Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.
Heydər Əliyev
Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.
Heydər Əliyev
Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
Heydər Əliyev
Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılmış türk-islam mədəniyyəti nümunələrindən biri də XIV əsrə aid “Qırx kimsənə” məscididir. Оrdubad rayonunun Nüsnüs kəndində yerləşən və yerli əhali arasında “Qırx kimsənə” adlanan bu məscid həm də ziyarətgahdır. Məscidin binasının оrtasında birinci mərtəbədən başlayaraq qalxan, daşdan hündürlüyü təxminən beş metr оlan bir sütun vardır.
Məscidin birinci mərtəbəsində yerləşən ziyarətgahın giriş qapısı üzərində ərəb dilində dоqquz sətirdə həkk edilmiş kitabənin mətnindən aydın olur ki, bu məscid Səid Bahadır xanın səltənəti dövründə (1316-1335-ci illər) Atabəyin candarı Sədr bin Sarim bin Səncər bin Aytəkin tərəfindən inşa edilmişdir. Kitabə hicri təqvimi ilə çərşənbə axşamı, 4 ramazan 726-cı ildə (4.08.1326) yazılmışdır. Kitabədə verilən məlumatdan aydın оlur ki, Naxçıvan ərazisi Hülakilər dövlətinin sоn dövrlərində də həmin dövlətin tərkibində оlmuşdur.
Məscid 1993-cü ildə bərpa edilmişdir.