Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

ORDUBAD QEYSƏRİYYƏSİ (ХVII əsr)

Naxçıvanın türk-islam mədəniyyəti abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.

XVII əsrdə bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadrat metrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası mərkəzi səkkizbucaqlı zaldan və onun tavanını qapayan dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Mərkəzi günbəz də daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir. Şərq memarlığında nadir abidələrdən olan Qeysəriyyədə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Qeysəriyyə binasında 2010-cu ildə əsaslı bərpa və təmir işləri aparılmışdır.