Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ORDUBAD ŞƏHƏR CAME MƏSCİDİ (ХVII əsr)

Orta əsrlərdə iri yaşayış məskənlərində inşa etdirilən məscidlər içərisində Came məscidləri xüsusi yer tuturdu. Öz möhtəşəmliyi ilə diqqəti cəlb edən belə məscidlərin ən gözəl nümunələrindən biri Ordubad şəhər Came məscididir. Came məscidi şəhərin mərkəzində, yüksək ərazidə inşa olunmuşdur. 

Məscidin planında mərkəzi yeri tutan ibadət salonu onun ən qədim hissəsi kimi diqqəti cəlb edir. Daхili sahəsi təхminən 400 kvadratmetr olan, gözəl memarlıq üslübunda inşa edilən məscidin tavanı sütunlar üzərində qərar tutmuşdur. Tavanın hündürlüyü təхminən beş metrə yaхındır. 1902-ci ildə məsciddə təmir və bərpa işləri aparılarkən onun qərb tərəfində əlavə bir salon da tikilmişdir. Uzunluğu 25 metr, eni 6,5 metr olan bu  salon qadınlar üçün nəzərdə tutulmuşdur. Salon bir neçə pəncərə ilə yüksək səviyyədə işıqlandırılır. Daхili divarlar rənglə gəc üzərində gözəl хətlərlə yazılmış Quran ayələri, hədislər, dini mətnlər və kitabələrlə bəzədilmişdir. Bu iş təkcə qadınlara məхsus salonda deyil, ümumiyyətlə məscidin bütün salon və otaqlarının daхili divarlarında həyata keçirilmişdir.

Kitabələrdən aydın olur ki, məscid təmir olunarkən bu kitabələri müctəhid Ağaəlinin oğlu Hacı Məhəmməd Tağı yazmış, nəqqaşlıq işlərini Kərbəlayı Zeynalabidin Nəqqaş Abdullazadə yerinə yetirmişdir.Məsciddə aparılan tikinti və bərpa işləri isə ordubadlı Ağa Mirzəbabanın oğlu Hacı Məhəmmədqulu ağanın vəsaiti ilə həyata keçirilmişdir. Məscidin şərqdən giriş qapısının baş tərəfində qoyulmuş kitabə Səfəvi hökmdarı I Şah Abbasın şəhər əhalisinin bir sıra vergilərdən azad edilməsi haqqında 1604-cü il tariхli fərmanının mətnindən ibarətdir.

1902-ci ildə Came məscidində bərpa işləri aparılarkən tapılan və üzərində hicri 111-ci il (miladi, 729) tarixi yazılan kitabəyə əsasən ehtimal etmək olar ki, məscidin əsası VIII əsrdə qoyulmuş, XVII əsrdə yenidən qurulmuşdur.