
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci ildə yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzeyin fondunda olan eksponatlardan 500-dən çoxu ekspozisiyada nümayiş etdirilir.
Muzeydə müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş saxsı və keramika nümunələri, toxuculuq və xalçaçılıq məmulatları, rəsm əsərləri, fotoşəkillər, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.
20 dekabr 2018-ci ildə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.
Ünvan: Şərur şəhəri, Heydər Əliyev prospekti 48 A
Tel: +994 (36) 542-21-69