Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

QARABAĞLAR TÜRBƏ KOMPLEKSİ

Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən biri də nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının incilərindən sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir. 

Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. XII-XIV əsrlərə aid qoşa minarələr və türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş, kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın  üzərində çox hissəsi dağılmış kitabənin mətnindən aydın olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir. Kitabədə adı çəkilən Quti xatın mənbələrdə Quti və ya Qutuy xatın şəklində xatırlanan qadınla eyni adamdır.

Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə, minarələri birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub.

Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki  yarımsilindirin birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır. 

Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli rombların içərisində kufi xəttilə yerinə yetirilmiş və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: “Allahdan başqa Allah yoxdur. Məhəmməd - Allahın ona salavatı olsun - Allahın elçisidir”. 

  Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə  türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən XIV əsrin 30-cu illərində inşa edilmişdir.

  Qarabağlar Türbə Kompleksi 2016-cı ildə bərpa olunmuşdur.