Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

ORDUBAD ŞƏHƏR BUZXANASI

Naxçıvanda orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyətinin nadir nümunələrindən sayılan abidələrdən biri də Ordubad şəhərində XIV əsrdə inşa edilən buzxanadır. Naxçıvan ərazisində zəmanəmizədək gəlib çatan ikinci qədim buzxana olan bu abidə Ordubad şəhərinin mərkəzində yerləşir. 

Came məscidinin yaxınlığında inşa edilən buzxananın ümumi sahəsi 166 kvadratmetr, zirzəmisinin daxili sahəsi 89,4 kvadratmetrdir. Buzxananın tikintisi bişmiş kərpic və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə böyük otaqdan, pilləkəndən, buz hazırlanan və saxlanılan zirzəmidən ibarətdir.

Tədqiqatçılar özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən Ordubad şəhərindəki buzxananın XIV yüzillikdə inşa olunması və XVIII əsrdə bərpa edilməsi fikrindədir.

Buzxana 2014-cü ildə bərpa olunmuşdur.