Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

RƏSSAMLIQ

Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin Gəmiqaya rəsimlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Qədim naxçıvanlıların dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirən bu rəsmlərdə onların təsərrüfat həyatı və məişəti (ov, mərasim, rəqs səhnələri, süjetli daş oymalar, keçi, öküz, maral, quş və s. heyvan təsvirləri, müxtəlif piktoqrafık işarələr) əbədiləşmişdir. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI-VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədimdən mövcud olduğunu göstərir.

İslam dini rəsmə mənfi münasibət bəslədiyi üçün Orta əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Naxçıvanda da bu günkü mənada professional rəssamlıq formalaşmamış, onun yerinə xəttatlıq, nəqqaşlıq və kitabşünaslıq xeyli inkişaf etmişdir. Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs-Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI-XVII əsrlər) görkəmli şair Usta Zeynal Nəqqaş (XIX əsr) və b. dövrlərinin mahir sənətkarları olmuşlar. 

Naxçıvanda professional rəssamlığın təşəkkülü Bəhruz Kəngərlinin (1892-1922) adı ilə bağlıdır. Realist Azərbaycan rəssamlığının banisi B.Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapmışdır. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıların portretlər silsiləsi (“Qaçqın qadın” 1921, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və s.) təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur. 

Son 80 ildə incəsənətin başqa sahələri ilə yanaşı, təsviri sənət də uğurla inkişaf etmişdir. Məşhur Azərbaycan və türk rəssamları İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev və Elmira Şahtaxtinskaya, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, əməkdar rəssam Cəmil Müfidzadə bu torpağın yetirmələridir. Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev əsasən teatr rəssamı kimi tanmmışdır. Ş.Qazıyevin “Çoban” portreti Tretyakov qalereyasında (Moskva) saxlanılır (1931). Son illər Naxçıvanda yaşayıb-yaradan rəssamların fəaliyyətlərində yenidən canlanma müşahidə olunmaqdadır. Muxtar Respublikada Rəssamlar Birliyi fəaliyyət göstərir. Naxçıvan Dövlət Rəsm Qalereyasında və Rəssamlar Birliyinin sərgi salonunda görkəmli rəssamların əsərləri mühafizə olunur, təbliğ və nümayiş etdirilir. 2012-ci ildən baılayaraq iki ildən bir keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının Naxçıvanda rəssamlığın inkişafı və tanıdılmasında böyük rolu vardır.