Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn noyabr ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin noyabr ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin kollektivi və Nazirliyə tabe müəssisələrin əməkdaşları tərəfindən Naxçıvan şəhərində Zəfər Abidəsi, Şəhidlər Xiyabanı, türk ordusunun şəhid olmuş əsgərinin xatirəsinə ucaldılmış abidəsi və Naxçıvan şəhər qəbiristanlığında şəhid məzarları ziyarət edilmişdir.

  Noyabrın 7-də isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberqin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov ilə görüşü keçirilmiş, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Mikael Silkeberqin müəllifi olduğu “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunmuşdur.

Noyabrın 8-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə “Milli qürur günümüz” adlı konsert proqramı keçirilmişdir.

Noyabrın 29-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin Natiq Qasımov haqqında çəkilmiş “Oğul” filmi nümayiş olunmuşdur.

Hesabat ayında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş davam etdirilmişdir.

Belə ki, Heydər Əliyev Muzeyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması işi davam etdirilmişdir. Noyabrın 20-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil Nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  birgə təşkilatçılığı ilə “20 noyabr-Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə tədbir keçirilmiş, tədbirdə Naxçıvan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış etmişdir.

 29 noyabr tarixdə Heydər Əliyev   ili çərçivəsində  Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının Sədərək Rayon Mədəniyyət Sarayında konserti olmuş, 28-30 noyabr tarixlərdə Filarmoniyanın Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Trabzon şəhərində konsert proqramı ilə çıxış etmişdir.   

16 noyabr tarixdə Naxçıvan Şəhər MKS Naxçıvan Şəhər Mədəniyyət İdarəsi ilə birgə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi”  adlı tədbir, 20 noyabr tarixdə Sədərək Rayon MKS “Qobustan” jurnalının əməkdaşları  ilə birgə jurnalın “Ümumilli Lider Heydər Əliyevə həsr olunmuş xüsusi nömrəsinin müzakirəsi”  adlı onlayn tədbir təşkil etmişlər.       “Heydər Əliyev ili” ilə bağlı noyabr ayı ərzində kitabxanalar tərəfindən ümumilikdə, 1-i onlayn olmaqla 2 tədbir keçirilmişdir.

Noyabrın 20-də Sədərək Rayon Mədəniyyət Sarayında Ümummilli liderin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi,  noyabrın 21-də Culfa Rayon Mədəniyyət Sarayında Ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1992-ci il noyabrın 21-də YAP-nın yaradılması ilə bağlı “Dünənin, bu günün və gələcəyin partiyası”,  Babək Rayon Mədəniyyət Sarayında  22 noyabr tarixdə  “Dahi rəhbər filmlərdə yaşayır və yaşayacaq” və 30 noyabr tarixdə “Azərbaycan kinematoqrafiyasının dirçəlişində Heydər Əliyevin rolu”   adlı tədbirlər keçirilmişdir. Noyabr ayı ərzində mədəniyyət sarayları tərəfindən “Heydər Əliyev ili” ilə bağlı 4 tədbir təşkil edilmişdir.

“Heydər Əliyev ili” ilə bağlı noyabr ayı ərzində ümumilikdə, 1-i onlayn olmaqla 9 tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən dövr ərzində bir sıra işlər görülmüşdür. Təfsilatlı Tədbirlər Planının 8.5.3.1.2., 8.10.2.1.1., 8.10.2.1.3., 8.10.2.1.4. və 8.10.2.1.6. maddələrinin icrası ilə əlaqədar aid qurumların mütəxəssislərindən ibarət komissiyanın yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə müraciət edilmiş və Qərar layihəsi hazırlanmışdır.

Naxçıvan şəhərində muzey mərkəzinin tikilməsinin layihələndirilməsi, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binaların tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması, Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı hazırlanmış layihə tapşırıqlarına rəy verilməsi, eyni zamanda Təfsilatlı Tədbirlər Planında əsas icraçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi olan yarımbəndlərinin icrası ilə bağlı qarşılıqlı iş aparılması barədə həmin quruma müraciət edilmişdir.

Təfsilatlı Tədbirlər Planının 8.10.2.2.3. bəndinin icrası ilə bağlı - Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə hazırlanmış siyahılar üzrə avadanlıqların, malların və xidmətlərin satın alınmasını həyata keçirmək üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq şirkətlərə rəsmi qaydada müraciətlər ünvanlanmışdır. Malların, xidmət və avadanlıqların ehtimal dəyəri müəyyən edilmiş, müvafiq iş aparılmışdır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il üçün nəzərdə tutulan Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə lazım olan kompüter və avadanlıqların satınalınması ilə əlaqədar, Naxçıvan Dövlət Filarmoniyasının və “Şərur” Xalq Yallı Ansamblının kollektivləri üçün səhnə geyimlərinin  satınalınması üzrə,  uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə, Naxçıvan Dövlət Filarmoniyasına və Naxçıvan Dövlət Uşaq Filarmoniyasına ehtiyac olan musiqi aləti və texniki avadanlıqların satın alınması, yerində quraşdırılması və sazlanmasi üzrə  və Nazirliyin tabeliyindəki mədəniyyət müəssisələrinə ehtiyac olan səs və işıq avadanlıqlarının satınalınması üzrə “etender.gov.az” portalı vasitəsilə açıq tender elan olunmuşdur.  

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyul tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ilin noyabr ayı ərzində Qərbi Azərbaycan məsələsi ilə bağlı işin aparılması diqqətdə saxlanılmışdır. Mədəniyyət evləri tərəfindən  Qərbi azərbaycanlı sakinlərdən yer adları və folklor nümunələri toplanmışdır.

23-24 noyabr tarixlərdə keçirilən “Qərbi Azərbaycana qayıdış” Festival-Konqresin hazırlanıb keçirilməsi ilə bağlı iş aparılmış, Heydər Əliyev Sarayında Festivalın sərgisi hazırlanmış, Nazirliyin tabeliyində olan muzeylərdə mühafizə olunan Qərbi Azərbaycanla bağlı eksponatlar – Bəhruz Kəngərlinin qaçqınlar silsiləsindən rəsm əsərləri, Ümummilli Lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasına hüqquqi-siyasi qiymət verilməsi haqqında” 18 dekabr 1997-ci il tarixli 656 nömrəli Fərmanı, Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin Sədri İ.Stalinin 23 dekabr 1947-ci il tarixli 4083 №li Qərarı, 1948-ci ildə Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-ə köçürülməsinin ümumi planı, Köçürmə Siyasəti haqqında məlumat, 1948-1953-cü illərə aid köçürmə zamanı çəkilmiş  fotoşəkillər, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə Prezident İlham Əliyevin nitqi və s. festivalda sərgilənmişdir. Həmçinin Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələri, Qərbi Azərbaycan bölgəsində mövcud olmuş  daşınmaz tarix-mədəniyyət abidələrinin fotoşəkilləri və onlar haqqında məlumatlar, Qərbi Azərbaycanlılardan toplanmış məişət əşyaları, milli geyim, kəlağayı, əl işləri (tikmə, toxuma, xalçalar və s.), Qərbi Azərbaycana məxsus ornamentlər toxunan xalçalar nümayiş olunmuş, Qərbi Azərbaycanla bağlı çap məhsullarının sərgisi təşkil edilmişdir. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası, rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən Qərbi Azərbaycanla bağlı yallılar, saz havaları, mahnılar təqdim edilmişdir.

8 Noyabr Zəfər Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordunun  Naxçıvan Muxtar Respublikası ərazisində dislokasiya olunmuş hərbi hissə və bölmələrinin əsgər və zabitlərinə şəhər və rayon mədəniyyət idarə və şöbələrinin musiqi kollektivləri tərəfindən 11 konsert proqramı təqdim edilmişdir.

Dövr ərzində konsert tamaşa müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılmışdır. Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri əsasında səhnələşdirilən tamaşaların məşqləri aparılmışdır.

Qeyd olunanlarla yanaşı 4, 11, 25 və 28 noyabr tarixlərdə M.Bədirzadənin “Qaynana əməliyyatı”, V.Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Pərvin Ünalpın “Spiral” əsərləri bilet satışı ilə stasionarda nümayiş etdirilmişdir. Həmçinin teatrın kollektivi 20 noyabr tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının dəvəti ilə V.Hüqonun “Edama məhkumun son günü” tamaşası ilə Bakı şəhərində qastrol səfərində olmuşdur.

Ay ərzində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası” və C.Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırlanan tamaşaların məşqləri aparılmış, 8 noyabrda Əyyub Abbasovun səhnələşdirdiyi “Keçinin qisası”, 9 noyabrda Arzu Soltanın “Qırmızı, Yaşıl, mavi”, 10 noyabrda Şirzad Abutalıbovun “Buratino”, 11 noyabrda K.Ağayevanın “Göyçək Fatma”, 18 noyabrda Əyyub Abbasovun “Keçinin qisası”, 25 noyabrda isə E.Şvartsın “Qırmızı papaq”  tamaşaları stasionarda bilet satışı ilə nümayişi olmuşdur. Teatrda bilet satışı ilə 12 tamaşa nümayişi olmuşdur.

Naxçıvan Dövlət Uşaq Teatrında K.Çukovskinin “Doktor Aybolit” və V.Rzayevin “Cəsur Dovşan” tamaşalarının məşqləri aparılmışdır.

Dövlət teatrları tərəfindən 16-ı bilet satışı ilə, 1-i xeyriyyə olmaqla, ümumilikdə 17 tamaşa oynanılmışdır.

Noyabrın 3-də Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrı tərəfindən Braziliya yazıçısı və dramaturqu G.Feqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın, noyabrın 28-də Ordubad Rayon Mədəniyyət Sarayında Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı tərəfindən “Ana” tamaşasının nümayişi olmuşdur.

Naxçıvan Dövlət Filarmoniyası tərəfindən noyabr ayında bir sıra işlər görülmüşdür. Belə ki, 01 noyabr tarixdə “Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyi”, “İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi” və “Zəfər Günü” ilə bağlı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Mahnı və Rəqs Ansamblının, Naxçıvan Dövlət Uşaq teatrında isə “Anam kələğayılı bir muğamdır” kitabının təqdimatı ilə bağlı filarmoniyanın  rəqs qrupunun  konsert proqramı olmuşdur. Bundan əlavə Naxçıvan Şəhər Gənclik Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun, solistlərinin, Naxçıvan Şəhər Qarnizonunun “Zabitlər Evi”ndə  isə  Mahnı və Rəqs Ansamblının konsert proqramları təqdim edilmişdir.

24  noyabr tarixdə “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivlərinin Heydər Əliyev Sarayında çıxışı olmuşdur.

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə noyabrın 14-də Naxçıvan Dövlət Tarix Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey əməkdaşlarının peşə biliklərinin artırılmasında muzeylərin qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda seminar-treninq təşkil olunmuşdur.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, 15 noyabr tarixdə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şərur rayon Çərçiboğan kəndi, 21 noyabr tarixdə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Şahtaxtı kənd mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 2  görüşü təşkil olunmuşdur.

07 noyabr tarixdə Culfa və Şahbuz rayon tarix-diyarşünaslıq muzeylərində “Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbirlər keçirilmişdir.

17 noyabr tarixdə Cəmşid Naxçıvanski Muzeyində “1918-1920-ci illərdə Naxçıvanın müdafiəsinin təşkili, Araz-Türk Respublikası” mövzusunda tədbir keçirilmişdir.

   Muzeylərlə təhsil şöbələri arasında 2023-2024-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda  açıq dərs və  mühazirələr keçirilmişdir. Ay ərzində ümumilikdə 34 açıq dərs və 21 mühazirə keçirilmişdir.

Noyabr ayında muzeylərdə Nazirlik tərəfindən 1, muzeylər tərəfindən 5 tədbir keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.   

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 349 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Noyabr ayı ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 419, Facebook səhifələrində 432 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 33 min 316, Facebook hesablarında isə 59 min 318 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 30 min 244 nəfər yerli, 16 min 87 nəfər əcnəbi olmaqla, ümumilikdə 46 min 331 nəfər ziyarət etmiş, muzeylərə 57 yeni eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası “Naxçıvan” Universitetində  Qərbi Azərbaycanın tarixinə həsr edilmiş yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” kitabının müzakirəsini təşkil etmiş, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında Naxçıvan Yazıçılar Birliyinin üzvləri və oxucularla  birgə “Oxucu nəyi oxumaq istəyir” mövzusunda görüş təşkil olunmuşdur.

Hesabat dövründə kitabxanalar tərəfindən “8 Noyabr Zəfər Günü”, “9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”, “17 noyabr Milli Dirçəliş Günü”, yazıçı, drammaturq İmran Qasımovun anadan olmasının 105 illiyi ilə əlaqədar tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

20 oktyabr-20 noyabr “Uşaq hüquqları aylığı” ilə əlaqədar maarifləndirmə, təbliğat və təşviqat tədbirlərinin keçirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, 15 noyabr tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən “Xoşbəxt uşaqlar xoşbəxt gələcək deməkdir”, Şahbuz Rayon MKS-nin Uşaq Kitabxanası tərəfindən “Uşaqlar bu günün sabahı, sabahın ümidləridir”,  16 noyabr  tarixdə Culfa Rayon MKS-nin Uşaq Kitabxanası tərəfindən  “Uşaqlar sağlam gələcəyin təməlidir”, Kəngərli Rayon MKS-nin Uşaq şöbəsi tərəfindən  “Uşaq hüquqlarının müdafiəsi gələcəyimizin təminatıdır”, 17 noyabr 2023-cü il tarixdə Sədərək Rayon MKS-nin Uşaq şöbəsi tərəfindən  “Uşaqların hüquqlarını qoruyaq və hüquqlarını qorumağı öyrədək” adlı maarifləndirici tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. “Şuşa ili” ilə bağlı kitabxanalarda 2 tədbir keçirilmişdir.

Noyabr ayında kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 39 tədbir keçirilmiş, 54 sərgi qurulmuşdur.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 9 kitab müzakirəsi keçirilmişdir.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Müəllimlər İnstitutunda “Vətənpərvərlik hisslərinin aşılanmasında mütaliənin rolu”     mövzusunda, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə Naxçıvan şəhər 5 №li tam orta məktəbdə “Mütaliə ruhun mənəvi qidasıdır” adlı maarifləndirici tədbir keçirilmişdir. Oxucuları mütaliəyə cəlb etmək məqsədilə Culfa Rayon MKS tərəfindən “Kitab bilik mənbəyidir” devizi altında şəhər və kənd tam orta məktəblərdə səyyar kitab sərgiləri təşkil edilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 8   tədbir təşkil edilmişdir.

“Kitabxanaçı Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Kütləvi tədbirlərin keçirilməsi və sənədləşdirilməsi” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə “Kitabxanaya daxil olan çap əsərlərinin uçotu və dövriyyəsi” mövzusunda məşğələ keçirilmişdir. “Kitabxanaçı Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü”ndə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən İmran Qasımovun anadan olmasının 105 illik yubileyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında isə İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” kitabının oxucularla müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 9 tədbir təşkil edilmişdir.

Noyabr  ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 33 tədbir keçirilmişdir.

Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Culfa Rayon MKS-nin əməkdaşları, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasında isə Culfa Rayon MKS-nin Uşaq Kitabxanasının əməkdaşları üçün təcrübə məşğələsi keçirilmişdir.

Həmçinin M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları Ordubad Rayon MKS-də, A.Babayev adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları isə Ordubad Rayon MKS-nin Uşaq Kitabxanasında ezamiyyədə olmuşlar.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 23 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri, kitabxananın fondunda olan Qərbi Azərbaycanın tarixi abidələri, mədəniyyəti və s. ilə bağlı aktual əhəmiyyətli kitablar haqqında materialların hazırlanması, paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 165 material hazırlanmış, sosial şəbəkə hesablarında 314 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 10 min 925, Facebook səhifələrində 19 min 111olmuşdur.

Noyabr ayında kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 83 adda 116 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 658, oxucu gəlişi 7 min 95, kitab verilişi isə 40 min 19 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 109 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 349-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 758-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan lokal şəbəkədən 397, qlobal şəbəkədən 101 olmaqla, 498  oxucu istifadə etmişdir.

Dövr ərzində kitabxanalarda 1-i onlayn olmaqla 101 tədbir keçirilmişdir.

Noyabr ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində 8 Noyabr – Zəfər Günü”, “9 Noyabr – Dövlət Bayrağı Günü”, “12 Noyabr – Konstitusiya Günü”, “17 Noyabr – Milli Dirçəliş Günü”, “20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü” və s. əlamətdar tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir. “Naxçıvan Şəhər 3 nömrəli Mədəniyyət Evinin təşkilatçılığı ilə şəhid ailələri ziyarət edilmiş, Şahbuz Rayon Mədəniyyət Sarayı tərəfindən “Ordumuzun zəfər yolu”, Kəngərli Rayon Mədəniyyət Sarayında “Zəfər Günü”, Babək Rayon Mədəniyyət Sarayı tərəfindən “Azərbaycan Respublikasının Bayraq Günü” və s. adlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur. Noyabr ayında əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 24 tədbir keçirilmiş, 9 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən İslam Rzayevin yaradıcılığına dair 1 adda 8 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

Ay ərzində rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 180 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 76 paylaşım edilmiş, 5 min 871 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 104 paylaşımın 7 min 860izləyicisi olmuşdur.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Qərbi Azərbaycan adət-ənənələri ilə bağlı 2 ssenari mətni hazırlanmışdır. Mərkəzin sosial şəbəkə hesablarında 8 paylaşım edilmiş, İnstagram səhifəsində izləyicilərinin sayı 1028, Facebook səhifəsində izləyicilərinin sayı isə 1075 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz, mədəniyyət sarayları, mədəniyyət evləri və klublarda 31 tədbir keçirilmişdir.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay  ərzində 1 min 143 manatlıq 18 adda 101 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu tərəfindən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına ay ərzində “Hədəf Bakıdır” , “Şuşa, sən azadsan !”, “Kod adı: Yaşma”, “Görünməyən qəhrəmanlar-DTX”, “Dolu”, “Qanlı zəmi”, “Axırıncı aşırım”, “Biz  qayıdacağıq” və “Yeddi oğul istərəm”  filmləri nümayiş olunmuşdur.

Ümumtəhsil məktəblərinin  şagirdlərinə  Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi diqqətdə saxlanılmış, 3 oktyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 4, 5 və 6 nömrəli tam orta məktəblərin şagirdlərinə “Buta” filminin nümayişi təşkil olunmuşdur.

“ 8 Noyabr Zəfər Günü” ilə bağlı 6 noyabr tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Tibb Kollecinin  tələbələrinə “Biz” filminin, 7 noyabr tarixdə isə Naxçıvan Müəllimlər İnstitunda tələbələr üçün “Şuşa, sən azadsan!” filminin nümayişi təşkil olunmuşdur.

20 noyabrda Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinə “Ögey ana” filminin və 22 noyabr tarixdə Babək Rayon Mədəniyyət Sarayında “Dahi rəhbər filmlərdə yaşayır və yaşayacaq” başlığı altında keçirilmiş tədbirdə  “Lider” sənədli filminin nümayişi təşkil olunmuşdur.

Ay ərzində iki dəfə Naxçıvan radiosunda “Bu kino ki var...” layihəsi efirdə olmuşdur.

Film Fond tərəfindən ay ərzində əlamətdar və tarixi günlərlə bağlı 2 film,  Hərbi Liseyin kursantları üçün14 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 1 film və digər tədbirlərdə 2 film olmaqla, ümumilikdə 19 film nümayiş olunmuşdur. Sosial şəbəkə hesablarında paylaşım üçün 150 material hazırlanmış, 300  paylaşım edilmiş, 1699 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Hesabat dövrü ərzində gənclərlə iş sahəsi də diqqətdə saxlanılmış, 10 noyabr tarixdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvləri və Gənclər və  İdman Nazirliyinin könüllüləri üçün Naxçıvan Müəllimlər İnstitutunun psixoloqu Ayxan Hüseynlinin iştirakı ilə “Psixoloji atmosfer” adlı təlim diskussiya keçirilmişdir.

Nazirliyin nculture.gov.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 24 xəbər, 6 məqalə olmaqla, ümumilikdə 30 material işlənmişdir.

Nazirliyin Youtube kanalına 1 videomaterial yerləşdirilmiş, kanalın 4 min 310 abunəçi, 721 min 345 izlənmə sayı olmuşdur.

Noyabr ayında nazirliyin yeni X (twitter) hesabı yaradılmış, ay ərzində 4 paylaşım edilmişdir.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Noyabr ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 655-ə çatmış, 64 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nmr_medeniyyet_nazirliyi” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 8 min 160 olmuş, səhifədə 99 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində 5  paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 947 nəfər olmuşdur.

Noyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti tərəfindən muxtar respublikada keçirilən mədəni tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır. Belə ki, “Şərq qapısı” qəzetində 12, “NUHÇIXAN” İnformasiya Agentliyinin saytında 5, digər informasiya resurslarında 22 xəbər materialı yer almışdır.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahovanın “Azərbaycanın tarixinə yazılan möhtəşəm gün” və “Ulu keçmişimdən süzülüb gələn yurd həsrəti”  adlı məqalələri “İki sahil” qəzetində, “Azərbaycanın tarixinə yazılan möhtəşəm gün” adlı məqaləsi NUHÇIXAN İnformasiya Agentliyinin saytında, Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşı Bəxtiyar Əliyevin “Bu qızıl payızda bütün Azərbaycan Vətən dedi” adlı məqaləsi “Hərbi and” qəzetində, Naxçıvan şəhər M.Məmmədov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şöbə müdiri Vüsalə Əmiyeva-Kəngərlinin “Azərbaycan musiqisinin  inkişaf strategiyasında Heydər Əliyev irsi” adlı məqaləsi NUHÇIXAN İnformasiya Agentliyinin saytında, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi Jalə Mirzəyevanın “Tariximizin müqəddəs ideallarının gələcəyə sədaqətli daşıyıcıları” adlı məqaləsi “Şərq qapısı” qəzetində işıqlandırılmışdır.

Dövr ərzində Nazirlik əməkdaşlarından 1, Nazirliyin tabeli müəssisələrinin əməkdaşlarından 5 nəfərin Naxçıvan televiziyasında, 3 nəfərin “Mədəniyyət tv” kanalında, 1 nəfərin “Naxçıvanxəbərləri.com” saytında, 1 nəfərin “Şərq qapısı” qəzetində müsahibəsi verilmişdir. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 6 xəbər süjeti efirə verilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri noyabr ayında da davam etdirilmişdir. Belə ki, Nazirliyə 31-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 89 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 64-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 76 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 42 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 74 nəfər işə qəbul edilmişdir.

Noyabr ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.