
Muzey 2013-cü il tarixdə Xalq şairi Məmməd Arazın doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaradılıb. Muzeyin binası iki mərtəbədən ibarətdir. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey şairin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir. Muzeydə şairin müxtəlif illərdə nəşr olunan əsərlərindən, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablardan, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən, şairin şəxsi əşyalarından və digər materiallardan ibarət 1200-dən çox eksponat mühafizə olunur. Məmməd Araz yaradıcılığının ətraflı öyrənilməsi üçün muzeylə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilir, muzeyə ekskursiyalar təşkil olunur.
Ünvan: Şahbuz rayonu, Nursu kəndi
Tel: (+99436) 543-21-25