Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Xalq teatrları

Naxçıvan Şəhər Xalq Teatrı

Naxçıvan Şəhər Xalq Teatrı Naxçıvan Şəhər 1 №-li Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin bazasında 1978-ci ildə yaranıb. Teatr fəaliyyət dövründə C.Cabbarlının “Solğun çiçəklər”, Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, H.Cavidin “Ana”, B.Vahabzadənin “Yollara iz düşür”, Q.Fiqeyredonun “Ezop”, Səttar Axundovun “Məhəbbət nişanəsi”, Tofiq Həsənovun “Şöhrət ardınca”, Tofiq Seyidovun “Yarım günlük rəis müavini”, Salam Qədirzadənin “Bığ” hekayəsi əsasında hazırladığı eyniadlı tamaşa və sair tamaşalar hazırlamışdır.

Xalq teatrı, xalq teatrlarının respublika baxış müsabiqələrində iştirak etmiş, 1980-ci ildə Şamaxı şəhərində keçirilən “Teatr baharı-80” müsabiqəsinin qalibi olmuş və I dərəcəli diplomla təltif edilərək, müsabiqə qalibi kimi Q.F.Fiqeyredonun “Ezop” tamaşası ilə Bakı şəhərində Aktyorlar evində çıxış etmişdir. 

 

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı 1981-ci ildən fəaliyyət göstərir. Xalq teatrı A.P.Çexovun “Ayı”, M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Ü.Hacıbəyovun kiçik pyesləri əsasında “Quyruqlu ulduz”, H.Məmmədzadənin “Evlənmək istəyirəm”, Q.Rəsulovun “Rəhmə gəl mələyim”, C.Aslanoğlunun “Qısqanc ər”, Əli Əmirlinin “Varlı qadın”, C.Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında “Yuxu”, Əziz Nesinin “Öldür məni can-ciyər” tamaşalarını hazırlamışdır. Şərur Rayon Xalq Teatrı 2008-ci ildə xalq teatrlarının I ümumrespublika müsabiqəsində II yeri tutmaqla uğurlu işini bir daha nümayiş etdirməyə müvəffəq olmuşdur.

2019-cu ildə Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Xalq Teatrlarının III Ümumrespublika baxış müsabiqəsində A.S.Puşkinin “Motsart və Salyeri” I pərdəli faciəsi ilə çıxış edərək 39 teatr kollektivi arasında müsabiqənin 2-ci dərəcəli diplomu ilə təltif olunmuş, və Xalq Teatrının rejissoru Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor” və teatrın aktyoru Azərbaycan Respublikasının Əməkdar artisti Nemət İslamoğlu “Ən yaxşı aktyor” nominasiyası ilə təltif olunmuşdur.

Bu illər ərzində Xalq teatrının 2 aktyoru “Azərbaycan Respublikasının Əməkdar artisti” və “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adları ilə təltif olunmuşdur.

Yuxarıda qeyd olunanlarla yanaşı teatrın kollektivi əlamətdar günlərdə, bayram tədbirlərində, xalqımızın hüzn günlərində ədəbi bədii kompozisiyalarla iştirak edir. 

 

Babək Rayon Xalq Teatrı

2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı qısa müddətdə səmərəli fəaliyyəti ilə rəğbət qazana bilmişdir. Babək Rayon Xalq Teatrı bugünədək öz repertuarına 20-yə qədər tamaşa daxil edib. Teatrın kollektivi Q.Fiqeyronun “Ezop”, B.Vahabzadənin “Yollara iz düşür”, “İkinci səs”, M.Əlizadənin “Şeyx Rəhmətullah”, C.Cabbarlının “Solğun çiçəklər”, H.Cavidin “Ana”, S.Rüstəmin “Durna”, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, H.Mirələmovun “Xəcalət”, İ.Əfəndiyevin “Unuda bilmirəm”, Ə.B.Haqverdiyevin “Bəxtsiz cavan”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”, M.S.Ordubadinin və S.Rüstəmovun “Beş manatlıq gəlin” əsərlərini və s. əsərlərinin tamaşalarını uğurla səhnəyə qoyub.

Babək Rayon Xalq Teatrı 2015-ci ildə keçirilən “Xalq teatrlarının muxtar respublika festivalı”nda birinci yerə layiq görülərək, diplomla təltif olunub. 2017-ci ildə keçirilən festivalda Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşası ilə çıxış edən Babək Rayon Xalq Teatrı “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

 

Ordubad Rayon Xalq Teatrı

Ordubad Rayon Xalq Teatrı Ordubad Rayon Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin bazasında 1964-cü ildə yaranıb. Teatr Azərbaycan Respublikasının teatr və kino aktyoru, pedaqoq Kazım Ziyanın adını daşıyır. 60-70-ci illərdə Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı peşəkar teatr səviyyəsində fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Teatr Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, S.Rüstəmovun “Beş manatlıq gəlin” kimi opera və operettalarını, C.Məmmədquluzadənin “Kamança”, E.Sultanovun “Sənəm”, R.Əfədiyevin “Saqqalın kəraməti” və “Tiflis səfəri”, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, H.Eyvazlının “Vəzifə hərisi”, Sabit Rəhmanın “Yalan”, A.Abdullazadənin “Aqillər”, Sabit Rəhmanın “Əliqulu evlənir”, İftixar Piriyevin Qarabağ savaşına həsr olunmuş “Qanlı qızıl toy” və s.  tamaşalarını hazırlamışdır. 

 

Şahbuz Rayon Xalq Teatrı 

2011-ci ildən Xalq Teatrı kimi fəaliyyət göstərir. Xalq teatrı fəaliyyəti dövründə Ü.Hacıbəyovun “Ər və arvad”, S.Rüstəmovun “Beş manatlıq gəlin”, Z.Hacıbəyovun “Evli ikən subay”, Ü.Hacıbəyovun “O olmasın bu olsun”, S.S.Axundovun “Şahsənəm və Gülpəri”, Ə.B.Haqverdiyev “Məşədi Qulam qiraət öyrənir”, S.İbrahimlinin “Sadığın toyu”, T.Seyidovun “Qarabağ Şikəstəsi”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, S.S.Axundovun “Bir eşqin nəticəsi” musiqili komediyalarına müraciət etməklə bu janrda formalaşa bilmişdir.