Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ORDUBAD HAMAMI (XVIII-XIX əsrlər)

Naxçıvan ərazisində indiyədək qalan türk-islam mədəniyyəti nümunələrindən biri də Ordubad hamamıdır. Hamam Ordubad şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında inşa olunmuşdur. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş bu hamamın ümumi sahəsi 483 kvadratmetr,  divarlarının qalınlığı bir metrdir. Bina bişmiş kərpiclə inşa olunmuşdur. Hamam geniş dəhliz, çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan otaqlardan digər otaqlara və ocaqxanaya giriş vardır. Soyunma zalı kəsik küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır.  Soyunma zalının hündürlüyü 7,4 metrdir. Onun yuxarısı dairəvi günbəzlə qapanır. Yuyunma zalı çatma tağ formalı dərin taxçalarla əhatə olun­muşdur. Taxçaların içərisində masaj üçün xüsusi sal daşlar yerləşdirilmişdir. Zalın mərkəzində dairəvi hovuz vardır. Yuyunma zalının günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir.

Hamamın şərq tərəfində, yuyunma zalına bitişik isti su hovuzu və onun altında ocaqxana vardır. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti su götürmək üçün istifadə edilirmiş. Hamamın suyu yaxınlıqdan keçən Qarahovuz çeşməsindən götürülürmüş. Yuyunma zalı və ona birləşən otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir. 

XVIII-XIX əsrlərə aid edilən, Ordubad şəhər əhalisinin həyatında mühüm rol oynayan abidədə 2009-cu ildə bərpa işləri aparılmışdır.