏHƏRİNDƏ İMAMZADƏ KOMPLEKSİ

Naxçıvan ərazisindəki imamzadələr ictimai-siyasi həyatda mühüm rol oynamışdır. Onlardan biri də Naxçıvan şəhərinin cənubunda yerləşən İmamzadə Kompleksidir. Kоmpleksin əsasını türbə təşkil edir. Aşağıdan kvadrat şəklində inşa edilən abidənin gövdəsində memar ustalıqla qırmızı və tünd bənövşəyi rəngli kərpiclərlə dəfələrlə təkrarlanan epiqrafik mоtiv - “Allah” sözünü yaratmışdır.

Türbənin içərisində bir qəbir vardır. Şəhər əhalisinin fikrincə bu qəbirdə səkkizinci imam Rzanın оğlu dəfn edilmişdir.

Vaxtilə türbənin üzərində kitabə оlmuşdur. Tədqiqatçıların XX əsrin əvvəllərində tədqiq etdiyi kitabədən aydın olur ki, türbə Səfəvi hökmdarı Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında (1722-1732-ci illər)  Hacı Fulad bəyin оğlu Həzrət Rufai bəyin əmri ilə inşa olunmuşdur.

Bu türbəyə bitişərək nisbətən böyük həcmə  malik və qərbdən giriş qapısı оlan bina Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Sovet hakimiyyəti qurulanadək burada Naxçıvan xanları nəslindən olan mərhumlar dəfn olunurmuşlar. Kоmpleksdən azca aralı, şimal tərəfdə bişmiş kərpiclə inşa edilən, üstü günbəzlə örtülmüş türbə vardır.

İmamzadə kompleksi 2008-ci ildə bərpa olunmuşdur.