Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Ümumİ məlumat

Klub müəssisələrinin fəaliyyətinə birbaşa nəzarəti Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, həmçinin Nazirliyə tabe olan rayon (şəhər) mədəniyyət idarə və şöbələri həyata keçirir.

Klub müəssisələrinin fəaliyyətinin predmeti xalq yaradıcılığının dəstəklənməsi, yerləşdiyi ərazilər üzrə xalq yaradıcılığı nümunələrinin toplanması, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, yaşadılması və inkişaf etdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Mədəniyyət müəssisələrinin fəaliyyətinin əsas məzmunu əhatə etdiyi ərazidə xalq yaradıcılığının və Azərbaycanın qeyri-maddi mədəni irsinin hüquqi, metodik məlumat, kadr və maddi-texniki cəhətdən təkmilləşdirilməsindən, eləcə də ölkənin qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və sənətkarlıq kimi əsas sahələrinin bilavasitə təşkilindən  ibarətdir.

Klub müəssisələrinin tərkibinə aşağıdakı struktur bölmələri daxildir:

 

1.                    Mədəniyyət sarayları

2.                    Mədəniyyət evləri

3.                    Klublar

 

Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 193 klub müəssisəsi fəaliyyət göstərir. Həmin klub müəssisələrinə - Heydər Əliyev Sarayı və 7 rayon mədəniyyət sarayı, 97 şəhər, qəsəbə və kənd mədəniyyət evi, 88 şəhər, qəsəbə və kənd klubu daxildir.