Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Teatr və konsert müəssİsələrİ

Teatrlar

Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası və  Naxçıvan Dövlət Uşaq Filarmoniyası fəaliyyət göstərir.

  

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət

Milli Dram Teatrı

Eynəlibəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən ilk dəfə 1883-cü ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah cadükün” əsəri Hacı Nəcəf Zeynalovun evində tamaşaya qoyuldu. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyuldu. Ardınca M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Hacı Qara” komediyaları, N.Vəzirovun “Müsibəti-Fəxrəddin”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Nərimanovun “Nadir şah” və s. əsərləri tamaşaya qoyuldu.

1922-ci ildə teatra Dövlət Dram Teatrı statusu verildi. Teatr həm romantik, həm də realist istiqamətdə inkişaf edirdi. Teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatra görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə teatrın 125 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.

Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci il fevralın 3-də istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilmişdir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 26

Tel.: +994 (36) 545-25-89

 

 

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı

Teatr 1989-cu ildə yaradılmışdır. 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyır. Teatr uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoymuşdur. Teatr Azərbaycanın digər bölgələrində, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olmuş, Tacikistan Respublikasında təşkil edilmiş kukla teatrları festivalında iştirak etmişdir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3

Tel.: +994(36) 545-34-23

    

 

 Naxçıvan Dövlət Uşaq Teatrı

 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Naxçıvan Dövlət Uşaq Teatrı 2006-cı ildə ilk tamaşasını göstərmişdir. Teatr uşaq və yeniyetmələr üçün tamaşalar hazırlayır. Bu teatrın başlıca fərqi aktyorlarının uşaqlar olmasıdır.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi

Tel.: +994(36) 545-36-28

 

 

Naxçıvan Dövlət Filarmoniyası

Bu mədəniyyət müəssisəsi 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, “Gəmiqaya” İnstrumental Ansamblı və Xor Kollektivi fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Macarıstan, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişdir.

  

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1

Tel.: +994(36) 545-68-98

 

 

 

Naxçıvan Dövlət Uşaq Filarmoniyası

 Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Bu mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Ansamblı, Mahnı və Rəqs Ansamblı, xanəndəlik və vokal qrupu, Xor Kollektivi fəaliyyət göstərir.

Uşaq Filarmoniyasının yaradıcı kollektivləri Bakı, Naxçıvan şəhərləri, Şərur, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli və Sədərək rayonlarında qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişdir.

  

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi