Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

QAZANÇI QALASI

    

   Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e. ə. 3–1-ci minilliyin əvvəllərinə aid tarixi-arxeoloji abidədir. Qala e. ə. 3-cü minillikdə ərazilərimizdə geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ilin sentyabr ayında bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır; sağsahil hissəsi hündür konusvarı təpə formasındadır. Məlumatlara görə, təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Müdafiə divarları (eni 2–2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda tikilmişdir. Qazançı qalası ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Axtarışlar zamanı Qazançı qalasından tapılmış boz və çəhrayı rəngli gil qab nümunələri, daşdan əmək alətləri, dən daşı və s. Naxçıvan mədəniyyəti üçün səciyyəvidir. Qala divarının tikinti texnikası Oğlanqaladakı kimidir. Qazançı qalasından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalası “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.