Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

ŞAHBUZ RAYON TARİX-DİYARŞÜNASLIQ MUZEYİ

      Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyətə başlamışdır. Muzey iş otaqları, fond otaqları və ekspozisiya zalından ibarətdir. Burada  xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini və incəsənətini əks etdirən milli mədəniyyət nümunələri mühafizə olunur. Muzeyin fondunda 5000-ə yaxın eksponat qorunub saxlanılır ki, onlardan 500-dən çoxu ekspozisiyada nümayiş olunur. Ekspozisiya zalında Şahbuz bölgəsində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş sümük, əqiq və tuncdan hazırlanmış bəzək əşyaları, ox ucluğu, xəncərlər, gil qab nümunələri, XVIII-XIX əsrlərə aid mis məişət əşyaları, yerli sənətkarlar tərəfindən nəfis tərtibatla hazırlanmış xalçaçılıq məmulatları,  numizmatika nümunələri, rəsm əsərləri, milli musiqi alətləri, müxtəlif fotoşəkillər və digər dəyərli eksponatlar nümayiş olunur.

       2021-ci ilin avqust ayında Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib.

Ünvan: Şahbuz şəhəri, Heydər Əliyev prospekti

Tel: (+99436)  543-02-98