Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.
Heydər Əliyev
Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.
Heydər Əliyev
Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.
Heydər Əliyev
Azərbaycan mədəniyyəti öz milliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.
Heydər Əliyev
Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev
Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.
Heydər Əliyev
Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.
Heydər Əliyev
Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.
Heydər Əliyev
Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.
Heydər Əliyev
Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi - Xan Sarayıdır. Xan Sarayı Naxçıvan şəhərində - “Xan diki”ndə yerləşir. Memarlıq üslubu ilə seçilən, 3600 m2 sahəsi olan Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş bu Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur.
Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki bölmədən ibarət olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur. Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Xan Sarayı 2010-cu ildə bərpa olunmuşdur.