Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVANQALA

Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidədir. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (e.ə.3-2-ci minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 7400 m2-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döymə gil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19x19x5sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziqzaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m-dən 9 m-ə dək dəyişən konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın salamat qalmış divarlarının eni 1 m, hündürlüyü isə bəzi yerlərdə 5 m-ə çatırdı. Ayrıca onu da qeyd edək ki, qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m) olan Naxçıvan hissəsində hazırda binaların izləri qalmaqdadır. Naxçıvanqalanın çaydaşı əlavə etməklə döymə gildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur. Naxçıvanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazikləşən dairəvi qüllələr qismən salamat halda zamanımızadək gəlib çatmışdır. Narınqalanın cənub-qərbində 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun-“tələ”nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.