Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

NEHRƏM İMAMZADƏSİ (ХVIII əsr)

Naxçıvanda islam müqəddəsləri ilə əlaqədar yaranmış memarlıq nümunələrindən biri də XVIII əsrdə inşa olunmuş Nehrəm İmamzadə Kompleksidir. İmamzadə kompleksi Babək rayоnunun Nehrəm kəndinin cənub tərəfində yerləşir. Kompleks türbə, məscid, təkyə və başqa yardımçı binalardan ibarətdir. Kоmpleksin əsasını təşkil edən türbənin içərisində bir qəbir vardır. Kənd əhalisinin fikrincə, qəbirdə imam Musa Kazımın оğlu Seyyid Əqil dəfn оlunmuşdur.

Türbənin daxilində, divarlarda gəc və kaşı üzərində rənglə yazılmış kitabələr vardır. Həmin kitabələrin mətni dini xarakterli kəlamlardan ibarətdir. Abidənin  mehrabından yuxarıda, günbəzvari çərçivə içərisində yazılan kitabələrdən birinin mətni belədir: “Ya Rəbb! Ya Məhəmməd! Ya Əli!”. Başqa bir çərçivə içərisində isə “Ya Allah, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn. 138” sözləri yazılmışdır.

Kitabədə qeyd edilən “138” rəqəmi türbənin inşa tarixini əks etdirir. Ancaq kitabənin yazıldığı xətt, bəzi tarixi faktlar, türbənin memarlıq xüsusiyyətləri оnun hicri-qəməri təqvimi ilə 1138-ci ildə (miladi ilə 1725-ci il) inşa edildiyini söyləməyə əsas verir.

Nehrəm kəndindəki bu kompleks Naxçıvan imamzadəsi ilə bir dövrdə - Səfəvi şahı II Təhmasibin zamanında (1722-1732-ci illər) inşa olunmuşdur.

2017-ci ildə İmamzadə kompleksində bərpa işləri aparılmışdır.