Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRLİYİ TƏRƏFİNDƏN 2023-CÜ İL ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR ARAYIŞ

 Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü il ərzində öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

1 yanvar tarixdə Naxçıvan şəhərinin mərkəzi meydanında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə əlaqədar keçirilən bayram şənliyində Naxçıvan Dövlət Filarmoniyası konsert proqramı ilə çıxış etmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı H.X.Andersenin “Qar Kraliçası” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirmişdir.

13 yanvar tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümünə, 17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümünə, Şahtaxtinskilər Muzeyinin yaradılmasının 13-cü, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin yaradılmasının 9-cu və Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 10-cu ildönümünə, 11 may tarixdə Naxçıvan Teatrının yaradılmasının 140 illiyinə, iyunun 19-da Cəlil Məmmədəquluzadənin Ev Muzeyinin yaradılmasının 25-ci ildönümünə, 24 iyun tarixdə Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılmasının 10 illiyinə, 14 iyul tarixdə Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının 51-ci ildönümünə həsr olunmuş tədbirlər təşkil edilmişdir.

21 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

2 fevral tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “2 Fevral - Gənclər Günü” münasibətilə tədbir təşkil olunmuş, Naxçıvan Saray Kompleksində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “2 Fevral - Gənclər Günü”nə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə isə Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir.

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və təşkilatın yeni sədri seçilmişdir.

17 fevral tarixdə Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd edilmiş, fevralın 21-də Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş, 22 fevral tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü ilə bağlı tədbirlər təşkil edilmiş, fevralın 23-də Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilmişdir.

Martın 7-də Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin  dayağıdır” mövzusunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin geniş konsert proqramı təqdim edilmişdir. Həmçinin Nazirliyinin təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü” ilə bağlı flaşmob keçirilmişdir.

10 mart tarixdə “Milli Teatr Günü” və 27 mart tarixdə “Beynəlxalq Teatr Günü” münasibətilə tədbirlər keçirilmiş, tədbirlərdə Hüseyn Cavidin “Topal Teymur” və N.V.Qoqolun “Müfəttiş” tamaşaları nümayiş etdirilmişdir. Martın 17-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında  “Beynəlxalq Poeziya Günü” münasibətilə tədbir keçirilmişdir.

19-26 mart tarixlərdə Nazirlik və “Element” şirkəti tərəfindən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində  Novruz bayramı münasibətilə “Novruz şəhərciyi” təşkil edilmişdir. 18 mart tarixdə “Novruz bayramı” şənliyinin keçirildiyi ərazinin estetik cəhətdən daha gözəl görünməsi məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri və müxtəlif könüllü qruplar arasında “Ağac bəzəmə” müsabiqəsi keçirilmiş, müsabiqə iştirak edən komandalar tədbirin ilk günündə təşkilatçılar tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir.

Səkkizgünlük bayram tədbirlərində Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Şəhər, Şərur, Babək, Ordubad, Culfa, Sədərək rayon mədəniyyət idarə və şöbələrinin musiqi, rəqs və folklor kollektivlərinin konsertləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının, Naxçıvan Dövlət Uşaq Teatrının, xalq teatrlarının tamaşaları, Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradovun,  həmçinin Ceyhun Ares, Hiss, Tofiq Hacıyev və Eldar Qasımovun konsertləri təşkil olunmuşdur.

20-26 mart tarixlərində “Novruz Şəhərciyi”ndə 8 bədii, 23 cizgi filmi nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası, rayon, şəhər mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin və Bakı şəhərindən dəvət edilmiş müğənnilərin 14 konsert proqramı təqdim olunmuş, Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrlarının hər biri 3 tamaşa, rayon xalq teatrları və folklor qruplarının 4 tamaşası  nümayiş etdirilmişdir. Muxtar respublikanın rayonlarında keçirilən bayram tədbirlərində isə rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivlərinin çıxışları təşkil edilmişdir.

20-26 mart tarixlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən tamaşalar nümayiş etdirilmiş, Nazirliyin sisteminə daxil olan 6 muzey tərəfindən muxtar respublika sakinlərinə və muxtar respublikaya gələn qonaqlara muzey xidməti göstərilmişdir.

30 mart tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  nümayəndələri muxtar  respublikada səfərdə olmuş, mədəniyyət və incəsənət müəssisələri ilə tanış olmuşlar.

7-8 aprel tarixlərdə “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçirilmiş, festivalda Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” instrumental ansamblının təqdimatında konsert proqramları təqdim olunmuş, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi” tərəfindən muxtar respublika sənətkarlarının hazırladıqları suvenirlərin və hədiyyəlik xatirə əşyalarının satışı təşkil edilmişdir.

“15 Aprel – Dünya İncəsənət Günü” ilə əlaqədar mədəniyyət idarə və şöbələri, muzeylər, kitabxanalar, təhsil müəssisələri tərəfindən müxtəlif xarakterli tədbirlər keçirilmişdir. Əlamətdar günlə bağlı ümumilikdə, 14 tədbir keçirilmiş, 1 sərgi qurulmuş, müvafiq videoçarx hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

18 aprel tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Nazirliyin Gənclər Təşkilatının 30 nəfər üzvünün iştirakı ilə Ordubad rayonuna ekskursiya təşkil olunmuş, ekskursiya zamanı Ordubad şəhərindəki məşhur tarixi-memarlıq abidələrini əks etdirən videoçarxlar hazırlanaraq Nazirliyin sosial şəbəkə hesablarında paylaşılmışdır.

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında rəssam Qəhrəman Tağıyevin “Duyğular və rənglər” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Rəssam sərgidə nümayiş etdirilən 10 rəsm əsərini Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərə hədiyyə etmişdir.

28 aprel tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev muzeyinə “muxtar respublika” statusu verilmişdir.

Mayın 10-da Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış etmişdir.

18 may tarixdə Açıq Səma Altında Muzeydə nazirliyin təşkilatçılığı ilə “18 May - Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş tədbir keçirilmiş, "Naxçıvan-bəşəriyyətin beşiyi" VI Beynəlxalq Rəsm Festivalının açılış mərasimində festival iştirakçılarına  Naxçıvan Dövlət Filarmoniyasının muğam studiyası və "Şərur" Xalq Yallı Ansamblının konsert proqramı təqdim olunmuşdur.

24 iyunda Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə mədəniyyət müəssisələrinin əməkdaşlarına icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilmiş, iyunun 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 140-cı teatr mövsümünün bağlanış mərasimi olmuş, A.Babayevin eyniadlı əsəri əsasında hazırlanmış “Xilaskar tamaşası nümayiş etdirilmişdir. İyulun 13-də “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birbaşa tabeliyində olan və sistemində fəaliyyət göstərən müəssisələrdə əmək və icra intizamına nəzarət, davranış və geyim etikasına əməl edilməsi, işin günün tələbləri səviyyəsində qurulmasının vəziyyəti barədə” müşavirə keçirilmiş, iyulun 20-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Nazirliyin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimatı olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu  fəaliyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə filarmoniyaya “muxtar respublika” statusu verilmiş, bununla bağlı 21 iyul tarixdə təqdimat mərasimi kerçirilmişdir.

2 avqust tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə  tədbir keçirilmiş, Naxçıvan Dövlət Film Fondunda 2 avqust tarixdə “2 Avqust - Azərbaycan Kinosu Günü”nə həsr olunmuş tədbir keçirilmiş və “Görüş” bədii filmi nümayiş  olunmuşdur. Avqustun 17-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində görkəmli fırça ustası İbrahim Səfiyə həsr olunmuş “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı keçirilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı təqdim olunmuşdur. Avqustun 29-da Naxçıvan Şəhər Gənclər Mərkəzində mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları arasında “İntellektual kitabxanaçı” bilik müsabiqəsi keçirilmiş, müsabiqə qalibləri Nazirliyin diplomları ilə təltif olunmuşdur.

6 sentyabr tarixdə Mədəniyyət Nazirliyinin yeni  - www.nculture.gov.az - saytının təqdimatı, sentyabrın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  “Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.  21 sentyabr tarixdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində eksponat təqdimatı keçirilmişdir. Türkiyəli rəssam Nilgün Ayşecik Çeviyin “Möminə Hatun türbesi” rəsm əsəri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Möminə xatın türbəsinə hədiyyə edilmişdir.

Oktyabrın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan teatrının 141-ci mövsümünün açılış mərasimi keçirilmiş, oktyabrın 13-də Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü münasibətilə Xalq şairinin Şahbuz rayonunun Nursu kəndində yerləşən Ev Muzeyində tədbir təşkil edilmişdir. Oktyabrın 24-də Nazirliyin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətilə tədbir keçirilmiş, oktyabrın 27-də Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın Heydər Əliyev Sarayında solo konserti təşkil edilmişdir.

27-31 oktyabr tarixlərdə Türkiyə Respublikasının Çorum və Ərzurum şəhərlərində keçirilən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü və Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ildönümünə həsr olunmuş “Türkiyə-Azərbaycan qardaşlıq sərgisi”ndə Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və rəssamlarından bir qrupu rəsm əsərləri ilə iştirak etmişdir.

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin kollektivi və Nazirliyə tabe müəssisələrin əməkdaşları tərəfindən Naxçıvan şəhərində Zəfər Abidəsi, Şəhidlər Xiyabanı, türk ordusunun şəhid olmuş əsgərinin xatirəsinə ucaldılmış abidəsi və Naxçıvan şəhər qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, noyabrın 7-də isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberqin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov ilə görüşü keçirilmiş, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Mikael Silkeberqin müəllifi olduğu “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunmuşdur. Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə “Milli qürur günümüz” adlı konsert proqramı keçirilmiş, noyabrın 29-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin Natiq Qasımov haqqında çəkilmiş “Oğul” filmi nümayiş olunmuşdur.

4-5 dekabr tarixlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində Naxçıvanda “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi ilə bağlı təlimlər keçirilmiş,  10 yaradıcı klaster üzrə 600-dən çox iştirakçı təlimlərdə iştirak etmişdir.

Dekabrın 6-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Dönüşüm” mövzulu 11-ci Beynəlxalq İzmir Teatr Festivalında iştirak etmiş, “Edama məhkumun son günü” tamaşasını İzmir Mədəniyyət parkında tamaşaçılara nümayiş etdirmişdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də Naxçıvan şəhərində vətəndaşlarla görüşmüşdür. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov 13 dekabrda Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının ilk iclasında iştirak və çıxış etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində  13 dekabrda M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Salyan  Dövlət Kukla Teatrında  Kəmalə Ağayevanın "Tık-tık" xanım tamaşasını nümayiş etdirmişdir.

Dekabrın 27-də dünya şöhrətli naxçıvanlı rəssam İbrahim Safinin anadan olmasının 125 illiyi ilə bağlı  AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar  Birliyi ilə  birgə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “İbrahim Safi. Rəssam-impressionist” adlı yubiley tədbiri keçirilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Naxçıvan şəhərində keçirilən “Qış Festivalı” - “Snow Fest”in təşkili, mədəni proqramların təqdim edilməsi istiqamətində iş aparılmışdır. 25 dekabrda Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın konserti ilə start götürən festivalda müxtəlif şənliklər və konsert proqramları təşkil edilmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tamaşa nümayiş etdirmiş, Naxçıvan Dövlət Filarmoniyası 27 və 31 dekabr tarixlərdə konsert proqramları təqdim etmişdir.   

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamının icrası ilə bağlı Nazirlik tərəfindən “Heydər Əliyev İli”ndə görüləcək işlərə dair Tədbirlər Planı hazırlanmış və Nazirliyin 2023-cü il 13 yanvar tarixli 10 nömrəli əmri ilə təsdiq edilmiş, il ərzində icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, Nazirlik tərəfindən Heydər Əliyev Muzeyi ilə birlikdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən albom-kataloq hazırlanmış,  Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında A.Babayevin “Xilaskar” əsəri əsasında eyniadlı tamaşa hazırlanmış, 6 iyun tarixdə premyerası olmuşdur. Tamaşa 6 və 9 iyun, 28 dekabr tarixlərdə stasionarda, iyunun 14-də “N” saylı hərbi hissədə, həmçinin Culfa, Şahbuz, Şərur, Ordubad,  Sədərək və Babək rayonlarında rayon ictimaiyyəti üçün oynanılmışdır.

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Şahbuz rayon mədəniyyət saraylarında konsertləri keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “I Uşaq İncəsənət Festivalı”nın ilk mərhələsinə muxtar respublikada aprelin 19-dan start verilmiş, 15 may tarixdə yekunlaşmışdır. 3-7 iyul tarixlərdə Naxçıvan Dövlət Filarmoniyasında  keçirilən “Uşaq İncəsənət Festivalı”nın II regional mərhələsində  muxtar respublika üzrə I mərhələdə 16 nominasiya üzrə uğur qazanmış 128 fərdi iştirakçı və 7 kollektiv iştirak etmişdir. Festivalın Bakı şəhərində keçirilən final mərhələsində muxtar respublikadan 42 nəfər fərdi və 2 kollektiv iştirak etmiş,  2 nəfər I yerə, bir nəfər 2-ci yerə, 2 nəfər iştirakçı və 2 kollektiv III yerə layiq görülmüşdür.

 24-26 may tarixlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “SABAH” İncəsənət Festivalı keçirilmişdir.

Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət sarayları, mədəniyyət evləri və klubların əməkdaşları, bu müəssisələrdə fəaliyyət göstərən dərnək üzvləri arasında aprel ayında “Folklorumuzun söz yaddaşı” adlı bədii qiraət müsabiqəsi və sentyabr ayında “Əl işləri sərgi-müsabiqəsi” təşkil edilmiş, 22 sentyabr tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasında müsabiqələrin yekun tədbiri keçirilmiş, qalib gələn və fərqlənən iştirakçıların təltifetmə mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “İstedadlı uşaqlar-2023” festivalı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanı məhdud uşaqlar arasında “İstedad əngəl tanımır” yaradıcılıq müsabiqəsi və müsabiqənin yekun tədbiri keçirilmişdir.

İyunun 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində Bakı şəhər 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hesabat konserti təqdim edilmiş, iyunun 2-dən 14-dək Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi və Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ifaçılıq, rəqs və rəsm müsabiqələri təşkil olunmuş, iyunun 20-də müsabiqələrinin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri və Filarmoniyanın solistlərindən bir qrupu 29 oktyabrda Türkiyənin Qars, 28-30 noyabr tarixlərdə Trabzon şəhərlərində konsert proqramı ilə çıxış etmişdir.  

Heydər Əliyev Muzeyində Nazirlik tərəfindən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-nəzəri konfrans,  ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinə, Orta İxtisas Polis Məktəbinin kursantlarına ulu öndərin həyatı və siyasi fəaliyyətinə dair  mühazirələr, mədəniyyət və incəsənət müəssisələri tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. Heydər Əliyev Muzeyinin qarşısında Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir. Dekabr ayında Heydər Əliyev Muzeyində Nazirliyin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir və aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəblərinin  şagirdləri üçün interaktiv dərs, dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və  Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təkilatçılığı ilə  “Heydər Əliyev İli” çərçivəsində  Ümummilli liderə həsr olunmuş musiqi əsərlərinin təqdimat mərasimi keçirilmişdir.

Nazirlik tərəfindən dekabr ayının son həftəsi  “Heydər Əliyev həftəsi” elan olunmuş, həftə ərzində “Heydər Əliyev və Azərbaycanda kitabxanaların inkişafı”,  “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda tədbirlər, “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş və onun sevdiyi mahnıların ifaçılıq müsabiqəsi” keçirilmiş, “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyi ilə birgə “Unudulmaz lider 100” adlı foto xalça sərgisi təşkil edilmiş, tədbirdə A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi olmuşdur.                         

2023-cü il ərzində  Nazirlik, mədəniyyət və incəsənət müəssisələri tərəfindən konsertlər, tamaşalar, film nümayişləri, yığıncaq, görüş və digər tədbirlər, ali və orta ixtisas məktəblərinin tələbələrinə, ümumtəhsil məktəblərinin şagirdlərinə mühazirə, interaktiv və açıq dərslər, kitab müzakirələri və s. olmaqla, ümumilikdə, müxtəlif formatlı 289 tədbir keçirilmiş, 15 sərgi qurulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Nazirliyin 13 oktyabr 2023-cü il tarixli 252 nömrəli əmri ilə “İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinin qeyd edilməsi münasibətilə tədbirlərin keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı” təsdiq edilmişdir. 14-15 oktyabr tarixlərdə Nazirlik və Nazirliyin sistemində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Nazirlik tərəfindən 14 oktyabr tarixdə Heydər Əliyev Muzeyində “Azərbaycan – Heydər Əliyevdən İlham Əliyevə. Heydər Əliyev ideyalarının zəfər yürüşü” və 15 oktyabr tarixdə Naxçıvan Dövlət Filarmoniyasında “Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 20 il” adlı tədbirlər keçirilmişdir. Nazirliyin tabeliyində olan Heydər Əliyev Sarayı, Naxçıvan Dövlət Film Fondu,  Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, teatrlar, muzeylər, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər)  mədəniyyət idarə və şöbələri, mədəniyyət sarayları, mərkəzləşdirilmiş kitabxana sistemləri, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri tərəfindən konsert, dəyirmi masa, yığıncaq və s. olmaqla müxtəlif formatlı tədbirlər  təşkil edilmiş, konsert proqramları təqdim olunmuş, filmlər nümayiş olunmuş, sərgilər qurulmuşdur. Nazirlik, nazirliyin tabeliyində olan müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 56 tədbir, o cümlədən 26 konsert, 1 dəyirmi masa, 28 konfrans və yığıncaq, 1 səyyar sərgi keçirilmiş, keçirilən tədbirlərdə 10 sərgi qurulmuş və 8 film nümayişi olmuşdur.

“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmış, yanvar-dekabr ayları ərzində 22 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür.

Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması və pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, ilkin olaraq bərpa olunacaq abidələrin siyahısının müəyyənləşdirilməsi, memarlıq abidələrinin UNESKO-nun maddi mədəni irs üzrə tentativ siyahısından əsas siyahısına salınması üçün imkanların araşdırılması, Xan Sarayı, Möminə Xatın türbəsi, Qızlar bulağı, Yay Teatrı, Bazarçayı gölü, Köhnə Bazar və Qədim Karvansarayın daxil olduğu tarixi abidələrin bazasında “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksinin yaradılması, həmin abidələrin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması bəndləri ilə əlaqədar  mütəxəssis baxışı keçirilməsi istiqamətində iş aparılmışdır. Belə ki, 21 iyul tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi və əməkdaşları, 28 və 29 avqust tarixlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru  Kərimli Telman Nəcəf oğlu, “NKT-BƏRPA” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Hüseynov Emil Elnur oğlu və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun baş mühəndisi  Zaur Tağıyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə, 17 oktyabrda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri, 25 oktyabrda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərİnşaat Layihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru və İnstitutun baş mühəndisi, 22-23 dekabr tarixlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə  Hacıyeva, Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin professoru, bərpaçı-memar Oğuz Ceylan və Keten groupun rəhbəri, memar Ferhat Keten tərəfindən Naxçıvan şəhərində,  Kəngərli, Culfa və Ordubad rayonları ərazisində olan bir sıra tarix-memarlıq abidələrinə mövcud vəziyyəti ilə bağlı mütəxəssis baxışı keçirilmiş, onların bərpa imkanları nəzərdən keçirilmişdir.

2023-cü ildə pasportlaşdırılması nəzərdə tutulan 30 abidə müəyyənləşdirilmiş, siyahısı hazırlanmış, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin pasportlarının hazırlanması işləri üzrə layihə tapşırığı hazırlanmışdır.

Təfsilatlı Tədbirlər Planı”nının 8.5.3.1.1., 8.5.3.1.2., 8.10.2.1.1., 8.10.2.1.3., 8.10.2.1.4. və 8.10.2.1.6. maddələrinin icrası ilə əlaqədar aid qurumların mütəxəssislərindən ibarət komissiyanın yaradılması məsələsinə baxılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə müraciət edilmiş, qərar layihəsi hazırlanaraq təqdim edilmişdir.

Təfsilatlı Tədbirlər Planı”nın 8.10.2.1.5.,  8.10.2.1.7., 8.10.2.1.8., 8.10.2.2.3., 8.10.2.2.4. yarımbəndlərinin icrası ilə bağlı hazırlanmış layihə tapşırıqlarına baxılaraq rəy verilməsi üçün,  Təfsilatlı Tədbirlər Planının 8.5.3.1.1., 8.10.2.1.1., 8.10.2.1.6., 8.10.2.1.9., 8.10.2.2.5., 8.10.2.2.6., 8.10.2.2.7. yarımbəndlərinin icrası ilə bağlı qarşılıqlı iş aparılması və 2023-cü ildə icrasına başlanılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciətlər göndərilmişdir.

2023-cü il üçün nəzərdə tutulan Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar, Naxçıvan Dövlət Filarmoniyasının və “Şərur” Xalq Yallı Ansamblının kollektivləri üçün səhnə geyimlərinin  satınalınması üzrə,  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə, Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə  və Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə ehtiyac olan səs və işıq avadanlıqlarının satınalınması üzrə “etender.gov.az” portalı vasitəsilə elan olunmuş açıq tenderlərə yekun vurulmuşdur. 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən Baxşəliyev Vəli Baxşəli  oğluna Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi) yaşayış yerində, Naxçıvan şəhəri ərazisində olan Tumbultəpə yaşayış yerində, İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Plovdağ arxeoloji abidə kompleksi və ətraf abidələrdə, Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində arxeoloji qazıntı və kəşfiyyat işləri aparmaq üçün verilən 4 vəkalətnamə Nazirlik tərəfindən qeydiyyata alınmışdır. Sədərək rayonu ərazisində olan Sədərək (Sədərək Kültəpəsi), Tumbultəpə və Meydantəpə yaşayış yerlərində aparılan arxeoloji qazıntı və Şərur rayonu ərazisində yerləşən Qızqala və Oğlanqala yaşayış yerlərində aparılan kəşfiyyat işlərinə baxış keçirilmiş, Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Sədərək rayonu ərazisində Sədərək yaşayış yerində, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Tumbultəpə yaşayış yerində, İbrahimli Bəhlul İmran oğluna Ordubad rayonu ərazisində yerləşən Plovdağ arxeoloji abidə kompleksi və ətraf abidələrdə, Bədəlov Əkbər Həsənqulu oğluna Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində aparılmış arxeoloji ekspedisiyalarının yekunları barədə 4 hesabat qəbul edilmişdir.

"Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı 2018-2022-ci illərdə görülmüş işlərə dair, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2019-2022-ci illər və 2023-cü ilin 5 ayı ərzində icra vəziyyəti barədə məlumatlar,  Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq  edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadı inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda  müəyyən edilmiş tədbirlərin 2023-2027-ci illərdə icrası üzrə Təfsilatlı Tədbirlər Planına Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin  Təklifləri hazırlanaraq aidiyyatı üzrə təqdim edilmişdir.

Müvafiq müraciətlərə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələri haqqında, Naxçıvan  Muxtar  Respublikası  ərazisindəki  dünya,  ölkə    yerli  əhəmiyyətli  daşınmaz tarix    mədəniyyət  abidələri haqqında məlumatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə, Heydər Əliyev Muzeyinin fondunda olan Ulu Öndərin zəhmətkeş qadınlarla olan fotolarının surəti və onlar haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Heydər Əliyev Muzeyinin  fonduna aid olan bir neçə eksponatın fotosurəti  Azərbaycan Respublikasının Dövlət Turizm  Agentliyinə və digər qurumlara təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı, müvafiq dövlət orqanları əməkdaşlarının iştirakı ilə "18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü"nə həsr olunmuş Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında keçirilən "Açıq qapı" aksiyasında Nazirliyin əməkdaşı iştirak etmiş və müvafiq icraat aparılmışdır.

2023-cü ilin birinci yarımili ərzində istifadəyə verilmiş Şərur rayon Həmzəli, Axura və Vərməziyar, Ordubad rayon Xanağa, Babək rayon Vayxır kənd mərkəzlərində Axura, Həmzəli, Xanağa, Vayxır və Vərməziyar kənd kitabxana filialları, Axura və Vayxır kənd mədəniyyət evləri, Həmzəli və Vərməziyar kənd klublarının fəaliyyəti üçün iş şəraiti yaradılmışdır. Əsaslı təmir olunmuş Şahbuz rayon Biçənək kənd mərkəzində Biçənək Kənd Kitabxana Filialı, Biçənək Kənd Mədəniyyət Evi və Kolanı Kənd Uşaq Musiqi Məktəbinin Biçənəkdə fəaliyyət göstərən sinifləri üçün   iş şəraiti yaradılmışdır.

Əlahiddə Ümumqoşun Ordunun və Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən Novruz bayramı münasibətilə 10, 15 İyun -  Milli Qurtuluş Günü münasibətilə 8, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə 13,  8 Noyabr Zəfər Günü münasibətilə 12,  Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının ildönümü münasibətilə 8 və  “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə 15 olmaqla, ümumilikdə, 66 konsert proqramı təqdim edilmişdir.

Dövr ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri ilə birgə tədbirlər keçirilməsi, kadr hazırlığı sahəsində iş aparılması diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Kitabxanaçılıq və informasiya”  və Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə təhsil alan tələbələrinə Nazirliyin tabeliyində olan muzeylərdə, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 4 kitab müzakirəsi, 8 açıq dərs, 3 mühazirə və film nümayişi keçirilmişdir.

Fevral-may və oktyabr-noyabr aylarında Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik”, “Tarix”, “Kitabxanaçılıq və informasiya”,  Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları üzrə IV kurs tələbələrinin Nazirliyin tabeliyində olan muzeylərdə və kitabxanalarda, Naxçıvan Dövlət Universitetinin magistratura üzrə əyani şöbəsinin II kurs magistrantlarının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında təcrübə keçmələri təmin edilmişdir.

28 sentyabr-5 oktyabr tarixlərdə muxtar respublikada olan tarix-mədəniyyət abidələri haqqında sənədli film, video roliklər və s. hazırlanması üçün çəkiliş aparılması məqsədilə  Azərbaycan Respublikasının  Mədəniyyət Nazirliyinin çəkiliş qrupu Naxçıvanda olmuş, Naxçıvan şəhəri, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında olan abidələrdə foto və videoçəkilişlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. Nazirliyin sistemində fəaliyyət göstərən muzeylərdə və kitabxanalarda olan Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən rəsm əsərləri, kitab, məlumat və fotoşəkillərin siyahısı hazırlanmış, avqustun 31-də Nazirliyin təşkilatçılığı ilə klub müəssisələrinin əməkdaşları üçün “Qərbi azərbaycanlılardan Qərbi Azərbaycan bölgəsinə aid yer-yurd adlarının və folklor nümunələrinin toplanması işinin təşkili” mövzusunda seminar keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş və “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı sərgilər təşkil edilmişdir. Nazirliyin sistemində fəaliyyət göstərən muzey və kitabxanaların fondlarında erməni dilində kitab və eksponatların müəyyənləşdirilməsi ilə bağlı inventarizasiya aparılmışdır. 

Bundan əlavə, Nazirliyin sistemində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və rayon mədəniyyət saraylarının əməkdaşları tərəfindən muxtar respublikada  yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanmışdır. İl ərzində toplanmış materiallar istifadə üçün Azərbaycan Milli  Elmlər Akademiyası Naxçıvan Bölməsinə göndərilmişdir. İl ərzində Nazirliyin sistemində fəaliyyət göstərən mədəniyyət sarayları, mədəniyyət evləri və kitabxanalar tərəfindən kitab müzakirələri, biblioqrafik icmallar, görüşlər və digər maarifləndirici tədbirlər təşkil edilmiş, kitabxanaçı tövsiyələri və materiallar hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmışdır. Ümumilikdə Qərbi Azərbaycanla bağlı 15 tədbir keçirilmiş, 12 sərgi qurulmuşdur.

23-24 noyabr tarixlərdə keçirilən “Qərbi Azərbaycana qayıdış” Festival-Konqresin hazırlanıb keçirilməsi ilə bağlı iş aparılmış, Heydər Əliyev Sarayında Festivalın sərgisi hazırlanmış, Nazirliyin tabeliyində olan muzeylərdə mühafizə olunan Qərbi Azərbaycanla bağlı eksponatlar – Bəhruz Kəngərlinin qaçqınlar silsiləsindən rəsm əsərləri, Ümummilli Lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına hüquqi-siyasi qiymət verilməsi haqqında” 18 dekabr 1997-ci il tarixli 656 nömrəli Fərmanı, Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin Sədri İ.Stalinin 23 dekabr 1947-ci il tarixli 4083 №li Qərarı, 1948-ci ildə Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin ümumi planı, Köçürmə Siyasəti haqqında məlumat, 1948-1953-cü illərə aid köçürmə zamanı çəkilmiş  fotoşəkillər, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə Prezident İlham Əliyevin nitqi və s. festivalda sərgilənmişdir. Həmçinin Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələri, Qərbi Azərbaycan bölgəsində mövcud olmuş  daşınmaz tarix-mədəniyyət abidələrinin fotoşəkilləri və onlar haqqında məlumatlar, Qərbi Azərbaycanlılardan toplanmış məişət əşyaları, milli geyim, kəlağayı, əl işləri (tikmə, toxuma, xalçalar və s.), Qərbi Azərbaycana məxsus ornamentlər toxunan xalçalar nümayiş olunmuş, Qərbi Azərbaycanla bağlı çap məhsullarının sərgisi təşkil edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası, rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən Qərbi Azərbaycanla bağlı yallılar, saz havaları, mahnılar təqdim edilmişdir.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Teatrın kollektivi 28-30 sentyabr tarixdə qastrol səfərində olmuş, 29 sentyabr tarixdə Gəncə Dövlət Dram Teatrında Viktor Hüqonun “Edam məhkumunun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa göstərilmişdir. Teatrın direktoru Rza Xudiyev və aktyor Nəsimi Məmmədzadə 11-15 oktyabr tarixlərində İstanbulda Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak etmiş, Nəsimi Məmmədzadə Birliyin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi, Naxçıvan Teatrı isə Avrasiya Teatrlar Birliyinə üzv seçilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Türksoy Beynəlxalq Teatr Festivalı çərçivəsində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı fransız yazıçısı Viktor Hüqonun “Edam məhkumunun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşanı oktyabrın 30-da Sumqayıt Dövlət Milli Dram Teatrında, 31 oktyabrda  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında  tamaşaçılara təqdim etmişdir. Həmçinin teatrın kollektivi 20 noyabr tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının dəvəti ilə V.Hüqonun “Edama məhkumun son günü” tamaşası ilə Bakı şəhərində qastrol səfərində olmuşdur. Teatrın kollektivi 3 dekabr tarixdə İğdır Dövlət Teatrında M.A.Görgülünün “Cibimizdəki dəlilik”, 6 dekabr tarixdə İzmirdə, 11-ci Beynəlxalq Teatr Festivalında V.Hüqonun “Edama məhkumun son günü” adlı tamaşasını nümayiş etdirmişdir. İl ərzində  M.F.Axundovun “Lənkəran xanının vəzirinin sərgüzəştləri” və “Xilaskar”, plandankənar hazırlanan V.Hüqonun “Edama məhkumun son günü” tamaşalarına ictimai baxış keçirilərək teatrın repertuarına daxil edilmişdir. Həmçinin dövr ərzində Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” əsərlərinin məşqləri aparılmışdır.

Dövr ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Ş.Abutalıbovun “Qoğalın sərgüzəşti”, Ə.Abbasovun “Keçinin qisası”, V.Haqverdiyevin “Saçları səməni oğlan”, Y.Şvarsın “Qırmızı papaq”, A.Şaiqin “İnanmayaq tülkülərə”, G.Kərimovanın “Nəğməkar bülbül”, K.Ağayevanın “Tıq-tıq xanım” tamaşalarının bərpa məşqləri,  B.İskəndərlinin “Yalanlara inanmayaq”, V.Haqverdiyevin “Qarınqulu ayı balası” əsərləri əsasında hazırlanan tamaşaların məşqləri aparılmışdır. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il  münasibətilə şəhid,  qazi və aztəminatlı ailələrin uşaqları, valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan tədbirdə  Y.Şvartsın “Qırmızıpapaq”  tamaşası nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində  13 dekabrda M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Salyan  Dövlət Kukla Teatrında  Kəmalə Ağayevanın "Tık-tık" xanım tamaşasını nümayiş etdirmişdir.

Naxçıvan Dövlət Uşaq Teatrında N.Nəzərovanın “Mavi işıq”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, C.Məmmədquluzadənin “Saqqallı Uşaq”, T.Seyidovun “Bahar qızı küsüb” və N.Niftəliyevanın “NBŞ”, “Məzlum dovşan” və T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşaları səhnəyə qoyulmuş və məşqləri aparılmışdır. İl ərzində  Dövlət teatrları tərəfindən 203-ü bilet satışı ilə, 31-i xeyriyyə olmaqla, ümumilikdə 234 tamaşa nümayiş etdirilmiş, 10 yeni tamaşa hazırlanmışdır. Xalq teatrları tərəfindən 3 yeni tamaşa hazırlanmış, 6 tamaşa nümayiş etdirilmişdir.

17 mart 2023-cü il tarixdə Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının hazırladığı Mirzəağa Atəşin “Şərəfin sandığı” 3 pərdəli komediyası rayon ictimaiyyətinə  təqdim edilmişdir. Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının yazıçı-dramaturq Əhməd Orucun “Oğru” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa aprelin 6-da Ordubad Rayon Mədəniyyət Sarayında, 11 aprel tarixdə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində nümayiş olunmuşdur. Oktyabrın 10-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı tərəfindən Süleyman Sani Axundovun “Tamahkar”,  noyabrın 3-də Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrı tərəfindən Braziliya yazıçısı və dramaturqu G.Feqeyredonun “Ezop”,  noyabrın 28-də Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tərəfindən “Ana” əsərləri əsasında hazırlanan eyniadlı tamaşalar nümayiş olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyası müxtəlif tədbirlərdə konsert proqramları təqdim etməklə dövr ərzində kollektivlərin yeni repertuarlarının məşqləri aparılmışdır. 18 sentyabrda Naxçıvan Dövlət Milli Dram Teatrında “18 sentyabr Milli Musiqi Günü” ilə bağlı Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin konsert proqramı təşkil olunmuşdur. Bundan əlavə həmin kollektiv 25 sentyabr tarixdə Bakı şəhərində keçirilmiş “Üzeyir Hacıbəyli - XV Beynəlxalq Musiqi Festivalı”nda iştirak etmiş, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış etmişdir. 28-30 noyabr tarixlərdə Filarmoniyanın Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində konsert proqramı ilə çıxış etmişdir.   “Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev Sarayında “Təhsil Millətin gələcəyidir” adlı “ İbtidai sinif müəllimlərinin Naxçıvan forumu”nda, “Naxçıvan Palace”də, İ. Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən kişilər arasında voleybol üzrə “Həmrəylik kuboku” uğrunda muxtar respublika birinciliyinin bağlanış mərasimində konsert proqramları ilə çıxış etmişdir.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Nazirliyin Kollegiyasının 2023-cü il üçün iş planına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey Kompleksində uçot-mühafizə işinin vəziyyəti ilə bağlı  yoxlamalar aparılmışdır. 

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə muzeylər arasında ümumilikdə 12 interaktiv dərs keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey bələdçilərinin hazırlığına verilən tələblər”, “Muzeylərin ideya-tərbiyəvi əhəmiyyəti və həyata keçirilməsinin təşkili yolları”, “Muzey fondlarının tərkibi”, “Muzeylərdə topoqrafik siyahıların tərtib edilməsi qaydaları”, “Açıq səma altında nümayiş etdirilən eksponatların qeydiyyatı, uçota alınması və mühafizəsi”, “Təsviri sənət əsərlərinin uçot-mühafizəsi və onlara uçot nişanının vurulması qaydaları”, “Muzeylərə eksponat toplanması yolları və onların ilkin sənədləşmə qaydaları”, “Muzeylərdə açıq dərslərin təşkili və keçirilməsi”, “Çap əsərlərinin uçot–mühafizəsi və onlara uçot nişanlarının vurulması qaydaları”, “Muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında muzeylərin qarşılıqlı fəaliyyətinin rolu” və “Mədəni irsimizin qorunmasında muzeylərin rolu”    mövzularında olmaqla 11 seminar-treninq keçirilmişdir.

Hesabat dövründə ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin 4 rayon turu və muxtar respublika turu  keçirilmiş, Cəlil Məmmədquluzadənin anadan olmasının 154, Məhəmməd Tağı Sidqinin anadan olmasının 169 illiyi, Bəhruz Kəngərlinin doğum və anım günləri, Hüseyn xan Naxçıvanskinin anadan olmasının 160 illiyi,  Cəmşid Naxçıvanskinin anadan olmasının 128-ci ildönümü, Şahtaxtinskilər Muzeyinin, "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin, Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin, Məmməd Arazın Ev Muzeyinin, Məmməd Səid Ordubadinin Ev Muzeyinin yaradılmasının ildönümlərinə həsr olunmuş tədbirlər təşkil edilmişdir. Muzeylər tərəfindən 20 yanvar faciəsinin 33-cü, Xocalı soyqırımının 31-ci ildönümünə, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə,  “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə,  “15 Aprel – Dünya İncəsənət Günü”nə, “Molla Nəsrəddin” jurnalının 117-ci ildönümünə, “18 May - Beynəlxalq Muzeylər Günü”nə, “27 Sentyabr-Anım Günü”nə, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə, “Zəfər Günü”nə, “Dövlət Bayrağı Günü”nə və s. həsr olunmuş tədbir və açıq dərslər keçirilmiş, sərgilər qurulmuşdur. 

İl ərzində  ərzində muzeylərdə Nazirlik tərəfindən 30, muzeylər tərəfindən 118 tədbir keçirilmiş, 38 sərgi qurulmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, yanvar-sentyabr ayları ərzində rayon tarix-diyarşünaslıq muzeyləri əməkdaşlarının sakinlərlə 27 görüşü olmuşdur.

Muzey işinin təkmilləşdirilməsi məqsədilə muzeylərin əməkdaşlarına Naxçıvan Dövlət Tarix Muzeyində və C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində praktiki köməklik göstərilmişdir. 

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən Xatirə Muzeyində  “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir” və “31 Mart-Azərbaycanlıların Soyqırımı günü”, Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı – Cəlil Məmmədquluzadə”, Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı – qan yaddaşımız”, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Naxçıvanın muxtariyyəti tarixdə və bu günümüzdə”, Bəhruz Kəngərli Muzeyində “XX əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərli”, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan tarixi abidələr diyarıdır”, Heydər Əliyev Muzeyində  “Ömrünü vətənə həsr etmiş dahi şəxsiyyət – Heydər Əliyev”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı”, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində “Azərbaycan xalçaçılıq sənətinin tarixi” və s. mövzularda açıq dərslər keçirilmişdir. Muzeylərlə təhsil şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 360 açıq dərs və 256 mühazirə keçirilmişdir.

 “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 3713 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 5418, Facebook səhifələrində 5264 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 383, Facebook hesablarında isə 58 min 642 olmuşdur.

 Hesabat dövrü ərzində muzeyləri 373 min 94 nəfər yerli, 147 min 670 nəfər əcnəbi olmaqla, ümumilikdə 520 min 764 nəfər ziyarət etmiş, muzeylərə 1803 yeni və 1538 fondun yerdəyişməsi yolu ilə olmaqla, ümumilikdə, 3341 eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının 2023-cü il üçün iş planına əsasən Naxçıvan Şəhər və Babək Rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində çap məhsullarının uçotu işinin təşkili vəziyyəti ilə bağlı yoxlamalar aparılmışdır. 

İl ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 134 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü”, “21 Fevral – Beynəlxalq Ana dili Günü”, “26 Fevral - Xocalı soyqırımı”, “8 Mart - Beynəlxalq Qadınlar Günü”, Novruz bayramı,  “Beynəlxalq Uşaq Kitabı Günü”, “15 Aprel – Dünya İncəsənət Günü”, “23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü”, “1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun Milli Qurtuluş Günü”,  “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “Milli Musiqi Günü,  şair Q.Təbrizinin 455, şair, dramaturq, publisist A.Babayevin 98, şair və yazıçı A.N.Tolstoyun 140,  şair-dramaturq  İ.Səfərlinin 100, bəstəkar Q.Qarayevin 105, Xalq şairi Cabir Novruzun 90, yazıçı, şair, ssenarist Anar Rzayevin 85, coğrafiya elmləri doktoru Səfərəli Babayevin 100, tarixi romanlar müəllifi M.S.Ordubadinin 151, M.S.Ordubadinin anım günü, yazıçı İsa Muğannanın anadan olmasının 95, şairə Nigar Rəfibəylinin anadan olmasının 110, yazıçı Qasım Qasımzadənin anadan olmasının 100, şair Mikayıl Müşfiqin anadan olmasının 115, Lev Tolstoyun 195 illiyi, Xalq şairi Məmməd Arazın 90, Şair Əhməd Cəmilin 110 illik yubileyləri, “18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü”, “8 Noyabr Zəfər Günü”, “9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “17 noyabr Milli Dirçəliş Günü”, Ümummilli lider Heydər Əliyevin Anım Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, şair, publisist Zeynal Vəfanın anadan olmasının 85 illik yubileyi, şərqşünas, tarixçi Ziya Bünyadovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. İl ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 420  tədbir keçirilmiş, 647 sərgi qurulmuşdur.

Yanvar–dekabr ayları ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və  rayon (şəhər) MKS-lər tərəfindən “Mütaliə Günü” ilə bağlı 115,  “Kitabxanaçı Günü” münasibətilə 95, “Kitabxana Günü” münasibətilə 119, “Oxucu Günü” ilə əlaqədar 9, “Nağıl Günü” ilə bağlı 434 tədbir keçirilmişdir.

Hesabat dövründə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 14,  MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 285 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 299 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 23 adda 184,  A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 12 adda 96 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması,  paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. İl ərzində 1390 material hazırlanmış, sosial şəbəkə hesablarında 4046 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 963, Facebook səhifələrində 19 min 286 olmuşdur.

Yanvar-dekabr aylarında Nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 8 adda 106 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 26 adda 661 nüsxə, Naxçıvanşünaslıq Mərkəzindən 3585 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 4693 adda 7056 nüsxə çap məhsulu daxil olmuşdur.

İl ərzində kitabxanalarda yeni oxucu sayı 13 min 849, oxucu gəlişi 103 min 485, kitab verilişi isə 641 min 751 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 1357 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 364-ə çatdırılmışdır.

Şəbəkəyə 600 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 808-ə çatdırılmışdır. İl ərzində elektron kitabxananın lokal şəbəkəsindən 4789 oxucu,  qlobal şəbəkədən  302 olmaqla, ümumilikdə 5091 oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 1406 tədbir keçirilmişdir.

İl ərzində klub müəssisələrinin fəaliyyəti diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Martın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda “Klub müəssisələrində mədəni kütləvi tədbirlərin və özfəaliyyət dərnəklərinin sənədləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Mədəniyyət üzrə Elmi Metodik Mərkəz, Heydər Əliyev Sarayı və rayon (şəhər) mədəniyyət saraylarının əməkdaşları iştirak etmişdir.

May ayında 2022-ci il ərzində mədəniyyət evləri və klubların əməkdaşları tərəfindən toplanmış folklor nümunələri ümumiləşdirilərək istifadə üçün AMEA Naxçıvan Bölməsinə göndərilmişdir.

Hesabat dövründə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü”, “2 Fevral – Gənclər Günü”, “26 Fevral – Xocalı Soyqırımı”,  “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “21 Mart – Novruz Bayramı”, akademik Zərifə Əliyevanın 100 illik yubileyi, “15 Aprel – Dünya İncəsənət Günü”,  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, “28 May – Müstəqillik Günü”, “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”, “15 İyun – Milli Qurtuluş Günü”, “26 İyun – Silahlı Qüvvələr Günü”, Babək Rayon Mədəniyyət İdarəsi tərəfindən “Babək Rayon Xalq Teatrının yaradılmasının 14-cü ildönümü”, Xalq artisti Ramiz Əzizbəylinin 75 illiyi, "Milli Mətbuat və Jurnalistika Günü", “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “2 Avqust – Milli Kino Günü”,  II Qarabağ müharibəsi şəhidi, leytenant Şükür Hacıyevin anadan olmasının 24 illiyi”, “18 Sentyabr – Milli Musiqi Günü”, “27 Sentyabr – Anım Günü”, “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”, Xalq şairi Məmməd Arazın 90 illik yubileyi, “8 Noyabr Zəfər Günü”, “9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “17 noyabr Milli Dirçəliş Günü”, “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü”   və s. münasibətilə müxtəlif tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Dövr ərzində əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 273 tədbir keçirilmiş, 110 sərgi qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində  xüsusi kateqoriyadan olan uşaqlar üçün təşkil olunan “Yay məktəbi”nin iştirakçıları qarşısında Şahbuz Rayon Mədəniyyət Şöbəsinin instrumental ansamblı  konsert proqramı ilə çıxış etmiş,  Babək Rayon Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər “Gənclik” Mərkəzində şəhid Vəlizadə İbrahim Malik oğlunun “Mənim atam qəhramandır” adlı anım tədbiri keçirilmişdir.

İl ərzində  Heydər Əliyev Sarayı tərəfindən 22 adda 176 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Hesabat dövründə Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği məqsədilə Nazirlik tərəfindən müxtəlif dillərdə 4 material hazırlanaraq klub müəssisələrinin sosial şəbəkə hesablarında paylaşım üçün təqdim edilmişdir. Yanvar-sentyabr aylarında rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 1962 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 823 paylaşım edilmiş, 9 min 478 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 1139 paylaşımın 10 min 499 izləyicisi olmuşdur.

Dövr ərzində Elmi-Metodik Mərkəz tərəfindən Şahtaxtı Kənd Mədəniyyət Evində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – Qan yaddaşı”, Sədərək Kənd Mədəniyyət Evində “26 Fevral – Xocalı Soyqırımı”na həsr olunmuş “Əsrin faciəsi” və s. tədbirlər keçirilmiş, Kəngərli rayonunun Çalxanqala və Yeni Kərki, Şahbuz Rayonunun Ayrınc, Babək rayonunun Kərimbəyli və Yarımca kənd mədəniyyət evlərinin əməkdaşlarına əməli köməklik göstərilmişdir.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 13 tədbir keçirilmiş, Qərbi Azərbaycan adət-ənənələri ilə bağlı 2 ssenari mətni hazırlanmış, Muxtar respublikada məskunlaşan Qərbi Azərbaycanlılardan folklor nümunələri və toponimlər toplanmış, 13 kənd mədəniyyət evinin əməkdaşlarına əməli köməklik göstərilmişdir. Mərkəzin sosial şəbəkə hesablarında 308 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1031, Facebook səhifəsində izləyicilərinin sayı isə 1076 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 354 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən dövr ərzində 14866 manatlıq 167 adda 1306 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti yanvar-dekabr aylarında diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən 19-26 mart tarixlərində Novruz bayramı ilə əlaqədar “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində təşkil olunmuş Novruz şəhərciyində 23-ü çizgi filmi, 8-i isə bədii film olmaqla, ümumilikdə 31 film nümayiş olunmuşdur.

Dövr ərzində Naxçıvan şəhər, Culfa, Sədərək, Ordubad və Şahbuz rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turları, 5 may tarixində  isə muxtar respublika birinciliyi keçirilmişdir.

Naxçıvan  Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan  Müəllimlər İnstitutunun bir qrup tələbəsi arasında  və Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Dövlət Film  Fondunun  birgə  təşkilatçılığı  ilə Gənclər Mərkəzində gənclər arasında “Bu kino ki var...”  adlı 2 kinoviktorina keçirilmişdir.

Həmçinin yanvar-noyabr ayları ərzində Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi 22, dekabr ayında isə bu layihə “Kinoman” adı ilə 4  dəfə olmaqla, ümumilikdə 26 dəfə efirdə olmuşdur.

Film Fond tərəfindən yanvar-dekabr ayları ərzində 9 tədbir keçirilmiş,  Hərbi Liseyin kursantları üçün 51 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 13 film, “Heydər Əliyev ili” ilə bağlı 4 film  və digər tədbirlərdə isə 55 film  olmaqla, ümumilikdə 123 film nümayiş olunmuşdur.

Dövr ərzində çəkilmiş materiallarla bağlı 28 material hazırlanmışdır. Həmçinin  sosial şəbəkə hesablarında paylaşılmaq üçün 1591 material hazırlanmış, 3182 paylaşım edilmiş, 1729 izləyici sayı olmuşdur.

Dövr ərzində müəssisəyə 48 film, 5 kitab və 10 jurnal daxil olmuş,  23 film nüsxələnərək nüsxələnərək müxtəlif təşkilatlara verilmiş, nazirliyin sisteminə daxil olan müəssisə və təşkilatlarda saxlanılan filmlərin və onların nümayişinin qeydiyyatının aparılması və pasportlaşdırılması, həmçinin filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Təsdiq olunmuş qrafikə uyğun olaraq fevralın 17-də təhsil müəssisələrində çalışan istedadlı müəllimlər tərəfindən Çalxanqala Kənd Uşaq Musiqi Məktəbində, 30 mart tarixdə isə Sədərək Rayon Uşaq Musiqi Məktəbində müxtəlif ixtisaslar üzrə ustad dərslər təşkil olunmuşdur. uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ve Yeni il münasibətilə 26 konsert keçirilmişdir.

Dövr ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə “Gənclik, mədəniyyət, musiqi” və “Gənclik və mədəniyyət” adlı diskussiyalar, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İnsan öz zamanını yaradır”, “Daxili potensialını kəşf et” adlı təlimlər, “Psixoloji atmosfer” adlı təlim diskussiya,  “Tanımadığımız tanışlar” adlı maarifləndirici tədbir, “Mədəniyyətdən bir parça: Retro” adlı musiqili yarış keçirilmiş, “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibəti ilə “20 Yanvar 1990” filmi və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Suyun səsi” filmi, Milli Musiqi Günü münasibətilə “Pianoçu” filmi nümayiş etdirilmiş,  Sədərək rayon gənclərinin iştirakı ilə Anarın “Şəhidlər dağı” əsərinin müzakirəsi, “18 Aprel – Beynəlxalq Tarixi Yerlər və Abidələr Günü” münasibəti ilə gənclərin Ordubad rayonuna ekskursiyası və Naxçıvan Gənclər Fondunda “Yaşa və öyrən” bilik yarışı, “Gənclik və mədəniyyət” adlı dəyirmi masa, Naxçıvan şəhərindəki “Luna kafedə” Naxçıvan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblının gənclər üçün “Retro” adlı musiqili tədbiri keçirilmişdir.

May-sentyabr ayları ərzində Nazirliyin yeni "nculture.gov.az" internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış, yeni sayt “gov.az” zonasına köçürülmüş, yenilənmiş internet səhifəsinin maksimal təhlükəsizliyi, kiber hücumlara, piratlara və potensial hücumlara qarşı müdafiəsi üçün SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması üçün «CYBER ON» MMC  şirkəti ilə müvafiq müqavilə bağlanmışdır. Sentyabrın 6-da Mədəniyyət Nazirliyinin yeni saytının təqdimatı olmuşdur.

Nazirliyin "nculture.gov.az" rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. İl ərzində səhifəyə 254 xəbər, 67 məqalə olmaqla, ümumilikdə 321 material işlənmişdir.

Nazirliyin Youtube kanalına hesabat dövründə 8 videomaterial yerləşdirilmiş, bu günədək 4 min 500 abunəçi, 754 min 822 izlənmə sayı olmuşdur.

Noyabr ayında Nazirliyin yeni X (twitter) hesabı yaradılmış, dövr ərzində 9 paylaşım edilmişdir.

2023-cü il ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Ötən dövrdə Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 700-ə çatmış, 898 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 320 olmuş, səhifədə 1087 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 152  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 949 nəfər olmuşdur.

İl ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmiş, media vasitələrində müxtəlif xarakterli xəbər və məqalələr dərc olunmuşdur. . Belə ki, “Şərq qapısı” qəzetində 145, şəhər və rayon qəzetlərində 9 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 57, digər informasiya agentliklərində 218 məqalə yerləşdirilmişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı  90 xəbər süjeti efirə verilmişdir.

İl ərzində Nazirliyin sistemində fəaliyyət göstərən müəssisələr üzrə 17 müəllifin  55 məqaləsi müxtəlif KİV nümunələrində çap olunmuşdur.

            Naxçıvan Televiziyası və radiosunun hazırladığı verilişlərdə Nazirliyin və Nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşlarından 43 nəfər müsahibə verib, 13 nəfər verilişlərdə iştirak edib. Bundan əlavə, 2 nəfər Real tv üçün,  1 nəfər Türkiyənin “Son mühür”,1 nəfər “Yeni gün” Tv kanalları üçün, 4 nəfər Apa TV, 5 nəfər AzTv, 1 nəfər-Anadolu Agentliyi üçün,  3 ARB kanalı, 3 nəfər Mədəniyyət TV üçün müsahibə vermişdir. Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Naxçıvan televiziyasının “Mizrab” verilişində, Ərtoğrul Cavid adına Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri “Günaydın” proqramında iştirak etmişlər. Naxçıvan Televiziyasının Su çərşənbəsinə həsr olunmuş bayram buraxılışında Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrin 45 nəfər əməkdaşı iştirak etmişdir. Azərbaycan televiziyasının Novruz bayramına həsr olunmuş “Oğuz elinin Novruzu: Naxçıvan” verilişində rayon (şəhər) mədəniyyət idarə və şöbələrinin kollektivləri geniş şəkildə iştirak etmişlər.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri səkkiz ay ərzində də davam etdirilmişdir. Belə ki, 2023-cü il ərzində Nazirliyə 475-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 1755 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 520-si İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 921 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 1273 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 352 nəfər işə qəbul edilmişdir.

2023-cü il ərzində Nazirliyin 8 kollegiya iclası keçirilmiş və 11 məsələ müzakirə edilmişdir.